Vii siNİf azərbaycan tariXİ


XV əsrdə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə40/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

XV əsrdə Azərbaycanın sosial-iqtisadi və mədəni həyatı 

 

Dövlət quruluşu və ordu 

XV  əsrdə  Azərbaycanda  Şirvanşahlar,  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətləri  mövcud  olmuşdur. 

Qaraqoyunluların  və  Ağqoyunluların  hakimiyyəti  dövründə  Azərbaycan  torpaqları  paytaxt  Təbrizdən  idarə 

olunurdu.  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətinin  hər  ikisində  də  dövlətin  başçısı  padşah  və  ya  sultan  adlanırdı. 

Ümumiyyətlə,  XV  əsr  Azərbaycan  dövlətlərində  mərkəzi  dövlət  aparatında  saray  vəzifələrinin  əhəmiyyətinə  görə 

ardıcıllığ belə idi: 

1.

 

Padşah. 

2.

 

Əmir ül-üməra . 

3.

 

Sədr-əzəm (Mövlana). 

4.

 

Baş vəzir (Sahibi divan). 

Qaraqoyunlu və Ağqoyunlu dövlətində padşahdan sonra ikinci şəxs  



Əmir ül-üməra (Əmirlər əmiri) adlanırdı. 

Əmir-ül-üməraya aiddir: 

 



Ordunun baş komandanı (əmirlər əmiri) titulunu daşıyırdı 

 



Hakim sülalə üzvlərindən və ya məşhur əmirlərdən təyin olunurdu 

Əmir ül-üməradan sonrakı yerdə Sədr-əzəm dayanırdı.  Sədr-əzəmə aiddir:  

 

Mövlana (ağa) ləqəbini daşıyır, məhkəmə işlərini nizamlayırdı. 



 

Ruhanilərə, vəqf mülklərinə və dini müəssisələrə başçılıq edirdi. 

Mərkəzi dövlət aparatında sonrakı yeri Baş vəzir tuturdu. Baş vəzirə aiddir: 

 



Şahın möhrdarı olub, sahibi divan adlanırdı 

 



Daxili  nizibati  və  xarici  işlərə,  dövlət  gəlirinin  hesablanmasına  və 

maliyyə işlərinə baxırdı 

Qoşunun ali rəislərinə əmir titulu verilirdi. Vaxtının çoxunu müharibələrdə 

keçirən hökmdarlar döyüş zamanı zirehli geyim geyinirdilər. XV əsr Azərbayca 

dövlətlərinin  ordularında  Avropa  və  Osmanlı  dövlətlərinin  orduları  ilə 

müqayisədə  hərbi  texnika  zəif  idi.  Ox,  nizə,  qılınc,  qalxan  və  toppuzla 

silahlanan  qoşun,  əsasən,  kəndli    sənətkarlardan  toplanırdı.  Orduda  odlu 



silah,  top  və  tüfəng  ilk  dəfə  Ağqoyunluların  hakimiyyəti  dövründə  tətbiq 

edilmişdi. 

 

XV əsrdə mövcud olmuş  Azərbaycan dövlətləri 

 

 



 

 

 

Torpaq mülkiyyət formaları  

XV  əsrdə  ənənəvi  torpaq  mülkiyyəti  formaları  olan  dövlət  (divani),  xassə  (sülalə),  xüsusi  irs  (mülk)  və 

müsəlman  ruhanilərinə  mənsub  vəqf  torpaqlari  qalmaqda  idi.  Bu  dövrdə  həmçinin  Azərbaycanda  feodal  torpaq 

sahibliyi formalarinda bəzi dəyişikliklər baş verdi. Belə ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətində qoşunun dayağı 



olan hərbi əyanlara müvəqqəti istifadə olunan iqta əvəzinə irsən keşən soyurqal adlanan torpaq paylanılırdı. . İqta 

Eldənizlər

 

Hülakülər



 

Ağqoyunlular

 

Qaraqoyunlular



 

Rəvvadilər

 

Paytaxtı Təbriz şəhəri olan dövlətlər 



Qaraqoyunlu dövləti 

Ağqoyunlu dövləti

 

Şirvanşahlar dövləti



 

 

 

Qaraqoyunlu və Ağqoyunlu 

döyüşçülərinə aid silahlar  

(

Milli Azərbaycan Tarix Muzeyi

)

 

 

 

 

 

 

 

 

 

 

 

 


ilə soyurqalın oxşar cəhəti dövlətə xidmət müqavilində verilmələri olsa da, onlar bir-birindən fərqlənirdi. Soyurqal 

torpaq mülküyyətinin iqtadan fərqi aşağıdakılar idi: 

 

Soyurqal irsən keçə bilərdi. 



 

Soyurqal sahibləri vergi ödəmirdilər. 

Beləliklə, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətində mövcud olan torpaq mülkiyyət formalarını belə 

ümumiləşdirmək olar 

 

Divan - Dövl ətə məxsus olan torpaqlar idi. 



 

Xass - hakim sülalənin nümayəndələrinə aid idi. 

 

Mülk - yerli feodalların mülkiyyətində olan  torpaqlar idi. 



 

Vəqf – dini idarələrə məxsus torpaqlar idi. 

 

Soyurqal – xidmət əvəzinə verilən və irsən keçən torpaqlar idi. 



 

 

Vergi və mükəlləfiyyətlər

 

XV əsrdə Azərbaycanda kəndlilər  sənətkar  xeyli vergi verir və mükəlləfiyyətlər icra edirdiler. Bu dövrdə 



əhali  əsasən aşağıdakı vergiləri ödəyirdilər: 

 



Malcəhət – məhsul vergisi idi. 

 



Bəhrə  - sudan istifadə əvəzində alınırdı . 

 



Çobanbəyi – otlaq pulu idi. 

 



Can vergisi – xristian əhalisindən alınırdı. 

 



Tamga və bac– sənətkar və tacirlərin ödədiyi vergilər idi . 

Vergi və mükəlləfiyyətlərin

 ağırlığı xalqı var-yoxdan çıxarırdı.  

 

Uzun Həsənin “Qanunnamə” qəbul etməsi 

Ağqoyunlu dövlətinin əsas gəlirlər mənbəyi və iqtisadi qüdrətinin əsas səbəbi  aşağıdakılar idi: 

 

Ticarət yollarından keçən karvanlardan alınan tamğa və bac vergisi. 



 

Avropa ölkələri ilə ticarətdən alınan gəlirlər. 

 

Əhalidən toplanan vergilər. 



Yaradılmış  böyük  bir  imperiyanı  idarə  etmək  güclü  siyasət  tələb  edirdi.  Əhalidən  və  tacirlərdən  yığılan 

vergilər  Ağqoyunluların  əsas  gəlir  mənbəyi  sayılırdı.  Vergilərin  ağırlığından  narazı  qalan  xalq  tez-tez  üsyanlar 

edirdi. Uzun Həsənin hakimiyyəti dövründə aşağıdakı amillər Ağqoyunlu dövlətin iqtisadi əsasını sarsıdır və onun 

siyasi nüfuzuna mənfi təsir göstərirdi: 

 

Şəhər və kənd əhalisi üzərinə ağır vergi  mükəlləfiyyətlər qoyulması. 



 

Azərbaycanın ayrı-ayrı mahallarında kəndli çıxışlarının baş verməsi. 



Uzun Həsən  xalqın narazılığını aradan qaldırmaq    imperiyanı möhkəmlətmək üçün  islahatlar  keçirərək 

xüsusi «Qanunnamə» hazırlatdı. Tarixdə «Həsən padşahın Qanunnaməsi» kimi məşhur olan bu «Qanunnamə»yə 

əsasən: 

 



Kəndlilərin verəcəyi vergilərin miqdarı dəqiqləşdirildi. 

 



Vergi yığılmasında baş verən özbaşınalıq aradan qaldırıldı. 

 



Mərkəzləşmiş vergi sistemi tətbiq edildi. 

 



Əsas vergi məhsulun 1/5 hissəsini təşkil edən malcəhət idi. 

Uzun Həsənin hazırladığı «Qanunnamə» vergilərin toplanmasını nizamlayan əsas sənəd idi. 

Amma  bu qanunlar da  xalqın vəziyyətini  yüngülləşdirmədi.  Vəziyyətin  gərginliyi tez-tez  kəndli çıxışları ilə 

nəticələnirdi. Etirazlar, getdikcə artan qiyamlar dövləti zəiflədən amillərə çevrilirdi. 



 

“Qanunnamə” qəbul etmiş Azərbaycan hökmdarları 

 

 

Salari Mərzban İbn Məhəmməd 

 

Ağqoyunlu Uzun Həsən



 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə