6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


TÜRK DİLLƏRİNİN ALTAY DİLLƏRİ



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə7/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   2   3   4   5   6   7   8   9   10   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

TÜRK DİLLƏRİNİN ALTAY DİLLƏRİ 
AİLƏSİNDƏ MÖVQEYİ
Müasir dünyada 6 minə qədər canlı dil mövcuddur. 
Bu dillərin hamısı eyni quruluşa, sistemə, xüsusiyyət-
lərə malik deyildir. Lakin dünya dilləri arasında mənşəcə 
bir-birinə yaxın olan dillər az deyildir. Genetik meyar əsa-
sında dillərin mənşəyi öyrənildikdə onların müxtəlif ailə 
və qruplara məxsus olduğu meydana çıxmışdır. İndiyə 
qədər dilçilik elmində 20-dən artıq dil ailəsi müəyyənləş-
dirilmişdir ki, bunlardan biri 36 dildən ibarət olan Altay 
dillər ailəsidir
1
.
Altay dillər ailəsinə aşağıdakı dil qrupları və dillər 
daxildir:
1. Türk dilləri qrupu – 23 dil
2. Monqol dilləri qrupu – 3 dil
3. Tunqus dilləri qrupu – 3 dil
4. Mancur dilləri qrupu – 5 dil
5. Koreya dili
6. Yapon dili
Altay dillər ailəsinin tərkibini təşkil edən dillərdən ən 
böyüyü türk dilləri qrupudur.
Türk dilləri qrupunu 5 yarımqrup təşkil edir:
1. Oğuz dilləri yarımqrupu (4 dil);
2. Qıpçaq dilləri yarımqrupu (5 dil);
3. Bulqar dilləri yarımqrupu (6 dil);
4. Qarlıq dilləri yarımqrupu (3 dil);
5. Tukyuy dilləri yarımqrupu (5 dil)
2
.
1
Bax: Afad Qurbanov. Dünyanın dil ailələri. Bakı, 1994.
2
Bax: yenə orada, səh. 71-137.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
14
AZƏRBAYCAN DİLİNİN TÜRK DİLLƏRİ
QRUPUNDA YERİ
§3. Azərbaycan dili tipoloji təsnifə görə iltisaqi (aqlü-
tinativ) dillərdəndir. Bu dil genealoji bölgüyə əsasən türk 
dilləri qrupuna mənsubdur.
Türk dilləri qrupu genetik əlamətlər əsasında təsnif 
edilən ən böyük dil qruplarından biridir. Başqa dil qrup-
larında olduğu kimi, bu qrupa daxil edilən dillər də bir-bi-
rinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. 
Nümunə üçün bir neçə sözün müxtəlif türk dillərində necə 
işləndiyini nəzərdən keçirək.
Sözlər
Azəricə
dil
üç
yaxşı
mən
tez
Qazaxca
til
üş
jaksı
men
tez
Tatarca
tel
öç
yaxşı
min
tiz
Türkməncə
dil
üç
yaqşı
men
tiz
Özbəkcə
til

yaxşi
men
tez
Azərbaycan dili türk dilləri qrupunun oğuz dilləri ya-
rımqrupuna daxildir. Bu dil həmin yarımqrup daxilində 
xüsusi mövqeyə malikdir.
Azərbaycan dili türk dilləri qrupundakı müasir dillər-
dən türkmən, qaqauz və türk (osmanlı) dillərinə daha çox 
yaxındır. Bu yaxınlığı əyani müşahidə etmək üçün aşağı-
dakı türk mənşəli bayatılara nəzər salaq:

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə