0f11aztitul(1-7)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə9/73
tarix14.05.2018
ölçüsü3,69 Kb.
#44035
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

22 
 
 
Çörəkbişirmə müəssisələrində ən ağır iş böyük kütləli 
un və tərkibinə xama vurulmuş suyu qarışdırıb bircins 
xəmir  hazırlamaqdır.  Müasir  müəssisələrdə  bu 
prosesi  iş  prinsipi  elektrik  sahəsinin  tətbiqinə 
əsaslanan  avtomat  qurğular  yerinə  yetirir.  Şəkildə 
belə  qurğulardan  birinin  sadələşmiş  sxemi  təsvir 
edilmişdir 
(e)
.  
 Onun iş prinsipini izah edə bilərsinizmi?  
 
№ 
Suallar 
bilirəm 
Zəif 
Orta  Yaxşı 
1   İki nöqtə arasında gərginlik 12V-dur. Bu nə deməkdir? 
 
 
 

İki keçirici naqildən birinin elektrik yükü az, lakin potensialı 
digər naqildəkindən böyükdür. Bu naqillər toxundurularsa 
onlardakı elektrik yükləri necə hərəkət edər?  
 
 
 

A  və  B  nöqtələri  bircins  elektrik  sahəsinin  intensivlik  oxunun 
üzərindədir.  Bu  nöqtələrin  potensialları  arasında  münasibət 
  olarsa,  sahənin  intensivliyi  hansı  istiqamətə  yö-
nəlmişdir? 
 
 
 
 
 
•  NƏ  ÖYRƏNDİNİZ?   
Qeyd  olunan  anlayış  və  müddəaların  təriflərini  və  düsturlarını  iş 
vərəqinə yazın: “elektrik sahəsi”, “elektrik sahəsinin işi”, “gərginlik”,  
potensial”, “intensivliklə gərginlik arasında əlaqə”.
 
 
HƏYATLA ƏLAQƏLƏNDİRİN 
 
ÖZÜNÜZÜ QİYMƏTLƏNDİRİN 
(e) 
  LAYİHƏ


23 
 
1.4. KONDENSATOR. ELEKTRİK TUTUMU 
 Kondensator – elektrik yüklərini toplamaq üçün istifadə edilən 
qurğudur. Kondensator latın sözü “kondensare” olub sıxlaşma 
mənasını verir. 
Ən sadə kondensator müstəvi kondensatordur. O, aralarında nazik dielektrik qatı (mə-
sələn, hava) olan bir-birinə yaxın yerləşmiş iki paralel metal lövhədən ibarətdir 
(a)
.  
Elektrik dövrələrinin sxemində kondensatorun şərti işarəsi  
┤├
  kimidir.  
 Kondensator lövhələri mütləq qiymətcə bərabər, işarəcə əks yüklərlə elektriklənir.  
 Kondensatorun elektrik yükünü toplamaq qabiliyyəti elektrik tutumu adlanan fiziki kə-
miyyətlə xarakterizə olunur. 
 Böyük miqdarda müxtəlif işarəli elektrik yüklərini ayırmaq, toplamaq və ötürmək üçün 
istifadə olunan qurğu elektrofor maşınıdır 
(b)
.  
Elektrofor maşınının diskləri sürətlə  fırla-
dıldıqda onlar aralarındakı havaya sürtün-
məklə  əksişarəli yüklərlə elektriklənir. Bu 
yüklər disklərə toxunan metal fırçalar vasi-
təsilə iki Leyden bankasına (1) toplanır və 
oradan kürəvi metal konduktorlara (2) ötü-
rülür. Nəticədə konduktorlardan birində 
müsbət, digərində  mənfi elektrik yükləri 
toplanır.
 
 

 
Məşhur serb alimi Nikola Tesla (1856-1943) belə bir ide-
ya irəli sürdü ki, Yer-atmosfer sistemi nəhəng konden-
satordur. O, çox böyük miqdar ucuz elektrik enerjisinin 
mənbəyidir. Teslanın ideyasına görə, Yerin ionosferinə 
göndərilən zəif tezlikli elektromaqnit şülanması ionosfe-
rin  yüklü  zərrəciklərinin  məxsusi  tezliyi  ilə  üst-üstə 
düşərək orada rezonans yaradacaq. 
 
Nəticədə  Yer  kürəsini  əhatə  edən  çox 
güclü elektromaqnit şüalanması yarana-
caq. Bu zaman Yerin ixtiyari nöqtəsinə 
uzun metal çubuq batırmaq kifayət edər 
ki, səmadan fasiləsiz olaraq pulsuz elek-
trik  enerjisi  qəbul  olunsun.  Əsas  prob-
lem  ionosferi  həyəcanlandıran  impuls 
qülləsini  –  rezonatoru  tikmək  idi.  ABŞ 
milyarderi  Morqan  Lonq-Aylend  şəhə-
rində  (ABŞ)  belə  bir  qüllənin  tikintisi 
üçün Teslanı maliyyələşdirmək qərarına 
gəlir. Lakin o, qüllənin tamamlanmasına 
az qalmış Yer kürəsində baş verə biləcək 
ekoloji  fəlakətin  qarşısını  almaq  məq-
sədi  ilə  bu  layihəni  dayandırdı  və 
layihəni ləğv etdi. 
 Əgər layihə baş tutsa 
idi, Yerdə hansı ekoloji 
fəlakətlər baş verə 
bilərdi? 
 
 
• KEÇDİKLƏRİNİZİ XATIRLAYIN • 
Fizika –  8 
(b)
 
2
1
(a)
 
  LAYİHƏ


24 
 
 
Lampanın işıqlanması nəyi sübut 
edir? 
Təchizat:  müstəvi  kondensator,  elek-
trofor  maşını,  elektrik  lampası  (6V), 
birləşdirici naqillər və açar. 
İşin gedişi:   
1. Kondensator, lampa və açardan ibarət 
ardıcıl dövrə qurun.   
2.  Açarı  qapayıb  lampanın  yanıb-yan-
madığını müşahidə edin.  
3. Açarı açın və kondensatorun lövhə-
lərindən  birini  elektrofor  maşını  ilə 
yükləyin 
(c)
. Dövrəni qapayın və mü-
şahidə etdiyiniz hadisənin səbəbi üzə-
rində düşünün. 
 
Nəticənin müzakirəsi: 
 Hansı halda dövrədəki lampa işıqlandı?  
 Eksperimentdən hansı nəticəyə gəlmək 
olar: lampanın işıqlanması nəyi sübut edir? 
 
Məlumdur ki, ən sadə kondensator iki paralel müstəvi lövhədən ibarət müstəvi 
kondensatordur. Kondensatorun xarakteristikası elektrik tutumudur. 

 Kondensatorun elektrik tutumu (C) – onun yükünün lövhələri arasındakı gər-
ginliyə (potensiallar fərqinə) nisbəti ilə ölçülən fiziki kəmiyyətdir
=

= .       (1) 
Elektrik tutumunun BS-də vahidi faraddır (1F): 
  Farad elə kondensatorun elektrik tutumudur ki, onun yükü 1Kl olduqda 
lövhələri arasındakı gərginliyi 1V olsun: 
=
= 1
= 1 . 
Farad  çox  böyük  elektrik  tutumu  olduğundan  praktikada  onun  çox  kiçik  hissə-
lərindən (mikrofarad, nanofarad, pikofarad və s.) istifadə edilir: 
1
= 10
; 1
= 10
;  1
= 10
.  
Kondensatorun yükü onun qoşulduğu mənbəyin uclarındakı gərginliklə düz mütəna-
sibdir: 
=
.                     (2) 
Deməli, elektrik tutumu elektrik yükü və gərginlik arasında mütənasiblik əmsalı olub, 
yük və gərginlikdən asılı deyildir. Bəs elektrik tutumu nədən asılıdır? 
 Müstəvi kondensatorun elektrik tutumu onun lövhəsinin sahəsindən, lövhələr ara-
sındakı məsafədən və lövhələr arasındakı mühitin dielektrik nüfuzluğundan asılıdır
=
.                  (3) 
Burada S – kondensatorun bir lövhəsinin sahəsi, d – kondensatorun lövhələri arasın-
dakı  məsafə,    –  kondensatorun  lövhələri  arasındakı  mühitin  dielektrik  nüfuzlu-
ğudur. Məhz lövhələri arasında olan dielektrik kondensatora elektrik yükünü uzun 
müddət saxlamağa imkan verir. Əgər kondensatorun lövhələri arasındakı dielektrik 
ARAŞDIRMA  
1 
(c) 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə