Xəbər bülleteni №27


İcra başçısı 70 yaşı ərəfəsində təltif olundu



Yüklə 472,92 Kb.
səhifə12/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   ...   8   9   10   11   12   13   14   15   16

İcra başçısı 70 yaşı ərəfəsində təltif olundu


29.03.2016

ibrahim mehdiyev 1
Prezident İlham Əliyev Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevi “Şöhrət” ordeni ilə təltif edib. Təltif icra başçısının ölkənin ictimai-siyasi həyatında xidmətləri ilə əsaslandırılıb.

Transparency.az bildirir ki, aprelin 1-də İbrahim Mehdiyevin 70 yaşı tamam olur. 1946-cı ildə Ağdaş rayonunda anadan olan İbrahim Mehdiyev Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib.

2000-ci ildən Xətai Rayon İcra Hakimiyyətinin başçısı olub. 2006-cı ildən Yasamal Rayon İcra Hakimiyyətinin başçısıdır.

1993-cü ilin fevral ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.


İnanclı fəallar niyə əfvə düşmür?


29.03.2016

dinAzərbaycanın bəzi hüquq müdafiəçiləri və ictimai fəallarının tərtib etdiyi siyasi məhbus siyahısında xeyli inanclı fəal var: jurnalistlər Nicat Əliyev, Araz Quliyev, bloqçu Rəşad Ramazanov, İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov və digərləri.

İnanclı fəalların çoxu ağır ittihamlarla uzun müddətə məhkum olunub. Məsələn, 2012-ci ildə tutulan Nicat Əliyev 10 il, Araz Quliyev 8 il, 2013-cü ildə tutulan Rəşad Ramazanov 9 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə tutulmuş Mövsüm Səmədov 12 il, Abgül Süleymanov 11 il həbs cəzası alıb. Uzaq 2007-ci ildən həbsdə olan inanclı fəallar da az deyil.

Son əfv sərəncamları inanclı kəsimdən heç kimə şamil olunmayıb. Transparency.az vəkil Yalçın İmanov və İslam Partiyasının məsul nümayəndəsi Akif Heydərlini bu mövzuda danışdırıb.

Yalçın İmanov deyib ki, inanclı məhbuslara laqeydliyin kompleks səbəbləri var: “Əfv qərarlarının inanclılara şamil edilməməsi narahatlıq doğurur. Onların əksəriyyətinə qurama ittiham verilib. Məhkəmələrin çoxsaylı, kobud pozuntularla müşayiət olunması da dini kəsim nümayəndələrinin qeyri-obyektiv şəkildə, baxışlarına görə həbs edildiyini düşünməyə əsas verir.

Dindar təbəqənin həbsdə qalmasında hüquqi deyil, siyasi məqamlar rol oynayır. Aydın görünür ki, əfv edilən siyasi məhbuslar əsasən beynəlxalq təşkilatların israrla azadlığını tələb etdiyi şəxslərdir”.

Akif Heydərli bildirir ki, inanclı kəsimə laqeydlik ilk növbədə yerli hüquq müdafiəçilərindən gəlir: “Biz inanclı şəxslərin siyasi məhbus kateqoriyasına aid edilməsi üçün yerli hüquq müdafiəçilərinə çox müraciət etmişik, Avropa qurumlarına da üz tutmuşuq, amma neqativ cavab alınıb. Bu məsələləri idarə edən mərkəzlərin dindar təbəqəyə münasibəti ikili standartlara uyğundur. Hər bir müraciətimizin cavabında qərəzli mövqe və ikili standartın şahidi oluruq. Azərbaycanda 100-ə qədər inanclı şəxs siyasi məqsədlərlə həbs edilib. Əfv üçün müraciətlər etsələr də, azadlığa qovuşa bilmirlər.

Məsələ təkcə hakimiyyətlə bitmir. Beynəlxalq aləmdə islamçı ibadət əhlinə münasibət Azərbaycan hakimiyyətini də sığortalayır. Yəni dini kəsimə hədsiz təzyiqin səbəbləri ölkənin sərhədlərindən kənara çıxır. Hakimiyyət beynəlxalq təşkilatların dindarlara münasibətindən sui-istifadə edir. Əslində isə bu, cəmiyyət üçün zərərlidir”.

Prezident Mədəniyyət və Turizm Nazirliyinin strukturunu dəyişdi


29.03.2016

prezident-11
Prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirməyə sərəncam verib. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılır.

Mədəniyyət və Turizm Nazirliyinin bu regional idarələri qurulacaq:

- Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi;

- Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi;

- İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayon mədəniyyət və turizm şöbələrinin bazasında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi;

- Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsi;

- Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi;

- Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi;

- Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsi;

- Gəncə və Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi;

- Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayon mədəniyyət və turizm şöbələrinin bazasında Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi;

- Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi;

- Ağdaş, Ucar, Zərdab və Göyçay rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi;

- Şirvan şəhər, Sabirabad, Saatlı, və Hacıqabul rayon mədəniyyət və turizm şöbələrinin bazasında Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi;

- Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon mədəniyyət və turizm şöbələrinin bazasında Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi;

- Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət və Turizm İdarəsi;

- Lənkəran şəhər, Astara və Lerik rayon mədəniyyət və turizm şöbələrinin bazasında Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi.

Mədəniyyət və Turizm Nazirliyinin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və regional idarələrinin abidə mühafizəçiləri ştatları Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə verilir.



Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə