0f11aztitul(1-7)


YÜKLÜ ZƏRRƏCİYİN MAQNİT SAHƏSİNDƏ HƏRƏKƏTİ. LORENS QÜVVƏSİ



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə12/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

31 
 
1.6. YÜKLÜ ZƏRRƏCİYİN MAQNİT SAHƏSİNDƏ HƏRƏKƏTİ. LORENS QÜVVƏSİ 
 
 Çevrə üzrə bərabərsürətli hərəkətdə xətti sürət ədədi qiymətcə 
gedilən yolun bu yolu getməyə  sərf olunan zamana nisbətinə 
bərabərdir
 = =
2
   →      =
2

. 
 Çevrə üzrə bərabərsürətli hərəkət edən maddi nöqtənin mərkəzəqaçma təcilinin modulu 
xətti sürət kvadratının çevrənin radiusuna nisbətinə bərabərdir: 
=


 Maqnit sahəsinin hərəkət edən yüklü zərrəciyə təsir qüvvəsi Lorens qüvvəsi adlanır
=
 
∝. 
Yüklü zərrəcik maqnit sahəsinə induksiya xətlərinə perpendikulyar istiqamətdə daxil olar-
sa, Lorens qüvvəsi maksimal qiymət alır: 
 
=
. 
Lorens qüvvəsi   və 
 vektorlarına perpendikulyardır və onun istiqaməti sol əl qaydası 
ilə təyin olunur. 
 Lorens qüvvəsi üçün sol əl qaydası: sol əli maqnit sahəsində elə tutmaq lazımdır ki, 
maqnit induksiya vektoru ovuca daxil olsun və açılan dörd barmaq müsbət yükün hərəkəti 
istiqamətində (mənfi yükün hərəkətinin  əksinə) yönəlsin. Bu zaman 90° bucaq altında 
açılmış baş barmaq yükə təsir edən Lorens qüvvəsinin istiqamətini göstərəcək. 
 

 
Yerin Şimal və Cənub coğrafi qütblərinin yaxınlığındakı 
ərazilərdə “Qütb parıltısı” adlanan gözəl atmosfer hadi-
səsi müşahidə olunur. Hadisənin yaranmasına səbəb at-
mosferdəki  yüklü  zərrəciklər  selinə  maqnit  sahəsinin 
təsir göstərməsidir. 
 Qütb parıltısının yüklü 
zərrəciklər seli və maq-
nit sahəsi ilə nə əlaqəsi 
ola bilər?  
Həmin zərrəciklər seli 
haradan yaranır? 
 Niyə bu hadisə, adətən 
Yerin qütblərində baş 
verir? 
 
 
 
Zərrəcik hansı istiqamətdə dövr edər? 
• Məsələ 1. Elektron və proton eyni sürətlə bircins maqnit 
sahəsinə onun induksiya vektoruna perpen-
dikulyar istiqamətdə daxil olur 
(a)
. Hər iki 
zərrəcik çevrə üzrə hərəkət etməyə başlayır. 
a. Zərrəciklər çevrə üzrə hansı 
istiqamətdə dövr edir? 
b. Hansı zərrəcik daha böyük 
radiuslu çevrə üzrə dövr edər? 
c. Hansı zərrəciyin dövretmə 
periodu daha böyükdür? 
 
Nəticənin müzakirəsi: 
 Yüklü zərrəcik bircins 
maqnit sahəsində düzxətli 
bərabərsürətli hərəkət edə 
bilərmi? Cavabınızı 
əsaslandırın. 
 Yüklü zərrəcik hansı halda 
bircins maqnit sahəsində 
çevrə üzrə hərəkət edər? 
 Bircins maqnit sahəsində 
çevrə üzrə hərəkət edən 
zərrəciyin dövretmə 
periodu və radiusu nədən 
asılıdır?  
ARAŞDIRMA  
1 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 9 və 10
 
(a) 

 

 
  LAYİHƏ


32 
 
 Maqnit sahəsi – verilən hesablama sisteminə nəzərən maqnit sahəsinin induk-
siyası  sıfırdan fərqli (
0), elektrik sahəsinin intensivliyi isə sıfır olan ( = 0
elektromaqnit sahəsidir. 
Maqnit sahəsində hərəkət edən yüklü zərrəciyə Lorens qüvvəsi təsir edir: 
=

 
.           (1) 
Lorens qüvvəsinin istiqaməti zərrəciyin hərəkət sürətinə perpendikulyar olduğun-
dan (

 

) bu qüvvə iş görmür: A = 0. Bu səbəbdən Lorens qüvvəsi nə zərrəciyin 
sürətini və impulsunun modulunu, nə də kinetik enerjisini dəyişə bilmirO, yalnız 
zərrəciyin hərəkət istiqamətini dəyişir.  Zamana  görə  dəyişməyən  bircins  maqnit 
sahəsində yüklü zərrəciyin hərəkət tənliyi (

≪  şərti ilə) Nyutonun II qanununa 
əsasən belə yazılır: 
= | |

 
.          (2) 
Zərrəcik maqnit qüvvə xətlərinə perpendikulyar istiqamətdə (

 ) sahəyə daxil ol-
duqda ona maksimal Lorens qüvvəsi təsir edir (
 90° = 1): 
= | |

 . 
Bu halda zərrəciyin hərəkət tənliyi: 
= | |

 .                    (3) 
Lorens  qüvvəsi  zərrəciyə  mərkəzəqaçma  təcili  verərək 
(

 

  olduğundan)  onu  radiusu  R  olan  çevrə  üzrə 
hərəkət etdirir 
(b)
:  
=


Beləliklə, zərrəciyin hərəkət tənliyi üçün alarıq:   

= | |

.      (4)  
(4)-dən zərrəciyin dövr etdiyi çevrənin radiusunun asılı olduğu kəmiyyətləri müəy-
yən etmək olar: 
=

| |
=
| |
=
2
| |
.        (5) 
Burada   və 
− uyğun olaraq zərrəciyin impulsunun modulu və kinetik enerjisidir. 

 Maqnit sahəsində yüklü zərrəciyin “cızdığı” çevrənin radiusu onun hərəkət sür-
ətinin (impulsunun) modulu ilə düz, maqnit induksiya vektorunun modulu ilə  tərs 
mütənasibdir
Zərrəciyin çevrə üzrə dövretmə periodu isə onun kütləsindən, yükünün miqdarın-
dan və maqnit sahə induksiyasının modulundan asılıdır: 
=
2

=
2
| |
.         (6) 
 
(b) 
  LAYİHƏ


33 
 
 
Yükün işarəsini təyin edin 
Məsələ 2. Yüklü zərrəcik müəyyən sürətlə induksiya vektoruna 
perpendikulyar  istiqamətdə  bircins  maqnit  sahəsinə 
daxil olur (induksiya vektoru şəkil müstəvisindən mü-
şahidəçiyə perpendikulyardır). Maqnit induksiyasının 
modulu 4 Tl-dır. Zərrəcik maqnit sahəsinin təsiri ilə 
radiusu 0,5 m olan çevrə üzrə saat əqrəbi hərəkətinin 
əksi istiqamətində dövr etməyə başlayır. Zərrəcik bir 
tam dövrə – 0,01 san vaxt sərf edərsə, onun:  
a) yükünün işarəsini təyin edin;  
b) xüsusi yükünü (zərrəciyin yükünün kütləsinə 
nisbəti) təyin edin.
 
 
Nəticənin müzakirəsi: 
 Lorens qüvvəsinin 
təsiri ilə çevrə üzrə 
dövr edən zərrəciyin 
yükünün işarəsini 
necə təyin etmək olar? 
 Zərrəciyin xüsusi 
yükünü hansı düsturdan 
təyin etmək olar?
 
 
Zərrəciyin kütləsini təyin etmək məqsədi ilə istifa-
də olunan cihaz “Kütlə-spektroqrafı” adlanır. Onun 
iş  prinsipi  belədir:  cihazın  vakuum  kamerası  bir-
cins  maqnit  sahəsində  yserləşdirilir  (onun  induk-
siya  vektoru  şəkil  müstəvisindən  perpendikul-
yardır).  Elektrik  sahəsi  ilə  sürətləndirilən  yüklü 
zərrəcik maqnit sahəsində qövs cızaraq fotolövhə 
üzərində iz qoyur 
(c)
. İzə görə qövsün radiusu öl-
çülür. Bu isə yükü məlum olan zərrəciyin kütləsini 
dəqiqliklə hesablamağa imkan verir. 
 Radius və zərrəciyin yükünün miqdarı məlumdursa, onun kütləsi necə təyin edilir? 
 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 
Verilən təsvirlərə əsasən  məsələlər qurun və onları həll edin. 
 
 
 
 
 
• NƏ ÖYRƏNDİNİZ?  
“Lorens qüvvəsi” anlayışının xəritəsini qurun.
 
 
 
 
 
 
 
ARAŞDIRMA 
2 
TƏTBİQETMƏ  
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 

2
3

5
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
(c)
  Sürətləndirici 
gərginlik yaradan 
element 
 
Nasos
 
Zərrəcikləri 
işıqlandıran mənbə
 
 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə