Rusiyada elə bir ali m ə clis yoxdur ki, bizim



Yüklə 37,99 Kb.
Pdf görüntüsü
tarix21.02.2018
ölçüsü37,99 Kb.
#27405


 

Fuad 


HÜSEYNZADƏ

 

 



 

«Rusiyada  elə

  bir  ali  m

ə

clis 

yoxdur 

ki, 

bizim 

s

ə

simiz 

eşidilməsin»

 

Rafael  Quliyev:  ““Ozan”  Azərbaycan 

Mədəniyyət  Mərkəzi  Çelyabinsknin  mədəni 

həyatında yaxından iştirak edir” 

 

 Rusiyanın  Çelyabinsk  şəhərində  çoxsaylı 



Azərbaycan  diasporu  fəaliyyət  göstərir.  Burada 

diasporumuzun  üzvlərinin  yaratdığı  “Ozan” 

Azərbaycan  Mədəniyyət  Mərkəzi  öz  aktivliyi  ilə 

seçilir. Cəmiyyətin sədri Rafael Quliyev 12 il əvvəl 

kiçik  bir  qrupun  yaratdığı  “Ozan”ın  artıq 

inteqrasiya 

proseslərinin 

fəal 


iştirakçısına, 

Çelyabinskdəki  milli-mədəni  ictimai  təşkilatlar 

arasında  ən  təşəbbüskar  quruma,  eləcə  də 

Rusiyadakı 

azərbaycanlıların 

tanınmış 

təşkilatlarından birinə çevrildiyini bildirdi.  

 

 Çelyabinsk  Politexnik  İnstitutunun  məzunu  R.Quliyev  narkotiklərə  nəzarət  Federal  Xidmətinin 



vilayət idarəsi İctimai Şurası yanında Milli diasporlar komitəsinə başçılıq edir, Ümumrusiya Azərbaycan 

Konqresi  Çelyabinsk  vilayəti  regional  bölməsinin  sədridir.  “Ozan”nın  fəaliyyət    istiqamətlərindən 

danışan  həmyerlimiz  davamlı  olaraq  işlərini  daha  da  gücləndirdiklərini  qeyd  etdi:  “İndiyədək  bir  sıra 

istiqamətlərdə  layihələr  həyata  keçirmişik.  Bunların  bir  qismi  soydaşlarımızın  problemləri,  onların 

hüquqlarının  qorunması  ilə  bağlı  layihələrdir,  eləcə  də  dövlət  orqanları  ilə  işbirliyimiz  var.  Belə  ki, 

Çelyabinsk vilayətində Qubernator yanında Milli Şuralar üzrə qurumda bizim təşkilat da təmsil olunur. 

Qanunvericilik orqanlarının nəzdində də milli məsələlər üzrə qurumda, eləcə də Miqrasiya Xidmətinin 

tərkibində xüsusi şöbə var ki, orada da biz xalqımızı təmsil edirik. Bundan başqa orada yaşayan xalqların 

nümayəndələrinin  təmsil  olunduğu  Xalqlar  Assambleyası  var  ki,  cəmiyyətimiz  yarandığı  vaxtdan  bu 

assambleyanın  fəal  üzvüdür.  Ümumiyyətlə,  hansı  bir  qurumun  tərkibində  fəaliyyət  göstərməmizə 

baxmayaraq  xalqımızı  layiqincə  təmsil  etməyə  çalışırıq.  Xalqımızın  tarixini,  mədəniyyətini  çatdırırıq  ki, 

bu da böyük rəğbətlə qarşılanır”. 

 

Diaspor fəalımız, ümumiyyətlə, “Ozan” təşkilatının öz fəaliyyəti ilə fərqləndiyini bildirdi: “Bunun 



nəticəsidir ki, Moskvada nəşr edilən “Rusiyanın ən yaxşı insanları” adlı kitaba Rusiyanın tanınmış dövlət 

xadimləri ilə yanaşı bizim təşkilatın nümayəndəsi kimi mən də daxil edilmişəm. Görülən işlər, mənəvi 




dəyərlərin  təbliği  istiqamətində  həyata  keçirdiyimiz  tədbirlər  bu  müddət  ərzində  təşkilatımızın 

nümunəvi bir cəmiyyət kimi tanınmasına imkan yaradıb. Biz Azərbaycanı orada layiqincə təmsil edirik və 

bundan sonra da həmin zirvəni heç kəsə vermək fikrimiz yoxdur. Elə bir qurum yoxdur ki, bizim orada 

fəaliyyətimiz hiss edilməsin. Hər bir yerdə iştirak edirik, sözümüzü deyirik və adımız var”. 



 

“Ozan”ın fəaliyyətinin öncül istiqamətlərindən biri də xeyriyyəçilikdir 

 

Onun  sözlərinə  görə,  “Ozan”nın  əsas  məqsədi  xalqımızın  zəngin  mədəniyyətini,  adət-



ənənələrini  qoruyub  yaşatmaq  və  təbliğ  etmək,  soydaşlarımızın  müdafiə  hüquqlarının  təminatına 

yardımçı  olmaq,  Rusiyada  yaşayan  azərbaycanlı  ailələrdə  böyüməkdə  olan  yeni  nəslin  ana  dilimizı, 

tariximizi, mədəniyyətimizi mənimsəmələri və Rusiya demokratik dəyərlərinə uyğunlaşmalarına kömək 

göstərməkdir:  “Mədəniyyət  Mərkəzi  şəhərin  və  vilayətin  mədəni  həyatında  yaxından  iştirak  edir. 

“Ozan”  Azərbaycan  diasporunu  birləşdirir  və  möhkəmləndirir,  onun  vətəndaş  hüquqlarının,  milli 

mədəni  və  sosial  mənafelərinin  gerçəkləşdirilməsinə,  dilimizin  və  ənənələrimizin  qorunub 

saxlanmasına kömək göstərir. Azərbaycanın dahi oğlu Heydər Əliyevin davamçıları kimi, biz Azərbaycan 

ilə Rusiya arasında dostluq əlaqələrinin möhkəmlənməsi üçün daim çalışırıq”. 

 

Mərkəz,  Çelyabinsk  Vilayəti  Xalqları  Assambleyası  ilə  birlikdə  məktəblərdə  beynəlmiləlçilik 



tərbiyəsi  sahəsində  iş  aparılmasına  da  yardım  edir.  Mədəniyyət  Mərkəzinin  fəaliyyətinin  öncül 

istiqamətlərindən  biri  də  xeyriyyəçilikdir.  Uşaq  müəssisələrinə,  xeyriyyə  fondlarına,  Böyük  Vətən 

müharibəsi veteranlarına müntəzəm maddi yardım göstərilir. Eyni zamanda bələdiyyə müəssisələrinə, 

ictimai  qurumlara  sponsor  yardımı,  azərbaycanlı  idmançıların  iştirakı  ilə  yarışların  təşkili,  şəhər 

rəhbərliyi ilə  birlikdə məktəblilər arasında rüblük “Kim? Harada? Necə?” bilik yarışmasının keçirilməsi 

və s. işlər bu qəbildəndir. 

 

 Qeyd  edək  ki,  cəmiyyətin  internet  saytı  (www.ozan.ru)  və  eyni  adlı  qəzeti  var.  “Ozan” 



qəzetində diasporun həyatında baş verən ən mühüm hadisələr işıqlandırılır. Bu qəzet Çelyabinskdə KİV-

in  VIII  festivalında  “Ən  yaxşı  korporativ  qəzet”  nominasiyasında  1-ci  yerin  qalibi  olub:  “Fəaliyyətə 

başladıqdan sonra hiss etdik ki, yeni vasitədən istifadə etməliyik. Bu məqsədlə də “Ozan” qəzetini təsis 

etdik.  İndi  də  hiss  edirik  ki,  qəzetdən  də  artıq  bir  iş  görməliyik.  Başladıq  kitablar,  jurnallar  çap 

etdirməyə.  Bu  gün  Rusiyada  elə  bir  ali  məclis  yoxdur  ki,  bizim  səsimiz  eşidilməsin.  Biz,  çalışırıq  ki, 

azərbaycanlı biznesmenləri Çelyabinskə, onların biznesmenləri isə Azərbaycana sərməyə qoysunlar. Bu 

gün  azərbaycanlı  müəllim  -  professorlarımız,  həkimlərimiz,  biznesmenlərimiz  Çelyabinskdə  ilk  onluğa 

düşürlər”. 

 

Çelyabinsk vilayətində 130-dan çox xalqın nümayəndəsi var. Hazırda orada 10 min azərbaycanlı 



yaşayır.  Onların  ümumi  məqsədi  xalqlar  arasında  sülhün  və  əmin-amanlığın  möhkəmləndirilməsidir: 

“Ölkəmizlə  bağlı  nə  qədər  çox  informasiya  əldə  etsək,  bu  bizim  üçün  çox  önəmlidir.  Orada  fəaliyyət 

göstərən  Xalqlar  Assambleyasınınüzvü  olan  digər  diaspor  təşkilatları  -  rus,  alman,  gürcü,  qazax,  tacik, 

özbəklərlə  sıx  əməkdaşlıq  edirik.  Bir-birimizə  dəstək  oluruq,  köməklik  edirik.  Bizim  işlər  nümunəvi 

olduğu üçün onlar bizə müraciət edir və keçirdiyimiz tədbirlərə onları dəvət edirik”.  

 

 “Dostluq ipək yolu. Çelyabinsk-Bakı mədəniyyətlərin dialoqu” 

 

Mərkəz xalqımızın ən yaxşı ənənələrinin qorunub saxlanılması istiqamətində böyük işlər görür. 



Yeri gəlmişkən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Çelyabinsk Mədəniyyət Nazirliyi arasında 

2011-2012-ci  illərdə  ticarət-iqtisadi,  elmi-texniki  və  mədəni  sahələrdə  əməkdaşlıq  haqqında 

memorandum imzalanıb. “Ozan” mərkəzinin 10 illik yubileyi münasibətilə Çelyabinsk vilayətində xalqlar 

dostluğu  ongünlüyü  keçirilib.  Ongünlük  çərçivəsində  təşkil  olunan  “Cənubi  Ural-Azərbaycan”  elmi-

praktik  konfransında  iştirak  etmək  üçün  Bakı  Mədəniyyət  və  Turizm  İdarəsinin  rəisi  Əlikram  Əliyevin 

rəhbərliyi  ilə  nümayəndə  heyəti  vilayətə  gəlmişdi.  Azərbaycan  muğamı,  rəqsləri,  müasir  mahnılar 

Çelyabinsk  sakinlərinin  böyük  marağına  səbəb  olur.  Axı,  incəsənət  dili  üçün  sərhəd  yoxdur.  Bu  dil 

insanları birləşdirir, onların yaradıcı dünyasını zənginləşdirir. “Ozan” mərkəzinin nəşr etdirdiyi “Dostluq 




ipək yolu. Çelyabinsk-Bakı mədəniyyətlərin dialoqu” kitabında bu əlaqələr və diasporumuzun fəaliyyəti 

ətraflı əksini tapıb”, deyə o bildirdi.  

 

Cəmiyyətin gördüyü bütün işlər barədə ətraflı məlumat verən R.Quliyev dedi ki, “Ozan” AMM-



in  üzvləri  gələcəkdə  də  mədəniyyətlər  dialoqunun  xeyirxah  qonşular  və  əsl  dostlar  arasında  dialoqa 

çevrilməsi üçün əllərindən gələni edəcək.  

 

Onu  da  deyək  ki,  həmvətənimiz  Minin  və  Pojarski  adına  “Layiqli  vətəndaşa  minnətdar 



Rusiyadan”  milli  mükafatına  layiq  görülüb.  Bu  mükafat  Rusiya  regionlarının  Üçüncü  Konqresi  və 

Dövlətçiliyin  Möhkəmləndirilməsi  sahəsində  Təşəbbüslərə  Yardım  Fondu  tərəfindən  “Rusiyanı 

əməllərimizlə  ucaldaq”  federal  ictimai  proqramı  çərçivəsində  verilir.  Mükafata  görkəmli  ictimai 

xadimlər,  Rusiya  regionlarında  sosial-mədəni  sahələrdə  fəaliyyət  göstərən  müəssisə  və  idarələrin 

rəhbərləri  layiq  görülürlər.  R.Quliyev  bu  mötəbər  mükafatla  vətəndaş  cəmiyyətinin  yaradılmasında 

xidmətlərinə və gərgin ictimai fəaliyyətinə görə təltif olunub.  

 

 2006-cı  ildə  Azərbaycanda  keçirilən  Rusiya  ili    çərçivəsində  Çelyabinsk    vilayətinin 



nümayəndələri  ölkəmizə  gəlmişdi.  Bakıda  təşkil  olunan  həmin  görüş  zamanı  Çelyabinsk  vilayəti  ilə 

Azərbaycan  arasında  siyasi,  iqtisadi,  mədəni  əlaqələrlə  bağlı  müqavilələr  imzalanıb.  Bu  müqavilələrə 

əsasən  tələbələrin  Bakıya  gəlməsi,  kitabxanalar  arasında  mübadilə,  Bakı  Dövlət  Universiteti  və 

rəssamlarla  bağlı  qurulan  əlaqələr  davam  edir.  R.Quliyevin  təşkilatçılığı  ilə  Mədəniyyət  və  Turizm 

Nazirliyi ilə RF Çelyabinsk vilayəti arasında müqaviləyə əsasən bu ilin may ayında Çelyabinsk şəhərindən 

olan 12 uşaq 5 gün Bakının qonağı olublar. Onlar Bakının  ən populyar musiqi  məktəblərində  və  digər 

görməli yerlərdə olublar və buradan böyük təəssüratla ayrılıblar. 

 

“Ermənilər bizə yalnız paxıllıq edirlər” 

 

O bildirdi ki, ermənilər hər zaman onların arxasınca gəlirlər, ancaq çata bilmirlər: “Onlar bizimlə 



rəqabət apara bilmirlər. Ermənilər bizə yalnız paxıllıq edirlər. Sayca 14 minə yaxın olsalar da, onlar siyasi 

baxımdan  bizdən  aşağı  yerdədirlər.    Biz    Azərbaycanla  bağlı  bütün  tarixi  günlərimizi  qeyd  edirik. 

Məsələn, Çelyabinskdə  Xocalı soyqırımının, Azərbaycan həqiqətlərinin təbliğ olunması üçün xeyli işlər 

görmüşük. Qəzetimiz və internet saytımız vasitəsi ilə də təbliğat aparırıq. Bundan əlavə televiziyalarda 

materiallar  yayırıq.  Düzdür,  müəyyən  tapşırıqlar  olur  və  problemlər  yaradırlar.  Ancaq  biz  müxtəlif 

vasitələrlə tapıb televiziyalara yol tapırıq və materiallarımızı yayırıq”. 

 

“Ozan” gənclərlə işbirliyinin qurulması istiqamətində layihələr reallaşdırmağa çalışır. Bu haqda 



mlumat verən Mərkəz sədri oradakı gənclər təşkilatları ilə sıx əlaqələri olduğunu vurğuladı: “Təşkilatın 

ətrafında  güclü  gənclər  toplaşıb  və  onlar  çox  fəaldırlar.  Onu  da  qeyd  edim  ki,  Rusiya  Azərbaycanlı 

Gənclər  Təşkilatının  rəhbəri  Leyla  Əliyeva  gənclərimizi  daha  da  fərəhləndirir.  Çelyabinsk  gənclərini 

dəstəkləyir,  bütün  regionlardakı  Gənclər  təşkilatlarının  qeydiyyatdan  keçməsinə  çalışır  və  istəyir  ki, 

onlar güclü bir forum kimi fəaliyyət göstərsin. İstəyirik ki, “Kim? Harada? Necə?” intellektual oyununu 

da  gənclər  özləri  idarə  etsinlər.  Bu  gün  həqiqətən  də  digər  gənclər  təşkilatları  bizim  gənclərə  qibtə 

edirlər  və  onlardan  bir  çox  şeyləri  öyrənmək  istəyirlər.  Orada  yaşayan  soydaşlarımız  əsasən  1990-cı 

illərdə oraya kütləvi şəkildə gəliblər. Artıq ötən müddət ərzində orada yaşayan soydaşlarımızın uşaqları 

bağçaya,  məktəbə  və  ali  təhsil  ocaqlarına  gediblər.  Artıq  oradakı  ali  təhsil  müəssisələrini  bitirib 

çalışanlar  da  var.  İnanıram  ki,  yaxın  müddət  ərzində  biz  həmin  gənclərə  təkan  verib  dövlət 

strukturlarında  təmsil  olunmalarına  yardım  edəcəyik.  Bu  gün  biz  heç  bir  millətdən,  o  cümlədən 

ermənidən  zəif  deyilik.  Azərbaycandan  kiçik  bir  dəstəyi  hiss  etmək  bizim  üçün  çox  önəmlidir.  Hazırda 

ölkəmiz,  iqtisadiyyatımız  sürətlə  inkişaf edir və  bu  da  dövlətimizin  daim  yaşaması  üçün  şərait  yaradır. 

Lakin bununla yanaşı diasporumuzun yaşaması, fəaliyyət göstərməsi də dövlətimiz üçün çox önəmlidir. 

İstəyirik  ki,  gənclərimiz  bu  gün  ölkəmizlə  bağlı  tədbirlərdə  iştirak  etsinlər,  daim  dəstək  görsünlər  və 

qaynaqlar möhkəm qalsın”. 

Bu  yazı“Paritet” qəzetinin Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi 

ilə həyata keçirdiyi   layihə çərçivəsində dərc edilir. 



Yüklə 37,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə