6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


b) Qeyri-rəsmi ədəbi danışıq üslubu



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə16/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   12   13   14   15   16   17   18   19   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

b) Qeyri-rəsmi ədəbi danışıq üslubu. Ədəbi danışıq 
üslubunun bu növünü aşağıdakı üslub variantları təşkil edir:
1. Ailə-məişət danışıq üslubu.
2. İctimai-kütləvi danışıq üslubu.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
29
Dilçilikdə qeyri-rəsmi danışıq üslubu adi danışıq üslu-
bu termini ilə də göstərilir. Bu növ üslub variantı “sərbəst-
lik” əsasında yaranır. Başqa sözlə desək, burada danışıq dil 
vahidlərindən istifadə sərbəst olur.
Dil əlamətləri. Ədəbi danışıq üslubunun dil əlamət-
ləri aydın şəkildə digər üslublardan seçilir. Bu üslub linq-
vistik cəhətdən ümumxalq dilinin danışıq dili qoluna da 
yaxındır. Adətən, üslubların tərkibində aşağıdakı sahələr-
də fərqlər özünü göstərir:
a) Fonetika sahəsində. Ədəbi dilin danışıq üslubun-
da sözlərin tələffüzü şəraitlə, məqamla bağlı alçaq və ya 
ucadan ifa edilir. Bəzi sözlər natamam tələffüz olunur. Da-
nışıq prosesində intonasiya əlamətləri də xüsusi üslubi və-
zifə yerinə yetirir. Ədəbi danışıq üslubunda cümlənin bir 
müəyyən sözünün xüsusi olaraq intonasiyalaşdırılması bu 
üslub üçün səciyyəvi cəhətlərdəndir. Məsələn,
– Siz bu gün şəhərə gəlin!
 Siz! Siz!
Yaxud:
– Aynur məktəbə getsin.
– Getsin! Getsin!
b) Lüğət tərkibi sahəsində. Məlum olduğu üzrə, dilin 
lüğət tərkibinin hər bir ünsürü başqa vahidlərə nisbətən 
daha incə və tutumlu üslubi yükə malik olur. Şifahi da-
nışıqda bu üslubi zəriflik, rəngarəng çalarlıq özünü daha 
qabarıq göstərir.
Ədəbi danışıq üslubu üçün ümumişlək sözlərdən çox 
istifadə edilməsi səciyyəvi hal hesab olunur. Belə üslubda 
mənası ağır və ya anlaşılmaz sözlərə, demək olar ki, yer 
verilmir. Səstəqlidi, emosional sözlər bu üslubda bol-bol 
işlənilir.
Şifahi ədəbi danışıq üslubunda frazeoloji vahidlərin 
işlənilməsinin də xüsusi rolu vardır. Bu üslubda geniş for-


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
30
mada özünə yer tapan frazeoloji vahidlər üslubda milli ko-
loriti artırır, ünsiyyətin aydın və axıcılığını, yığcamlığını 
təmin edir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə