Xəbər bülleteni №27


Nazirlər Kabineti qurumlarının sayı 36-ya enib



Yüklə 472,92 Kb.
səhifə7/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   2   3   4   5   6   7   8   9   10   ...   16

Nazirlər Kabineti qurumlarının sayı 36-ya enib


20.03.2016

nkDövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib. Prezident İlham Əliyevin 18 mart fərmanında bu, sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsi, əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi ilə kompleks yanaşmanın gerçəkləşdirilməsi, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi məqsədi ilə əsaslandırlıb.

Yenilənmiş qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qurumun strukturunun və fəaliyyətinin optimallaşdırılması, habelə işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Transparency.az bildirir ki, yenilik Nazirlər Kabinetində qurumların sayını 36-ya endirib. Bu yaxınlarda Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin bazasında Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılanda hökumət strukturlarının sayı 37 olmuşdu. Hazırda Azərbaycanda 19 nazirlik, 9 dövlət komitəsi, 5 dövlət xidməti, 2 administrasiya, 1 idarə var.

Cəbhənin Qazax bölgəsində gərginlik: iki hərbçi şəhid oldu


28.03.2016

mnMartın 28-də Müdafiə Nazirliyi rəsmi məlumat yayıb. Məlumatda deyilir: “Son günlər işğal olunmuş ərazilərdə xeyli itkiyə məruz qalan erməni tərəfi uğursuzluqların əvəzini çıxmağa can ataraq Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatların sayını artırıb. Əməliyyat şəraitində üstünlüyü itirən düşmən dövlət sərhədində gərginliyi artırmaqla bəzi beynəlxalq qurumları, o cümlədən Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilata daxil olan dövlətləri münaqişədə iştiraka sövq etməyə çalışır.

Martın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonu ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərib. Bu istiqamətdə yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin hərəkəti qabaqcadan aşkar edilib və qarşısının alınması məqsədilə müvafiq tədbirlər həyata keçirilib. İtkilərə məruz qalan işğalçılar geri çəkilməyə məcbur edilib.

Düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin zabiti leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu həlak olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!”

Məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə hər iki hərbi qulluqçu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.


Həm dollar, həm avro, həm də rubl ucuzlaşıb


28.03.2016

valyuta 1ABŞ dolları martın 28-də Azərbaycan manatına nəzərən dəyər itirib. Transparency.az xəbər verir ki, dolların rəsmi məzənnəsi 1,5876 manata düşüb. Novruz tətilindən öncə, martın 18-də 1 dollar 1,5971 manata satılıb.

Avro və Rusiya rublu da ucuzlaşıb. Avronun rəsmi kursu 1,8066 manatdan 1,7722 manata, rublun məzənnəsi 0,0235 manatdan 0,0233 manata düşüb.


İntiqam Əliyevin işinə yenidən baxılır


28.03.2016

intiqam eliyev 1
Martın 28-də Ali Məhkəmənin Plenumu baş prokuror Zakir Qaralovun məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin işindən kassasiya protestinə baxır. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulub.

İntiqam Əliyev 2014-cü il avqustun 8-dən həbsdədir. 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay həbs cəzası alıb. Bakı Apellyasiya Məhkəməsi İntiqam Əliyevin şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bu il fevralın 24-də Ali Məhkəmə də eyni qərar çıxarıb.

53 yaşlı İntiqam Əliyev hüquqçu fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. Vəkillik fəaliyyəti ilə məşğul olan İntiqam Əliyev əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.

İntiqam Əliyev Bakıdakı 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.


İki ayda 1 milyard 101 milyon manatdan çox vergi yığılıb


28.03.2016

hand with calculator. finance and accounting business.
2016-cı ilin yanvar-fevral ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 milyard 101 milyon 497,6 min manat vəsait daxil olub, proqnoz tapşırığına 101,3 faiz əməl edilib. Xəbəri Vergilər Nazirliyi yayıb.

2016-cı il üçün dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat daxilolma proqnozlaşdırılır. Bu, cəmi gəlirlərin 41,7 faizidir.


Belarusda pensiya yaşı artırılır


28.03.2016

pensiyachilar belarusBelarus hökuməti pensiya yaşını üç il artırır. Novator.az xəbər verir ki, baş nazirin müavini Natalya Koçanova martın 28-də prezident Aleksandr Lukaşenkonun yanında keçirilmiş iclasın nəticələri ilə bağlı açıqlamada belə deyib.

Koçanova pensiya yaşının hər yarım ildən bir artımla 6 il ərzində 3 ilə qədər qaldırılacağını qeyd edib. O bildirib ki, pensiya yaşı qadınlar üçün 58, kişilər üçün 63 olacaq. Baş nazirin müavini tezliklə rəsmiləşəcək hüquqi aktın hökumətə pensiya yaşını gələcəkdə də artırmaq imkanı verəcəyini deyib.

Hazırda Belarusda qadınlar üçün pensiya yaşı 55, kişilər üçün isə 60-dır.


Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə