6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə14/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   10   11   12   13   14   15   16   17   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

MÜASİR AZƏRBAYCAN ƏDƏBİ DİLİNİN
ÜSLUBLARI
§9. Ədəbi dilin xarakterik cəhətlərindən biri də onun 
müxtəlif üslublara malik olmasıdır.
Üslub nədir? Üslub sözü bir çox mənalarda işlənir. 
Məsələn, dilin üslubu, yazıçının üslubu və s. Dilin üslubu 
ilə yazıçının üslubu eyni anlayış deyildir. Ona görə bu an-
layışları bir-biri ilə qarışdırmaq olmaz.
Dilin üslubu dedikdə, ümumi funksional üslublar 
nəzərdə tutulur. Lakin yazıçının üslubu fərdi üslubdur. 
Yazıçının üslubu onun ümumxalq dilindən dil vasitələrini 
öz arzu və zövqünə, mövzu və məqsədinə görə necə se-
çib işlətməsi üsulları ilə bağlıdır. Hər bir yazıçının üslubu 
onun həyata münasibəti, elmi və siyasi biliyi, mədəniyyəti 
və bacarığı əsasında yaranır. Buna görə də yazıçının dün-
yagörüşü ilə ifadə tərzinin vəhdəti onun üslubudur. Lakin 
yazıçının üslubu ümumdil xaricində mövcud deyildir. Bu, 
ümumidən asılı olaraq onun bir hissəsidir. Bədii yaradıcı-
lıqda hər sənətkarın öz üslubunun olması əsas şərtlərdən-
dir. Çünki fərdi üslub sənətkarın yaradıcılıq orijinallığını 
müəyyən edir və onu başqalarından fərqli bir sənətkar 
kimi tanıdır.
Dilin üslubları müxtəlif səbəblər nəticəsində əmələ 
gəlir. Bu, hər şeydən əvvəl, insan fəaliyyətinin müxtəlif 
sahələri ilə əlaqədar olaraq bu və ya başqa şəraitdə fikrin 
ifadə olunması üçün dil vasitələrindən istifadə edilərkən 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
27
yaranır. Hər bir üslub dilin milli xüsusiyyətləri əsasında 
qurulur. Bunların yaranmasında həm yazıçıların, həm də 
alim, müəllim və digər qrup ziyalıların böyük xidməti olur.
Dildəki üslubların əmələ gəlməsi və digər cəhətlə-
rindən bəhs edən xüsusi elm sahəsi vardır. Buna dilçilik-
üslubiyyat deyilir. Üslubiyyatda dilin ifadə vasitələ-
rinin müxtəlif üslublarda işlənilmə üsulları geniş şəkildə 
öyrənilir.
Azərbaycan ədəbi dilində, qədim dövrlərdən başlaya-
raq, zəngin üslubi sistem yaranmışdır. Ədəbi dilimizin ay-
rı-ayrı inkişaf mərhələlərində müxtəlif üslublar olmuşdur. 
Zaman keçdikcə bu üslublar daha da artmış, zənginləşmiş 
və təkmilləşmişdir. Hazırda Azərbaycan ədəbi dilinin aşa-
ğıdakı funksional üslubları vardır:
1) ədəbi danışıq üslubu;
2) bədii üslub;
3) elmi üslub;
4) publisistik üslub;
5) rəsmi üslub;
6) epistolyar üslub.
Bu funksional üslubların həm ümumi, həm də hər bi-
rinin özünəməxsus fərqli xarakterik cəhətləri vardır.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə