6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə15/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   11   12   13   14   15   16   17   18   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

1. Ədəbi danışıq üslubu
Dilçilik elmində ədəbi danışıq üslubu haqqında fikir 
müxtəlifliyi vardır. Bəzi alimlər bu dil hadisəsini üslub he-
sab etmirlər. Bəzi dilçilər isə bunu üslub kimi qəbul edir, 
lakin bu üslubun istifadə olunmasına dair müxtəlif fikirlər 
irəli sürürlər. Belə ki, bəziləri bu üslubun ancaq məişətdə, 
digəri isə yalnız elmi məclisdə işləndiyini göstərir. Bu fikir-
lər ədəbi danışıq üslubunun istifadəsini doğru olmayaraq 
son dərəcə məhdudlaşdırır.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
28
İstifadə dairəsi. Ədəbi danışıq üslubunun istifadə 
olunma dairəsi çox geniş əhatəlidir. İxtisasından, bilik və 
bacarığından asılı olmayaraq hamı bu üslubdan gündəlik 
istifadə edir.
Dilçilikdə ədəbi danışıq üslubu üçün müəyyənləşdi-
rici başlıca əlamət haqqında müxtəlif mülahizələr vardır. 
Bir qrup dilçi bu üslub üçün qeyri-rəsmi danışığı, digəri 
isə şifahi xarakterdə olması əlamətini əsas götürür. Lakin 
deməliyik ki, bu üslub funksional üslub meyarına tam uy-
ğun gəlir və ədəbi dil sistemində müstəqil yerə malikdir.
Janrları. Ədəbi danışıq üslubunun tərkibində müxtə-
lif növ janrlar mövcuddur. 1) məruzə; 2) mühazirə; 3) çıxış; 
4) müsahibə; 5) söhbət və s. Bu janrlar məzmun və formaca 
fərqləndiyi kimi, üslubi çalarlığa görə də bir-birindən ay-
rılır və seçilir.
Mikroüslublar. Ədəbi danışıq üslubunun aşağıdakı 
mikroüslubları vardır: a) Rəsmi ədəbi danışıq üslubu; b) Qey-
ri-rəsmi ədəbi danışıq üslubu.
a) Rəsmi-ədəbi danışıq üslubu. Ünsiyyətin tələb və 
məqsədi ilə əlaqədar olaraq bu mikroüslubun tərkibində 
bir neçə müxtəlif üslub variantı özünü göstərir:
1. Mühazirə üslubu.
2. Məruzə üslubu.
3. Çıxış üslubu.
4. Televiziya üslubu.
5. Radio üslubu.
Rəsmi-ədəbi danışıq üslubuna kodlaşdırılmış ədəbi da-
nışıq üslubu da deyilir. Burada kitab dilinə yaxın danışılır, 
ədəbi norma və qaydalardan kənara çıxılmır.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə