Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ayrılması nəzərdə tutulmuş vəsaitin bu sərəncamın 1 nömrəli əlavəsində göstərilən obyektlər üzrə 32323200,0 (otuz iki milyon üç yüz iyirmi üç min iki yüz) manat azaldılması hesabına, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə bu sərəncamın 2 nömrəli əlavəsində göstərilən obyektlər üzrə 32323200,0 (otuz iki milyon üç yüz iyirmi üç min iki yüz) manat vəsait ayrılması barədə
AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ
SƏRƏNCAM
№ 243s
Bakı şəhəri, 12 avqust 2011-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsasən, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 25 yanvar tarixli 21s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş 3380000000,0 (üç milyard üç yüz səksən milyon) manat vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsü”ndə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ayrılması nəzərdə tutulmuş vəsaitin bu sərəncamın 1 nömrəli əlavəsində göstərilən obyektlər üzrə 32323200,0 (otuz iki milyon üç yüz iyirmi üç min iki yüz) manat azaldılması hesabına, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə bu sərəncamın 2 nömrəli əlavəsində göstərilən obyektlər üzrə 32323200,0 (otuz iki milyon üç yüz iyirmi üç min iki yüz) manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci hissəsində göstərilən vəsaitin müvafiq qaydada ödənilməsini təmin etsin.
3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 12 avqust tarixli
243 s nömrəli sərəncamına
1 nömrəli əlavə
Vəsait azaldılan obyektlərin
SİYAHISI
Obyektlərin adı
|
Azaldılan vəsaitin məbləği
(min manat)
|
1
|
2
|
CƏMİ
|
32323,2
|
“Magistral yol-II” layihəsində Azərbaycan tərəfinin payı (əlavə maliyyələşdirmə sazişləri ilə birlikdə; Dünya Bankı)
|
2317,145
|
“Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Astara hissəsinin yenidən qurulması və tikintisi” layihəsində Azərbaycan tərəfinin payı (Asiya İnkişaf Bankı)
|
5000,0
|
Qələbə meydanında (Gənclik metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının layihələndirilməsi, məsləhət xidmətləri və tikintisi
|
25000,0
|
Oğuz rayonunda Xal-xal çayı üzərində körpünün yenidən qurulması
|
6,055
|
Aparatın rəhbəri Ağa-Bala Hacıyev
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 12 avqust tarixli
243 s nömrəli sərəncamına
2 nömrəli əlavə
Vəsait ayrılan obyektlərin
SİYAHISI
Obyektlərin adı
|
Ayrılan vəsaitin məbləği
(min manat)
|
1
|
2
|
CƏMİ
|
32323,2
|
Bakı - Ələt avtomobil yolunun yenidən qurulması
|
3500,0
|
“Yevlax-Gəncə” avtomobil yolunun reabilitasiyası” layihəsində Azərbaycan tərəfinin payı (49,8 km; İslam İnkişaf Bankı, Səudiyyə Fondu və OPEC Fondu)
|
1250,0
|
“Bakı dairəvi avtomobil yolunun tikintisi və yenidən qurulması” layihəsində Azərbaycan tərəfinin payı (Küveyt Fondu və Abu-Dabi Fondu)
|
2540,0
|
Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulmasının Texniki İqtisadi Əsaslandırılmasının hazırlanması
|
33,2
|
“Azneft” meydanında yeraltı piyada keçidinin tikintisi
|
16500,0
|
Azərbaycan Respublikası Milli Məclisinin qarşısında yeraltı piyada keçidlərinin layihələndirilməsi və tikintisi
|
5000,0
|
“Sahil” metrosundan Dənizkənarı Bulvara çıxışı təmin etməklə, yeraltı piyada keçidinin tikintisi
|
3500,0
|
Aparatın rəhbəri Ağa-Bala Hacıyev
Dostları ilə paylaş: |