6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə6/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   2   3   4   5   6   7   8   9   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

Azərbaycan dili deyilir.
AZƏRBAYCAN DİLİ
§2. Azərbaycan dili Azərbaycan xalqının milli dilidir. 
Eyni zamanda, bu dil Azərbaycan Respublikasının rəsmi 
dövlət dilidir.
Azərbaycan dilindən həm respublikamızda, həm də 
xarici ölkələrdə istifadə olunur. Dünyanın 87 ölkəsində bu 
dildə danışanlar vardır. Ümumiyyətlə, ana dili kimi Azər-
baycan dilində 45 milyondan artıq adam danışır. Bundan 
başqa, bəzi xalqlar arasında Azərbaycan dili ikinci ana dili 
kimi də işlənilir. Hazırda Azərbaycan ərazisində yaşayan 
bir sıra azsaylı xalqlar, o cümlədən lahıc, talış, tat, qrız və 
başqaları Azərbaycan dilindən ikinci ana dili kimi istifadə 
edirlər.
Azərbaycan dili öz mahiyyətinə görə indi dünyanın 
ən zəngin milli dillərindən biri sayılır. Bu dilin özünəməx-
sus gözəlliyi və ahəngi vardır. Azərbaycan dili, hər şey-
dən əvvəl, xoş avaz yaradan səslər sisteminə, zəngin və 
rəngarəng söz ehtiyatına, tam sabitləşmiş qrammatik qu-
ruluşa malikdir.
Azərbaycan dilində ən dərin duyğuları, ən incə mə-
naları istədiyin şəkildə çox müxtəlif bədii boyalarla ifadə 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
12
etmək olur. Bu dil elmi, siyasi, fəlsəfi fikirləri çox aydın ifa-
də etməyə qadir olduğu kimi, bədii təfəkkürün gözəl nü-
munələrini yaratmaq üçün də çox yararlıdır.
Eyni zamanda, dünya mədəniyyəti xəzinəsinə qiymətli 
hədiyyə kimi daxil olan və onu zənginləşdirən M.Füzulinin 
məşhur “Leyli və Məcnun” poeması, M.F.Axundovun ko-
mediyaları və bir çox misilsiz sənət əsərləri həmin dildə – 
Azərbaycan dilində yaranmışdır. Fəlsəfi-siyasi əsərlər də 
bu dildə çox gözəl səslənir.
Azərbaycan dilinin gözəlliyi, onun zənginliyi və di-
gər xüsusiyyətləri tarixən bir sıra görkəmli şəxsiyyətlərin 
nəzər-diqqətini özünə cəlb etmişdir.
Böyük rus şairi M.Y.Lermontov Azərbaycan dili haq-
qın da demişdir: “...Mən bir çox dağlar aşdım, Şuşa, Quba və 
Şamaxı şəhərlərində oldum... azərbaycanca öyrənməyə baş-
ladım; həmin dil burada və ümumiyyətlə, Asiyada fransız 
dilinin Avropada olduğu qədər zəruri bir dildir”.
Məşhur şəxsiyyətlərdən Bestujev-Marlinski və başqa-
ları da Azərbaycan dilinin əhəmiyyətindən bəhs etmişlər. 
Görkəmli ictimai xadim Sultanməcid Qənizadə Azərbay-
can dili haqqında yazmışdır: “Həqiqətən bu dil (Azərbay-
can dili – A.Q.) öz təbiətinə görə çox elastikidir və asanlıq-
la zərif üslubi formalara düşmə bacarığına malik olmaqla 
öz xüsusiyyətləri ilə fəxr edə bilər. Bu xüsusiyyətlər öz 
mahiyyətlərinə görə çox maraqlıdır... Buradakı xüsusiy-
yətlərə bənzər hadisələrə hər hansı bir başqa dildə az təsa-
düf etmək olar”.
Azərbaycan dili mənşəcə müasir türk dilləri məx-
susdur.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
13

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə