Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə41/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   37   38   39   40   41   42   43   44   ...   47

QEYD:  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətləri  müəyyən  oxşar  cəhətlərə  malik  idi.    Lakin  Qaraqoyunlu 

dövləti  Ağqoyunlu  dövlətindən  fərqli  olaraq  Osmanlılarla  müharibə  aparmamış,  həmçinin  Ağqoyunlular 



kimi Avropa ölkələri ilə geniş diplomatik əlaqələr yaratmamışdı

 

 



 

XV əsr Azərbaycan mədəniyyəti. Memarlıq abidələri 

XV  əsrdə  bir-birini  əvəz  edən  oğuz-türk  mənşəli  Qaraqoyunlu  və  Ağqoyunlu  dövlətlərinnin  yaranması 

mədəniyyətin inkişafına geniş imkanlar açdı.  

Görkəmli  Azərbaycan  hökmdarı  Uzun  Həsən  quruculuq-abadlıq  işlərinə  xüsusi  qayğı  göstərir,  görkəmli 

alimləri  himayə  edirdi.  Onun  şəxsi  kitabxanasında  dövrün  görkəmli  alimləri  tədqiqatlar  aparırdılar.  Hökmdarın 

tapşırığı ilə oğuz türklərinin mükəmməl tarixi yaradılmışdı. XV əsrdə Azərbaycanın mədəni həyatında Qaraqoyunlu 

hökmdarı, şair Cahan şah Həqiqinin də böyük xidməti olmuşdur.  

XV əsrdə Azərbaycanda aşağıdakı memarlıq abidələri inşa olunmuşdur: 



1.

 

Bakıda Şirvanşahlar saray kompleksi 

2.

 

Təbrizdə “Həşt-behişt” saray kompleksi 

3.

 

Təbrizdə “Göy məscid” 

4.

 

Təbrizdə “Qeysəriyyə bazarı” 

5.

 

Həsən padşah camisi 

XV  əsrdə  inşa  edilmiş  memarlıq  abidələrindən  biri  Bakının  mərkəzində, İçəri  şəhərdə  yerləşən  Şirvanşahlar 

saray kompleksidir. Şirvanşah I Xəlilullahın (1417-1462) dövründə tikilmişdi. 

Bu  kompleksə  aid  olan  divanxana  əsl  memarlıq  incisidir.  Burada  məhkəmə  işlərinə  baxılır,  əyanların 

yığıncaqları keçirilirdi. Şirvanşahlar saray kompleksində yazılardan ibarət olan “Bayıl daşları”nın bədii tərtibatı və  

Şirvanşahlar dövlətinin qüdrətini, ictimai-iqtisadi inkişafını göstərən “Mərdəkan qalası tərtibatı” diqqəti cəlb edir. 

Azərbaycanın  XV  əsr  Qaraqoyunlular  dövlətinə  aid  memarlıq  abidəsi  olan  “Göy  məscid”  1465-ci  ildə 

Qaraqoyunlu  hökmdarı  Cahanşahın  tapşırığı  ilə  inşa  edilmişdir.  Məscid  müəyyən 

dövrlərdə zəlzələ nəticəsində xeyli dağıntılara məruz qalsa da hazırda əvvəlki görkəmini 

bərba etmişdir. 

XV  əsr  Ağqoyunlular  dövlətinə  aid  memarlıq  abidəsi  isə  1483-cü  ildə 

Ağqoyunlu  Yaqub  padşahın  Təbrizdə  tikdirdiyi  “Həşt-behişt”  saray  kompleksi  idi. 

“Həşt-behişt”  saray  kitabxanası,  məscidi,  min  çarpayılıq  şəfa  evi,  cıdır  meydanı  və 

xiyabanı var idi. XV əsrdə Azərbaycanda incəsənətin musiqi və rəssamlıq sahələrində 

 bir  çox  irəlləyişlər  baş  vermişdir.  XV  əsrdə  yaşamış    görkəmli  musiqiçis  Əbdülqadir 



Marağai  idi.  Bu  dövrdə  Azərbaycan  rəssamlarından  Əmir  Dövlətyar  və  onun 

şagirdləri Əbdül, Müsavir və.b məşhur idilər. 

 

 

 



 

Qaraqoyunlu 

və Ağqoyunlu 

dövlətləri 

 

Əsasları XV əsrdə 



qoyulmuşdur 

 

 



Paytaxtları Təbriz 

şəhəri olmuşdur 

 

Azərbaycanın cənub 



torpaqlarında 

yaranmışdı 

 

Əsasını türk – oğuz 



mənşəli sülalələr 

qoymuşdu 

 

Hər ikisində hərbi 



feodal əyanları 

rəhbər rol oynayırdı 

 

 

Dövləti padşah idarə 



edirdi 

 

Soyurqal torpaq 



mülkiyyəti mövcud 

olmuşdu 


 

Teymurilərlə 

mübarizə aparmışdılar 

Əbdülqadir Marağayi

 



 

   


 

Bakıda Şirvanşahlar saray kompleksi 

 

   


   

 

Təbrizdə “Göy məscid” 



 

 

XRONOLOGİYA 

 

1380-1389 

Qara Məhəmmədin hakimiyyəti. Qaraqoyunlu  tayfa ittifaqının yaranması  

1387 

Çapaqçur döyüşü. Qara Məhəmmədin Teymur üzərində qələbə qazanması 



1389-1421 

Qara Yusifin hakimiyyəti. 



1392 

Teymurilərin Van şəhərini tutaraq qarət etməsi 



1394 

Bağdad  döyüşü.  Teymurun  qoşunlarının  qaraqoyunlu  və  cəlairilərin  birləşmiş  qüvvələrini 

məğlubiyyətə uğratması 

1405   

Əmir  Teymurun  Səmərqənddə  vəfat  etməsi.  Qara  Yusif  və  Sultan  Əhmədin  həbsdən  çıxaraq 

Teymurilərlə mübarizəni davam etdirməsi 

1406-1410 

Azərbaycan  ərazisinin  Teymurilərin,  Cəlarilərin  və  Qaraqoyunluların  mübarizə  meydanına 

çevrilməsi 

1406 

Təbrizdə  Teymurilərə  qarşı  üsyan  baş  verməsi  və  Təbriz    üsyançılarının  kömək  üçün  Şirvanşah  I 

İbrahimə müraciət etməsi 

1406 

Şirvanşah  I  İbrahimin  Təbrizə  daxil  olaraq  qısa  müddətə  Azərbaycanı  öz  hakimiyyəti  altında 

birləşdirməsi 

1406 

I Şənbi Qazan döyüşü. Qaraqoyunlu qüvvələri Teymuri Əbubəkri məğlub etdi. 



1408 

Sərdurud  döyüşü.  Teymurilərin  Azərbaycanda  hakimiyyətinə  son  qoyuldu,  Azərbaycanın  cənub 

torpaqları Qaraqoyunluların hakimiyyəti altına keçdi 

1410  30 avqust 

II  Şənbi-Qazan  döyüşü.  Cəlairilər  dövlətinin  varlığına  və  Azərbaycandakı  hakimiyyətinə  son 

qoyuldu, Qaraqoyunlu dövləti yarandı  

1410-1468 

Qaraqoyunlu dövlətinin mövcud olması 



1411 

Qara Yusifin oğlu Pirbudağı sultan elan etməsi 



1412 

Kür çayı sahilində döyüş. Şirvanşahlar dövləti Qaraqoyunlu dövlətindən vassal asılılığına düşdü 



1421-1436 

Qaraqoyunlu Qara  İsgəndərin hakimiyyəti. 



1427 

Qara İsgəndərin Şirvana hücum etməsi 



1434 

Qaraqoyunlu İsgəndərin Şirvana ikinci dəfə hücum edərək Şamaxını dağıtması 



1436-1467 

Qaraqoyunlu Cahanşahın hakimiyyəti 



1436 

 Qaraqoyunlu dövlətinin  Teymurilərin vassal asılılığına düşməsi 



1447 

Teymuri  Şahruxun  vəfat  etməsi  və  Cahanşahın  Teymurilərin  vassal  asılılığından  çıxaraq  müstəqil 

siyasət yeritməyə başlaması 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə