Xəbər bülleteni №27


“ASAN xidmət”də 1050-dən artıq lisenziya verilib



Yüklə 472,92 Kb.
səhifə6/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   2   3   4   5   6   7   8   9   ...   16

ASAN xidmət”də 1050-dən artıq lisenziya verilib


18.03.2016

asan 1İqtisadiyyat Nazirliyinin məlumatına görə, indiyədək “ASAN xidmət” mərkəzləri ilə sahibkarlıq subyektlərinə 1050-dən artıq lisenziya verilib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, indiyədək “ASAN xidmət” mərkəzləri ilə sahibkarlıq subyektlərinə 1050-dən artıq lisenziya verilib.

Prezidentin 19 oktyabr 2015-ci il fərmanına uyğun olaraq İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzlərində lisenziyalar verməyə başlayıb.

Bakıda lisenziyalar 5 saylı “ASAN xidmət” mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti 115) verilir.

Regionlardakı “ASAN xidmət” mərkəzlərinin ünvanları Economy.gov.az-da yerləşdirlib. Qaçqın və məcburi köçkün olan sahibkarlar fəaliyyət göstərdikləri ərazi üzrə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər (Lisenziya verilən ünvanlar).

Milli Məclisin iclasında üç məsələyə baxılıb


18.03.2016

mm-yeni 1
Martın 18-də Milli Məclisin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda “Nüvə materialının fiziki mühafizəsi haqqında” konvensiyaya düzəliş Azərbaycan Respublikasının müvafiq bəyanatı ilə (Bəyanat) təsdiq edilib.

“Nüvə materialının fiziki mühafizəsi haqqında” konvensiya 1979-cu il oktyabrın 26-da qəbul edilib. Azərbaycan həmin konvensiyaya 2003-cu ilin dekabrında qoşulub. 2005-ci ildə isə konvensiyaya düzəlişlər qəbul edilib. Düzəlişlərə uyğun olaraq konvensiyanın preambulası dəyişdirilib. Preambulada dəyişikliyin əsas məqsədi nüvə materiallarının, nüvə qurğularının daşınması, saxlanması və təhlükəsizliyini, onun mühafizə olunmasını daha da möhkəmləndirməkdən ibarətdir.

Eyni zamanda burada prinsiplər müəyyən olunub. Həmin prinsiplər birinci növbədə dövlətlərin məsuliyyətini müəyyən edir. Düzəlişdə nüvə materiallarının, nüvə qurğularının daşınması, təhlükəsizlik mədəniyyəti, eyni zamanda fövqəladə hallar zamanı nüvə materialları ilə necə rəftar edilməsi və digər məsələlər əksini tapıb.

İclasda Cinayət Məcəlləsində də dəyişiklik edilib. Sənədin 213-1.3-cü maddəsində dəyişiklik aksiz markası ilə markalanmalı olan məhsulları nağd qaydada xeyli miqdarda satma, həmçinin belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olunmaqla, Cinayət Məcəlləsində təsbit edilməsi məqsədi daşıyır.

Deputatlar həmçinin “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanuna səs veriblər. Qanun layihəsində 81 adda güclü təsir edən maddələr və onların külli miqdarının, 52 adda zəhərli maddələrin siyahısı göstərilib. Sənədə əsasən, sadalanan maddələrin daxil olduğu bütün dərman formaları (qarışıq və məhlullar) hansı firma (ticari) adına malik olmasından asılı olmayaraq güclü təsir edən maddələrə aiddir.

Zəhərli maddələrin siyahısı ilə bağlı qeyddə deyilir ki, bu siyahıda göstərilən maddələr elmi-tədqiqat laboratoriyalarında və tibb müəssisələrində kimyəvi reaktiv kimi, həmçinin elmi və tibbi məqsədlər üçün istifadə oluna bilər.

Cinayət Məcəlləsinin 240.3.2-ci və 240-cı maddələrinə bununla bağlı əlavə və dəyişiklik edilib.

Prezident: “Dayanıqlı inkişaf bizim hədəfimizdir”


20.03.2016

prezidentMartın 19-u Bakıda keçirilən Novruz şənliyinə qatılan prezident İlham Əliyev çıxışında iqtisadi məsələlərə də toxunub. Dövlət başçısı deyib ki, iqtisadi sahədə dərin islahatların neft amilindən asılılığı tamamilə aradan götürəcəyinə əmindir: “Bu bizim məqsədimizdir, bu məqsədə doğru gedirik. Keçən ilin sonlarından başlayaraq bu il də davam edən islahatlar siyasəti artıq gözəl nəticələr verir. Qanunvericilikdə dəyişikliklər edilib, müvafiq sərəncamlar imzalanıb. Azərbaycanın uzunmüddətli, dayanıqlı iqtisadi inkişafının təmin edilməsi üçün konkret addımlar atılır. Əminəm, ilin sonuna qədər davam edən əsas islahatlar, yəni qəbul ediləcək qərarlar ondan sonra elə şərait yaradacaq ki, Azərbaycan iqtisadiyyatı neft amilindən asılılığını azaldacaq və dediyim kimi, tam aradan götürəcək. Dayanıqlı inkişaf bizim hədəfimizdir.

Biz ancaq öz resurslarımıza əsaslanırıq. Düzdür, bəzi kütləvi informasiya vasitələrində yazılıb ki, Azərbaycan xarici dəstək, xarici maliyyə yardımı istəyib. Bu, tamamilə yalan və mötəbər mətbu orqanlara yaraşmayan təxribatdır. Biz öz hesabımıza yaşamışıq, yaşayacağıq. İndi bizim nə qədər imkanımız varsa, iqtisadi inkişafı o qədər də təmin edəcəyik. Ancaq qeyd etməliyəm ki, mötəbər beynəlxalq qurumlar, xüsusilə Beynəlxalq Valyuta Fondu bizim siyasətimizi, iqtisadi islahatlarımızı dəstəkləyir və bu siyasətimizə çox yüksək qiymət verir.

Onu da qeyd etməliyəm ki, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətinə görə dünya miqyasında 40-cı yerə layiq görüb. Bu da çox böyük göstəricidir. İslahatlar dərinləşəcək, bütün sahələrdə şəffaflıq tam təmin ediləcək. Biz gələcək iqtisadi fəaliyyətimizi, siyasətimizi yeni iqtisadi model üzərində aparacağıq və əminəm ki, yaxın zamanlarda daha da böyük nəticələrə nail olacağıq.

Qəbul edilmiş təcili tədbirlər nəticəsində təkcə ilin birinci rübündə, — hələ rüb başa çatmayıb, — dövlət sektorunda 30 minə yaxın yeni iş yeri açılıb. Bu mənim göstərişimlə həyata keçirilən tədbirlərdir. Əlbəttə, biz yaxşı başa düşürük, hər bir ölkə çalışmalıdır ki, özəl sektorda iş yerləri açılsın. Bu istiqamətdə də işlər gedir. Biznes qurumlarına müvafiq tövsiyələr verildi. Onlara maliyyə dəstəyi də veriləcək. Xüsusilə bu il icrası nəzərdə tutulan layihələrin həcmi təxminən 1,5-2 milyard manat ətrafındadır. Yəni bu, on minlərlə yeni iş yerinin yaradılmasına gətirib çıxaracaq. Ancaq təcili tədbirlərin görülməsi də labüd idi. Yenə də deyirəm, dövlət sektorunda, dövlət şirkətləri və dövlət qurumları 30 minə yaxın iş yeri açıb. Bax, budur bizim sosial siyasətimiz. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Baxmayaraq ki, gəlirlərimiz azalıb, neftin qiyməti kəskin şəkildə aşağı düşüb, biz maaşların, pensiyaların artırılması ilə bağlı qərar qəbul etmişik, 10 faiz artıb. Hələlik bizim buna imkanımız çatır. Ancaq onu da qeyd etmək istəyirəm ki, əgər ətrafa baxsaq görərik ki, bu da nadir bir haldır, çünki xüsusilə dünya böhranı zamanı maaşlar artırılmır, kəsilir, verilmir. Biz isə sosial siyasətimizi bir daha göstəririk. Göstəririk ki, Azərbaycan inamla inkişaf edəcək. Bu əminlik var. Heç bir böhran, neftin qiymətinin ucuzlaşması bizim siyasətimizə təsir etməyəcək. Bizim kifayət qədər resurslarımız, valyuta ehtiyatlarımız var, iqtisadi göstəricilərimiz çox müsbətdir. Əlbəttə ki, aparılan islahatlar bizi daha da gücləndirəcək.

Biz yeni sahələri işə salırıq ki, o sahələr ölkəmizə böyük siyasi və iqtisadi mənfəət gətirəcək. Nəqliyyat sektorunu xüsusilə qeyd etmək istərdim. Biz indi Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin yaradılması üzərində işləyirik, ilkin nəticələr var. Apardığımız siyasət, irəli sürdüyümüz təşəbbüslər nəticə verir. Biz Şərq-Qərb nəqliyyat dəhlizinin cəlbediciliyini artırmaq üçün qonşu ölkələr olan Gürcüstan və Türkiyə ilə vahid tarif siyasəti aparmaq barədə təşəbbüs irəli sürmüşük. Bu təşəbbüs müsbət qarşılanıb. Artıq işlər görülür. Keçən ilin sonlarında mənim Gürcüstana, Çinə və bu yaxınlarda Türkiyəyə səfərlərim çərçivəsində həmin məsələlər müzakirə edilib. Biz yeni dəhliz yaradırıq. Asiyadan Avropaya ən qısa yol Azərbaycan ərazisindən keçəcək. Buna nail olmaq üçün biz lazımi infrastrukturu yaratmışıq və yaradırıq, eyni zamanda qonşu ölkələrlə vahid tarif siyasəti aparılmalıdır ki, burada xərclər daha da azalsın.

Şimal-Cənub nəqliyyat dəhlizinin bu yaxınlarda icrasının sürətlənməsi yenə də bizim təşəbbüsümüzlə bağlıdır. İndi həm İran, həm Rusiya ilə danışıqlar aparılır və yenə də Azərbaycan burada öz önəmli rolunu oynayır. Əminəm ki, bu dəhlizi də biz yaradacağıq. Beləliklə, bu dəhlizlər yaranandan sonra onilliklər ərzində Azərbaycan böyük siyasi və iqtisadi mənfəət götürəcək. Nəqliyyat sektorunun gəlirləri neftdən fərqli olaraq tükənən sərvət deyil.

Bu ilin fevral ayında Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ikinci toplantısı keçirilib, birgə bəyannamə imzalanıb. Bu bəyannaməni 11 ölkə — Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, Xorvatiya, Monteneqro, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Avropa Komissiyası imzalayıb. Bəyannamənin əsas mahiyyəti ondan ibarətdir ki, əlaqələndirmə işləri bundan sonra da davam etdiriləcək. Sənəddə Azərbaycanın bu işlərdə aparıcı, strateji, liderlik rolu qeyd edilib. Bunu bütün beynəlxalq ictimaiyyət qəbul edir və bilir ki, biz təşəbbüs göstərməsəydik, maliyyə vəsaiti ayırmasaydıq, “Cənub” qaz dəhlizi gözəl ideya kimi hələ qalacaqdı, bunu onilliklər bundan sonra da müzakirə edəcəkdik. Biz bu ideyanı reallığa çeviririk. “Cənub” qaz dəhlizi bizim üçün çox böyük əhəmiyyətə malik olan bir layihədir və imkan verəcək ki, zəngin qaz resurslarımızı ixrac edək. Əgər bu layihə icra edilməsəydi, bu ehtiyatlar dənizin dibində qalacaqdı. Biz onları çıxarırıq, minlərlə, on minlərlə iş yeri yaradılmaqdadır. Azərbaycanın ixrac potensialı güclənəcək. Bizim önəmimiz daha da artacaq. Azərbaycan Avropa üçün əvəzolunmaz ölkəyə çevrilir. Bizim maraqlarımız təmin ediləcək, gücümüz daha da artacaq”.


Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə