Xəbər bülleteni №27



Yüklə 472,92 Kb.
səhifə13/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   ...   8   9   10   11   12   13   14   15   16

Yeni təyinatlar


29.03.2016

vergiler nazirliyi 1Martın 29-da prezident İlham Əliyev Sahir Polad oğlu Məmmədxanovun vergilər nazirinin birinci müavini, İlkin Etibar oğlu Vəliyevin isə vergilər nazirinin müavini vəzifələrinə təyin edilməsi haqda sərəncamlar imzalayıb.

Sahir Məmmədxanov buna qədər vergilər nazirinin müavini, İlkin Vəliyev isə Vergilər Nazirliyində idarə rəisi olub.

Sahir Məmmədxanovdan qabaq vergilər nazirinin birinci müavini postunu Natiq Əmirov tutub. Natiq Əmirov bu il yanvarın 25-də prezidentin iqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.

Martın 29-da prezident İlham Əliyev Nigar Ramiz qızı Məmmədovanın Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini, İbrahim Əsəd oğlu Alışovun isə sözügedən palatanın baş icraçı direktoru təyin edilməsi barədə də sərəncamlar imzalayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu il fevralın 3-də dövlət başçısının fərmanı ilə yaradılıb. Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlıdır.

Dollar 1 manat 56 qəpikdən aşağı düşüb


30.03.2016

dollar 1Martın 30-da aparıcı xarici valyutalar Azərbaycan manatı qarşısında dəyər itirib. Transparency.az-ın məlumatına görə, dolların rəsmi məzənnəsi 1,5737 manatdan 1,5586 manata, avronun kursu 1,7611 manatdan 1,7608 manata, rublun kursu 0,0229 manatdan 0,0228 manata düşüb.

Mərkəzi Bankın məzənnə cədvəlində (Məzənnələr) bəzi xarici valyutaların, o cümlədən ingilis funt sterlinqinin bahalaşdığı da görünür. 100 ingilis funt sterlinqi hazırda 224 manat 3 qəpiyə təklif olunur.


Neftin qiyməti 30 dollaradək düşə bilər


30.03.2016

neft (3)Dünya birjalarında neft ucuzlaşır. Nyu-York birjasında “Layt” markalı neftin bir barreli 0,52 dollar ucuzlaşaraq 38,60 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,60 dollar azalaraq 39,31 dollar olub.

AZƏRTAC xəbər verir ki, martın 30-da “AzəriLayt” markalı neftin bir barreli 0,93 dollar ucuzlaşaraq 40,26 dollara təklif olunur.

İngiltərənin “Barclays” bankı xam neftin barrel qiymətinin bu ilin ikinci rübündə 30 dollaradək düşəcəyi qənaətindədir. Bankın həftəlik hesabatında bildirilir ki, ilin ilk rübündə xam neft də daxil olmaqla əmtəə qiymətləri yüksəlib, bu da güclü iqtisadi təməllərə söykənir. Hesabatda investorların ilin ikinci rübündə uzunmüddətli əməliyyatlar əvəzinə daha qısa müddətdə gəlir əldə etməyə çalışacaqları qeyd edilib. Bu əməliyyatların reallaşdırılması nəticəsində əmtəə qiymətlərinin 20-25 faiz arasında azalacağı qeyd edilən hesabatda xam neftin barrel qiymətinin də 30 dollaradək düşəcəyi vurğulanır.

Sənaye istehsalı: iki aylıq göstəricilər


30.03.2016

senaye
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2016-cı ilin yanvar-fevral aylarında 4,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz az sənaye məhsulu istehsal edib.

Transparency.az bildirir ki, Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, sənaye məhsulunun 61,7 faizi mədən sektorunda, 29,4 faizi emal sektorunda, 8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədən sektorunda əmtəəlik qaz hasilatı 8,3 faiz, neft hasilatı isə 1,4 faiz azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 2 faiz, tütün məmulatlarının istehsalı 80,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 3,1 dəfə, geyim istehsalı 23,5 faiz, metallurgiya məhsullarının istehsalı 50,8 faiz, hazır metal məhsullarının istehsalı 93,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 67,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 19,6 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,5 dəfə artıb.

İçkilərin istehsalı 18,7 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 15,1 faiz, poliqrafiya məhsullarının istehsalı 2,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 50,5 faiz, tikinti materiallarının istehsalı 48,5 faiz, elektrik avadanlıqlarının istehsalı 44,3 faiz, maşın və avadanlıqların istehsalı 31,7 faiz, mebel istehsalı isə 3,9 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,5 faiz azalıb.

Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,5 faiz artıb, neft sektorunda isə 0,7 faiz azalıb.

Prezidentin Nazirlər Kabineti


30.03.2016

nk-iclas 1
Azərbaycanın Nazirlər Kabinetini çox zaman hökumət kimi təqdim edilir. Əslində isə Nazirlər Kabinetinin statusu başqadır. Transparency.az bildirir ki, Azərbaycan Konstitusiyasının 114-cü maddəsində Nazirlər Kabinetinin statusu ölkə prezidentinin yuxarı icra orqanı kimi müəyyən olunub. Həmin maddəyə görə, ölkə prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Nazirlər Kabineti yaradır. Nazirlər Kabineti yuxarı icra orqanı kimi prezidentə tabedir və onun qarşısında cavabdehdir. Nazirlər Kabinetinin iş qaydasını da dövlət başçısı müəyyən edir.

Konstitusiyanın digər maddələrinə əsasən, Nazirlər Kabinetinin tərkibinə baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər. Yeni seçilmiş prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir.

Baş naziri Milli Məclisin razılığı ilə prezident təyin edir. Prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, baş nazir Milli Məclisin razılığı olmadan təyin edilə bilər.

Nazirlər Kabinetinin səlahiyyətləri bunlardır:

- dövlət büdcəsinin layihəsini hazırlayıb prezidentə təqdim etmək;

- dövlət büdcəsinin icrasını təmin etmək;

- maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək;

- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin etmək;

- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin etmək;

- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik etmək, onların aktlarını ləğv etmək;

- prezidentin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll etmək.

Konstitusiyanın 99-cu maddəsinə görə, Azərbaycan Respublikasında icra hakimiyyəti prezidentə mənsubdur. Nazirlər Kabinetinin üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək onun səlahiyyətindədir.

Respublikaçı Alternativ Hərəkatının üzvü Azər Qasımlı Transparency.az-a deyib ki, hökumətin statusu dövlətin idarə üsulundan – prezident, yaxud parlament respublikası olmasından asılıdır: “Nazirlər Kabineti, təbii ki, hökumətdir. Amma prezident respublikasında hökumətin səlahiyyətləri daha çox olanda prezidentlə baş nazir arasında problemlər yaşanır.

Azərbaycana indiki mərhələdə sadə, klassik prezident respublikası modeli uyğundur. Siyasi mədəniyyətin yüksək inkişafından sonra tədricən parlament respublikası idarə üsuluna keçmək olar. Hələlik icraedici prezident və qanunverici parlament arasında sərt və aydın hakimiyyət bölgüsü daha məqsədəuyğundur. Prezidentin veto haqqı, parlamentin real impiçment imkanı olmalıdır. Nazirlər Kabineti adında orqana isə gərək yoxdur, dövlət başçısı hökumətə Prezident Administrasiyası vasitəsilə rəhbərlik etməlidir”.



Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə