M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
6
Bütün bunların mənimsənilməsi üçün bir sıra dilçilik
fənləri, o cümlədən:
Tarixi-linqvistik fənlər: – “Azərbaycan dilinin ta-
rixi”, “Azərbaycan dilçiliyinin tarixi”;
Müasir dil fənləri: – “
Azərbaycan ədəbi dili”, “Azər-
baycan dialektologiyası”;
Üslubi linqvistik fənlər: – “Azərbaycan dilinin üslu-
biyyatı”, “Bədii mətnin linqvistik təhlili”;
Ortoloji linqvistik fənlər: – “Azərbaycan nitq mədə-
niyyəti”... və s. fənlər tədris olunur.
Bu fənlərin hər
birinin özünəməxsus mövzusu,
məqsədi və vəzifələri vardır.
“Müasir Azərbaycan ədəbi dili”nin mövzusu xalqımı-
zın hazırda istifadə etdiyi Azərbaycan ədəbi dilidir. Buna
görə də həmin fənn “Müasir Azərbaycan ədəbi dili” adlanır.
Ali məktəblərin filologiya fakültələrindən fərqli olaraq,
pedaqoji fakültələrdə dilçilik fənlərinin hamısı keçilmədiyin-
dən burada tədris olunan “Müasir Azərbaycan ədəbi dili” fən-
nindən ancaq müasir ədəbi dil məsələlərinin əhatə edilməsi
ilə kifayətlənilmir. Həmin fakültədə, yeri gəldikcə, Azərbay-
can dilinin bu və ya digər zəruri məsələləri haqqında müasir
ədəbi dilin müvafiq bəhslərində izahat verilir. Məsələn, müa-
sir Azərbaycan əlifbasından bəhs olunarkən oradaca onun ta-
rixindən də qısa şəkildə danışılır və s.
Belə bir cəhət dərsliyin
hər iki fakültədə istifadə edilməsinə imkan yaradır.
2
Ali məktəblərdə tədris olunan “Müasir
Azərbaycan
ədəbi dili” fənninin qarşısında aşağıdakı
məqsəd və və-
zifələr durur:
• Müasir Azərbaycan ədəbi dilinin səs sistemi, onun in-
kişaf və xüsusiyyətlərinə dair məlumat vermək,
dil dəki
səs hadisələrini və səs qanunlarını aydınlaşdırmaq.
M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
7
• Müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibi, onun
zənginliyi, xüsusiyyətləri və inkişaf etməsi haqqında
izahat vermək.
• Müasir Azərbaycan ədəbi
dilinin qrammatik quru-
luşu, bu quruluşun orijinallığı
və digər əlamətləri
haqqında məlumat vermək.
• Müasir Azərbaycan ədəbi dilinin həm şifahi, həm də
yazılı formaları üçün qəbul edilmiş normaları aydın-
laşdırmaq.
3
Bütün bu məqsəd və vəzifələr aşağıdakı bəhslərin təd-
risində yerinə yetirilir:
Dostları ilə paylaş: