Xəbər bülleteni №27


Dövlət komitəsinin sabiq aparat rəhbərinə cinayət işi qaldırılıb



Yüklə 472,92 Kb.
səhifə14/16
tarix13.11.2017
ölçüsü472,92 Kb.
#10120
1   ...   8   9   10   11   12   13   14   15   16

Dövlət komitəsinin sabiq aparat rəhbərinə cinayət işi qaldırılıb


30.03.2016

sefer imanov 3Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanova cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Səfər İmanovun vətəndaş Eynur Kərimovu işə düzəltmək adı ilə ondan külli miqdarda pul alıb aldatması ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olan müraciət Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırma zamanı Səfər İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğu müəyyənləşib. Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidməti bildirir ki, hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Yeni hərrac: Dövlət Neft Fondunun xərci 1 milyard 253 milyonu ötdü


30.03.2016

ardnf-1Martın 30-da Mərkəzi Bankın hərracı təşkil edilib. Dövlət Neft Fondu hərraca 100 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Bu vəsaitdən 28 milyon 350 min ABŞ dolları 5 banka satılıb.

Transparency.az bildirir ki, bununla Dövlət Neft Fondunun bu il hərraclarda satdığı valyutanın həcmi 1 milyard 253 milyon 326 min dollara çatıb.

2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685 milyon 488 min ABŞ dolları alınıb.

Azərbaycana ən çox sərmayə qoyan ölkələrin adları açıqlanıb


30.03.2016

azerbaycan 1
2016-cı ilin yanvar-fevral aylarında ölkəyə 1 milyard 834,9 milyon manat məbləğində sərmayə qoyulub. Transparency.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, vəsaitin 1 milyard 591,6 milyon manatı və ya 86,7 faizi məhsul istehsalı obyektlərinin, 142 milyon manatı (7,8 faizi) xidmət sahələri üzrə obyektlərin, 101,3 milyon manatı (5,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Sərmayənin 593,8 milyon manatını və ya 32,4 faizini daxili vəsaitlər təşkil edib.

2016-cı ilin yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar ölkəyə 1 milyard 241,1 milyon manat vəsait yönəldib. Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına yönəldilmiş vəsaitin 1 milyard 45,8 milyon manatı (84,3 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Manatı nələr möhkəmləndirir?


30.03.2016

samir eliyev 1İqtisadçı ekspert Samir Əliyev milli valyutanın son günlər möhkəmlənməsini şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert sosial şəbəkədə yazıb ki, həm dünyada, həm də ölkədə cərəyan edən proseslər manata güc verib. Ekspert həmin proseslərin müvəqqəti xarakter daşıdığını vurğulayıb: “Neftin qiymətinin 40 dollar civarında sabitləşməsi və ABŞ-da Mərkəzi Bank funksiyası daşıyan Federal Ehtiyat Sistemi (FES) rəhbərinin uçot dərəcələrini ehtiyatla qaldırmaq haqda açıqlaması dünyada dolların möhkəmlənməsini bir müddətə dayandırıb. Dollar əsas valyutalara münasibətdə ucuzlaşmağa başlayıb. Bu, manata xarici təzyiqi azaldır.

Digər tərəfdən Azərbaycan Mərkəzi Bankı manat kütləsini azaltdığından banklarda manat qıtlığı yaranıb və valyuta hərracında bankların dollara tələbatı kəskin azalıb. Elə buna görə də manat son günlər bahalaşır. Eyni zamanda vergi ödənişi dövrü yaxınlaşıb. Xüsusilə iri şirkətlər xarici valyutada olan vəsaitlərini manata çevirir. Həm bazara əlavə dollar çıxması, həm də manata ehtiyacın artması milli valyutanı gücləndirib.

Qarşıdakı bir-iki həftədə manat dollar qarşısında güclənməkdə davam edəcək. Hətta 1 dollar 1 manat 50 qəpiyə düşə bilər. Hər bir halda bunlar müvəqqəti xarakter daşıyır. Uzunmüddətli dövrdə manatın ucuzlaşması qaçılmazdır. Çünki manatın bahalaşmasının heç bir iqtisadi əsası yoxdur və milli valyuta hazırda daha çox inzibati addımlardan dəstək alır”.

Samir Əliyevin sözlərinə görə, manatın məzənnəsi real səviyyəsini almadığından neftin bahalaşması onun möhkəmlənməsini şərtləndirmir.

Martın 30-da “AzəriLayt” markalı neftin bir barreli dünya bazarında 40,26 dollara təklif olunub.

Həmin günə Azərbaycanda dolların rəsmi məzənnəsi 1 manat 56 qəpiyə yaxın olub. Mart ayının əvvəllərində dolların rəsmi məzənnəsi 1 manat 64 qəpiyə çatmışdı.


Dövlət başçısının yerli təmsilçiləri: ən cavanı kim, ən yaşlısı kim?


30.03.2016

prezident sarayi 2
Azərbaycanın yerli icra hakimiyyətlərinin başçıları arasında ən cavanı da, ən yaşlısı da şimal bölgəsinin payına düşür. Transparency.az bildirir ki, ən cavan icra başçısı Siyəzənə rəhbərlik edir. Rayonun icra başçısı Asif Hüseynovun bu il 35 yaşı olur. Ən yaşlı icra başçısı isə Xaçmaz rayonunun rəhbəridir: Şəmsəddin Xanbabayevin 76 yaşı var.

İcra başçıları içində yaşı 70-i ötən başqa şəxslər də var: paytaxt Bakının icra başçısı Hacıbala Abutalıbovun və Tovuzun icra başçısı Tofiq Zeynalovun bu il 72 yaşı tamam olur.

Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyev 70 yaşındadır.

Mübariz Əhmədovun (Zaqatala) 69 yaşı var. Alı Qocayev də (Samux) bu il 69 yaşını tamamlayacaq.

Yaşı 60-ı ötmüş icra başçıları arasında digər yaşlı şəxs Xəzər rayonuna rəhbərlik edir. Gülağa İslamovun 67 yaşı var.

İsmayıllının icra başçısı Mirdaməd Sadıqovun bu il 66 yaşı tamam olacaq.

Şuşanın və Hacıqabulun icra başçıları Bayram Səfərovla Əhməd Muxtarov 65 yaşdadırlar.

Sabirabadın icra başçısı Nazim İsmayılov və Qobustana rəhbərlik edən Adil Məmmədov 64 yaşın içindədirlər.

Göyçay, Qubadlı, Xocalı və Masallının icra başçıları Mübariz Ağayev, Malik İsaqov, Şahmar Usubov, Rafil Hüseynovun isə 2016-cı ildə 63 yaşları tamam olacaq.

Sumqayıtın icra başçısı Zakir Fərəcovun 62 yaşı var. Goranboyun və Şabranın icra başçıları Nizaməddin Quliyevlə Novruz Novruzovun 62 yaşı bu il tamam olacaq.

Füzulinin icra başçısı Alı Alıyevin 61 yaşı var.

Vaqif Abdullayev (Beyləqan), Niyazi Bayramov (Mingəçevir) 60 yaşdadırlar.

Şirvan şəhərinə rəhbərlik edən Mərdan Camalov və Qubanın icra başçısı Yaşar Məmmədovun 60 yaşı bu il tamam olacaq.

Cavan icra başçıları arasında Naftalan şəhərinə rəhbərlik edən Natiq Aslanovun adını çəkmək olar: bu il onun 40 yaşı tamamlanır.

Azərbaycan Konstitusiyasının 124-cü maddəsinə görə, yerlərdə icra hakimiyyətini icra başçıları həyata keçirir. İcra hakimiyyəti başçılarını prezident vəzifəyə təyin və vəzifədən azad edir.


Yüklə 472,92 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə