6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə12/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   8   9   10   11   12   13   14   15   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

AZƏRBAYCAN ƏDƏBİ DİLİ
§7. Ümumxalq dilinin cilalanmış, müəyyən normalara 
salınmış qoluna ədəbi dil deyilir. Ədəbi dil ictimai müəs-
sisə və idarələrdə, nəşriyyat və mətbuatda, kino və teatr-
larda, radio və televiziyada, maarif və mədəniyyət ocaqla-
rında və s. istifadə olunan dildir.
Hər bir ədəbi dil həm şifahi, həm də yazılı formala-
ra, eyni zamanda zəngin üslubi rəngarəngliyə malik olur. 
Ədəbi dilin hamı üçün aydın və ümumi olması onun əsas 
əlamətlərini təşkil edir.
Ədəbi dil mədəni və tarixi hadisədir. Bu dil cəmiyyə-
tin mədəni tələbatı əsasında və müəyyən zərurət nəticəsin-
də şifahi yolla yaranır.
Azərbaycan ədəbi dili ümumxalq dili əsasında şifahi 
formada təşəkkül tapmağa başlamışdır. Ədəbi dilimiz for-
malaşmağa başladığı dövrdən ümumxalq dilinin mövcud 
vasitə və materiallarına əsaslanmış, onların müəyyən his-
səsini seçib qəbul etmişdir. Bu zaman ümumxalq dilinin 
ancaq bir sahəsi deyil, onun bütün quruluşu, yəni səs sis-
temi, lüğət tərkibi və qrammatik quruluşu nəzərə alınmış 
və seçmə əməliyyatı aparılmışdır. Bu seçmə əməliyyatı, 
təxminən, aşağıdakı formalarda olmuşdur:
1) ümumxalq dilinin səs sistemindəki fonemlərdən, elə-
cə də fonetik qayda və hadisələrdən daha ümumi və 
səciyyəvi olanları götürülmüşdür;
2) ümumxalq dilinin lüğət tərkibindən hamı üçün ümu-
mi olan, aydın mənalı, mədəni səciyyəli sözlər seçilib 
qəbul edilmişdir;
3) qrammatik quruluşdan isə müxtəlif variantlı şəkilçilər 
və digər qrammatik qanunlar üzərində seçmə əməliy-
yatı aparılmışdır.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
22
Bütün bunlarla bərabər, ədəbi dilin formalaşmasın-
da ümumxalq dili dialektlərinin də xüsusi rolu olmuşdur. 
Belə ki, bu və ya digər ədəbi dil ümumxalq dilinin müəy-
yən dialekti əsasında yaranıb inkişaf edir.
Lakin bu dil müxtəlif dövrlərdə əsasını təşkil etdiyi dialekt 
çərçivəsindən kənara çıxır və ümumxalq dilinin başqa vasitələ-
rindən də istifadə edir. Azərbaycan ədəbi dili də belə bir tarixi 
proses keçmiş və buna görə ədəbi dilimiz hazırkı heç bir dialek-
tin eyni deyildir. İndiki ədəbi dilimiz bütün dialektlərin yaxşı 
cəhətlərini özündə əks etdirərək onların hamısından fərqlənir.
Müasir Azərbaycan ədəbi dili özünəməxsus daxili 
qaydalara və ədəbi normalara malikdir. Normativlik ədə-
bi dildə başlıca şərtdir. Ümumi normalar olmadan ədəbi 
dil də ola bilməz. Ədəbi normalar fikrin aydın, dəqiq ifadə 
olunmasına, hamı tərəfindən eyni formada anlaşılmasına, 
düzgün və vahid nitq yaratmağa kömək edir.
Ədəbi dilin normaları dilin bütün sahələrinə aid olur; 
məsələn:
1) fonetik normalar;
2) orfoepik normalar;
3) leksik normalar;
4) onomastik normalar;
5) semantik normalar;
6) frazeoloji normalar;
7) derivatoloji
1
 normalar;
8) morfoloji normalar;
9) sintaktik normalar;
10) üslubi normalar.
Nümunə üçün bunlardan leksik normaların tələbinə 
nəzər salaq. Ədəbi dilin leksik normalarına görə, kobud, 
1
Derivatologiya sözyaratma deməkdir.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
23
loru və söyüş xarakterli sözləri ədəbi dildə işlətmək olmaz. 
Müasir leksik normalara əsasən çətin ərəb və fars sözləri 
ədəbi dilimizdə işlənmir.
Yuxarıda qeyd olunan normalardan hər birinin 
özünəməxsus çoxlu qaydaları vardır (bunlar kitabın mü-
vafiq bəhslərində geniş izah edilmişdir).
Ədəbi dilin normaları daimi deyildir. Bunlar dilin in-
kişafı ilə bağlı olaraq zaman keçdikcə təkmilləşib dəyişir 
və zənginləşir. Müasir dövrün tələblərini ödəyə bilməyən 
normalar sıradan çıxır, yeni tələblər əsasında yaranan zə-
ruri normalar isə dilə daxil olur. Hər bir yeni ədəbi norma 
xalqın ruhuna uyğun yaradılır. Bu prinsipə müvafiq olma-
yan normalar dildə yaşaya bilmir və tez sıradan çıxır.
Ədəbi dilin orfoqrafik normaları dövlət tərəfindən təsdiq 
olunur. Digər normalara da ictimaiyyət tərəfindən riayət edi-
lir. Bunların qanuniləşməsinə xüsusi fikir verilir. Ədəbi dil nor-
malarının sabitləşməsində və möhkəmlənməsində digər idarə 
və müəssisələrlə yanaşı, ali məktəblərin də xüsusi rolu vardır. 
Buna görə də ədəbi dilin təmizliyi və inkişafı üçün ali məktəb-
lərdə ədəbi normalara düzgün riayət etmək, onun sabitliyi uğ-
runda müntəzəm olaraq mübarizə aparmaq lazımdır. 

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə