Xəbər bülleteni №27


Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqlənib



Yüklə 472,92 Kb.
səhifə10/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   ...   6   7   8   9   10   11   12   13   ...   16

Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqlənib


29.03.2016

prezident-ferman
Prezident İlham Əliyev Elm, Texnika, Memarlıq, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibini təsdiq edib. Fərmana görə, komissiyaya baş nazir Artur Rasizadə sədrlik edəcək.

Komissiyanın üzvləri bu şəxslərdir:

Elçin Əfəndiyev – baş nazirin müavini

Akif Əlizadə – Milli Elmlər Akademiyasının prezidenti

Əbülfəs Qarayev – mədəniyyət və turizm naziri

Oqtay Şirəliyev – səhiyyə naziri

Mikayıl Cabbarov – təhsil naziri

Abbas Ələsgərov – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Arif Mehdiyev – Ali Attestasiya Komissiyasının sədri

İsmayıl Sadıqov – Nazirlər Kabineti Aparatının humanitar məsələlər şöbəsinin müdiri

İbrahim Quliyev – Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsa Həbibbəyli – Milli Elmlər Akademiyasının vitse-prezidenti

İsmayıl Hacıyev – Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri

Əhliman Əmiraslanov – Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi

Ömər Eldarov – Azərbaycan Rəssamlıq Akademiyasının rektoru

Abel Məhərrəmov – Bakı Dövlət Universitetinin rektoru

Siyavuş Kərimi – Azərbaycan Milli Konservatoriyasının rektoru

Çingiz Abdullayev – Azərbaycan Yazıçılar Birliyinin katibi

Cəlal Abbasov – Azərbaycan Bəstəkarlar İttifaqının katibi

Altay Hacıyev – xalq rəssamı

Arif Məlikov – xalq artisti

Şəfiqə Məmmədova – Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri

Elbay Qasımzadə – Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri

Mövlud Süleymanlı – xalq yazıçısı

Məhərrəm Qasımlı – Azərbaycan Aşıqlar Birliyinin sədri.

Rektor vəzifədən ordenlə getdi


29.03.2016

asef isgenderov 1Asəf İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Sərəncamı prezident İlham Əliyev martın 28-də imzalayıb. Dövlət başçısının həmin gün verdiyi başqa bir sərəncamla Asəf İsgəndərov təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Transparency.az bildirir ki, 75 yaşlı Asəf İsgəndərov Lənkəran Dövlət Universitetinin rektoru postunu 7 aprel 2005-ci ildən tuturdu.

1941-ci ildə Lerikdə doğulan Asəf İsgəndərov Azərbaycan Dövlət Universitetini və Moskva Dövlət Universitetinin aspiranturasını bitirib, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1967-ci ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərib. Əməkdar müəllim və əməkdar elm xadimidir.

Manat bahalaşıb


29.03.2016

dollar-manat 1Martın 29-da Azərbaycan manatı əksər xarici valyutalara nəzərən bahalaşıb. Yalnız Braziliya rialı (1 Braziliya rialı 0,434 manatdır) və Yeni Zelandiya dolları (1 Yeni Zelandiya dolları 1,062 manatdır) qarşısında ucuzlaşma qeydə alınıb.

Transparency.az-ın məlumatına görə, dolların rəsmi məzənnəsi 1,5876 manatdan 1,5737 manata enib.

Avro və Rusiya rublu da dəyər itirib. Avronun rəsmi kursu 1,7722 manatdan 1,7611 manata, rublun məzənnəsi 0,0233 manatdan 0,0229 manata düşüb.

Mərkəzi Bank digər valyutalar üzrə kursu belə müəyyən edib:

1 gürcü larisi – 0,6682 manat

1 ingilis funt sterlinqi – 2,24 manat

1 İsveçrə frankı – 1,6144 manat

1 türk lirəsi – 0,5483 manat.


Dövlət orqanları rəhbərlərinin qəbul cədvəli


29.03.2016

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin aprel ayında vətəndaşları nə vaxt və harada qəbul edəcəyi açıqlanıb. Qəbul cədvəlini oxucuların diqqətinə çatdırırıq:


Qəbul edən
Gün
Yer
Əhatə olunan şəhər və rayonlar

Mikayıl Cabbarov

Təhsil naziri



4

Bərdə

Bərdə, Mingəçevir, Yevlax, Ağdaş

Ramin Quluzadə

Rabitə və yüksək texnologiyalar naziri



7

Mingəçevir

Mingəçevir, Ağdaş, Göyçay, Ucar, Kürdəmir

Əbülfəs Qarayev

Mədəniyyət və turizm naziri



8

Ucar

Ucar, Kürdəmir, Zərdab, Ağdaş, Göyçay

Məleykə Abbaszadə

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri



8

Beyləqan

Beyləqan, İmişli, Füzuli, Zərdab

Zakir Qaralov

Baş prokuror



15

Ucar

Ucar, Mingəçevir, Yevlax, Ağdaş, Bərdə, Zərdab

Oqtay Şirəliyev

Səhiyyə naziri



15

Mingəçevir

Mingəçevir, Şəki, Yevlax, Bərdə, Goranboy

Elçin Quliyev

Dövlət Sərhəd Xidmətinin rəisi



21

Cəlilabad

Cəlilabad, Biləsuvar, İmişli, Neftçala

Arzu Rəhimov

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi



21

Qusar

Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən, Xızı

Səlim Müslümov

Əmək və əhalinin sosial müdafiəsi naziri



22

Xızı

Xızı, Sumqayıt, Abşeron, Qubadlı

Azad Rəhimov

Gənclər və idman naziri



22

Göyçay

Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Bərdə, Tərtər, Kürdəmir, Ağsu, Ucar, Zərdab

Şahin Mustafayev

İqtisadiyyat naziri



22

Lənkəran

Lənkəran, Astara, Lerik

Heydər Əsədov

Kənd təsərrüfatı naziri



22

Şəmkir

Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax

Ziya Məmmədov

Nəqliyyat naziri



22

Lerik

Lerik, Lənkəran, Astara

Fazil Məmmədov

Vergilər naziri



22

Neftçala

Neftçala, Şirvan, Salyan

Hicran Hüseynova

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri



22

Tovuz

Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən

Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri



26

Qəbələ

Qəbələ, Şəki, Oğuz

Hüseynqulu Bağırov

Ekologiya və təbii sərvətlər naziri



29

Füzuli

Füzuli, İmişli, Beyləqan, Ağcabədi, Ağdam

Fikrət Məmmədov

Ədliyyə naziri



29

Zərdab

Zərdab, Ucar, Ağcabədi

Kəmaləddin Heydərov

Fövqəladə hallar naziri



29

Masallı

Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad

Aydın Əliyev

Dövlət Gömrük Komitəsinin sədri



29

Şəki

Şəki, Mingəçevir, Oğuz, Qəbələ

Kərəm Həsənov

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri



29

İsmayıllı

İsmayıllı, Qəbələ, Oğuz

Ramil Usubov

Daxili işlər naziri



30

Göyçay

Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Şamaxı, İsmayıllı, Ucar, Kürdəmir

Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə