6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə13/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   9   10   11   12   13   14   15   16   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN
FORMALARI
§8. Ədəbi dilin iki forması vardır: 1) şifahi və 2) yazılı.
1. Şifahi ədəbi dil. Eşitmə vasitəsilə dərk olunan ədə-
bi dilə şifahi ədəbi dil deyilir. Ədəbi dilin bu forması həm 
dialoji, həm də monoloji olur.
Sual-cavablar dialoji, mühazirələr, məruzələr, radio 
və televiziyada müəyyən mətnin oxunması və s. isə mono-
loji şifahi ədəbi dilə misal ola bilər.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
24
Şifahi ədəbi dil danışığın mövzu və məzmunundan 
asılı olaraq müxtəlif şəkildə olur. Buna görə də şifahi ədəbi 
dilin özü iki yerə bölünür: a) şifahi kitab dili; b) şifahi da-
nışıq dili.
Azərbaycan şifahi ədəbi dilinin tarixi çox qədimdir. 
Şifahi ədəbi dilimiz təbii olaraq ilk dövrlərdə çox inkişaf 
etməmişdir. Bu dil sürətli inkişaf yoluna son dövrlərdə qə-
dəm qoymuşdur. Hazırda ədəbi dilimizin şifahi forması, 
əsasən, radio, televiziya, ali və orta məktəblər vasitəsilə 
daha da inkişaf etdirilir.
2. Yazılı ədəbi dil. Yazı vasitəsilə ifadə olunan ədə-
bi dilə yazılı ədəbi dil deyilir. Ədəbi dilin yazılı forması 
monolojidir
1
.
Yazı ədəbi dilin təşəkkül və inkişafında yeganə deyil, 
vacib vasitələrdəndir. İlk dəfə şifahi yolla formalaşmağa 
başlayan ədəbi dilin inkişafında yazı xüsusi rol oynayır. 
Yazı dil üzərində çox işləmək tələb edir. Buna əsasən də yazı 
vasitəsilə ədəbi dil daha da səlisləşir, cilalanır və təkmilləşir.
Azərbaycan yazılı ədəbi dilinin tarixi, təxminən, XIII 
əsrdən başlayır. Həmin dövrdən Azərbaycan yazılı ədəbi 
dilində müxtəlif formalarda abidələr, tarixi sənədlər, bədii 
dil nümunələri meydana çıxmışdır. Bu dil zaman keçdik-
cə daha da inkişaf etmiş və təkmilləşmişdir. Hazırda yazı-
lı ədəbi dilimizin inkişaf etdirilməsində mətbuatın böyük 
rolu vardır.
Ədəbi dilin şifahi və yazılı formalarından hər birinin 
özünəməxsus xarakterik xüsusiyyətləri və fərqli cəhətləri 
mövcuddur. Həmin fərqlər aşağıdakılardan ibarətdir:
1) Şifahi ədəbi dil danışılır və eşidilir, yazılı ədəbi dil isə 
yazılır və oxunur.
1
Yazılı ədəbi dildə müəllif tərəfindən dialoq və monoloqlar yaradılır. Bunu ümumi məsələ 
ilə qarışdırmamalı.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
25
2) Şifahi ədəbi dilin leksikasında hamıya aydın, ümum-
işlək sözlərə daha geniş yer verilir, yazılı ədəbi dildə 
isə elmi, texniki, siyasi və digər terminlər çox olur.
3) Şifahi ədəbi dildə cümlələr, əsasən, qısa və quruluşca 
sadə olur, yazılı dildə isə əksinə, uzun və mürəkkəb 
cümlələrdən daha çox istifadə edilir.
4) Şifahi ədəbi dildə danışıq dilinin xüsusiyyətləri mü-
hafizə olunaraq yarımçıq cümlələrdən, qısa replika-
lardan çox istifadə edilir. Lakin yazılı ədəbi dildə bağ-
layıcılara və silsiləli mürəkkəb cümlələrə daha çox yer 
verilir. Buna görə də yazılı dildə sintaksis mürəkkəb 
olur.
5) Şifahi ədəbi dildə intonasiya, pauza, vurğu və s. kimi 
vasitələrdən istifadə olunur. Yazılı ədəbi dildə isə 
bunların əvəzinə, imkan daxilində, işarələr işlədilir.
6) Şifahi ədəbi dildə fikrin ifadəsi üçün əlavə olaraq mi-
mika, jest və hərəkətlərdən də istifadə olunur, yazı bu 
əlavə vasitələrdən məhrumdur. Ona görə yazılı ədəbi 
dildə fikrin bütün incəliklərini mütləq əks etdirmək 
lazım gəlir.
7) Şifahi ədəbi dil müəyyən vasitə olmadan bu və ya 
digər fikri gələcək nəslə olduğu kimi çatdıra bilmir. 
Lakin yazılı ədəbi dil hər hansı bir məlumatın nəsil-
dən-nəslə keçməsində əsas rol oynayır. Məsələn, XVI 
əsrin böyük şairi Füzulinin məşhur əsərləri bizə ancaq 
yazının köməyi ilə gəlib çatmışdır.
8) Şifahi ədəbi dilin tempi çox sürətlidir. Lakin yazılı dilin 
sürəti xeyli zəif olur. Obrazlı demiş olsaq, şifahi dillə 
yazılı dil arasındakı fərq qaçmaqla yeriməyi xatırladır.
Müasir Azərbaycan ədəbi dilinin şifahi və yazılı for-
maları arasında möhkəm əlaqə vardır. Bunlar bir-biri ilə 
qarşılıqlı şəkildə inkişafdadır. Adətən, ədəbi dilin forma-
larından biri çox, digəri isə az inkişaf edir. Lakin müasir 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
26
Azərbaycan ədəbi dilində bunların hər ikisi, demək olar ki, 
eyni səviyyədə inkişaf edir.
Azərbaycan ədəbi dilinin formaları ilə yanaşı, onun üs-
lubları da əmələ gəlmiş və müəyyən inkişaf yolu keçmişdir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə