Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə2/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   2   3   4   5   6   7   8   9   ...   47

Azərbaycanın  şimalına  köçürülən  fars  mənşəli  əhali  tatlar  adı  ilə  məlumdur.  Onlar  əsasən  Azərbaycanın 

şimalında  Abşeron,  Şamaxı,  Dəvəçi,  Quba  bölgələrinə  köçürülmüşdür.  Azərbaycanın  indiki  Lahıc  kəndində  

yaşayanlar İranın Lahıc kəndindən köçürülmüş tatların nəsilləridir. 

 

TERMİNLƏR 

 

Dastakert 

 

Sasanilər dövlətində şərti torpaq mülkiyyəti. 



Gezit 

 

 



Sasanilər dövlətində alınan can vergisi. 

Feodal   

 

Torpaq mülkiyyətçisi, asılı kəndliləri istismar edən feod sahibi. 



Feodalizm 

Əsas işçi qüvvəsinin əksəriyyətini təhkimli kəndlilər təşkil edən dövr; quldarlığı əvəz 

etmişdir.  

 İslahat   

 

ictimai həyatın (təsisatın, qaydaların) hər hansı bir tərəfini dəyişdirmək, yeniləşdirmək. 



Xostak 

Sasani imperiyasında, o cümlədən Albaniyada hakim zümrənin nümayəndələrinə xidməti 

əvəzində dövlət tərəfindən müvəqqəti istifadə üçün verilən şərti torpaq mülkiyyəti. 

Natural təsərrüfati 

İstehsalın  məhsulunun  satış  məqsədi  ilə  deyil,  şəxsi    istifadə  üçün  nəzərdə  tutulduğu 

təsərrüfat növü 

 

 



SUAL VƏ TAPŞIRIQLAR 

 

1.



 

Azərbaycanda  feodal  münasibətləri  nə  vaxt 

yaranmışdı? 

2.

 

III-V 

əsrlərdə 

Azərbaycanda 

torpaq 

sahibkarlığının    hansı  yeni  səciyyəvi  cəhətləri 

meydana gəldi? 

3.

 

Şərti torpaq mülkiyyəti necə yarandı? 

4.

 

Kənd  icmalarının  torpaqları  nə  vaxt  feodalların 

əlinə keçirdi? 

5.

 

İcma üzvləri asılı kəndlilərə necə çevrilirdilər? 

6.

 

Azərbaycanda 

feodal 

münasibətlərinin 

inkişafının səbəblərini nə idi? 

7.

 

Erəkən  Orta  srlərdə  Azərbaycanda  əhali  hansı 

sosial təbəqələrə bölünürdü? 

8.

 

Feodalizm  dövründə  cəmiyyətin  əsas  siniflərini 

kimlər  təşkil edirdi? 

9.

 

III-V  əsrlərdə  Azərbaycanda  vergi  verənlər  

təbəqəsinə kimlər daxil idi? 

10.

 

Cəmiyyətin hakim təbəqəsi kimlər sayılırdı? 

11.

 

Kahinlərin varlanmasının səbəbi nə idi? 

12.

 

Sasani  ağalığı  dövründə  Azərbaycanda    hansı 

torpaq mülkiyyət forması mövcud idi? Dastakert 

və xostak nəyə deyilir? 

13.

 

Kəndlilərin istismar edilməsinin əsas forması nə 

idi? 

14.

 

Sasani ağalığı dövründə əhalidən hansı vergilər 

alınırdı?  

15.

 

Kəndlilər  hansı    mükəlləfiyyətləri    yerinə 

yetirirdilər? 

16.

 

Atropatenada  feodal  münasibətlərinin  inkişafına 

hansı  Sasani  şahının  islahatları  böyük  təsir 

göstərmişdi? 

17.

 

Sasani  şahı  I  Xosrov  hakimiyyəti  dövründə  hansı  

islahatlar həyata keçirmişdi? 

18.

 

I Xosrovun torpaq islahatının mahiyyəti necə idi? 

19.

 

I  Xosrovun  vergi  islahatı  keçirməkdə  məqsədi  nə 

idi? 

20.

 

I  Xosrovun  vergi  islahatına  əsasən  kimlər  can 

vergisindən azad edildilər? 

21.

 

Vergilərin toplanması nizama salındı və vergiyığan 

məmurların özbaşınalığına son qoyuldu. 

22.

 

I Xosrovun vergi islahatı nə ilə nəticələndi? 

23.

 

Azərbaycanda  feodalizmin  əsas  xüsusiyyətləri 

hansılar idi? 

24.

 

Nəyə  görə  natural  təsərrüfat  bölgələr  arasında 

iqtisadi münasibətlərə mane olurdu? 

25.

 

Azərbaycanda 

feodal  münasibətlərinin  Qərbi 

Avropa ölkələrindən fərqli cəhətləri nə idi? 

26.

 

Sasanilər  dövləti  ona  tabe  olan  ərazilərə    əsasən 

kimləri köçürürdülər? 

27.

 

Sasani  şahlarının  köçürmə  siyasətində  məqsəd  nə 

idi? 

 

 

 



 

 

 



 


AZƏRBAYCAN XİLAFƏTİN TƏRKİBİNDƏ (VII ƏSR   – IX ƏSRİN ORTALARI) 

 

Azərbaycanın ərəblət tərəfindən işğalı 

 

Ərəb işğalları ərəfəsində Azərbaycanda siyasi vəziyyət 

VII  əsrin  əvvəllərində  Albaniyada  Mehranilər 

sülaləsinin  (Girdiman  dövlətinin)  hökmranlığı  başlandı.  Bu 

sülalə hakimiyyəti əvvəllər Albaniyanın Girdiman vilayətində 

(indiki  Şəmkir-Qazax    bölgəsində)  qurulmuşdu.  Sonralar 

Mehranilərin hakimiyyəti bütün Albaniya dövlətini əhatə etmiş, 

mərkəzi  isə  Partav  şəhəri  (indiki  Bərdə  şəhəri)  olmuşdur. 

Mehranilər  sülaləsinin banisi Mehran idi. Mehranın dövründə: 

 

Türk mənşəli sabir tayfaları Girdiman vilayətində 



məskunlaşdı. 

 



Mehrəvan şəhəri salındı.  

 

 



 

 

 



 

 

 



 

Ərəb işğalları ərəfəsində Azərbaycanda vəziyyət 

 

Atropatena 

Albaniya 

 

Sasanilərdən tam asılı vəziyyətdə idi 



Sasani mərzbanları tərəfindən idarə olunurdu  

İqtisadi və siyasi vəziyyət ağır idi 

Ölkənin inkişaf ahəngi pozulmuşdu 

 

 



Daxili müstəqilliyini saxlayırdı 

Yerli hökmdarlar tərəfindən idarə olunurdu 

İqtisadi və siyasi vəziyyət nisbətən yaxşı idi 

Xəzərlərinn hücumlarına məruz qalırdı 



 

 

 

 

 



Cavanşirin daxili və xarici siyasəti 

Mehranilər  sülaləsinin  ən  görkəmli  dövlət  xadimi,  sərkərdə  Cavanşir 

olmuşdur. Cavanşir (642-681) ölkənin daxili sabitliyini təmin etməklə  yanaşı, 

uğurlu  xarici  siyasət  yeridirdi.  Cavanşirin  xarici  və  daxili  siyasətinin  əsas 



istiqamətləri aşağıdakılar idi: 

 



Bizans və Xəzər dövlətləri ilə münasibətləri qaydaya salmaq. 

 



Ölkədə dinc quruculuq işlərini həyata keçirmək. 

Varaz Qriqor 

(630-642) 

 

Cəsur Vardan 



(600-615) 

 

Mehran  



(570-590) 

Cavanşir 

(642-681) 

 

Varaz Trdat 



(681-705) 

 

 



Albaniyada hakimiyyətdə olmuş sülalələr  

 “Arşakilər sülaləsi” 

(I əsr - 510)  

 “Aranilər sülaləsi” 

 (e.ə II – e. I əsrlər)  

 “Mehranilər  (Girdiman) 

sülaləsi” (629-705) 

Musa Kalankatlunun “Albaniya tarixi” əsərindən 

Mehran Sasani şahı II Xosrovun atasının  ölümündə təqsiri olduğu 

üçün  onun    qəzəbindən  qorxaraq  İrandan  qaçıb  Albaniyanın  Uti 

vilayətinə  gələrək  xəzərlərlə  birləşmək  istəyirdi.  II  Xosrov  bunun 

qarşısını almaq üçün Mehranı bağışladı və onu Girdiman vilayətinin 

hakimi  kimi  tanıdı.  Mehran  bundan  sonra  Girdiman  vilayətində 

onunla gələn ailələrlə birlikdə burada məskən saldılar 

.  


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə