Elan ediR: Müsahibədə barəsində müsahibə elan edilən



Yüklə 66,8 Kb.
Pdf görüntüsü
tarix29.04.2018
ölçüsü66,8 Kb.
#40308


Naxçıvan Muxtar Respublikası Dövlət Statistika 

Komitəsi vakant dövlət qulluğu vəzifələrinin tutulması 

ilə bağlı müsahibə   

 

ELAN EDİR: 



 

Müsahibədə  barəsində  müsahibə  elan  edilən 

vəzifənin  təsnifatından  ən  çoxu  iki  təsnifat  aşağı 

inzibati  vəzifədə  qulluq  keçən  və  ixtisas  dərəcəsinə 

malik  olan  Dövlət  Statistika  Komitəsinin  Aparatında, 

şəhər  və  rayon  statistika  idarələrində  çalışan  dövlət 

qulluqçuları iştirak edə bilərlər. 

 

Müsahibədə  iştirak  etmək  üçün  aşağıdakı  sənədlər  təqdim 



edilməlidir: 

       ●  ərizə  

       ●  ağ fonda rəngli fotoşəkil 1 ədəd (3 x 4 sm ölçüdə) 

 

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 2015-ci il        



1  may  tarixdən  2015-ci  il  15  may  tarixədək  saat  09:00-dan 

18:00-dək  Naxçıvan  Muxtar  Respublikası  Dövlət  Statistika 

Komitəsinin  Ümumi  şöbəsində  aparılır.  Ərizələr  şəxsən  (bazar 

ertəsi  -  cümə  günləri  saat  09:00-dan  13:00-dək  və  14:00-dan 

18:00-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər. 

 

Müsahibə  zamanı  müsahibədə  iştirak  edən  dövlət 



qulluqçusunun  bilik  səviyyəsi,  peşə  hazırlığı,  ümumi 

dünyagörüşü,  barəsində  müsahibə  elan  edilən  vəzifə 

üçün  zəruri  olan  şəxsi  keyfiyyətləri  yoxlanılmaqla 

müvafiq 

vəzifəyə 

uyğunluğu 

müəyyən 

edilir. 

Müsahibədə  ixtisas  dərəcəsi,  attestasiyanın  nəticələri, 

müvafiq  vəzifənin  tələblərinə  uyğun  olaraq  təkrar 

hazırlıq keçirilməsi və ixtisasının artırılması da nəzərə 

alınır. 


Müsahibəyə dair ətraflı məlumat almaq üçün  Dövlət 

Statistika  Komitəsinin  Ümumi  şöbəsinə  müraciət  edilə 

bilər. 

 

Telefon: (036) 545-94-29 



 

 

 



Dövlət Statistika Komitəsi üzrə daxili müsahibəyə 

təqdim olunan vakant vəzifələrin siyahısı 

 

 

 

 



 

 

 



 

 Sıra 

 nöm-

rəsi 

Vakant vəzifənin adı 

Müvafiq vəzifə üzrə 

vakant yerlərin sayı 

 



 

 

 

 

Baş məsləhətçi, 

Komitə Aparatında Mətbuat 

və ictimaiyyətlə əlaqələr üzrə 

 



 

 

 

 



Aparıcı məsləhətçi, 

Komitə Aparatında “Statistika 

işlərinin əlaqələndirilməsi, 

məlumatlar və dövlət reyestri 

statistikası” şöbəsi 

 




Dövlət qulluğu üzrə zəruri qanunvericiliyə dair 

MÜSAHİBƏ PROQRAMI 

 

1.  Azərbaycan Respublikasının Konstitusiyası 



2.  Naxçıvan Muxtar Respublikasının Konstitusiyası  

3.  Dövlət qulluğu  

4.  Dövlət qulluqçularının etik davranış qaydaları  

5.  Korrupsiyaya qarşı mübarizə 

6.  Vətəndaşların müraciətlərinə baxılması qaydası  

7.  Məlumat azadlığı  



8.  Azərbaycan Respublikasında dövlət dili  

9.  Azərbaycan Respublikasının dövlət rəmzləri  

10. Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın 

aparılması: 

  təlimatın tələblərinə riayət olunmasına nəzarət; 

  kargüzarlığın  aparılması  qaydalarına  riayət  olunmasına  nəzarət,  kargüzarlıq 

xidmətinin  vəzifələri,  mərkəzləşdirilmiş  və  mərkəzləşdirilməmiş  kargüzarlıq 

sistemi; 

  göndərilən  sənədlərdə  göstərilən  rekvizitlər,  təşkilat  daxilində  sənədin 

razılaşdırılması və viza; 

  sənədlərin rəsmiləşdirilməsinin həyata keçirilməsi, sənədin imzalanması, iki və ya 

daha  artıq  şəxsin  məsuliyyət  daşıdığı  sənədlərin  rəsmiləşdirilməsi,  sənədlərin 

təsdiq edilməsi, sənədlərə möhür vurulması; 

  təşkilatın  adının  və  onun  struktur  bölməsinin  adının  yazılışı,  böyük  hərflə 

yazılması  qanunvericilikdə  bilavasitə  nəzərdə  tutulan  vəzifələr,  vəzifə  adlarının 

yazılışı; 

  sənədlərə edilən əlavələr, sənədlərə əlavə edilən qoşma; 

  sənədlərin surətlərinin çıxarılması və onların aidiyyəti tərəflərə verilməsi; 

  qərarın  qəbul  edilməsi  və  onun  mətni,  qərarın  şərh  və  sərəncam  hissəsi,  qəbul 

edilmiş qərarların imzası; 

  sərəncamın mətni, sərəncamın imzalanması; 

  əmrin şərh və sərəncam hissəsi; 

  protokolun yazılması və onun giriş və əsas hissəsi, protokolun imzalanması; 

  arayışın  hissələri,  arayışın  imzalanması,  vətəndaşların  xahişi  ilə  arayışın  tərtib 

olunması; 

  aktın hissələri, aktın giriş və əsas hissəsi, aktın imzalanması; 

  məktubların tərtib edilməsi, məktubun hissələri, teleqram; 

  sənədlərdə dərkənar, daxil olmuş sənədlərə rəhbərlik tərəfindən baxılması, 

sənədin əsas icraçısı, daxili sənədlərin hazırlanması, sərəncam mahiyyətli 

sənədlərin layihələrinin imzalanması; 

  sənədlərin icrasına nəzarət, sənədlərin icrasına nəzarətin həyata keçirilməsi, 

sənədlərin xüsusi nəzarətə götürülməsi, sənədlərdə xüsusi icra müddətinin 

müəyyən olunması. 

 

 




Ədəbiyyat: 

1. 

Azərbaycan Respublikasının Konstitusiyası.  

2. 

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası.  

3. 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu. 21 iyul 2000-ci il, 

№ 926-IQ 

4. 

“Dövlət  qulluğu  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  dəyişikliklər 

edilməsi  barədə”  Azərbaycan  Respublikası  Qanununun  tətbiq  edilməsi  haqqında 

Azərbaycan  Respublikası  Prezidentinin  2006-cı  il  22  dekabr  tarixli  497  nömrəli 

Fərmanı – 2-ci bənd 

5. 

“Azərbaycan  Respublikasının  bəzi  qanunvericilik  aktlarında  dəyişikliklər  edilməsi 

barədə”  Azərbaycan  Respublikasının  2006-cı  il  3  mart  tarixli,  78-III  QD  nömrəli 

Qanununun  tətbiq  edilməsi  haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin          

2006-cı il 25 may tarixli 407 nömrəli Fərmanı –2-ci bənd 

6. 

Azərbaycan  Respublikası  Prezidentinin  2008-ci  il  3  oktyabr  tarixli  830  nömrəli 

Fərmanı – 2-ci bənd 

7. 

"Dövlət 

qulluqçularının 

etik 

davranış 

qaydaları 

haqqında" 

Azərbaycan 

Respublikasının Qanunu. 31 may 2007-ci il, № 352-IIIQ 

8. 

“Korrupsiyaya  qarşı  mübarizə  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu.     

13 yanvar 2004-cü il, № 580-IIQ 

9. 

“Vətəndaşların 

müraciətlərinə 

baxılması 

qaydası 

haqqında” 

Azərbaycan 

Respublikasının Qanunu. 10 iyun 1997-ci il, № 314-IQ 

10. 

“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu. 19 iyun 1998-ci 

il, № 505-IQ 

11. 

“Azərbaycan  Respublikasında  dövlət  dili  haqqında”  Azərbaycan  Respublikasının 

Qanunu. 30 sentyabr 2002-ci il № 365-IIQ  

12. 

Azərbaycan  Respublikası  Dövlət  bayrağının  istifadəsi  qaydaları  haqqında” 

Azərbaycan Respublikasının Qanunu. 8 iyun 2004-cü il № 683-IIQ  

13. 

 Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli Qanun ilə təsdiq 

edilmiş “Dövlət gerbi haqqında Əsasnamə” 

14. 

Azərbaycan  Respublikasının  1991-ci  il  5  fevral  tarixli  17—XII  nömrəli  Qanunu  ilə 

təsdiq edilmiş “Dövlət bayrağı haqqında Əsasnamə” 

15. 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  1993-cü  il  2  mart  tarixli  525  nömrəli 

Qərarı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  Dövlət  himni  haqqında 

Əsasnamə” 

16. 

Azərbaycan  Respublikası  Prezidentinin  2003-cü  il  27  sentyabr  tarixli  935  №-li 

Fərmanı  ilə  təsdiq  edilmiş  “Dövlət  hakimiyyəti  orqanlarında,  idarə,  təşkilat  və 

müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”  

 

 



 

 

 

 

 

 

 


Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin 

ümumi təyinatı üzrə  

MÜSAHİBƏ PROQRAMI 

 

1.  Rəsmi Statistika haqqında Azərbaycan Respublikasının Qanunu üzrə: 

Ümumi  Müddəalar:  Əsas  anlayışlar.  Azərbaycan  Respublikasında  rəsmi  statistikanın 

məqsədi.  Rəsmi  statistika  sistemi.  Rəsmi  statistika  haqqında  qanunvericilik.  Dövlət 

statistika orqanlarının digər idarəetmə orqanları və beynəlxalq təşkilatlarla əlaqələri. 

Dövlət  statistika  orqanlarının  vəzifələri  və  hüquqları:  Dövlət  statistika  orqanlarının 

vəzifələri. Dövlət statistika orqanlarının hüquqları və səlahiyyətləri. 



Statistika Şurası 

Rəsmi  statistikanın  prinsipləri  və  müstəqilliyi:  Prinsiplər.  Rəsmi  statistikanın 

müstəqilliyi. 



Rəsmi  statistikanın  inzibati  statistika  ilə  əlaqələri:  Statistika  müşahidələri.  Azərbaycan 

Respublikasında statistik vahidlər registrinin və təsnifatların aparılması. İnzibati statistik 

məlumatlara giriş. Rəsmi statistikanın inzibati statistika ilə əlaqələri. 

İlkin  statistik  məlumatlar  və  onların  məxfiliyi:  İlkin  statistik  məlumatlar  və  onlardan 

istifadə  edilməsi.  Statistik  sirr  və  hamı  üçün  açıq  olan  məlumatlar.  Məxfi  statistik 

məlumatlardan  istifadə  edilməsi.  Elmi  tədqiqatlar.  Məxfi  statistik  məlumatların  əldə 

edilməsi. Məlumatların qorunması üzrə tədbirlər. 



Məlumatların  yayılması:  Statistik  məlumatların  əldə  edilməsi.  Məxfi  statistik 

məlumatların yayılması. 



Dövlət  statistika  orqanları  işçiləri  üçün  məhdudiyyətlər  və  onların  sosial  müdafiəsi: 

Dövlət  statistika  orqanlarının  maliyyələşdirilməsi  və  maddi-texniki  təminatı.  Dövlət 

statistika  orqanları  işçilərinin  sosial  müdafiəsi.  Dövlət  statistika  orqanları  işçiləri  üçün 

məhdudiyyətlər 



Statistika  haqqında  qanunvericiliyin  pozulmasına  görə  məsuliyyət:  Statistika 

haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət. Statistik məlumatların verilməsi 

qaydalarının  pozulmasına  görə  məsuliyyət.  Dövlət  statistika  orqanları  işçilərinin 

məsuliyyəti. 



 

2.  Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə: 

-  Ümumi müddəalar. Dövlətstatkomun fəaliyyət istiqamətləri. Dövlətstatkomun vəzifələri. 

Dövlətstatkomun hüquqları. Dövlətstatkomun fəaliyyətinin təşkili. 

  3. Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə: 

-  Ümumi müddəalar. Dövlətstatkomun fəaliyyət istiqamətləri. Dövlətstatkomun vəzifələri. 

Dövlətstatkomun hüquqları. Dövlətstatkomun fəaliyyətinin təşkili. 

 

Ədəbiyyat: 



1.  Rəsmi statistika haqqında Azərbaycan Respublikasının Qanunu18 fevral 1994-cü il 

2.  Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı ilə 

təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi  haqqında 

Əsasnamə” 


3.  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 06 iyul tarixli 169-III FR 

nömrəli  Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika 

Komitəsi haqqında Əsasnamə” 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi Aparatının 

Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant baş məsləhətçi (kod: 390023) 

vəzifəsi üzrə zəruri biliklərə dair 

MÜSAHİBƏ PROQRAMI 

 

 

1.  Azərbaycan KİV-inin hüquqi əsasları 

2.  “İnformasiya azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 

3.  Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu 

4.  İctimaiyyət və  KİV-lə əlaqələrin yaradılması və təşkili 

5.  KİV-in informasiya mənbələri 

6.  Jurnalistin peşə etikası 

7.  Jurnalistikanın yaradıcılıq prinsipləri 

 

            



 

        


 Ədəbiyyat. 

1.  ”Azərbaycan  Respublikasında  dövlət  dili  haqqında”    Azərbaycan  Respublikasının 

Qanunu,     30 sentyabr 2002-ci il. 

2.  “İnformasiya azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu, 2005 

3.  Dövlət qulluqçularının etik davranış qaydaları haqqında Qanun. 31 may 2007-ci il, 352-

IIIQD 

3.  İnformasiya  əldə  etmək  haqqında  Azərbaycan  Respublikasının  Qanunu,  30  sentyabr 

2005-ci il, 1024-IIQ 

4.   “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu 

5.  T.Rüstəmov  “Ədəbi redaktə nəzəriyyəsi və təcrübəsi” B.,1981 

6.  C.Məmmədli “Jurnalistikaya giriş” B., 2001. 

7.  C.Məmmədli “Müasir jurnalistika” B.,2003. 

8.  www. e-qanun.az 

 

 

 

 

 

 

 

 

 


Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi Aparatının 

Statistika işlərinin əlaqələndirilməsi, məlumatlar və dövlət reyestri statistikası 

şöbəsində aparıcı məsləhətçi (kod: 390605) 

 

vəzifəsi üzrə zəruri biliklərə dair  

MÜSAHİBƏ PROQRAMI 

 

1.  Statistikanın ümumi nəzəriyyəsi üzrə: 

-  Statistika elminin predmeti, metodu, vəzifələri və təşkili; 

-  Statistika  haqqında  anlayış.  Statistikanın  predmeti.  Statistika  elminin  nəzəri  əsasları,  əsas 

kateqoriya  və  anlayışları.  Böyük    ədədlər  qanunu  və  statistikada  əhəmiyyəti.  Statistika 

elminin  metodologiyası.  Statistikanın  metodu.  Statistika  elminin  sahələri.  Azərbaycan 

Respublikasında  statistikanın  əsas  vəzifələri  və  dövlət  statistikasının  (rəsmi  statistikanın) 

təşkili prinsipləri. Statistikanın tarixindən qısa məlumat; 

-  Statistika müşahidəsinin nəzəriyyəsi; 

-  Statistika  informasiyası  haqqında  anlayış.  Statistika  müşahidəsinin  əsas  təşkili  formaları. 

Statistika  müşahidəsinin  növləri  və  üsulları.  Statistika  müşahidəsinin  proqram-metodoloji 

məsələləri.  Statistika  formulyarları.  Statistika  müşahidəsinin  mühüm  təşkilat  məsələləri. 

Statistika müşahidəsinin xətası; 

-  Statistika materiallarının yekunlaşdırılması və qruplaşdırılması; 

-  Statistika  materiallarının  yekunlaşdırılmasının  məzmunu  və  vəzifələri.  Statistika 

məlumatlarının qruplaşdırılması  haqqında anlayış. Qruplaşdırma əlamətinin seçilməsi, qrup 

və fasilələrin təşkili prinsipləri. Statistika qruplaşdırmasının növləri. Təkrar qruplaşdırma və 

onun mahiyyəti. Qruplaşdırma və təsnifat. Çoxölçülü qruplaşdırma. Bölgü sıraları; 

-  Statistika cədvəlləri və qrafiklər; 

-  Cədvəllər  haqqında  anlayış,  statistika  cədvəllərinin  elementləri.  Statistika  məlumatının 

qrafik üsulu ilə təsviri; 

-  Statistika göstəriciləri; 

-  Statistika göstəriciləri haqqında anlayış. Mütləq göstəricilər. Nisbi göstəricilər;  

-  Statistikada orta kəmiyyət nəzəriyyəsi; 

-  Orta  kəmiyyətin  mahiyyəti.  Hesabi  orta  kəmiyyətlərin  növləri  və  onların  hesablanması 

üsulları. Harmonik orta kəmiyyət. Quruluş orta kəmiyyətləri; 

-  Variasiya göstəriciləri; 

-  Variasiya haqqında anlayış.  Variasiya əmsalı və onun hesablanması. Dispersiya. Alternativ 

əlamətin variasiyası; 

-  Seçmə müşahidəsi; 

-  Seçmə müşahidəsi haqqında anlayış. Seçmə müşahidəsinin xətasının hesablanması.  Seçmə 

üsulları; 

-  Sosial-iqtisadi hadisələrin qarşılıqlı əlaqələrinin statistik öyrənilməsi; 

-  Əlaqələrin  növləri  və  formaları.  Paralel  sıraların  gətirilməsi  metodu.  Əlaqələrin 

öyrənilməsində  balans  metodunun  rolu.  Qarşılıqlı  əlaqələrin  tədqiqində  analitik 

qruplaşdırma  metodu.  Qarşlıqlı  əlaqələrin  təhlilində  qrafik  metodu.  Empirik  korrelyasiya 

nisbəti. Qarşılıqlı əlaqələrin reqressiya-korrelyasiya metodu ilə təhlili. Reqressiya tənliyinin 

(əlaqə  modelinin)  qurulması.  Qarşılıqlı  əlaqələrin  sıxlığının  ölçülməsində  tətbiq  olunan 

göstəricilər. Fexner əmsalı və ranqların korrelyasiya əmsalı. Alternativ əlamətlər arasındakı 

əlaqənin sıxlıq göstəriciləri; 

-  Dinamika sıraları; 

-  Dinamika  sıraları  haqqında  anlayış  və  onların  növləri.  Dinamika  sıralarının  qurulması 

prinsipləri.  Dinamika  sıralarının  təhlili  göstəriciləri.  Dinamika  sıralarının  orta  səviyyə 

göstəricilərinin  və orta illik  artım  sürəti göstəricisinin  hesablanması. Əsas  inkişaf  meylinin 




sürüşkən  orta  kəmiyyət  üsulu  ilə  aşkar  edilməsi.  Dinamika  sırasında  təsadüfi 

komponentlərin  statistik  təhlili.  Mövsümi  tərəddüdlərin  öyrənilməsi.  Dinamika  sıralarının 

interpolyasiyası və ekstropolyasiyası haqqında anlayış. İnkişafın zamanda müqayisəli təhlili. 

Dinamika sıralarının əlaqəli təhlili;  



Ədəbiyyat: 

1.  S.M.Hacıyev. Statistikanın ümumi nəzəriyyəsi, Bakı-2005 

 

 



 

 

Yüklə 66,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə