Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə39/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

Şahdağın  ətyində  döyüşə  girdi  (Ətraflı:  Səfəvilərin  ərdəbil  hakimliyi  mövzusuna  bax).  1488-ci  ildə  baş  vermiş 

Şahdağ döyüşü nəticəsində: 

 



Qızılbaşlar məğlub oldu. 

 



 Şeyx Heydər döyüşdə öldürüldü. 

 

 



 

 

Rüstəm Mirzənin hakimiyyəti (1492-1497) 

Sultan  Yaqubun  ölümündən  sonra  Ağqoyunlu  sarayında  hakimiyyət  uğrunda  mübarizə  daha  da  şiddətləndi. 

Sultan Yaqubun ölümündən sonra oğlu Baysunqur (1490-1492), daha sonra  Rüstəm padşah (1492—1497) taxta 

çıxdı.  Rüstəm  padşah  hakimiyyətini  möhkəmləndirmək  üçün  feodallara  soyurqal  adlanan  torpaqlar  paylamaqla 

onların  rəğbətini  qazandı.  Nəticədə  iri  köçmə  feodallar  qüvvətləndilər  və  mərkəzi  hakimiyyətə  tabe  olmaq 

istəmədilər.  Rüstəm  Mirzə  onlara  qarşı  mübarizədə  Ərdəbil  hakimliyinə  Şeyx  Heydərin  böyük  oğlu  Sultanəlini 

gətirərək onunla ittifaqa girdi. 

Sonradan  Ərdəbildə  Səfəvi  tərəfdarlarının  güclənməsi  Rüstəm  Mirzəni  qorxuya  saldı.  Odur  ki,  Rüstəm 

Mirzə  1494-cü  ildə  Ağqoyunluların  keçşim  müttəfiqi  olan  Səfəvilərin  Ərdəbil  hakimliyinə  qarş  qəst  təşkil  edərək 

onların  üstlərinə  qoşun  göndərdi.  Tərəflər  Ərdəbil  yaxınlığında  Şəməsi  adlı  yerdə  döyüşə  başladılar.  Döyüş 

başlamazdan  əvvəl  Sultanəli  sufi  əmirlərinin  yığıncağını  keçirdi.  Yığıncaqda  Sultanəli  kiçik  qardaşı  İsmayılı 



“Səfəviyyə” ordeninin başçısı təyin etdi və Ərdəbilə yola saldı. Özü isə düşmənlə döyüşə başladı. 1494-cü ildə baş 

verən  Şəməsi döyüşü nəticəsində:  

 

Qızılbaş qüvvələri məğlub oldu. 



 

Sultanəli döyüşdə öldürüldü. 



 

Gödək Əhmədin hakimiyyəti (1497) 

Əslində, Rüstəm padşah  köçəri hərbçi  feodal  dəstələrinə  torpaqlar verməkdə  böyük səhv etmişdi.  Ölkədəki 

gərgin vəziyyətdən istifadə edən feodallar ona qarşı çıxıb müstəqil olmağa çalışırdılar. 

Bu  vəziyyətdən  Osmanlı  imperiyası  da  istifadə  etdi.  Belə  ki,  vaxtilə  Uzun  Həsənin  atasına  qarşı  qiyam 

qaldırmış oğlu Uğurlu Məhəmməd məğlub olduqdan sonra  Osmanlı dövlətinə qaçdı. Osmanlı sultanı II Mehmet 

Uğurlu Məhəmmədi  İstanbulda təntənə ilə qarşılayaraq qızı Gövhərxan Sultanı ona ərə verdi. Bu nikahdan onların 



Əhməd  adlı  bir  oğlu  oldu.  Osmanlılar  Gödək  Əhmədi  Ağqoyunluların  qanuni  varisi  kimi  qoşunla  Azərbaycana 

göndərdilər. Tarixdə Gödək Əhməd adı ilə tanınan bu Ağqoyunlu şahzadəsi  1497-ci ildə, Rüstəm padşahı məğlub 

edərək Təbrizə daxil oldu və Ağqoyunlu taxtına əyləşdi.  

Hakimiyyəti ələ keçirdikdən sonra Gödək Əhməd xalqa arxalanaraq aşağıdakı tədbirləri həyata keçirdi: 

 

Dövləti möhkəmləndirməyə cəhd göstərdi.  



 

Əhalinin vəziyyətinin yaxşılaşması üçün islahatlar keçirdi. 

 

Şəriətdə olmayan iyirmiyədək vergi və mükəlləfiyyəti ləğv etdi. 



 

Köçəri-hərbçi əyanların özbaşınalığının qarşısını almağa çalışdı. 

Bu  addımlar  iri  feodal  əyanlarının  mənafeyinə  zidd  idi.  Nəticədə  Gödək  Əhmədə  qarşı  yönəlmiş  feodal 

qiyamları  onun  yeddi  aylıq  hakimiyyətinə  son  qoydu.  Döyüşlərin  birində  Gödək  Əhməd  öldürüldü.  Taxt-tac 

uğrunda mübarizə yenidən qızışdı. Bu mübarizə ölkənin iki hissəyə parçalanmasına səbəb oldu.  

Agqoyunlu dövlətini daxili 

çəkişmələr bürüdü 

 

 

 



 

Şirvanşahlarla  qohunluq əlaqələrini  

daha da möhkəmləndirdi 

 

 



 

 

Ərdəbil hakimliyinə olan müsbət 



meylini qoruyub saxlamadı 

 

Təbrizdə Həşt-Behişt sarayını inşa 



etdirdi 

 

 



 

 

Ağqoyunlu dövlətində



 

 kəndli 


çıxışı baş  

verdi 


 

 

 



 

 

Elm və maarifə qayğı 



göstərildi 

 

 



 

 

 



Şirvanla dostluq 

əlaqələrini davam etdirdi 

 

 

 



 

 

 



 

Sultan Yaqubun 

hakimiyyəti  

(1478-1490) 

 

 


 

 

 



 

Ağqoyunlu dövlətinin parçalanması və süqutu 

Gödək  Əhmədin  ölümündən  sonra  Ağqoyunlu  taxtı  uğruna  iki  varis  -  Murad  Mirzə  (1497-1503)  və 



Əlvənd Mirzə (1499-1501) mübarizəyə başladı. 1500-cü ildə Təbriz yaxınlığında Əbhər adlı yerdə Murad Mirzə 

ilə  Əlvənd  Mirzə  barşışaraq  saziş  imzaladılar.  Tarixə  Əbhər  sazişi  (1500)  kimi  düşən  bu  sülhün  şərtlərinə  əsasən 



Ağqoyunlu  dövləti  şahzadə  Murad  Mirzə  ilə  Əlvənd  Mirzə  arasında  iki  yerə  bölündü.  Əbhər  sülhü  nəticəsində 

Ağqoyunlu dövləti  iki yerə parçalandı, hərbi qüdrəti sarsıldı, dövlətin süqutu sürətləndi. 



1501-ci  ilin  ortalarinda  Şərur  döyüşündə  Ərdəbil  hakimi  İsmayıl  həlledici  döyüşdə  Əlvənd  Mirzəni 

məğlub etdi. Ağqoyunlu dövlətinin birinci qoluna son qoyuldu. 



1503-cü il iyunun 21-də Almaqulağı döyüşündə İsmayıl Murad Mirzəni məğlub etdi. Beləliklə, Səfəvilər 

dövləti tərəfindən Ağqoyunlu dövlətinin varlığına son qoyuldu.  



QEYD: Qaraqounlu və Ağqoyunlu dövlətlərinin süqut etmələri səbəblərində oxşarlıq var idi. Belə ki, hər iki 

dövlət,  qonşu  dövlətlərlə  aparılan  müharibələr,  mərkəzi  hakimiyyətin  zəifləməsi  və  feodal  ara  müharibələri 



nəticəsində süqut etmişdir. 

 

 



 

 

Səfəvilərlə Ağqoyunlular arasında baş vermiş  döyüşlər 



 

 

 



 

 

 



 

1488

 

1494

 

1503 

1501 

Şahdağ döyüşü

 

Şəməsi döyüşü

 

Şərur döyüşü 

 

Almaqulağı döyüşü 

 

Qızılbaşlar məğlub oldu Şeyx Heydər döyüşdə öldürüldü

 

Qızılbaş qüvvələri məğlub oldu,Sultanəli döyüşdə öldürüldü 

 

Ərdəbil hakimi İsmayıl Mirzə Əlvənd Mirzəni məğlub etdi 

 

 



Ərdəbil hakimi İsmayıl Mirzə Murad Mirzəni məğlub etdi 

 

Əlvənd Mirzənin əlinə keçən ərazilər 



 

 

 



Murad Mirzənin əlinə keçən ərazilər 

 

 



 

Əbhər sazişi (1500-cü il) 

(1500) 

Kirman 


 

 

Fars vilayəti 



 

Bütün Ərəb-İraqi 

 

 

 



Qarabağ 

 

 



Diyarbəkr 

 

 



Kürdən cənubdakı 

Azərbaycan torpaqları

 

 

 



 

Oturaq əyanlara arxalanaraq köçəri 

feodallara qarşı mübarizə apardı 

 

Ara müharibələrinə son qoymağa  



çalışdı 

 

Vergi islahatı keçirdi, şəriətdə olmayan 



20-dək vergini ləğv etdi 

 

 



 

Mərkəzi hakimiyyəti 

möhkəmləndirməyə çalışdı 

 

 



 

 

 



 

Gödək 


Əhmədin 

hakimiyyəti 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə