Xəbər bülleteni №27


Dövlət başçısı xüsusi iqtisadi zonanın yaradılmasına sərəncam verdi



Yüklə 472,92 Kb.
səhifə3/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   2   3   4   5   6   7   8   9   ...   16

Dövlət başçısı xüsusi iqtisadi zonanın yaradılmasına sərəncam verdi


17.03.2016

baki deniz limani 1
Martın 17-də prezident İlham Əliyev Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə birlikdə altı ay müddətində sözügedən xüsusi iqtisadi zonanın yaradılması, həmin zonanın infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və xüsusiyyətləri haqda təkliflərini ölkə prezidentinə təqdim etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti isə zonanın ərazisinə dair təkliflərini, həmin ərazinin torpaq sahələrinin mülkiyyətçilərinin və torpaq istifadəçilərinin siyahısını, zonanın ərazi sərhədlərinin dəqiq təsvirini və ərazinin planını, torpaqların tərkibi haqqında məlumatları, iqtisadi, sosial və ekoloji şəraitin təhlilinə, maddi və əmək resurslarına, kommunikasiyalar və digər infrastrukturla təminat imkanlarına dair məlumatları dövlət başçısına çatdırmalıdır.

İmtahandan keçmiş müəllimlərin maaşı artırıldı


18.03.2016

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsi ilə bağlı sərəncam imzalayıb. Sənədə əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında 16 yanvar 2015-ci il sərəncamı ilə müəyyən edilmiş aylıq vəzifə maaşları bu il aprelin 1-dən orta hesabla 10 faiz artırılır.

Nazirlər Kabineti bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxemi və məbləğlərini, vəzifə maaşlarına əlavələrin məbləğlərini 2016-cı il aprelin 1-dək təsdiq etməlidir.

Transparency.az bildirir ki, prezidentin 16 yanvar 2015-ci il sərəncamı ilə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələri müəllimlərinin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Təhsil Nazirliyinin bu ilin əvvəlində yaydığı rəsmi məlumata görə, ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirməyə dəvət olunmuş 25 989 nəfərdən 25 693-ü (98,86 faiz) imtahanda iştirak edib, onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilməyib: “Əməkhaqqı artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək. Artımın məbləği müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali və ya orta ixtisas təhsilli olmasından, sinif rəhbəri və fəxri adının olub-olmamasından və digər bir neçə meyardan asılıdır. Bu meyarlara uyğun olaraq əmək haqları 30-40 faiz artırılacaq”.

muellim 1

İcra başçısı “Şöhrət” ordeni ilə təltif edilib


18.03.2016

bayram seferov 2Şuşanın icra başçısı, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov “Şöhrət” ordeni ilə təltif edilib. Prezidentin 17 mart sərəncamında təltif Bayram Səfərovun Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətləri ilə əsaslandırılıb.

Transparency.az bildirir ki, mart ayında Bayram Səfərovun 65 yaşı tamam olur. 1951-ci ildə Şuşada anadan olan Bayram Səfərov iqtisadçıdır. Şuşa Rayon İstehlak Cəmiyyətinin sədri, icra hakimiyyəti başçısının müavini vəzifələrində işləyib, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətində çalışıb.

2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, həmin il iyunun 5-dən “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədridir.

Dollar 1 manat 60 qəpikdən aşağı düşüb


18.03.2016

dollar 1Martın 18-də ABŞ dolları Azərbaycan manatı qarşısında ucuzlaşıb. Transparency.az xəbər verir ki, dolların rəsmi məzənnəsi 1,6102 manatdan 1,5971 manata enib.

Avro və Rusiya rublu isə bahalaşıb. Avronun rəsmi kursu 1,8063 manatdan 1,8066 manata, rublun məzənnəsi 0,0234 manatdan 0,0235 manata yüksəlib.


Məzənnələr

ABŞ Dövlət Departamenti əfv sərəncamını alqışladı


18.03.2016

con kirbiABŞ Dövlət Departamenti prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına münasibət bildirib. 17 mart sərəncamı ilə azadlıqdan məhrum olunmuş 137 nəfər cəzasının çəkilməmiş hissəsindən, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.

“Azadlıq” radiosunun məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyi Dövlət Departamentinin sözçüsü Con Kirbinin əfv barədə açıqlamasını yayıb. Açıqlamada deyilir: “Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətinin insan haqları sahəsindəki işlərinə və ya öz fundamental azadlıqlarını həyata keçirdiyinə görə həbs edilmiş 10-dan çox şəxsin azadlığa buraxılması kimi müsbət addımını alqışlayır. Azad edilmişlər arasında tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərov, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli, talış etnik azlığının nəşrinin baş redaktoru Hilal Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu var. Jurnalist və sülh fəalı Rauf Mirqədirov da şərti azadlığa buraxılıb.

Birləşmiş Ştatlar Azərbaycan hökuməti ilə əlavə müsbət addımlar üzərində işləməyə hazırdır. Biz həmçinin hökuməti eyni azadlıqları həyata keçirdiyinə görə həbs olunmuş sayılan digər məhbusları da azad etməyə və azadlığa çıxmışların hərəkət etmə azadlıqlarına qoyulmuş məhdudiyyətləri aradan götürməyə çağırırıq”.

Əfv sərəncamına siyasi məhbus sayılan şəxslərdən 15 nəfər düşüb. Gənc fəallar Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, Ömər Məmmədov, hüquq müdafiəçiləri Rəsul Cəfərov, Taleh Xasməmmədov, Anar Məmmədli,  jurnalistlər Pərviz Həşimli, Hilal Məmmədov, siyasətçilər Nemət Pənahlı, Yadigar Sadıqov, Tofiq Yaqublu, sabiq məmurlar Nicat Quliyev, Akif Muradverdiyev, Müsavat Partiyası başqanının müavini, hazırda həbsdə olan Fərəc Kərimovun qardaşı Sirac Kərimli azadlığa çıxıb. Daha bir nəfər – jurnalist Rauf Mirqədirov həmin gün məhkəmə qərarı ilə sərbəst buraxılıb.

Azərbaycanın bəzi hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısında martın 17-dək 93 nəfərin adı vardı.


Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə