0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə14/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   73

37 
 
 
Məsələni həll edin 
•  Məsələ  2.  Şəkildəki  təsvirlərə  əsasən 
məsələlər qurun və həll edin. 
 
 
 
 
Nəticənin müzakirəsi: 
 Məsələlərdə nəyi təyin etmək tələb olunur? 
Onların həllində nədən istifadə etdiniz? 
 
 
Elektron  resurslardan  istifadə  etməklə  Amper  qüvvəsinin  həyatımızda  tətbiqlərinə  aid 
maraqlı misallar göstərin. 
 
 
№ 
Suallar 
Bilirəm 
zəif 
orta 
yaxşı 

Hansı  halda  maqnit  sahəsi  cərəyanlı  naqilə  təsir  etmir? 
Niyə? 
 
 
 

Cərəyanlı  naqillə  maqnit  sahəsinin  qarşılıqlı  təsirinin 
xarakteri nədən asılıdır? 
 
 
 

Şəkildə sabit maqnit sahə-
sində yerləşdirilmiş cərə-
yanlı çərçivə təsvir 
olunmuşdur. Çərçivənin 
tərəflərinə təsir göstərən 
Amper qüvvəsinin və 
çərçivənin ox ətrafında 
fırlanma istiqamətini təyin 
edin.
 
 
 
 
 
 
 
• NƏ ÖYRƏNDİNİZ?  
“Amper qüvvəsi” anlayışının xəritəsini qurun.
 
 
 
 
 
 
 
ARAŞDIRMA 
2 
TƏTBİQETMƏ  
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 

2
3
4

 
 
 
 
 
 
 
N


S
S
N
  LAYİHƏ


38 
 
1.8. MAQNİT SELİ. ELEKTROMAQNİT İNDUKSİYASI HADİSƏSİ 
 
M. Faradey apardığı çoxsaylı təcrübələrin köməyi ilə 1831-ci ildə 
müəyyən etdi ki, maqnit sahəsinin dəyişməsi qapalı keçirici 
konturda elektrik cərəyanı yaradır
 Qapalı keçirici konturda maqnit sahəsinin dəyişməsi ilə elektrik cərəyanının yaranması 
elektromaqnit induksiyası hadisəsi, yaranan cərəyan isə induksiya cərəyanı adlanır. 
 Dəyişən maqnit sahəsi həmişə ətraf fəzada burulğanlı elektrik sahəsinin yaranması ilə 
müşayiət olunur.  
Burulğanlı elektrik sahəsi elektrostatik sahədən kəskin fərqlənir: 
a) elektrostatik sahəni sükunətdəki elektrik yükü, burulğanlı elektrik sahəsini isə dəyişən 
maqnit sahəsi yaradır; 
b) elektrostatik sahənin intensivlik xətləri müsbət yükdən başlayır, mənfi yükdə qurtarır –
bu xətlər açıqdır. Burulğanlı elektrik sahəsinin intensivlik xətlərinin nə başlanğıcı, nə də 
sonu var; o, maqnit induksiya xətləri kimi qapalıdır.  
Rus fiziki Emiliy Xristianoviç Lens 1833-cü ildə induksiya cərəyanının istiqamətini təyin 
edən ümumi qaydanı – Lens qaydasını müəyyənləşdirdi: 
 İnduksiya cərəyanı elə istiqamətə yönəlir ki, onun yaratdığı maqnit sahəsi bu cərəyanı 
yaradan xarici maqnit sahəsinin ixtiyari dəyişməsinə mane olur
Əgər xarici maqnit sahəsi güclənərsə, induksiya cərəyanının maqnit sahəsi onun də-
yişməsini zəiflədəcəkdir. Bu zaman induksiya cərəyanının maqnit induksiyası xarici maqnit 
sahəsinin induksiyasının əksinə yönəlir 
(1)
.  
Əgər xarici maqnit sahəsi zəifləyərsə, induksiya cərəyanının maqnit sahəsi onun dəyiş-
məsinə mane olur, yəni “çalışır” ki, bu sahə zəifləməsin.
 
Bu zaman induksiya cərəyanının 
maqnit induksiyası xarici maqnit sahəsinin induksiyasının istiqamətinə yönəlir 
(2)
. 
 
 

 
Təbiətin  qoynunda  turist  gəzintisindəsi-
niz.  Dostunuza  zəng  etmək  istəyirsiniz, 
lakin  telefonun  enerjisi  qurtarıb.  Yaxın-
lıqda  cərəyan  mənbəyi  olmadığından 
adapter  gərəksiz  əşyaya  çevrilib.  Lakin 
sizdə  hər  bir  turistə  vacib  olan  dinamo-
maşın  var.  Telefonun  akkumulyatorunu 
dinamo-maşına  qoşub  dəstəyini  bir  neçə 
dəqiqə fırlatmaq kifayətdir ki, o yenidən 
yüklənsin.   
 Dinamo-maşının iş prinsipi hansı fi-
ziki hadisəyə əsaslanır? 
  Belə  sadə  qurğunun  tətbiqinə  daha 
harada rast gəlmisiniz?  
 
 
 
(1) 
(2)
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika – 9
  LAYİHƏ


39 
 
 
Elektromaqnit induksiyası hadisəsinin tədqiqi
 
Təchizat:  qalvanometr,  çoxdolaqlı  sarğac,  azdolaqlı  kiçik 
sarğac, dəmir içlik, sabit düz maqnit, sabit cərəyan 
mənbəyi (düzləndirici), birləşdirici naqillər.  
İşin gedişi.  
Təcrübə 1. Sarğacı qalvanometrə birləş-
dirib  üç  halı  araşdırın:                 
a)  sabit  maqnit  sarğaca  da-
xil  edilir;  b)  maqnit  sarğac 
daxilində fırladılır; c) maq-
nit sarğacdan çıxarılır 
(a)

Təcrübə  2.  Şəkildə  təsvir  edilən  qur-
ğunu  yığın:  kiçik  sarğacı 
qalvanometrə,  dəmir  içlikli 
çoxdolaqlı  sarğacı  isə  düz-
ləndiriciyə  qoşub  dövrəni 
qapayın 
(b)
.  Kiçik  sarğacı 
dəmir  içlikdə  şaquli  yuxarı 
və  aşağı  hərəkət  etdirdikdə 
və sükunətdə saxladıqda baş 
verən hadisəni izləyin. 
 
 
Nəticənin müzakirəsi: 
 Bu iki təcrübədə hansı 
ümumi xüsusiyyətlər 
aşkar etdiniz? 
 Maqnit və elektrik 
sahələrinin qarşılıqlı 
təsirləri haqqında hansı 
nəticəyə gəldiniz?  
 
 
Maqnit seli. Bircins maqnit sahəsində qapalı kontur 
(çərçivə) yerləşdirilərsə, bu konturun hüdudlandırdığı 
səthin S sahəsindən müəyyən sayda maqnit induksiya 
xətləri keçər 
(c)
. Həmin induksiya xətlərinin sayı ilə 
mütənasib olan kəmiyyət maqnit induksiya seli və ya 
sadəcə maqnit seli adlanır. 

 Maqnit induksiya seli (Ф) – ədədi qiymətcə maqnit induksiya vektorunun 
modulu, konturun sahəsi və konturun normalı ilə induksiya vektoru arasında qalan 
bucağın kosinusu hasilinə bərabər kəmiyyətdir
Ф =

Maqnit seli skalyar kəmiyyət olub mənfi, müsbət və ya sıfıra bərabər ola bilər: 
– əgər induksiya vektoru ilə konturun normalı arasındakı bucaq iti bucaqdırsa, 
maqnit seli müsbət, kor bucaqdırsa, mənfidir; 
– əgər induksiya vektoru səthə perpendikulyardırsa, yəni səthin normalına para-
leldirsə, 
= 0°  →
 0° = 1 olur və səthdən keçən maqnit seli maksimum qiymət 
alır: 
Ф =

ARAŞDIRMA  
1 
(c) 
(a)
(b)
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə