Xəbər bülleteni №25



Yüklə 449,49 Kb.
səhifə1/6
tarix06.02.2018
ölçüsü449,49 Kb.
#26767
  1   2   3   4   5   6

Xəbər bülleteni № 25

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Mart 2016

Dollar bahalaşıb, avro yox

01.03.2016

dollar_avro_001Martın 1-də ABŞ dollarının rəsmi kursu 1,5687 manata yüksəlib. Transparency.az xəbər verir ki, avro 1,7071 manat olub. Mərkəzi Bank fevralın 29-da manatın dollara məzənnəsini 1,5655 manat, avronun satış kursunu isə 1,7118 manat müəyyən etmişdi.

Manatın digər valyutalara məzənnəsi martın 1-də belə təsdiqlənib:

1 gürcü larisi – 0,6377 manat

1 ingilis funt sterlinqi – 2,1857 manat

1 İsveçrə frankı – 1,5729 manat

1 Küveyt dinarı – 5,2142 manat

1 Rusiya rublu – 0,0209 manat.

Prezident: “Enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq”

01.03.2016

“Biz enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq. Yalnız bu halda uğur qazana bilərik”. Prezident İlham Əliyev fevralın 29-u Bakıda, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında belə deyib.



prezident 1Dövlət başçısı qeyd edib ki, Bakıda bir il əvvəl keçirilmiş birinci toplantı bütün layihə üzvləri arasında əlaqələndirməni yaratmaq məqsədilə göstərilmiş səylərin təzahürü idi, həmin səylər böyük uğurla nəticələnib: “Bir il ərzində ikitərəfli və çoxtərəfli formatda çoxsaylı görüşlərimiz olub. Bu gün aparılan əlaqələndirmənin və əməkdaşlığın səviyyəsi bizim düzgün yolda olduğumuzu nümayiş etdirir. 2015-ci ildə əldə edilmiş mühüm nailiyyətlərdən biri təməlqoyma mərasimi və TANAP layihəsinin həyata keçirilməsinin başlanması oldu. Ötən il Türkiyənin Qars vilayətində Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasimi keçirildi. Bildiyiniz kimi, TANAP layihəsi “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında olduqca əhəmiyyətli idi.

Hər şey cədvələ uyğun gedir. Biz düzgün istiqamətdəyik. Eyni zamanda mən 2015-ci ilin nailiyyətləri sırasında səylərimizin əlaqələndirilməsini qeyd etmək istərdim. Hazırda biz böyük komanda kimi çalışırıq. Bu heyət bir çox ölkələrdən ibarətdir. Əlbəttə, əməkdaşlıq və əlaqələndirmə səviyyəsi, qarşılıqlı etimad həmin genişmiqyaslı layihənin həyata keçirilməsində vacibdir.

“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın genişmiqyaslı infrastruktur və enerji layihəsidir. Azərbaycanın nəhəng qaz ehtiyatları, xüsusən də “Şahdəniz” yatağı hazırda dəhliz üçün yeganə resurs mənbəyidir. Həmin yataq dünyada ən iri qaz yataqlarından biridir.

Lakin ümidvaram ki, təchizatın digər mənbələri də olacaq. Biz böyük həcmdə təbii qazı nəql edəcək boru kəməri çəkirik. Zənnimcə, gələcək planlar və nailiyyətlər aramızda qarşılıqlı etimadın səviyyəsindən asılı olacaq.

Bu gün bizim olduqca möhkəm əməkdaşlıq formatımız var. Mən layihədə iştirak edən bütün ölkələrin hökumətlərinə minnətdarlığımı bildirmək istəyirəm. Avropa Komissiyasına, Birləşmiş Ştatların hökumətinə bu layihənin həyata keçirilməsinə verdikləri dəyərli töhfəyə görə təşəkkürümü bildirmək istəyirəm.

“Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyi layihəsidir. Bu gün enerji təhlükəsizliyi haqqında danışanda anlayırıq ki, o, ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Enerji resursları, şaxələndirmə hər hansı ölkənin sənaye və iqtisadi inkişafında əsas amillərdir. Zəngin təbii ehtiyatları olan ölkələr, əlbəttə ki, təhlükəsiz vəziyyətdədirlər, çünki onlar kənar təchizatdan asılı deyillər. Lakin eyni zamanda onların bazarlara ehtiyacı var. Onlara qanunvericiliklə tənzimlənən, hasilatçıların təmin etdiyi həcmləri qəbul edə biləcək uzun perspektivli bazarlar lazımdır.

Fikrimcə, biz burada “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində hasilatçılar, tranzit ölkələr və eyni zamanda istehlakçılar arasında maraqların çox yaxşı tarazlığına malikik. Həmçinin hesab edirəm, gələn iki–üç il ərzində planlarımızın uğurla həyata keçirilməsi göstərəcək ki, bu layihənin gələcək üçün çox yaxşı potensialı var.

Azərbaycan hələ 1994-cü ildə “Azəri-Çıraq-Günəşli” kimi böyük neft yatağının işlənməsi üçün dünyanın əsas neft şirkətləri ilə müqavilə imzalayanda hesab edirdik ki, bu layihənin həyata keçirilməsi, Qara və Aralıq dənizlərinə neft boru kəmərinin çəkilməsi ilə biz öz işimizi başa çatdıracağıq.

Lakin indi — həmin tarixi gündən 22 il keçəndən sonra görürük ki, proses yenə də davam edir. Nailiyyətlərimiz çoxdur. Hətta deyərdim ki, enerji sektorunda Azərbaycan hökuməti bütün vədlərini yerinə yetirdi və planlaşdırdıqlarının hamısına nail oldu. Lakin bu proses yenə də davam edir. Çünki bir layihənin arxasınca digər layihə yaranır. Biz artıq dəhlizi yaratmışıq və ondan həmçinin digər layihələr üçün istifadə edirik. Gürcüstan və Türkiyəyə təbii qazın nəqlini nəzərdə tutan layihə məhz belə başladı. Biz bu layihəyə Azərbaycan, Gürcüstan və Türkiyə arasında dəmir yolu xətti layihəsini əlavə etmişik. Ümid edirəm ki, həmin layihənin bu il açılışı baş tutacaq. Bütün bunlar Avrasiyanın müxtəlif ölkələri arasında regional əməkdaşlığa, geniş işbirliyinə yol açır.

Enerji təhlükəsizliyi bu gün dünya siyasətinin, eləcə də beynəlxalq təşkilatların əsas gündəliyində yer tutur. Bu ilin əvvəlində mən Davos İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında iştirak etdim. Enerji təhlükəsizliyi məsələsi hər iki tədbirdə — dünyanın həmin iki ən mühüm toplantısının gündəliyində idi.

Əlbəttə ki, öz enerji siyasətinə qəti surətdə sadiq qalan, hər zaman azad rəqabəti, bazar iqtisadiyyatını, enerji sahəsində toqquşmanı deyil, əməkdaşlığı təşviq edən Azərbaycan enerji şaxələndirilməsində, enerji təhlükəsizliyində mühüm rol oynayır. Eyni zamanda hesab edirəm ki, ölkəmiz bu layihənin həyata keçirilməsində düşünülmüş siyasət nümayiş etdirir.

Enerji amili heç zaman siyasi təşəbbüs və ya siyasi tələb vasitəsi olmalı deyil. Biz enerji əməkdaşlığını siyasi formatdan ayırmalıyıq. Yalnız bu halda uğur qazana bilərik. Fikrimcə, bu şəkildə qurduğumuz əməkdaşlıq bunu nümayiş etdirir. Biz “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsinə sadiqik. Azərbaycan üçün bu o deməkdir ki, gələn bir neçə il, onilliklər ərzində ölkəmiz hasil edə biləcək həcmə uyğun təbii qazın satışından yararlanacaq. Eyni zamanda biz layihə üzvləri arasında olduqca möhkəm əməkdaşlıq quracağıq və bu işbirliyi iqtisadiyyatın digər sektorlarına aid olan sahələrdə də nailiyyətlərə imkan açacaq.

Bu layihə həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər baxımından vacibdir. Enerji təhlükəsizliyi əməkdaşlığımızın mühüm elementidir.

Beləliklə, ölkəmiz üçün bu layihənin faydası aydındır. Əminəm ki, bundan həmçinin bu zalda təmsil olunan bütün ölkələr faydalanacaqlar. Biz istədiyimizə yaxşı dostluq və tərəfdaşlıq şəraitində nail olacağıq. Fikrimcə, dostluq və tərəfdaşlıq dəhlizin reallaşması üçün olduqca vacibdir”.

AZƏRTAC-ın məlumatına görə, İlham Əliyev əlavə edib ki, TANAP layihəsinin həyata keçirilməsi hazırda olduqca fəal mərhələdədir: “Əminəm ki, o, vaxtında, hətta cədvəldən əvvəl icra ediləcək. Əlbəttə, istərdim ki, eyni yanaşma Trans-Adriatik layihəsinin həyata keçirilməsində də olsun. Ümid edirəm ki, bu il tikinti işləri başlayacaq və hasilatçılarla əlaqələndirmə sayəsində “Cənub” qaz boru kəmərinin çəkilməsində məqsədlərimizə nail olacağıq”.

Dövlət Gömrük Komitəsinin işçilərinə 25 faizlik güzəşt fərmanı qüvvəyə mindi

01.03.2016

dgk 1Transparency.az bildirir ki, sənəd Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar tədbirləri nəzərdə tutan 25 fevral 2011-ci il fərmanına dəyişikliyi nəzərdə tutur. Yeniliyə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq. İndiyə qədər əlavənin verilməsi üçün nəzərdə tutulan məbləğ büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi həcmində idi.

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirməyə fərman verib. Fərman 2016-cı il martın 1-dən qüvvəyə minir.

Transparency.az bildirir ki, sənəd Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar tədbirləri nəzərdə tutan 25 fevral 2011-ci il fərmanına dəyişikliyi nəzərdə tutur. Yeniliyə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq. İndiyə qədər əlavənin verilməsi üçün nəzərdə tutulan məbləğ büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi həcmində idi.

Dövlət Neft Fondunun vəsaiti 9,5 faiz azalıb

01.03.2016

dnf
Martın 1-də Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr şöbəsi büdcə açıqlaması yayıb. Transparency.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, 2015-ci ildə ARDNF-nin büdcə gəlirləri 7 milyard 721,1 milyon manat, büdcə xərcləri isə 9 milyard 187,7 milyon manat olub.

Hesabata əsasən, ötən il ARDNF neft və qaz sazişlərinin həyata keçirilməsindən 7 milyard 385,5 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 369,6 milyon manat, akrhesabı ödənişlərdən 2,2 milyon manat, bonus ödənişlərindən 2,1 milyon manat qazanıb. Tranzit gəlirləri 11,6 milyon manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 335,6 milyon manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı büdcədənkənar gəlir 23 milyard 217,8 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində fondun 2015-ci il büdcəsinin icrası çərçivəsində 8 milyard 130 milyon manat vəsait dövlət büdcəsinə transfert olunub. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 150 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə ARDNF-dən 61,5 milyon manat vəsait ayrılıb.

35,5 milyon manat vəsait 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramının maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 692,8 milyon manat vəsait ayrılıb.

Ötən il fondun idarə edilməsi ilə bağlı xərcləri 27,9 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə ARDNF-nin aktivləri 2015-ci ilin əvvəlinə (37 milyard 104,1 milyon ABŞ dolları) nisbətən 9,5 faiz azalaraq 33 milyard 574,1 milyon ABŞ dollarına bərabər olub.

96 ildə AZƏRTAC-ın adı 8 dəfə dəyişib

01.03.2016

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) yaranmasının 96 ili bağlı material yayıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Azərbaycan Teleqraf Agentliyi 1920-ci il martın 1-də fəaliyyətə başlayıb. Lakin həmin il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən AZƏRTAC Rusiya Teleqraf Agentliyinin (ROSTA) filialına çevrilib.

Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk aylarda AzQafRosta adı alan agentlik 1921-ci ilin avqustunda AzərTA adlandırılıb. 1922-ci ildə SSRİ-nin təşkilindən sonra AzərTA Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərməyə başlayıb. 1923-cü ilin martında Zaqafqaziya Federasiyası yaradılıb və üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı altında birləşdirilib. 1936-cı ildə isə AzərTA yenidən müstəqil informasiya vasitəsi kimi fəaliyyətini bərpa edib, daha sonra Azərinform adlanıb.

96 illik fəaliyyəti dövründə AZƏRTAC-ın adı 8 dəfə dəyişdirilib. Son dəyişiklik ötən il olub: prezident İlham Əliyevin 26 fevral 2015-ci il sərəncamı ilə qurum Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırılıb.

AZƏRTAC hər gün fasiləsiz olaraq 7 dildə (Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və Çin dilləri) informasiya və 5 dildə videoxəbər yayır. Onun 21 ölkədə, eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri var.

“Facebook”, “Twitter”, “YouTube”, “İnstagram” kimi sosial şəbəkələrdə AZƏRTAC-ın yeddi dildə profilləri fəaliyyət göstərir.

Nazirlik elektron xidmət hesabatı yayıb

01.03.2016

emek nazirliyiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatına görə, fevral ayında qurumun elektron xidmətlərindən istifadə sayı yanvar ayı ilə müqayisədə 56,7 faiz artaraq 273 724-ə çatıb. Nazirliyin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən faydalananların sayında da artım olub. Fevral ayında əhali “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 180 061 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə  25 578 dəfə istifadə edib, bu da yanvar ayı ilə müqayisədə müvafiq olaraq 45,6 faiz və 11,2 faiz çoxdur.

Fevral ayında əhali nazirliyin “İş yerinə dair arayış” e-xidmətindən 14 751 dəfə, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən 13 229 dəfə faydalanıb.

“Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” e-xidmətindən 5 355 dəfə, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru” e-xidmətindən 4 560 dəfə, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətindən isə 1 584 dəfə istifadə qeydə alınıb.

Fevral ayının sonlarına doğru əhalinin istifadəsinə verilən “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidmətinə 28 606 dəfə müraciət olunub.

Ümumilikdə cari ilin yanvar-fevral aylarında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 448 432 dəfə istifadə edib, bu da son iki ayda “Elektron hökumət” portalından ümumi istifadənin (1 727 877 dəfə istifadə) 26 faizə yaxını deməkdir.

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq qanunvericiliyinin 16709 pozuntusunu aşkar edib

01.03.2016

komite
Əmlak Məsələləri Dövlət Komitəsi torpaq ehtiyatlarından səmərəli, məqsədli və qənaətli istifadənin təmin edilməsi istiqamətində tədbirlər haqda məlumat yayıb.  Məlumatda deyilir ki, komitə Bakı və regionlarda torpaqlardan əsassız və qanunvericiliyə zidd istifadə halları ilə bağlı mütəmadi monitorinqləri və torpaq reydləri keçirir: “Monitorinqlərin məqsədi torpaqların təyinatdan kənar və əsassız istifadə edilməsi, özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması hallarını müəyyən etməkdir. Məlum olub ki, bəzi hallarda torpaqlar təyinatına uyğun istifadə edilmir, torpaqların ayrılmasında qanunsuzluqlara yol verilir, əsassız olaraq torpaqların kateqoriyası dəyişdirilir. Bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil,  istehsalat, sənaye məqsədləri üçün istismar olunur. Belə torpaqlarda süni balıq gölləri, daş və gil-çınqıl karxanaları və sair obyektlər yaradılır. Bundan əlavə qanunla müəyyən edilmiş mühafizə zonalarında yaşayış və ya qeyri-yaşayış, meşə fonduna aid torpaq sahələrində kommersiya məqsədli obyektlər tikilir.

Torpaq müfəttişlərinin apardığı monitorinqlər zamanı aşkar edilib ki, bir sıra hallarda vətəndaşlar onlara məxsus mülkiyyətin ətrafındakı torpaqları zəbt edir və hasarlayırlar. Müxtəlif təyinatlı torpaq sahələrinin özbaşına zəbt olunması və əsassız istifadəsi isə həm vətəndaşın, həm də dövlətin mülkiyyət mənafelərinin səmərəli qorunmasına maneələr yaradır.

Ən çox rast gəlinən problemli məsələlərdən biri də kommunikasiya xətlərinin (yüksək gərginlikli elektrik xətləri, avtomobil və dəmir yolları, magistral neft, qaz, su boru kəmərləri və s.) mühafizə zolağına aid torpaqların zəbt edilərək orada yaşayış evlərinin, sahibkarlıq və digər təyinatlı obyektlərin tikintisi hallarıdır. Bu hallar kommunikasiyaların istismarı zamanı çətinliklər yaratmaqla yanaşı vətəndaşların həyatı üçün də ciddi təhlükə mənbəyidir.

Bunu nəzərə alaraq Azərbaycanda torpaqlardan təyinatsız istifadə, torpaq üzərində mülkiyət, icarə və istifadə hüquqlarının pozulması, torpaqların özbaşına zəbt edilməsi və sair pozuntulara qarşı cəzalar sərtləşdirilib. İndiyədək komitə torpaq qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 16709 hal aşkarlayıb. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, dövlət müfəttişləri 787 hal üzrə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib. İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq 2015-ci ildə torpaq qanunvericiliyinin tələblərini pozan 156 şəxs barəsində inzibati tənbeh növü tətbiq edilib və 152 min manatdan çox inzibati cərimə tətbiq edilməsi barədə qərarlar qəbul olunub”.

Şəmkirli Yervand Zaxaryan Ermənistanda nazir postunu itirdi

01.03.2016



yervand zaxaryanAzərbaycanda anadan olmuş Yervand Zaxaryan Ermənistanın energetika və təbii sərvətlər naziri postundan çıxarılıb. Transparency.az xəbər verir ki, prezident Serj Sərkisyanın fərmanı ilə energetika və təbii sərvətlər naziri postuna Levon Yolyan gətirilib. Levon Yolyan fevralın 29-dək Yoxlama Palatasının sədr müavini idi.

Yervand Zaxaryan 1946-cı ildə Azərbaycanın Şəmkir rayonunda anadan olub. O, Yerevan Politexnik İnstitutunu bitirib. 2003-2009-cu illərdə paytaxt Yerevanın meri olmuş Yervand Zaxaryan 2009-cu ildən Daşınmaz Əmlak Kadastrı Dövlət Komitəsinin sədri vəzifəsini tutub. Energetika və təbii sərvətlər naziri postuna 2014-cü il aprelin 30-da təyin edilmişdi.

Rusiyada 200 min vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub

01.03.2016



buksman2015-ci ildə Rusiyada vətəndaşların hüquqlarını pozduğuna görə 200 minə yaxın vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub. Novator.az bildirir ki, Rusiya baş prokurorunun birinci müavini Aleksandr Buksman martın 1-də belə açıqlama verib.

Buksman ötən il vətəndaşlar və sosial hüquqlarla bağlı 3 milyon qanun pozuntusunun aşkarlanaraq aradan qaldırıldığını deyib. Onun sözlərinə görə, ötən il prokurorlar qanunsuz bələdiyyə aktları və digər aktlara dair 217 min iddia irəli sürüb, 418 min sərəncam veriblər.

Baş prokurorun birinci müavini vətəndaşların müdafiəsi üçün məhkəmələrə 640 min iddia və ərizənin təqdim edildiyini, bunlardan 90%-nin təmin olunduğunu söyləyib.

Novruz yarmarkalarının ünvanları

01.03.2016

yarmarka
Kənd Təsərrüfatı Nazirliyi Novruz bayramı ilə əlaqədar 12-20 martda keçiriləcək satış yarmarkalarının ünvanlarını açıqlayıb. Yarmarkalar Bakı şəhəri üzrə “Bakı” kinoteatrının yaxınlığında; Keşlə bazarının ərazisində; Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1, məktəbin arxasında; Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanında; Dərnəgül, “Elit” Ticarət Mərkəzinin yaxınlığında təşkil olunacaq.

Sumqayıt şəhəri üzrə 12-ci mikrorayon və köhnə avtovağzalın yanı, Abşeron rayonu üzrə, Xırdalan qəsəbəsi, şahmat məktəbinin yanı ünvanları seçilib.

Məhkəmələrdən informasiya əldə etmək qanunu üçüncü oxunuşa getdi

01.03.2016



mm - komite
Martın 1-i Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə” qanun layihəsi ilə bağlı növbəti müzakirələr aparılıb. Komitənin sədri Əli Hüseynli qanun layihəsi haqqında məlumat verərək bildirib ki, məhkəmə orqanlarının fəaliyyəti, məhkəmə prosesi, onun haqqında informasiya əldə olunması cəmiyyət üçün nə qədər vacibdirsə, bu informasiyanın obyektiv olması da bir o qədər əhəmiyyətlidir. Əli Hüseynli bu sahədə mövcud olan bir sıra ziddiyyətli məsələlərin həlli üçün belə bir qanun layihəsinin qəbul olunmasının vacibliyini vurğulayıb.

Bildirilib ki, Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü əsasında 2009-cu ilin iyununda parlamentə daxil olan qanun layihəsi 5 fəsil, 25 maddədən ibarətdir. Sənəd məhkəmələrin fəaliyyəti barədə informasiya əldə etməyin əsas prinsiplərini, vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı hər hansı bir informasiya əldə etməsinin mümkünlüyünü və şəffaflığını tənzimləyəcək. Qanun layihəsində məhkəmələrin fəaliyyəti ilə bağlı informasiyanın əldə olunmasının təşkili, məlumatların verilmə forması, istifadəçilərin hüquqları, informasiya ilə təmin edilmə sahəsində əsas tələblər, arxiv fondları ilə tanışlıq, sorğu verilməsi, informasiyanın dərc edilməsi və digər bu kimi əsas prinsiplər əksini tapıb.

Layihə iki oxunuşda Milli Məclisdə qəbul olunub. Lakin həmin vaxt sənədin tətbiqi üçün məhkəmələrin maddi-texniki bazası tam hazır olmadığından layihənin üçüncü oxunuşda qəbulu müəyyən müddətə dayandırılıb.

Qanun layihəsi üçüncü oxunuşda müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Xəbəri AZƏRTAC yayıb.

Əmanətlərin tam sığortalanması rəsmiləşdi

01.03.2016

prezident-fermanPrezident İlham Əliyev parlamentin 19 yanvar iclasında qəbul edilmiş “Əmanətlərin tam sığortalanması haqqında” qanunu imzalayıb. Transparency.az bildirir ki, qanunun 3-cü maddəsinə görə, faizləri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

4-cü maddədə qeyd olunur ki, qorunan əmanətçilərin əmanətləri üzrə illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olduqda, həmin əmanətçilər əmanətləri üzrə tam sığorta təminatı əldə etmək istədikdə onların müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində qanunun 3-cü maddəsinə uyğun olaraq müvafiq dəyişikliklər edilməlidir. Müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb ödənilir.

Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə sığortalanmamış əmanətlər üzrə kompensasiyalar “Əmanətlərin sığortalanması haqqında” qanuna müvafiq qaydada ödənilir.

Qeyri-neft məhsulları ixrac edənlərə pul veriləcək

01.03.2016

prezident sarayi 2Prezident İlham Əliyev 2016-2020-ci illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Martın 1-də verilən fərmana əsasən, 2016-2020-ci illərdə Azərbaycanda istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və Azərbaycan ərazisində yaradılan qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, habelə ixrac olunan həmin məhsulların növündən asılı olaraq Azərbaycanda qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək.

İxrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir.


Yüklə 449,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə