Vii siNİf azərbaycan tariXİ



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə43/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   39   40   41   42   43   44   45   46   47

Heydər Sultan Yaqubun razılığı ilə Şirvana və Dağıstana iki dəfə yürüş etmişdi. Bu yürüş 

nəticəsində qızılbaşlar xeyli qənimət və əsirlə geri qayıtdılar

Şeyx  Heydərin  iki  dəfə  Şirvana  və  Dağıstana  uğurlu  yürüşləri  qonşu  dövlətləri  və  dayısı  Yaqub  padşahı 

qorxuya saldı. Buna görə də 1488-ci ildə Səfəvilər (Şeyx Heydər) üçüncü dəfə Şirvana yürüş edərkən Yaqub Mirzə 

bu dəfə əksinə olaraq Şirvanşah I Xəlilullaha kömək etdi. Birləşmiş  Ağqoyunlu  və Şirvan qoşunları ilə qızılbaşlar 

Şahdağın ətyində döyüşə girdi. 1488-ci ildə baş verən Şahdağ döyüşü nəticəsində: 

 

Qızılbaşlar məğlub oldu. 



 

 Şeyx Heydər döyüşdə öldürüldü. 



 

Beləliklə XV əsrdə Səfəvilərin öz hakimiyyətlərini Şirvana yaymaq cəhdləri baş tutmadı. 



 

 

 

Ağqoyunluların Səfəvilərlə qohumluq münasibətləri 



 

 

 



 

Səfəvilər dövlətinin yaranması ərəfəsində Azərbaycanda siyasi vəziyyət

 

XV əsrin sonlarında Azərbaycanda ŞirvanşahlarAğqoyunlular və ondan asılı vəziyyətdə olan Səfəvilərin 

Ərdəbil hakimliyi mövcud idi.  

XV əsrin sonu XVI əsrin əvvəllərində Ağqoyunlu dövlətinin tənəzzülünün başlaması onun ərazisində feodal 

pərakəndəliyinə,  yerli  hakimlərin  müstəqillik  iddiası  ilə  çıxış  etməsinə  səbəb  oldu.  XV  əsrin  sonlarında 

Azərbaycanın  müxtəlif  bölgələrində  baş  vermiş  çəkişmələr,  feodal  pərakəndəliyi  və  Səfəvi  Şeyxlərini  nüfuzunun 

artmasına və güclənməsinə şərait yaratdı. 

 

 



Azərbaycan XVI 

əsrin sonu XVI 

əsrin əvvəllərində

 

Şirvanşahlar və 

Ağqoyunlular dövləti 

mövcud idi 

 

Vahid dövlətin yaranması 



üçün əlverişli şərait 

yaranmışdı 

 

Ağqoyunlu dövləti 



tamamilə dağılmaq 

ərəfəsində idi 

 

Məhsuldar 



qüvvələrin inkişafı 

ləngiyirdi 

 

Ağqoyunlu şahzadələri 



arasında ara 

müharibələri gedirdi 

 

Kənd təsərrüfatı və 



sənətkarlıq tənəzzül 

edirdi 


 

Şəhər və kəndlilərin 

vəziyyəti 

ağırlaşmışdı

 

Feodal pərakəndəliyi, 



feodal hakimlərinin 

özbaşınalığı hökm sürürdü 

 

Sultanəli 



 

Şeyx Heydər 

 

Aləmşah xatın 



İbrahim 

İsmayıl 


Uzun Həsən 

 

Şeyx Səfiəddin 



(1252-1334) 

Şeyx Cüneyd 

(1447-1460) 

 

Şeyx Cəfər 



(1449-1470) 

 

 



Şeyx Sultanəli 

(1488-1494) 

 

Şeyx İsmayıl (1494-1501) 



 

Səfəvi ordeninin görkəmli nümayəndələri 

 

Şeyx Heydər 



(1460-1488) 


1499-1500-cü illərdə şahzadə İsmayılın yürüşləri. Şamaxının və Bakının tutulması 

1499-cu  ildə  Ərdəbil  şeyxlərinin  varisi  hesab  olunan,  Lahicanda  yerli  hakimin  sarayında  gizlədilmiş  

Ərdəbilli Şeyx Heydərin oğlu gənc İsmayıl və onun tərəfdarları olan qızılbaşlar çıxış etmək üçün əlverişli məqamın 

yetişdiyini  anlayaraq  Ərdəbildən  Ərzincan  bölgəsinə  gəldilər.    Ərzincanda  keçirilən  müşavirədə  parçalanmış 

Azərbaycanı birləşdirmək üçün əvvəlcə Şirvanı tabe etməyi qərarlaşdırdılar. 



1500-cü ilin payızında İsmayıl Ərzincandan Şirvana doğru hərəkətə başladı. İsmayılın ilk növbədə Tərbizə 

deyil, Şirvana yürüş etməsinin səbəbi aşağıdakı amillər idi: 

 

Təbrizə  hücum  etməklə  üç  rəqiblə  Ağqoyunlu  Murad  Mirzə  və  Əlvənd  Mirzə  ilə,  həmçinin  onları 



müdafiə edən Şirvanşah Fərrux Yasarla toqquşmalı olardı. 

 



Səfəvilər ara müharibələrindən istifadə etməklə Şirvanşahları hissə-hissə əzmək fikrində idilər. 

1500-ci  ilin  payızında  qizilbaş  qoşunu  Kürü  keçib  Şirvan  ərazisinə  daxil  oldu.  Bu  zaman  Şirvanşah  

Fərrux Yasar (1465-1500) Qəbələyə qaçdı. Qızılbaşlar heç bir müqavimətə rast gəlmədən Şamaxını tutaraq çoxlu 

qənimət əldə edirlər.  

Fərrux  Yasar  qoşun  toplayaraq  Cabanı  düzündə  səfəvilərlə  həlledici  döyüşə  girdi.  1500-cü  ilin  payızında 

baş vermiş  Cabanı döyüşü nəticəsində

 

Qızılbaşlar Şirvanşahları məğlub etdilər, Fərrux Yasar öldürüldü. 



 

Şirvanşahlar dövlətinin xəzinəsinin bir hissəsi ələ keçirildi. 

Bundan sonra qızılbaşlar Bakını ələ keçirməyi qərara aldılar. Qızılbaşların 

Bakını ələ keçirməsinə xüsusi əhəmiyyət verməsinin səbəbləri bunlar idi: 

 

Şirvanşahların xəzinəsinin bir hissəsi Bakıda yerləşirdi. 



 

Bakı bütün Cənubi Qafqazın ticarət və sənətkarlıq mərkəzi idi. 



1501-ci  ilin  yazında  Bakı  mühasirəyə  alındı.  İsmayılın  təslim  olmaq 

təklifinə  rədd  cavabı  verildi  Lakin  Səfəvilər  sonda  şəhəri  tutdular.  Qızılbaşlar 

Şirvanşahların bütün xəzinəsini ələ keçirdilər. Bu zaman qızılbaşl ara başçılıq edən 

gənc  İsmayıl  Ağqoyunlu  Əlvənd  padşahın  Təbrizdən  yürüşə  başlaması  xəbərini 

aldı.  Odur  ki,  İsmayıl  Bakını  tutduqdan  sonra  tezliklə  cənuba  doğru  yürüş  etdi. 

1501-ci  ilin  yayında  Şərur  düzündə  Ağqoyunlu  Əlvənd  padşahla  həlledici  döyüş 

oldu. Şərur döyüşü nəticəsində: 

 

Səfəvilər Ağqoyunluların birinci qolunu məğlub etdilər. 



 

Əlvənd Mirzə döyüş meydanından Ərzincana qaçdı. 

 

İsmayılın özünü şah elan etməsi. Mərkəzləşmiş Səfəvilər dövlətinin yaranması 

Şərur döyüşündə qazanılar qələbədən sonra, 1501-ci ilin payızında İsmayıl 

böyük təntənə ilə Təbrizə daxil oldu. İsmayıl Təbrizə daxil olan kimi: 

 



Azərbaycanın taxt-tacına yiyələndi və özünü şah elan etdi. 

 



Adına məsciddə xütbə oxutduraraq pullar zərb etdirdi. 

Beləliklə,  paytaxtı  Təbriz  olmaqla  türk  mənşəli    mərkəzləşmiş  Səfəvilər 



dövlətinin  (1501-1736)  əsası  qoyuldu.  Səfəvilər  dövləti  dövlət  idi.  Səfəvilər 

dövləti  yaranarkən  Azərbaycan  torpaqlarının  ərzisini  (şimalda  Şirvan, 



Qarabağ,  Naxçıvan,  Muğan  və  cənubda  Qızılüzən  çayına  qədərki  Cənubi 

Azərbaycan torpaqlarını) əhatə edirdi.  

 

    



Siz nə istəyirsiniz, Azərbaycan taxt-tacını, yoxsa "Gülüstan" qalasını... 

   Ərzincanda keçirilən müşavirəsində Səfəvilərin irsi düşməni, İsmayılın Babası  Şeyx Cüneydin və atsı  Şeyx 

Heydərin qatili olan Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərara alındı. Beləliklə Səfəvilər 1500-cü ilin 

axırlarında Şirvana hücum edir. Cabanı döyüşündə Fərrux Yasar məğlub edildi və şirvanşah öldürüldü. Bundan 

sonra Şamaxıya daxil oldu. Şamaxıya girən İsmayıl şəhərdə yalnız bircə gün qaldı. İsmayıl uzun çəkməyən 

mühasirədən sonra 1501-ci ilin baharındaBakını aldı. Şirvanşah qoşunlarının vuruşmadan sonra salamat qalmış 

hissələri Gülüstan qalasına cəkilmişdi. İsmayıl Bakını aldıqdan sonra Gülüstan qalasını tutmağa getdi. Lakin 

tezliklə Gülüstanın mühasirəsini buraxaraq, əmirlərinə bunu yuxuda imamdan tapşırıq alması ilə izah etmişdir. 

Rəvayətə görə İsmayıl qızılbaş əmirlərini məşvərətə yığaraq onlardan soruşur: "Siz nə istəyirsiniz, Azərbaycan taxt-

tacını, yoxsa "Gülüstan" qalasını?" Onlar yekdilliklə Azərbaycanı üstün tuturlar. 

 

 



Cabani döyüşü (XVI əsrin 

əvvəllərinə aid  minüatur) 

 

 



 

 

 



 

 

 



 

 

I Şah İsmayılın adına zərb 



edilmiş gümüş pul 

 



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə