Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə1/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   83
az dili


MÜHAZİRƏ-6
NİTQİN NÖVLƏRİ VƏ FORMALARI
Plan:
1. Dil və nitq
2. Dioloji nitq
3. Monoloji nitq
4. Mühazirə
5. Məruzə
6. Çıxış


Ədəbiyyat:
1. Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008.
2. Əliyev K. Azərbaycan natiqlik sənəti. Bakı, 1983.
3. Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat., Bakı, 2005.

DIL VƏ NITQ. Nitq - müəyyən kollektivin digər üzvləri ilə əlaqa saxlamaq məqsədilə dildən istifadə edən şəxsin fəaliyyətidir. Dil və nitq eyni bir hadisənin - nitq fəaliyyətinin bir-biri ilə qarşılıqi əlaqədə olan iki cəhətidir. Nitqin aydınlığı və təsirli ola bilməsi üçün dil, öz növbəsində dilin mövcudluğu üçün nitq zəruridir. Hər hansı dilin sistemini yalnız nitqdəki təzahürünə görə müəyyənləşdirmək olur. Nitq nəinki dili təzahür etdirir, həm də onu inkişaf etdirir, formalaşdırır. Nitq fəaliyyətdə olan, yəni öz funksiyasını yerina yetirməkdə olan dildir. Nitq aktıdır. Nitq dilin konkret ünsiyyət şəraitində realizə olunmasıdır. Dil ünsiyyət -vasitədirsə, nitq ünsiyyətin özüdür.
Isveçrə dilçisi məşhur Sössürün «Ümum' dilçilik kursu» adlı əsərində dil və nitqin oxşar və fərqi cəhətləri ilk dəfə ətraflı şəkildə şərh olunmuşdur. 0, dil və nitqi iki müxtəlif hadisə hesab etmiş, göstərmişdir ki, nitq fərdi danışıq və eşitmə faktorlarından ibarətdir. Sonralar onun bu tezisi ilə müxtəlif nəzəriyyələr meydana gəlmiş, fikirlər söylənilmişdir. Bu fikirlər nəticə etibarilə bela ümumiləşdirilmişdir ki, dil və nitq fərqli kateqoriyalar olsa da, bu iki anlayış bir-birinə bağlıdır, bir-biri ilə dialektik vəhdətdədir. Dil nitqin hesabına, nitq də dilin hesabına zənginləşər. Dil nitqdə fəaliyyət göstərir. Nitqdən təcrid olunanda o mücərrəd bir mahiyyət daşıyır, ünsiyyət, anlama üçün yararsız olur. Nitq ünsiyyət prosesi olduğundan nitq və dil arasındakı qarşılıqlı əlaqələr bu prosesdə baş verir.
Nə qədər yaxın və qarşılıqlı əlaqədə olsa da, dil və nitqin özünəməxsus cəhətləri vardır ki, bu onları bir-birindən fərqləndirir. Bu fərqlər aşağıdakılardır:

  1. Dil ünsiyyət vasitəsidir. Nitq isə bu ünsiyyətin özüdür Ünsiyyət vasitələri imkan vəziyyətində dildir. Nitq dil normalarına əsaslanır, dil sistemi isə öz növbəsində nitq fəaliyyətində təzahür edir, təkmilləşir.

  2. Nitq fərdidir, ayrı-ayrı adamların nitq aktlarıdır, vərdişləridir, danışığıdır, yazısıdır. Yazıçının dili dedikdə, yazıçının nitqi (nitqinin yazıya köçürülmüş forması) nəzərdə tutulur.

Ümumxalq dili eyni bir dil kollektivi üzvlərinin əlaqə məqsədilə dildən istifadə formalarından asılı olaraq müxtəlif dəyişikliyə uğrayır. Danışanlar, yaxud yazanlar dil vasitələrindən eyni şəkildə istifadə etmirlər. Bu istifadə şəxsin təhsili, həyat təcrübəsi, dünyagörüşü, mədəni səviyyəsi və s. ilə bağlı müxtəlif şəkildə olur. Burada danışan və yazanın ifadə etdiyi fikrə və ya başqasının fikrinə münasibəti də dil vasitələrindən istifadənin rəngarəngliyinə, müxtəlifliyinə səbəb olur. Bu münasibətdən asılı olaraq cümlədə sözlərin sırası dəyişilir, müxtəlif xitablar, ara sözləri, ara cümlələr işlədilir, rəngarəng intonasiya çalarlanndan istifadə olunur.
3. Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək mümkün deyildir. Bu müşahidə fərdlərin nitqi və onun təhlili olan mətn üzrə aparılır. Dilə dair qrammatika kitabları və digər sorğu vəsaitləri bu mətnlər, onların təhlili yolu ilə aparılan araşdırmaların nəticəsi olaraq yazılır, oxuculara təqdim olunur. Nitq daha çox sintaksislə bağlıdır, onun sinonimi kimi işlənir.
4. Nitq tarixi səciyyə daşıyır, dil isə tarixdən kənardadır. Başqa sözlə, nitq işləndiyi şəraitdən asılıdır, həmin şəraitdəki bütün faktorların təsirinə məruz qalır, dəyişikliyə uğrayır. Lakin dil, normalarının köməyi ilə budəyişikliklərdən, təsirlərdən özünü qoruyur.
5. Nitq dil ilə müqayisədə mütəhərrik va dinamikdir. Onun vahidləri (mürəkkəb sözlər, söz birləşmələri, cümlələr) nitq prosesində yaranır, mürəkkəb quruluşa malik olur. Bu vahidlər həmin an üçün zəruri ehtiyacı ödəmək məqsədi güdür. Dil isə nitqla müqayisədə sabitdir, dəyişmir. Dildə səhv ola bilməz, nitqdə isə ola bilər. Dil tarazlaşmış, nizamlanmış normalar sisteminə və lüğət tərkibinə malikdir. Nitq prosesinin müəyyən məhsulu (mətni), həmin məhsuiun da iki tərəfı olur:
1) oradakı fikir, yəni nitqin məzmunu;
2) bu fıkrin maddi qabığı varlıq, yəni forma. Deməli, bu mənada

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə