Xəbər bülleteni №27


Orta əməkhaqqı 8 faiz artaraq 480 manatı ötüb



Yüklə 472,92 Kb.
səhifə11/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   ...   8   9   10   11   12   13   14   15   16

Orta əməkhaqqı 8 faiz artaraq 480 manatı ötüb


29.03.2016

manatDövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayı və əməkhaqqı barədə məlumat açıqlayıb. Transparency.az xəbər verir ki, rəsmi hesabata görə, 2016-cı il fevralın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 488,3 min nəfər olub, onlardan 874,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 613,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Hesabatda qeyd olunur ki, 2016-cı ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8 faiz artaraq 480,1 manat olub.

2016-cı ilin yanvar-fevral aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 10,2 faiz artaraq 6 milyard 459,3 milyon manata çatıb. Əhalinin hər nəfərinə düşən gəlirlər isə 673,3 manat və ya ayda orta hesabla 356,6 manat təşkil edib.

Dövlət Statistika Komitəsi bildirir ki, gəlirlərin 81 faizi son istehlak xərclərinə, 10,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,4 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 5,9 faizi isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 5 milyard 769,5 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 601,4 manat vəsait qalıb.


Əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi açıqlanıb


29.03.2016

Azərbaycanda əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul (ÜDM) 822,3 manatdır (521,4 ABŞ dolları). Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsi belə hesabat yayıb.

Rəsmi hesabata görə, bu ilin yanvar-fevral aylarında ölkədə 7 milyard 888,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,2 faiz az ümumi daxili məhsul istehsal edilib. ÜDM istehsalının 66,8 faizi qeyri-neft sahələrinin payına düşüb.

Pərakəndə ticarət dövriyyəsi haqqında hesabata əsasən, yanvar-fevral aylarında istehlakçılara 4 milyard 258,2 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz çox məhsul satılıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 5,5 faiz artaraq 2 milyard 150 milyon manata, qeyri-ərzaq məhsulları üzrə isə 3 faiz artaraq 2 milyard 108,2 milyon manata bərabər olub.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Ukrayna parlamenti baş prokurorun istefasına səs verdi


29.03.2016

shokin 1
Martın 29-da Ukrayna parlamenti baş prokuror Viktor Şokinin istefasına səs verib. Novator.az-ın məlumatına görə, istefa qərarını 289 deputat dəstəkləyib. Baş prokurorun istefası üçün 226 deputatın səsi kifayət edirdi.

Şokin parlamentdə keçirilən səsvermənin gedişində iştirak etməyib.

Fevralın 16-da ölkə prezidenti Pyotr Poroşenko baş prokurordan istefa tələb edib. 3 gün sonra Şokin istefa ərizəsi yazıb və Poroşenko müvafiq sənədi Ali Radaya göndərib.

Şokin baş prokuror postunu 2015-ci ilin fevralından tuturdu.


İtalyanların vergi yükü ilə bağlı araşdırma aparılıb


29.03.2016

italiya
Tutulan vergilərin məbləği üzrə İtaliya və Avropa İttifaqının göstəriciləri arasında müqayisə aparılıb. İtaliyada fəaliyyət göstərən kiçik biznes assosiasiyasının apardığı hesablamaya əsasən, bu ölkədə Avropa İttifaqının vergi dərəcələri və vergitutma qaydaları tətbiq olunsa, hər bir italiyalı ildə 557 avro (952 manat) pula qənaət etmiş olardı. Bu isə bütün ölkə üzrə 34 milyard avro (58,12 milyard manat) deməkdir.

AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, ölkədə nüfuz sahibi olan assosiasiya İtaliyanın Avropa səviyyəsində ümumi maliyyə nazirliyi yaratmaq ideyasını dəstəkləyir. Təklifə görə, bu nazirlik avro zonasına daxil olan 19 ölkənin vergi sisteminin uyğunlaşdırılmasına məsul olacaq.

İtaliya Avropa İttifaqında vergi yükü üzrə (ÜDM-in 43,6 faizi) beşinci yerdədir, avro zonasında isə orta vergi yükü göstəricisi 41,5 faizdir.

Hazırda ölkədə əsas vergilər əhəmiyyətli dərəcədə artıb. Hesablamalara görə, İtaliya vətəndaşları hər il Almaniya vətəndaşları ilə müqayisədə 1141avro (1950 manat), Niderland vətəndaşları ilə müqayisədə 1593 avro (2723 manat), İspaniya vətəndaşları ilə müqayisədə isə 2389 avro (4083 manat) artıq vergi ödəyirlər.


Tibbi reabilitasiya xidmətləri hesabatı


29.03.2016

emek nazirliyi 01Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələri yanvar-fevral aylarında 2642 nəfər əlilliyi olan şəxsə tibbi reabilitasiya xidmətləri göstərib. Onlardan 1392 nəfəri stasionar, qalanları isə ambulator şəraitdə bərpa-müalicə xidməti ilə təmin olunub. Rəsmi hesabatda belə deyilir.

Nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa-müalicə müəssisəsi, o cümlədən Bakı və Naxçıvan şəhərlərində uşaq bərpa mərkəzləri fəaliyyət göstərir.


Narkomanlığa düçar olan şəxslərin psixiatriya stasionarına məcburi yerləşdirilməsi barədə qanun qəbul edilir


29.03.2016

mm-yeni 1
Martın 29-da Milli Məclisin səhiyyə komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda “Əhalinin sağlamlığının qorunması haqqında” və “Psixiatriya yardımı haqqında” qanunlarda dəyişiklik layihələrinə baxılıb.

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif olunan dəyişikliklər cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslərin Mülki Prosessual Məcəlləyə uyğun olaraq psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməsini nəzərdə tutur.

“Psixiatriya yardımı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə isə sənədin 29.3-cü maddəsi yeni redaksiyada veriləcək. Bu maddədə deyilir: “Psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxır”.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.



Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə