Xəbər bülleteni №27


Məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti uzadıldı



Yüklə 472,92 Kb.
səhifə2/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   2   3   4   5   6   7   8   9   ...   16

Məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti uzadıldı


17.03.2016

Nazirlər Kabineti məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında qərar qəbul edib. Qərara əsasən, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə orta aylıq əməkhaqqı verilməsinin müddəti 2017-ci il yanvarın 1-dək uzadılır.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qərarda aidiyyəti nazirliklərə, dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyətinə müvafiq tədbirlərin görülməsinin daha da gücləndirilməsi barədə konkret tapşırıqlar verilib.

Ermənistanın işğalı nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarının əhalisi 22 ildən çoxdur məcburi köçkün vəziyyətində yaşayır.

Rəsmi məlumatına görə, Azərbaycanda 1 milyon 200 minə yaxın qaçqın və məcburi köçkün var.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə orta aylıq nominal əməkhaqqı 466,4 manatdır.


Siyasi məhbus sayılan şəxslərdən kimlər azadlığa çıxdı?


17.03.2016

Martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamına “siyasi məhbus” və ya “problemli məhbuslar” adlanan şəxslərdən də düşən olub.

Novator.az xəbər verir ki, söhbət bu şəxslərdən gedir: Rəşadət Axundov (NİDA-çı), Rəsul Cəfərov (hüquq müdafiəçisi), Məmməd Əzizov (NİDA-çı), Rəşad Həsənov (NİDA-çı), Pərviz Həşimli (jurnalist), Taleh Xasməmmədov (hüquq müdafiəçisi), Sirac Kərimli (Müsavat Partiyası başqanının müavini, hazırda həbsdə olan Fərəc Kərimovun qardaşı), Nicat Quliyev (keçmiş xarici iqtisadi əlaqələr naziri), Anar Məmmədli (hüquq müdafiəçisi), Hilal Məmmədov (jurnalist), Ömər Məmmədov (bloqçu), Akif Muradverdiyev (Prezident Administrasiyasının keçmiş işlər müdiri), Nemət Pənahlı (siyasətçi), Yadigar Sadıqov (Müsavat başqanının müavini), Tofiq Yaqublu (Müsavat başqanının müavini).

Bu sərəncama qədər Azərbaycanın bəzi hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısında 93 nəfərin adı var idi. Göründüyü kimi, onlardan 15 nəfəri əfvə düşüb.

Ümumilikdə 17 mart sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 137 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub.

Həbsdə kimlər qaldı?


17.03.2016

novella ceferoglu 2
Problemli məhbusların işi üzrə dövlət nümayəndələri və hüquq müdafiəçilərinin daxil olduğu işçi qrup Əfv Məsələləri Komissiyasına 24 nəfərlik siyahı təqdim etmişdi. Qrupun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu Transparency.az-a deyib ki, prezidentin 17 mart sərəncamı ilə onlardan 15 nəfər azadlığa buraxılıb. Daha bir nəfər – jurnalist Rauf Mirqədirov həmin gün məhkəmə qərarı ilə azadlığa çıxıb.

Problemli məhbusların işi üzrə dövlət nümayəndələri və hüquq müdafiəçilərinin daxil olduğu işçi qrupun siyahısındakı 8 nəfər isə həbsdə qalıb: bloqçu Əbdül Əbilov, jurnalistlər Xədicə İsmayıl, Seymur Həzi, Müsavat başqanının müavini Fərəc Kərimov, hüquq müdafiəçisi İntiqam Əliyev, gənc fəal İlkin Rüstəmzadə, REAL Hərəkatının sədri İlqar Məmmədov, keçmiş səhiyyə naziri Əli İnsanov.

Rauf Mirqədirov azadlığa buraxıldı

Əfv sərəncamı

Siyasi məhbus sayılan şəxslərdən kimlər azadlığa çıxdı?

Hansı ölkədə neçə partiya var?


17.03.2016

partiya 2Azərbaycanın Ədliyyə Nazirliyi 1992-ci ildən bəri 55 siyasi partiyanı dövlət qeydiyyatına alıb. Sonuncu qeydiyyat 2011-ci ilə təsadüf edir. Həmin il mayın 31-də Milli Dirçəliş Hərəkatı Partiyası qeydiyyata götürülüb.

Transparency.az qonşu ölkələrin göstəricilərinə də nəzər salıb. Ermənistan Ədliyyə Nazirliyinin bu ilin fevralında açıqladığı statistikaya görə, 79 partiya dövlət qeydiyyatından keçib.

Türkiyədə dövlət qeydiyyatındakı partiyaların sayı 97-dir.

Rusiya Ədliyyə Nazirliyinin saytında dövlət qeydiyyatına alınmış 77 siyasi partiyanın adı var. Sonuncu qeydiyyat 2015-ci il sentyabrın 7-də olub. Ötən il ümumən 4 partiya qeydiyyata götürülüb.

Gürcüstan Ədliyyə Nazirliyinin qeydə aldığı partiya və siyasi hərəkatların sayı 200-dən çoxdur.

2015-ci ilin noyabrına olan statistikaya əsasən, Qazaxıstanın Ədliyyə Nazirliyi 9 siyasi partiyanı qeydiyyata alıb. Qırğızıstanda isə dövlət 199 partiyanı qeydiyyata götürüb.

Özbəkistanda qeydiyyatdan keçmiş 4 partiya var.

Ukrayna Seçicilər Komitəsinin məlumatına görə, 2015-ci ilin aprelində ölkədə 262 rəsmi partiya olub. Ötən il Ukraynada 27 siyasi partiya dövlət qeydiyyatından keçib.

Belarusda 15 qeydiyyatlı partiya fəaliyyət göstərir.

Ayrı-ayrı qaynaqların bilgilərinə görə, Moldovada 42, Latviyada 57, Litvada 41 rəsmi siyasi partiya fəaliyyət göstərir.


Yanvar-fevral ayları üzrə makroiqtisadi göstəricilər


17.03.2016

dsk-yeni 1
Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-fevral ayları üzrə makroiqtisadi göstəriciləri açıqlayıb. Transparency.az xəbər verir ki, hesabata görə, yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar 7 milyard 888,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2 faiz az ümumi daxili məhsul istehsal (ÜDM) edib.

ÜDM-in 38,1 faizi sənayedə, 13 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,7 faizi tikinti, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi informasiya və rabitə, 13,6 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 faizinə bərabər, əhalinin hər nəfərinə düşən ÜDM 822,3 manat olub.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2016-cı ilin yanvar-fevral aylarında 4 milyard 308,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz az sənaye məhsulu istehsal edib. Enişə xam neft hasilatının 1,4 faiz, qaz hasilatının 8,3 faiz, elektrik enerjisi istehsalının 6,4 faiz, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının azalması səbəb  olub.

Mədən sektorunda məhsul istehsalı 0,8 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 2 faiz, tütün məmulatlarının istehsalı 80,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,1 dəfə, geyim istehsalı 23,5 faiz, metallurgiya məhsullarının istehsalı 50,8 faiz, hazır metal məmulatlarının istehsalı 93,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 67,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 19,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,5 dəfə artıb.

İçkilərin istehsalı 18,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 15,1 faiz, poliqrafiya məhsullarının istehsalı 2,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 50,5 faiz, tikinti materiallarının istehsalı 48,5 faiz, elektrik avadanlıqlarının istehsalı 44,3 faiz, maşın və avadanlıqların istehsalı 31,7 faiz, mebel istehsalı isə 3,9 faiz aşağı düşüb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,5 faiz azalıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,5 faiz artıb, neft sektorunda isə 0,7 faiz enib.

Kənd təsərrüfatına gəlincə, 2016-cı ilin yanvar-fevral aylarında diri çəkidə 73,4 min ton ət, 290,1 min ton süd, 270,9 milyon ədəd yumurta, 4,2 min ton tərəvəz istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 1,5 faiz, süd istehsalı 3,8 faiz, yumurta istehsalı 4,7 faiz, tərəvəz istehsalı isə 6,1 faiz artıb.

Kənd təsərrüfatının ümumi məhsulu 2,6 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 4,5 faiz, heyvandarlıq məhsulları istehsalı 2,6 faiz çoxalıb.

2016-cı ilin yanvar-fevral aylarında iqtisadiyyata 1 milyard 834,9 milyon manat məbləğində vəsait yönəldilib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 593,8 milyon manatını və ya 32,4 faizini daxili vəsaitlər təşkil edib.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 5,3 faiz azalıb, sərnişin daşınması isə 1,4 faiz artıb.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar ayında xarici ticarət dövriyyəsi 1 milyard 99,9 milyon ABŞ dolları olub. Ticarət dövriyyəsinin 657,1 milyon dollarını və ya 59,7 faizini ölkədən ixrac olunmuş məhsullar, 442,8 milyon dollarını (40,3 faizini) isə idxal məhsulları təşkil edib. İxracın idxalı üstələməsi nəticəsində 214,3 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 25,3 faiz, o cümlədən ixrac 26,3 faiz, idxal isə 23,3 faiz azalıb.

2016-cı ilin yanvar-fevral aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 11,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,8 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4 faiz yüksəlib.

2016-cı ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2015-ci ilin yanvar ayı ilə müqayisədə 8 faiz artaraq 480,1 manat olub.

İlin ilk iki ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 10,2 faiz artaraq 6 milyard 459,3 milyon manata çatıb.

Maliyyə Nazirliyinin məlumatlarına əsasən, 2016-cı ilin yanvar ayında dövlət büdcəsinə 1 milyard 349,6 milyon manat vəsait daxil olub, büdcədən 516,4 milyon manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 833,2 milyon manatlıq profisit ümumi daxili məhsulun 20,8 faizi səviyyəsində olub.

Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin fevral ayının 1-nə ölkənin bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 21 milyard 186,2 milyon manat təşkil edib. Kredit portfeli 2015-ci il fevral ayının 1-i ilə müqayisədə 14 faiz artıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 6,2 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il fevral ayının 1-nə 8 milyard 643,3 milyon manat olub.

2016-ci ilin yanvar ayında əhalinin sayı 7,9 min nəfər və ya 0,1 faiz artaraq fevral ayının 1-nə 9 milyard 713 min 500 nəfərə çatıb.



Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə