Xəbər bülleteni №27


Azərbaycan nefti 42 dollardan baha satılır



Yüklə 472,92 Kb.
səhifə4/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   2   3   4   5   6   7   8   9   ...   16

Azərbaycan nefti 42 dollardan baha satılır


18.03.2016

neft 1Dünya birjalarında neftin bahalaşması davam edir. Martın 18-də Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 40,24 dollara, London birjasında “Brent” markalı neftin bir barreli 41,63 dollara qalxıb.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,53 dollar bahalaşaraq 42,63 dollara satılır.


Ekoloji pozuntular: hüquq mühafizə orqanlarına 23, məhkəmələrə isə 6 iş göndərilib


18.03.2016

ekologiya nazirliyi 1
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 1-15 mart arası ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıb. Rəsmi məlumata əsasən, müxtəlif qanun pozuntularına görə 130 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 31 müddətli göstəriş verilib.

Ümumilikdə 14 iş üzrə 11420 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 8 iş üzrə 921,61 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 179 iş üzrə 36704,16 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 23, icra qurumlarına 4, məhkəmələrə isə 6 iş göndərilib.

Azərbaycanın ümumi daxili məhsulu son 20 ildə ilk dəfə azalıb


18.03.2016

faiz 1Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, 2016-cı ilin yanvar-fevral aylarında Azərbaycanda 7 milyard 888 milyon 700 min manatlıq ümumi daxili məhsul istehsal (ÜDM) edilib. Bu, 2015-ci ilin müvafiq dövrünə nisbətən 3,2 faiz azdır. Transparency.az bildirir ki, Azərbaycanın ümumi daxili məhsulu son 20 ildə ilk dəfədir əvvəlki illə müqayisədə azalaraq mənfi işarə göstərir.

2015-ci ildə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki illə müqayisədə 1,1% artmışdı. 2014-cü ildə ÜDM-də 2,8%, 2013-cü ildə 5,8% artım olmuşdu. 2012-ci ildə 2,2%, 2011-ci ildə 0,1% artım qeydə alınmışdı.

İlham Əliyevin prezidentliyinin ilk ili olan 2003-də ÜDM-in artımı 11,2% təşkil edib. 2004-cü ildə 10,2%, 2005-ci ildə 26,4%, 2006-cı ildə 34,5%, 2007-ci ildə 25%, 2008-ci ildə 10,8%, 2009-cu ildə 9,3%, 2010-cu ildə 5% artım olub.

Transparency.az-ın məlumatına görə, son 20 ilin əvvəlki illərində ümumi daxili məhsulun həcmi belə artıb:

1996-cı il – 1,3%

1997-ci il – 5,8%

1998-ci il – 10%

1999-cü il – 7,4%

2000-ci il – 11,1%

2001-ci il – 9,9%

2002-ci il – 10,6%.

Manata sərf olunan valyutanın həcmi 2 milyard dollara çatır


18.03.2016

manat 1Martın 18-də Mərkəzi Bankın hərracı təşkil edilib. Dövlət Neft Fondunun məlumatına görə, qurum hərraca 100 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb və 2 banka 34,3 milyon dollar satıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun bu il hərraclarda satdığı valyutanın həcmi 1 milyard 224 milyon 476 min dollara çatıb. 2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən isə 685 milyon 488 min ABŞ dolları alınıb.

İki qurumun manatın sabitliyinə bu il sərf etdiyi xarici valyutanın həcmi 1 milyard 909 milyon 964 min dollardır.

Bu il Azərbaycan neftinin qiyməti necə dəyişib?


18.03.2016

dollar 1Transparency.az Azərbaycan neftinin qiymətinin 2016-cı ildə necə dəyişdiyinə nəzər salıb.

Yanvarın 5-də “AzəriLayt” markalı neftin bir barreli 37,64 dollara satılıb. Bu, ötən ilin son günlərində qeydə alınmış qiymətdən (38,23 dollar) aşağı olub. Ardınca ucuzlaşma gedib. Yanvarın 11-də “AzəriLayt”ın bir barreli 34 dollara, yanvarın 15-də 31,54 dollara təklif olunub.

Yanvarın 21-də “AzəriLayt” 28,82 dollara satılıb, ayın 26-da isə qiymət 32,90 dollara qalxıb.

Azərbaycan nefti fevral ayına bir barrel üçün 35,78 dollarla başlayıb. Fevralın 5-də “AzəriLayt” 35,40 dollara, ayın 10-da 32,61dollara, 16-da 34,08 dollara, 22-də 33,26 dollara gedib. Fevral 27-də isə Azərbaycan neftinin qiyməti 37,22 dollara yüksəlib.

Mart ayında qiymətlər belə dəyişib: 4 mart – 37,24 dollar; 10 mart – 41,45 dollar, 18 mart – 42,63 dollar.

Hazırda “AzəriLayt” dövlət büdcəsində nəzərdə tutulan qiymətdən 18 dollaradək yuxarı qiymətə satılır. Dövlət büdcəsində xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülüb.

Düz bir il əvvəl “AzəriLayt” markalı neftin bir barreli London birjasında 54,24 dollara təklif edilib. 2014-cü il martında isə “AzəriLayt”ın bir barreli London birjasında 112 dollardan baha olub.

İqtisadçı ekspert: “Gecikirik, Rusiyanı əldən çıxarırıq”


18.03.2016

qalib togrulİqtisadçı ekspert Qalib Toğrul hökuməti turizm sektorunun inkişafı üçün viza islahatlarını sürətləndirməyə səsləyib. Transparency.az-ın məlumatına görə, ekspert vurğulayıb ki, iqtisadiyyatın prioritet sahələrindən biri də turizm və əyləncədir: “Azərbaycanda turizm sektorunun inkişafının başlıca şərti viza rejimini sadələşdirmək və viza sənədləşdirmə xərclərini azaltmaqdır. Məsələn, Yunanıstan artıq Rusiya vətəndaşlarına bir, uzağı iki günə viza verilməsi barədə qərar qəbul edib. Yunanıstanla Rusiya arasında viza sənədləşdirmə xərclərinin aşağı salınması üçün də iş aparılır. Hazırda məbləğ 35 avrodur.

Bizim turizm sektorunun əsas müştəriləri elə rusiyalılardır. Dil baryeri, demək olar ki, yoxdur, mədəniyyətlər yaxındır, nəqliyyat xərcləri aşağıdır. Ancaq biz gecikirik, Rusiyanı əldən çıxarırıq. Qonşuluqda Gürcüstan kimi nümunə və rəqib var. Biz onlardan həm öyrənməli, həm də rəqabətə davamlı turizm sektoru formalaşdırmalıyıq”.



Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə