6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


AZƏRBAYCAN DİLİNİN TƏSİR DAİRƏSİ



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə9/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   5   6   7   8   9   10   11   12   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

AZƏRBAYCAN DİLİNİN TƏSİR DAİRƏSİ
§5. Azərbaycan dili qədim dövrlərdən başlayaraq bir 
sıra dillərlə qarşılıqlı əlaqədə olmuş, başqa dillərdən söz 
almış və bəzi dillərə söz vermişdir. Bunun nəticəsində həm 
özü zənginləşmiş, həm də başqa dillərin inkişaf etməsində 
müəyyən rol oynamışdır
1
. Ayrı-ayrı dövrlərdə Azərbaycan 
dilindən fars, aqul, ləzgi, tabasaran, erməni, rus, gürcü və 
başqa dillərə çoxlu söz və ifadə keçmişdir. Məsələn:
1. Fars dilinə keçən sözlər: alov, araba, bəzək, bağça, qovur-
ma, qundaq, quş, dəyənək, döşək, otaq, ordu, ocaq, ilxı, sancaq, 
tənə, top, çaxmaq, çəkmə, çolaq, çubuq, elçi, yaylaq, şiş və s.
2
1
Başqa dillərdən Azərbaycan dilinə keçən sözlər haqqında kitabın “Leksikologiya” bəhsində 
danışılır.
2
Pənahi Makulu. Azərbaycan sözləri fars dilində. Nizami adına Ədəbiyyat və Dil İnstitutu-
nun əsərləri, VI, 1954, səh. 173-183.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
18
Fars dilinə keçən Azərbaycan sözlərinin tarixi çox 
qədimdir. Belə ki, hələ XII–XIII əsrlərdə yazıb-yara-
dan fars yazıçıları öz əsərlərində Azərbaycan sözləri 
işlətmişlər. Səfəvilər dövründə isə, yəni XV əsrin so-
nundan başlayaraq XVIII əsrin birinci yarısına qədər 
(1499–1736) azərbaycanlıların hakimiyyət başında ol-
duqları zaman Azərbaycan dilindən fars dilinə keçən 
sözlərin sayı daha da çoxalmışdır.
2. Aqul dilinə keçən sözlər: çöl, qum, dustaq, balıq, bulaq, 
yaylıq, yağ, köhnə, boran, dərin, yorğan, boşqab, biçinçi, 
qarğa, duz, qalın, doğru və s.
3. Ləzgi dilinə keçən sözlər: ad, bağça, gözəl, güzgü, dərin, 
düşmən, köhnə, qarpız, qızıl, quş, sərin, çəltik, şirin, yaylaq, 
turp, paltar, saçaq və s.
1

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə