Xəbər bülleteni №27


ildə 1434 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib



Yüklə 472,92 Kb.
səhifə8/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

8 ildə 1434 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib


28.03.2016

dmx 1
Dövlət Miqrasiya Xidmətinin rəsmi məlumatına görə, qurumun yaradıldığı 2008-ci ildən bəri 1434 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib. Bu müddət ərzində 36 min 467 şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınıb və onlara şəxsiyyəti təsdiq edən sənədlər verilib.

Məlumatda qeyd olunur ki, martın 18-də vətəndaşlığa qəbul edilmiş daha 147 və bərpa edilmiş 5 şəxs and içiblər.

Transparency.az bildirir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna görə, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda, şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbulu mümkündür. Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olan şəxs şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

Qanun əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin müəyyən məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpasını da nəzərdə tutur.

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və ya Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilmiş və 14 yaşı tamam olmuş şəxs Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacağı barədə and içir.


Hərraca çıxarılmış 100 milyon dolların yalnız 500 min dolları satıldı


28.03.2016

dnf 01Martın 28-də Mərkəzi Bankın hərracı təşkil edilib. Dövlət Neft Fondu hərraca 100 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Bu vəsaitdən 500 min ABŞ dolları 3 banka satılıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun bu il hərraclarda satdığı valyutanın həcmi 1 milyard 224 milyon 976 min dollara çatıb. 2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən isə 685 milyon 488 min ABŞ dolları alınıb.


Rusiyada benzin bahalaşır


28.03.2016

benzin 1
Rusiyada aksiz dərəcələrinin bu il aprelin 1-dən artırılması barədə qanun təsdiqlənib. Qanuna əsasən, avtomobil benzini, dizel yanacağı və texnoloji benzinə tətbiq olunan aksizlərin dərəcəsi artırılır.

Maliyyə Nazirliyinin proqnozlarına görə, aksiz dərəcələrinin yüksəlməsi ilə əlaqədar ilin sonunadək ölkədə benzinin qiyməti 6,5 faiz artacaq. Beşinci dərəcəli benzinin bir tonu üçün aksiz hazırda 7530 rubldur (156 manat), artımdan sonra bu göstərici 10 min 130 rubla (210 manata) çatacaq.

Artırılmış tariflər 2016-cı ilin sonuna qədər saxlanacaq. Hökumətin planına əsasən, 2017-ci ildə aksiz dərəcələri yenidən aşağı salınaraq 2015-ci il səviyyəsinə gətiriləcək.

Xəbəri AZƏRTAC Vergiler.az saytına istinadla yayıb.


Ali Məhkəmə Plenumunun iclası keçirilib


28.03.2016

Martın 28-də Ali Məhkəmə Plenumunun iclası keçirilib. AZƏRTAC xəbər verir ki, Ramiz Rzayevin sədrliyi ilə keçirilən iclasda nikahın pozulması və yetkinlik yaşına çatmamış uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələrdə tətbiqi təcrübəsi haqqında qərar layihəsi geniş müzakirə olunub və təhlillər aparılıb. Həmçinin konkret cinayət işlərinə və mülki işlərə də baxılıb.

İclasda ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış ediblər.

plenum 1

plenum 2 a

plenum 3 a

Məhbus hüquq müdafiəçisinin azadlığa buraxılmasına qərar verildi


28.03.2016

intiqam 1Martın 28-də Ali Məhkəmənin Plenumu baş prokuror Zakir Qaralovun məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin işindən kassasiya protestinə baxıb. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulmuşdu.

Plenum İntiqam Əliyevə verilmiş həbs cəzasının şərti hesab olunaraq onun azadlığa buraxılmasına qərar verib. Məhbus Bakıdakı 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay həbs cəzası almışdı. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlamışdı.

53 yaşlı İntiqam Əliyev hüquqçu fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. Vəkillik fəaliyyəti ilə məşğul olan İntiqam Əliyev əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.


Xədicə İsmayılın cəzası yüngülləşə bilər


28.03.2016

xedice ismayilBakı Apellyasiya Məhkəməsinin jurnalist Xədicə İsmayıl haqqında qərarından kassasiya şikayətinə Ali Məhkəmənin hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq. Jurnalistin vəkili Fariz Namazlı Transparency.az-a deyib ki, Ali Məhkəmənin Xədicə İsmayılın cəzasını yüngülləşdirəcəyinə ümid edirlər: “Prosesin vaxtı hələ təyin olunmayıb. Kassasiya baxışı nəticəsində Xədicə İsmayıl haqqında müsbət qərar çıxarılacağı ehtimal olunur”.

Xədicə İsmayıl 4 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. O, 2014-cü il dekabrın 5-dən həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsi ötən il sentyabrın 1-də Xədicə İsmayıla 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. Bundan başqa o, 3 il müddətinə vəzifə tutmaq hüququndan məhrum edilib.

İttihama görə, Xədicə İsmayıl “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.

2015-ci il noyabrın 25-də Bakı Apellyasiya Məhkəməsi əvvəlki instansiyanın jurnalist haqqında hökmünü qüvvədə saxlayıb.

1976-cı ildə Bakıda anadan olan Xədicə İsmayıl 1997-ci ildə Bakı Dövlət Universitetini bitirib. Jurnalist fəaliyyətinə “Günaydın” qəzetində başlayıb, bir sıra KİV-lərdə, o cümlədən “Zerkalo”, “Exo” qəzetlərində, “Amerikanın səsi” radiosunda çalışıb. 2008-ci ildən “Azadlıq” radiosunda işləyir. 2008-2010-ci illərdə radionun Bakı bürosuna rəhbərlik edib.

Transparency.az xatırladır ki, martın 28-də Ali Məhkəmənin Plenumu baş prokuror Zakir Qaralovun məhbus hüquq müdafiəçisi İntiqam Əliyevin işindən kassasiya protestinə baxıb. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulmuşdu. Plenum İntiqam Əliyevə verilmiş 7 il 6 ay həbs cəzasının şərti hesab olunaraq onun azadlığa buraxılmasına qərar verib. Məhbus Bakıdakı 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.


Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə