Vii siNİf azərbaycan tariXİ


I Şah İsmayılın hərbi yürüşləri davam etdirməsi.  Səfəvilər dövlətinin imperatorluğa çevrilməsi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə44/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   39   40   41   42   43   44   45   46   47

 

I Şah İsmayılın hərbi yürüşləri davam etdirməsi.  Səfəvilər dövlətinin imperatorluğa çevrilməsi 

I  Şah  İsmayıl  özünü  babası  Uzun  Həsənin  qanuni  varisi  hesab  edərək  Səfəvilər  dövlətini  Ağqoyunlu 

sərhədləri  daxilində  bərpa  etməyə  can  atırdı.  Bu  zaman  Səfəvilər  dövləti  üçün  əsas  təhlükə  olan  Ağqoyunluların 

ikinci qolunun başçısı Muzad Mirzə Həmədanda qoşu toplayaraq qızılbaşlara zərbə endirməyə hazırlaşdı.  

Belə  olduqda  I  Şah  İsmayıl  Təbrizdən  çıxaraq  ,  1503-cü  il  iyunun  21-də  Həmədan  yaxınlığında, 

Almaqulağı  adlı  yerdə  ağqoyunlularla  döyüşə  girdi.  1503-cü  ildə  qızılbaşlarla  Ağqoyunlular  arasında  baş  vermiş 

Həmədan  döyüşü nəticəsində: 

 



Qızılbaşlar Ağqoyunlular  üzərində parlaq qələbə qazandılar. 

 



Ağqoyunlular sayca çox olsalarda məğlub oldular, Murad Mirzə Şiraza qaçdı. 

 



Ağqoyunlu dövlətinin ikimci qolu və  Ağqoyunlu dövləti süqut etdi 

 



Şah İsmayıl Xorasan istisna olmaqla bütün İranı da özünə tabe etdi. 

 



Tarixi Azərbaycan torpaqlarının böyük hissəsi mərkəzi hakimiyyət ətrafında birləşdirildi. 

Qələbədən  sonra Şah İsmayıl  Səfəvilərin qələbə  yürüşləri  davam etdirərək  1503-cü ildə İsfahan,  Kaşan   



Qum  şəhərlərini,  1504-cü  ildə  isə  Yəzdə  və    Kirmanı  1506-1508-ci  illərdə  Diyarbəkir,  Hilat,  Bitlis,  Ərçiş  və 

Bağdadla  birlikdə  bütün  İraqi  Ərəbi  ələ  keçirdi.  Beləliklə,  Səfəvilər  dövləti  şərqdə  Şeybanilər  dövləti,  qərbdə 

Osmanlı imperatorluğu ilə həmsərhədd oldu. 

1510-cu ildə Şah İsmayıl Şeybanilər üzərinə də yürüş edib qalib gəldi və  Herat, Mərv, Bəlx şəhərləri daxil 

olmaqla Xorasan vilayətini ələ keçirdi 

I  Şah  İsmayıl  Şeybanilər  üzərində  qələbə  qazandıqdan  sonra  Anadoluya  dönərək  Ağqoyunlular  dövründə 

Azərbaycana tabe olan Şərqi Anadolunu  ələ  keçirmək üçün hərəkətə keçdi.  1512-ci ildə Qaraman    Malatiyanı 

tabe edərək Təbrizə döndü. Beləliklə, Şəfəvilər dövləti şərqdə Amudərya çayından qərbdə Fərata qədər geniş ərazini 

əhatə edən imperatorluğa çevrildi. 



 

I  Şah  İsmayıl  ilə  özbək  hökmdarı  Şeybani  xan  düşmən  münasibətdə 

idilər.  I  Şah  İsmayılla  Şeybani  xan  arasındakı  düşmən  münasibətin  əsas 

səbəbi  Xorasanı ələ keçirmək uğrunda mübarizə idi. Şah İsmayıl 1510-cu 

ildə  qoşunla  Xorasana  doğru  hərəkət  edərək  Şeybani  xanın  üzərinə 

hücum etdi.  1510-cu il,  dekabrın 1-də tərəflər arasında Mərv döyüşü baş 

verdi. Mərv döyüşü  nəticəsində I Şah İsmayıl  taktiki tədbir və hərbi hiylə 

işlədərək  qalib  gəldi,  özbək  qoşunu  məğlub  oldu  və  Şeybani  xan 

öldürüldü,  Şah  İsmayıl  Herat,  Mərv,  Bəlx  şəhərləri  daxil  olmaqla 

Xorasan  vilayətini  ələ  keçirdi.  Amudəryadan  Fərat  çayınadək  ərazilər 

Şah İsmayılın əlinə keçdi, Səfəvilər dövləti Yaxın Şərqin qüdrətli dövlətinə 

və imperatorluğa çevrildi 

 

 



 

Səfəvilərin Avropa dövlətləri ilə əlaqələri 

Səfəvilərin  Avropa  dövlətləri  ilə  qarşılıqlı  münasibətlər  qurmuşdular. 

Şah 

İsmayıl babası Uzun Həsən kimi Qərblə əlaqələri genişləndirdi.



 Qərb ölkələrinin isə 

Osmanlı  və  Səfəvilər dövlətləri arasındakı  münasibətlərə  belə  yanaşırdılar:  Hər iki 



dövləti  bir  biri  ilə  toqquşdurub  onları  zəiflətməyə    və    onlar  arasındakı 

münasibətləri daim müharibə həddinə çatdırmağa çalışırdılar. 

 

Şah İsmayıl Uzun həsən kimi Aralıq dənizi vasitəsilə odlu silah əldə etməyə 



təşəbbüş  göstərirdi.  Lakin  Aralıq  dənizi  vasitəsilə  qərbdən  odlu  silahlar  almaq 

planının  baş  tutmayacağını    hiss  edən  Şah  I  İsmayıl  Portuqaliya  ilə  əlaqəyə  girib 



İran  (Hörmüz)    körfəzi  və  Hind  okeanı  vasitəsilə  qərbdən  silah  və  artilleriya 

mütəxəsisləri  gətirməyə  çalışdı.  Lakin,  Şah  I  İsmayıl  qərbdən  odlu  silah  və 

artilleriya  mütəxəsisləri  almaq  məqsədi  ilə  Portuqaliyanın  İran  körfəzində 

möhkəmlənməsinə mane olmadı.  

 

Şah İsmayılla Şeybani xan 

arasında döyüş (qədim minətur) 

Şah İsmayılın XVI əsrdə 

Florensiyalı rəssam 

tərəfindən çəkilmiş 

portreti (Uffitsi muzeyi. 

Florensiya. İtaliya)

 

 



 

 



 

Qərb diplomatiyası Uzun Həsən zamanında olduğu kimi yaranmış vəziyyətdən öz  mənafeyinə istifadə etdi: 

Bundan istifadə edən Portuqaliya donanması Hörmüzü  ələ  keçirib Səfəvilərin Hind okeanına çıxış  yolunu bağladı. 

Bu Səfəvi dövləti üçün ağır nəticə verdi. Şah I İsmayılın bu səhvini I Şah Abbas 100 ildən sonra düzəltdi. 

 

 

 



Səfəvi-Osmanlı müharibələrinin başlanması 

 

Səfəvi - Osmanlı münasibətlərinin səbəbləri.  Osmanlıların Şərq siyasəti  



XVI  əsrin  əvvəllərində  Osmanlıların  Azərbaycanı  ələ  keçirmək  istəyi  Səfəvi-Osmanlı  münasibətlərinin 

müharibə həddinə çatdırdı.  Osmanlının Azərbaycanı tutmaq planı sultan II Mehmet və II Bəyazidin dövründə baş 

tutmamışdı. Səfəvilər dövləti yaranarkən Sultan II Bəyazid (1481-1512) Şah İsmayıla qarşı mübarizəyə başlamağa 

cəsarət  etməyərək  onun  müstəqilliyini  tanımalı  oldu.  Bəyazidin  dövründə    iki  ölkə  arasında  münasibətlər  normal

 

oldu.Lakin,  Osmanlı  dövləti  niyətindən  əl  çəkmədi.  II  Bəyazidin  oğlu  Sultan  Səlim  (1512-1520)  hakimiyyətə 



gəldikdən sonra  Osmanlılar dövlətinin qızılbaşlara qarşı münasibəti dəyişdi və Səfəvilərə qarşı müharibə etmək 

fikrini qətiləşdirdi. 

 

I Səfəvi Osmanlı müharibəsinin başlanması. Sultan Səlimin Azərbaycana yürüşü 



1514-cü  ilin  avqustunda  Sultan  Səlim  100  minlik  qoşunla  Azərbaycan  sərhədlərini  keçərək  Səfəvi  dövləti 

üzərinə hücum etdi. Şah I İsmayıl isə Osmanlıları Çaldıran düzündə qarşıladı. 1514-cü il avqustun 23-də Çaldıran 



düzündə Səfəvilərlə Osmanlılar arasında həlledici döyüş oldu. Döyüş nəticəsində: 

 



Osmanlılar Səfəvilər üzərində qələbə qazandı. 

 



Səfəvilər  xeyli    itki  verdi,  Şah  İsmayıl  yaralandı  və  mühasirəni  qıraraq 

ölkənin içərilərinə çəkildi 

 



Sultan Səlim Şah İsmayılı təqib edərək Təbrizi ələ keçirdi 

I  Səlim  Təbrizi  tutduqdan  Şah  İsmayılın  hücumundan  ehtiyat  etdiyi  üçün 

tezliklə  tərk  etdi  və  İstanbula  qayıtdı.    Çaldıran  döyüşünün  nəticəsi  olaraq  Səfəvilər  

Şərqi Anadolunu  və Şimali İraqı  itirdi və bu ərazilər Osmanlı dövlətinin əlinə keçdi. 

Bağdad da daxil olmaqla Ərəb İraqı isə Səfəvilərdə qaldı. 

Sultan  Səlim  üçün  böyük  zəfər  sayılan  Çaldıran  döyüşü,  əslində  Türk  dünyasının  ümumi  faciəsi,  qərb 



diplomatiyasının  isə  strateji  qələbəsi  idi.  Malatiya  və  Otluqbeli  döyüşləri  kimi,  Çaldıran  döyüşündə  də    qərb 

diplomatiyasının müəyyən rolu olmuşdu. 

 

 



 

 

 

 

 

 

 

 



 

 

 



 

Şah İsmayılın dəbilqəsi 

(Topqapı Muzeyi. İstanbul) 

 

 



 

 

 



 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə