Ziyad Səmədzadə



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə4/16
tarix20.09.2018
ölçüsü1 Mb.
#69475
1   2   3   4   5   6   7   8   9   ...   16

Beyin  həmləsi  seansı  keçirildikdə  ideyaların  sayının 

zəncirvari  reaksiyası  müşahidə  olunur  kk  bu  da  intellektual 

partlayışa  gətirib  çıxarır;  15  -30  dəqiqə  ərzində  50  -İ50  ideya 

generasiya edilir, halbuki, fərdi iş nəticəsində yalnız 10-20 ideya 

yaranır. 

Beyin  həmləsi  metodu  universaldır.  Bundan  texniki 

problemləri,  biznes  problemlərini  həll  edərkən,  hərbi 

əməliyyatların planlaşdırılmasında, cinayət axtarışları və başqa 

sahələrdə  istifadə  etmək  olar.  Beyin  həmləsi  metodundan 

səmərəli  istifadə  edilməsi  üzrə  aşağıdakı  təkliflər  müə}^ən 

olunmuşdur. 

1.

 



İştirakçıların  səmərəli  sayı  5-12  nəfər  olmalıdır.  Əgər, 

iştirakçıların  sayı  5  nəfərdən  az  olarsa,  layihə  menecmentinin 

əsas  [açar]  funksiyası  bəzən  yerinə  yetirilməyə  də  bilər. 

İştirakçıların sayı 12 nəfərdən çox olarsa praktiki olaraq prosesin 

idarə edilməsi itirilir. Komanda üzvlərinin optimal sayı 7 nəfər 

hesab edilir. 

2.

 

İki  yarımqrup  təşkil  edilir  -  nüvə  [peşəkarlar)  və 



müvəqqəti üzvlər ["çayniklər”). “Çayniklər” qeyri standart ideya 

generatorları  ola  bilər,  "peşəkarlar”  isə  yanlış  həlli 

keçirməyəcəklər. 

3.

 



Həllin  axtarışı  reallaşdırıldıqda,  "bilavasitə”  beyin 

həmləsi  üsulu  baş  verəndə,  skeptivlərin  və  tənqidçilərin 

iştirakına  yol  verilir.  Beyin  hücumu  üsulu  reallaşdırılarkən 

[layihəni  qiymətləndirdikdə)  konstruktiv  tənqid  çox  yerinə 

düşər. 

4.

 



Qarışıq  sahələrdən  olan  mütəxəssislərin  iştirakı 

mütləqdir. 

5.

 

Qadınların  iştirakı  arzuolunandır.  Təcrübə  göstərir  ki, 



qadınların  mövcudluğu  kişilərin  intellektual  fəalİ3^ətinin 

səmərəliliyini artırır. 

6.

 

"Kənar adamların” ["sağlam qan”) iştirakı faydalı olar. 



7.

 

"Sərbəst şəraitə üstünlük verilir”: fantaziyalar, zarafatlar, 



gülüş. 

 --- 


11 

 



8.

 

Seansın  tam  davametmə  müddəti  1,5  -  2  saatdan  artıq 



olmamalıdır. Bu insan beyninin yorğunluğu ilə bağlıdır. 

9.

 



Yaxşı olar ki, problem seansının keçirilməsinə 2 -3 gün 

qalmış elan edilsin ki,”qabığaltı təfəkkür” də işə qoşula bilsin. 

10.

 

Psixoloji 



nöqte)d- 

nəzərdən  iclası  direktorun 

kabinetində keçirmək olmaz. 

11.


 

Beyin  həmləsi  üsulunun  səmərəliliyi,  əvvəlcədən  ən 

fəalların mükafatlandırılması (qonarar] elan edilirsə artır. 

Aşağıda bilavasitə beyin həmləsi seansı keçirilərkən 

ideyanı "öldürən" 30 ifadə (fikir) göstərilmişdir: biz artıq bunu 

sınamışdıq; bu çox risklidir; 

bu qənaətin bizim büdcəyə dəxli yoxdur; bunun 

dəyərini kim ödəyəcək; bu bizim rəislərin xoşuna 

gəlməyəcək; əgər bu belə əladırsa, onda niyə heç kəs 

bunu əvvəllər sınamamışdır; 

biz bunu ona görə edirik ki, rəhbər belə istəyir; bu qərar 

qısa müddət üçündür, biz isə gələcəyə baxmalıyıq; 

bu qərar uzaq perspektiv üçündür, bəs indi biz nə 

edəcəyik; 

rəhbər buna görə pul ödəməyəcəkdir; biz onsuzda hər 

şeyi çox səmərəli şəkildə edirik, yoxsa biz hər şeyi 

başqa cür edərdik; bu mənim problemim deyil, bəlkə 

başqa birisinindir; bu ənənələrdən tam kənarlaşmadır; 

siz müştərinizi heç vaxt bu addımı atmağa razı sala 

bilməzsiniz; 

bu nə üçün başqa yerdə tətbiq edilməyib?; bu başqa 

bölmələrə necə təsir göstərəcəkdir?; bu şirkətin 

siyasətinə ziddir; 

12

"

 




başqalarına bu bəlkə də yarayır, biz isə tam başqa və- 

ziyyətdəjnk; 

mən nə qədər gözləmişəm ki kimsə tapılsın və bunu 

etsin; 


mənim bununla məşğul olmağa adamlarım yoxdur; 

nəzəri cəhətdən bəlkə siz haqlısınız, təcrübədə isə ...; 

bizə rəhbər tərəfdən bəyənilmə lazımdır, əminəm ki, o, 

etiraz edəcəkdir; 

əlbəttə rəqəmlərin köməkliyi sayəsində istənilən şeyi 

düzəltmək olar; 

mənim xidmətimdən istifadə edənlər heç vaxt buna 

getməyəcəklər; 

biz heç vaxt böyük gəlir gətirməmişik; nəyə görə biz 

"iksin" rəhbərlik etdiyi bölmə ilə birləşmədə marağımız 

olmalıdır?; bu uzunçuluq sadəcə olaraq mənasızdır; 

nəyə görə mən qərarımı kiminləsə bölüşməliyəm?; bu 

ideyanın həyata keçirilməsinə illər gedəcəkdir; biz artıq 

kifayət qədər ideya toplamışıq ki, verilmiş hüduda 

çıxaq. 

Qeyd edilən fikirləri həmişə dəhv etmək lazımdır 



1.2.2.

 

Metcettin fundamental (əsaslı) metodu 

Metçett metodu əsasında ardıcıl yanaşma tətbiq olunuı. 

Metodun  məqsədi-  özünün  fikir  tərzini  anlamaq  və  ona 

nəzarət etməyi öyrənmək habelə onu layihə situasiyasının bütün 

istiqamətləri ilə əlaqələndirməkdir. 

Metcettin  xüsusi  məktəbində  [Böyük  Britaniya)  müxtəlif 

spekterli  peşəkarlıq  fəaliyyətinə  dair  dünyanın  aparıcı 

şirkətlərinin  mütəxəsisləri  hazırlıq  keçirlər.  Bir  qayda  olaraq, 

tədris kursu keçən mütəxəsislərin işlərinin səmərəli 

.13

 ---- 


 


liyi  kəskin  şəkildə  artır.  Tədris  texnologiyası  iki  səbəbdən 

qapalıdır - kommersiya sirri və tədris prosesində psixoloji təsir 

üsullarının  tətbiq  edilməsi.  Psixoloji  təsir  düzgün  istifadə 

edilməyəndə  insan  sağlamlığı  üçün  təhlükə  yarana  bilər. 

Mütəxəsislər  mənimsəməni  aşağıda  göstərilən  təfəkkür 

rejimində aparırlar. 

1.

 

Strateji sxemlərlə aparılan təfəkkür



2.

 

Paralel müstəvilərdə aparılan təfəkkür; 



3.

 

"Obrazlı" təfəkkür; 



4.

 

Əsas elementlərdə olan təfəkkür. 



Təfəkkürün tərkibi rejimi onun adından irəli gəlir. 

1.2.3 İstehlakçıların tədqiqi 

Metodun  məqsədi  məhz  bu  məmulatlar  sinfinin  və  ya 

sisteminin  istehlakçılarına  bəlli  olan  informasiyanın  topla- 

nılmasıdır.  Metodun  tətbiqinin  üç  növü  mövcuddur: 

istehlakçılarla  müsahibə,  anket  sorğusu  və  istehlakçıların 

davranışının 

öyrənilməsi. 

Şifahi 


sorğu 

keçirilərkən 

[istehlakçılarla  müsahibə)  prinsipial  olaraq  aşağıdakılar 

vacibdir. 

1.

 

Sorğu edilənlərlə [respandentlərlə) sorğu aparmaq üçün 



onların bilavasitə rəisləri və ya müəssisə rəhbərlərindən 

sorğu aparmağa icazə alınmalıdır. 

2.

 

Qoyulan suallara cavab almaq üçün insanlarda maraq 



oyandırılmahdır. 

3.

 



Söhbətin axarı lazımı istiqamətdə təşkil edilməlidir. 

4.

 



Alınan məlumatdan lazımi nəticələr çıxarılmalıdır. 

Anket sorğusu [yazılı) aparılarkən nəzərdə tutulmalıdır 

kı,  alınmış  məlumatın  dəqiqliyi  respondentlərin  sayından 

kvadratik  asılılıqdadır.  Anket  sorğusunun  keçirilməsi  üçün 

aşağıdakı ardıcıllıq məsləhət görülür: 

1.

 



Obyektlərin və sorğu edilən şəxslərin kateqoriyası 

14 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə