Xəbər bülleteni №27


Rusiyada minimum əməkhaqqı 21% artır



Yüklə 472,92 Kb.
səhifə15/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   ...   8   9   10   11   12   13   14   15   16

Rusiyada minimum əməkhaqqı 21% artır


30.03.2016

rubl 1Rusiya Dövlət Dumasına ölkədə minimum əməkhaqqının 21% artımını nəzərdə tutan qanun layihəsi daxil olub. Novator.az xəbər verir ki, minimum əməkhaqqını 7 min 500 rubla (171 manat) çatdırmaq planlaşdırılır.

Dövlət Dumasının əmək komitəsinin sədr müavini Olqa Batalina jurnalistlərə bildirib ki, minimum əməkhaqqının artımı 1 milyonadək işçiyə şamil olunacaq. Onların 87%-i dövlət və bələdiyyə sektorunda, 13%-i özəl sektorda çalışır.

Artımın büdcəyə 6 milyard rubla başa gələcəyi, yeniliyin iyulun 1-dən tətbiq olunacağı bildirilir.

Hazırda Rusiyada minimum əməkhaqqı 6204 rubldur (141 manat).


Prezident ABŞ-da dövlət katibi ilə bir araya gəlib, başqa görüşlər keçirib


31.03.2016

eliyev ve kerri 1
Nüvə Təhlükəsizliyi Sammitində iştirak üçün Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona səfər edən Azərbaycan prezidenti İlham Əliyev martın 30-da dövlət katibi Con Kerri ilə görüşüb. Görüşdən əvvəl dövlət katibi və prezident mətbuata bəyanatlarla çıxış ediblər.

Con Kerri deyib ki, ABŞ-la Azərbaycanın qarşılıqlı maraqları var: “Biz sülhməramlı əməliyyatlara verdiyi töhfəsinə, Əfqanıstandakı səylərinə görə Azərbaycana çox minnətdarıq. Məlumdur ki, Azərbaycan mürəkkəb bir regionda yerləşir. Hesab edirəm ki, prezident Əliyev, xüsusilə “Cənub Qaz Dəhlizi” layihəsinə etdiyi rəhbərliyi ilə bu ehtiyacların bəzilərinin necə qarşılanması üçün çox ciddi səylər göstərib və bu məsələni diqqət mərkəzində saxlayıb. Bu, Avropanın uzunmüddətli strateji maraqları naminə və səmimi söyləsəm, vacib olan enerji mənbələrinin şaxaləndirilməsinə cəhd göstərmək üçün atılmış çox ciddi bir addımdır.

Əlbəttə ki, digər maraqlarımız da var. Terrorizmlə mübarizə. Biz donmuş münaqişə olan Dağlıq Qarabağ probleminin, nəhayət, öz həllini tapmasını görmək istəyirik. Bu münaqişənin həlli üçün danışıqlar aparılmalıdır. Bu məsələ öz həllini tapmalıdır.

Cənab prezidentə Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün buraya təşrif buyurduğuna və Azərbaycan üçün iqtisadi imkanların, eləcə də regional təhlükəsizlik münasibətlərinin uyğunlaşdırılması üzərində işlədiyi müddətdə və bu yaxınlarda göstərdiyi bir çox səylərinə görə təşəkkürümü ifadə etmək istəyirəm”.

İlham Əliyev qeyd edib ki, ABŞ-Azərbaycan münasibətlərinin 25 illik uzun tarixi var: “Bu münasibətlər həmişə sıx, səmimi olub, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatıb. Aramızda fəal siyasi dialoq mövcuddur. İnkişaf etməkdə olan iqtisadi əməkdaşlıq aparılır. ABŞ şirkətləri iqtisadiyyatımıza 10 milyard dollardan artıq sərmayə yatırıb. Bu da iqtisadi əməkdaşlığın, həmçinin ölkəmizin inkişafının yaxşı göstəricisidir.

Biz ilk dəfə Xəzər və Aralıq dənizlərini bir-biri ilə birləşdirən neft kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələri Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi ilə birlikdə icra etmişik. İndi isə cənab katibin qeyd etdiyi kimi, “Cənub Qaz Dəhlizi” layihəsi üzərində birlikdə işləyirik. Bu, enerji təhlükəsizliyinə, mənbələrin şaxələndirilməsinə və həmin layihəyə cəlb olunmuş bütün tərəflərə – istehsalçı, tranzit və istehlakçı ölkələrə uzunmüddətli fayda verən bir layihədir. Biz bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə çox minnətdarıq. Səmimi desəm, bu dəstək olmasaydı, həmin layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi. İşlər vaxt cədvəlinə uyğun gedir, işlər vaxtında icra olunacaq və 2-3 il ərzində “Cənub Qaz Dəhlizi” layihəsi işlək olacaq.

Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən münaqişənin həlli yollarının tapılması istiqamətində göstərdiyi səylərinə görə ABŞ hökumətinə minnətdarıq. Hesab edirik ki, münaqişə Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr əsasında həllini tapmalıdır. Ermənistan və Azərbaycan arasındakı münaqişə, postsovet məkanında olan və ümumiyyətlə, dünyada baş verən bütün münaqişələr öz həllini ölkələrin ərazi bütövlüyü əsasında tapmalıdır.

Biz, həmçinin regional təhlükəsizlik məsələləri üzrə tərəfdaşıq. Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir, ərazimiz üzərindən aparılan uçuşlara və yerüstü daşımalara şərait yaradır. Həmçinin bizim NATO hərbiçiləri ilə çiyin-çiyinə Əfqanıstanda xidmət göstərən 100-ə yaxın hərbiçimiz var. Beləliklə, münasibətlərimizin gündəliyi çox genişdir”.

Görüşdə Con Kerri Birləşmiş Ştatların Azərbaycanla güclü və uzunmüddətli əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. O, Azərbaycanda gedən iqtisadi islahatlar, iqtisadiyyatın şaxələndirilməsi proseslərinin ABŞ-da maraqla izləndiyini vurğulayıb.

İlham Əliyev Azərbaycanda iqtisadi sahədə görülən işlərdən, əsas iqtisadi prioritetlər – kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, vergi və gömrük, infrastruktur sahələrində həyata keçirilən islahatlardan danışıb. Dövlət başçısı iqtisadi inkişafın qanunvericilik proseslərində Azərbaycanın beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolu qeyd edilib, ABŞ-ın bu işdə verdiyi dəstək yüksək qiymətləndirilib, “Cənub Qaz Dəhlizi” layihəsinin önəmi vurğulanıb.

İlham Əliyev dünyada neftin qiymətinin aşağı düşməsinə baxmayaraq Azərbaycanda əsas iqtisadi parametrlərin qorunub saxlandığını və iqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu bildirib. Dövlət başçısı neftin qiymətinin düşməsi fonunda Azərbaycanda büdcə sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını diqqətə çatdırıb.

Görüşdə ABŞ şirkətlərinin Azərbaycanda daha fəal iştirakının və onların ölkəyə investisiya qoymasında qarşılıqlı marağın olduğu vurğulanıb.

AZƏRTAC-ın 31 mart məlumatlarına görə, martın 30-da İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ticarət naziri Penni Pritzker, Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin, Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının və Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının rəhbərliyi, eləcə də bir sıra konqresmenlərlə görüşüb.



Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə