6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə21/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   17   18   19   20   21   22   23   24   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

5. Ədəbi dilin rəsmi üslubu
Cəmiyyətdə rəsmi münasibətləri bildirmək üçün yazı-
lan dövlət sənədlərinin üslubu rəsmi üslub adlanır. Buna, 
eyni zamanda, rəsmi sənədlərin üslubu, rəsmi dil də de-
yilir. Buraya bütün dövlət sənədlərinin – protokol, akt, 
nota, əmr, qərar, fərman, bəyanat, qətnamə və s. sənədlə-
rin dili daxildir.
Azərbaycan ədəbi dilinin rəsmi üslubu, əsasən, XIX 
əsrdə, yəni milli ədəbi dilin sabitləşməsi dövründə forma-
laşmağa başlamışdır. “Bu dövrdə dövlət-idarə işləri, və si-
qələr, əsasən, rus dilində idi. Lakin bununla yanaşı olaraq, 
dəftərxana vəsiqələrinə məxsus üslubun – rəsmi üslubun 
yaradılması uğrunda da mübarizə aparılırdı. Hətta belə 
vəsiqələrin nümunələri yaradılır, nəşr olunurdu və bu yol-
la da rəsmi üslubun ilk ünsürləri formalaşdırılırdı”
1
.
Rəsmi üslubda yazılan sənədlərdə fikrin konkret şə-
kildə izahı tələb olunur. Buna görə həmin üslub üçün aşa-
ğıdakı cəhətlər xarakterikdir:
a) hər bir məsələ aydın və olduqca qısa izah edilir;
b) artıq və lüzumsuz sözlərə, təkrarlara, bədii vasitələrə 
yol verilmir;
1
Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin inkişaf yolları, Bakı, 1938.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
37
c) mənalılığa, dolaşıqlığa yol verməmək üçün hər bir an-
layışa dair dəqiq terminlər seçilir;
ç) hər hansı bir məfhumun izahı üçün ədəbi dilin qram-
matik normalarına düzgün riayət olunur;
d) ştamp xarakterli xüsusi tərkiblərdən, ifadələrdən ge-
niş istifadə edilir.
6. Ədəbi dilin epistolyar üslubu
Şəxsi məktublaşma sənədləri epistolyar üslubda 
yazı lır. Buna şəxsi yazışma üslubu da deyilir. Epistolyar 
üs lub ədəbi dilin funksional üslubları sistemində xüsu-
si mövqeyə malikdir. Bu üslub müxtəlif növ məktubların 
mey dana çıxması ilə əlaqədar formalaşmışdır. Burada 
mək tub müəllif tərəfindən ünvançıya göndərilir və eyni 
zamanda ünvançının cavab məktubu da unudulmur.
Epistolyar üslub digər funksional üslublardan, əsasən, 
aşağıdakı linqvistik əlamətləri ilə fərqlənir:
1. Hadisənin birinci şəxs tərəfindən nəql edilməsi və 
buna müvafiq I şəxs əvəzliyinin işlənilməsi; 2. Müəyyən 
ünvançıya müraciət və II şəxs əvəzliyinin (varlığı) mövcud 
olması; 3. Tərkiblər və söz birləşmələri kimi dil vahidlə-
rinin, xüsusən məktubların əvvəlində və sonunda özünü 
göstərən (ştampların) standartların olması; 4. Müxtəlif qu-
ruluşlu xitabların işlədilməsi.
Bu üslub ədəbi dilin digər üslubları ilə sıx əlaqədə 
olub, bununla yanaşı, fərdi xüsusiyyətlərə malik olması ilə 
onlardan ciddi şəkildə fərqlənir. Epistolyar üslub aşağıda-
kı janrlara bölünür:
1) adi məişət məktubları;
2) dostluq məktubları;
3) rəsmi məktublar;
4) açıq məktublar.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
38
Bu və ya başqa bir məktubun epistolyar üslubun hansı 
janrına aid olmasını məktub müəllifinin fərdi yaradıcılıq 
xüsusiyyətləri müəyyənləşdirir.
Epistolyar mətnlərin (məktubların) tərkibi, əsasən, üç 
komponentdən ibarət olur: 1) başlanğıc hissə; 2) əsas hissə; 
3) sonluq.
Başlanğıc hissədə, əksər hallarda, ünvançıya müraciət 
edilir və bundan sonra ötəri olaraq hal-əhval soruşulur. 
Məktubda ünvançıya müraciət epistolyar monoloqun dia-
loqlaşdırılması əlamətidir.
Əsas hissə ortada verilir. Burada ünvançıya hər han-
sı bir informasiya məlum edilir, yaxud ünvançını düşün-
dürən məsələlər barədə mühakimə yürüdülür, yaxud da 
hər hansı hadisə nəql olunur və s.
Məktubun sonluğu yekunlaşdırıcı xüsusi, xarakterik 
ifadə və cümlələrlə tamamlanır.
Ədəbi dilin üslubları arasında qəti sərhəd qoymaq 
mümkün deyildir. Çünki bu və ya digər üsluba məxsus 
cəhətlər başqa üslublarda da ola bilir. Buna görə də üslub-
ların fərqli cəhətləri şərti olaraq qruplaşdırılır.
Ədəbi dilin üslubları cəmiyyətin inkişafı ilə əlaqədar 
olaraq dəyişir və inkişaf edir. XX əsrdə Azərbaycan ədəbi 
dilinin üslubları hər cəhətdən geniş inkişaf etmişdir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə