Xəbər bülleteni №27


Vakant direktor vəzifələrinin tutulması üçün müsabiqə keçiriləcək



Yüklə 472,92 Kb.
səhifə5/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   2   3   4   5   6   7   8   9   ...   16

Vakant direktor vəzifələrinin tutulması üçün müsabiqə keçiriləcək


18.03.2016

tnÜmumi təhsil müəssisələrinə vakant direktor vəzifələrinin tutulması üçün mərkəzləşdirilmiş qaydada müsabiqə keçiriləcək. Təhsil Nazirliyinin məlumatına görə, 4 mərhələdən ibarət müsabiqə mart-aprel aylarında baş tutacaq.

Təsdiq edilmiş yeni qaydalara əsasən, pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxsin direktor vəzifəsinin tutulması müsabiqəsində iştirak etmək imkanı var. Müsabiqədə iştirak etmək istəyən şəxs qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon (şəhər) məktəblərinin vakant direktor vəzifəsini seçə bilər.

Direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaq, həm də əvvəlcədən təqdim olunmuş mövzu üzrə esse yazmaq tələb olunur.

Serbiyada 46 məmur korrupsiya ittihamı ilə tutulub


18.03.2016

Serbiyanın hüquq mühafizə orqanları “Skaner” adlı xüsusi əməliyyat keçirərək iqtisadi cinayətkarlıqda və çirkli pulların yuyulmasında şübhəli bilinən 46 nəfəri saxlayıb. Novator.az-ın məlumatına görə, ölkənin daxili işlər naziri Neboyşa Stefanoviç martın 18-də jurnalistlərə belə açıqlama verib.

Nazir bildirib ki, saxlanan şəxslərin qanunsuz fəaliyyətindən ölkənin və bələdiyyələrin büdcəsinə 7 milyon avro ziyan dəyib.

Tutulanlar arasında Belqrad Yol Polisinin rüşvət almış 15 əməkdaşı, Quça şəhərindən hakim və ayrı-ayrı şəxslərə saxta əmək stajı qeydə almış Pensiya Fondunun qadın məmuru da var.

Neboyşa Stefanoviç bundan sonra da korrupsiyaya qarşı mübarizə aparılacağını qeyd edib.

Siyasi məhbus siyahısı yenilənəcək


18.03.2016

mehbusAzərbaycanın bəzi hüquq müdafiəçiləri və ictimai fəallarının tərtib etdiyi siyasi məhbus siyahısı yenilənəcək. Transparency.az-ın əldə etdiyi məlumata görə, tərtibçilər Novruz tətilindən sonra siyahıya yenidən nəzər salacaqlar.

Son günlərədək siyahıda 93 nəfərin adı olub. Martın 17-də 1 nəfər məhkəmə qərarı ilə azadlığa çıxıb, martın 18-də isə 15 nəfər əfv sərəncamı əsasında həbsdən buraxılıb.

İndi siyahının jurnalistlər və bloqçular bölümündə 8 nəfərin adı qalır: Əbdül Əbilov, Nicat Əliyev, Xədicə İsmayıl, Seymur Həzi, Araz Quliyev, Tofiq Həsənov, Fərəc Kərimov, Rəşad Ramazanov.

Həmin bölümə adı salınmış Pərviz Həşimli, Hilal Məmmədov, Tofiq Yaqublu, Rauf Mirqədirov, Ömər Məmmədov azadlığa çıxıblar.

Hüquq müdafiəçilərindən 2 nəfər həbsdədir: Əliabbas Rüstəmov, İntiqam Əliyev.

Yenicə azadlığa buraxılmış Rəsul Cəfərov, Taleh Xasməmmədov, Anar Məmmədli həmin bölümdə yer alırdılar.

Siyahının gənc fəallar bölümündə adı olmuş Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov azadlığa buraxılıblar.

İndi 1 gənc fəal – İlkin Rüstəmzadə siyasi məhbusdur.

Müxalif siyasətçilərdən 8 nəfərin adı siyasi məhbus siyahısındadır: İlqar Məmmədov, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifov, Qadir Xudabaxşıyev, Elvin Abdullayev, Zeynalabdin Bağırzadə, Nazim Mahmudov.

Bu bölüm üzrə Yadigar Sadıqov azadlığa çıxıb.

Adı siyasi məhbus siyahısının digər işlər bölümünə düşmüş şəxslərdən Nemət Pənahlı, Nicat Quliyev, Akif Muradverdiyev, Sirac Kərimli azadlığa buraxılıblar.

Digər işlər bölümündə keçmiş səhiyyə naziri Əli İnsanovun da var.

Siyasi məhbus siyahısının digər iki bölümü üzrə azadlığa çıxan olmayıb. İnanclı fəallar bölümündə 43 məhbusun adı yer alır. Onların arasında İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanovun da adlarına rast gəlmək mümkündür. Ömürlüklər bölümündə keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinə görə məhkum olunmuş 3 nəfərin adı var: Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov.

Transparency.az xatırladır ki, Avropa Şurası 2012-ci ildə siyasi məhbus anlayışının meyarlarını müəyyənləşdirib. Meyarlara görə, azadlıqdan məhrum edilən şəxsə bu hallarda siyasi məhbus kimi baxılmalıdır:

- saxlanma fikir, vicdan və din azadlığı, fikrin ifadə olunması və informasiya azadlığı, toplaşma və assosiasiya azadlığı pozulmaqla həyata keçirilibsə;

- saxlanma istənilən cinayətlə əlaqəsi olmadan siyasi səbəblərdən həyata keçirilibsə;

- həbsdə saxlamanın müddəti və ya onun şərtləri şəxsin ittiham olunduğu cinayətə proporsional deyilsə;

- vətəndaş digər şəxslərlə müqayisədə ayrı-seçkilik əsasında saxlanıbsa və ya saxlama ədalətsiz məhkəmə çəkişməsinin nəticəsidirsə və bu, hakimiyyətin siyasi motivləri ilə bağlıdırsa.


Dövlət Neft Fondunun büdcəsi dəyişdi: gəlir azaldı, xərc çoxaldı


18.03.2016

ardnf-1
Martın 18-də prezident İlham Əliyev fərman imzalayaraq Dövlət Neft Fondunun 2016-cı il büdcəsinə düzəliş edib.

Transparency.az bildirir ki, yeniliyə görə, Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 6 milyard 711 milyon 564,1 min manatdan 4 milyard 578 milyon 474,6 min manata endirilib.

Xərclər isə 8 milyard 181 milyon 399,7 min manatdan 10 milyard 325 milyon 623 min manata qaldırılıb.

Xarici valyutanın Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması qaydaları təsdiqlənib


18.03.2016

merkezi bank
Mərkəzi Bank xarici valyutanın Azərbaycana gətirilməsi və Azərbaycandan çıxarılması qaydalarını təsdiqləyib. AZƏRTAC  xəbər verir ki, yeni qaydalara əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyutanı gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycana gətirə bilər.

Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər məbləği 10 min ABŞ dolları ekvivalentinədək olan xarici valyutanı gömrük orqanında şifahi formada bəyan etməklə ölkədən nağd şəkildə çıxara bilərlər.

Rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər 10 min ABŞ dolları ekvivalenti məbləğindən 50 min ABŞ dolları ekvivalenti məbləğinədək xarici valyutanı onun əvvəllər Azərbaycana nağd şəkildə gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən nağd şəkildə çıxara bilərlər.

Bu hallar istisna olmaqla bütün digər hallarda xarici valyutanın rezident və qeyri-rezident fiziki və hüquqi şəxslərin ölkədən çıxarması yalnız müvəkkil banklar və poçt rabitəsinin milli operatoru vasitəsilə köçürmə yolu ilə həyata keçirilə bilər.

Yeni qaydalar martın 16-dan qüvvəyə minib.


Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə