LogiSTİk sistemin strukturu və SƏRHƏDLƏRİ logiSTİk sistemləRİn təSNİfati «kanban» MİkrologiSTİk sistemi



Yüklə 345,1 Kb.
tarix17.04.2018
ölçüsü345,1 Kb.
#38867

Mövzu 6. LOGİSTİK SİSTEMLƏR
Plan:


  1. SİSTEM ANLAYIŞI

  2. LOGİSTİK SİSTEMİN STRUKTURU VƏ SƏRHƏDLƏRİ

  3. LOGİSTİK SİSTEMLƏRİN TƏSNİFATI

  4. «KANBAN» MİKROLOGİSTİK SİSTEMİ

  5. LOGİSTİK SİSİTEMLƏRİN FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİ­­RİL­MƏSİ

  6. LOGİSTİK SİSİTEMLƏRİN FƏALİYYƏTİNDƏ DÖVLƏTİN PROTEKSİONİST SİYASƏTİ

Bütün maddi varlıq daima hərəkətdə və inkişafda olan nəhəng bir sistemdir. Hər bir sistem özündən daha böyük sistemin ya alt sistemidir, ya da elementidir. Bir sistemin elementi olmaq etibarı ilə kiçik sistemlər heç də bəsit deyillər. Onların da alt sistemləri - elementləri vardır. Bütünlükdə kainatın hə­ləlik ən xırda tərkib hissəsi, maddi əsası sayılan mikrohissəciklərin də mü­rək­kəb daxili quruluşu, alt sistemləri və elementləri vardır. Beləliklə, dünya son­suz və dərk edilən olmaqla, həm də ciddi daxili intizama malik sistemdir. Daha doğrusu, dünya sistemdirsə, onu təşkil edən maddi proseslər isə əlahiddə götürülmüş sistem olmaqla onun tərkib elementləri - alt sistemləridir.

. Sistemli təhlilin aparılması müasir elmin malik olduğu ən mütərəqqi və səmərəli metodların istifadə edilməsinə imkan verən elmi-texniki tərəqqinin obyektiv qanunauyğunluğudur və aşağıdakı əsas prin­siplərə:


  • sistemlərin yaradılmasını ardıcıl - mərhələlər üzrə həyata keçirmək;

  • layihələşdirilən sistemlərin informasiya, etibarlılıq, resurs və digər xarakteristikaları arasında ahəngdarlığı təmin etmək;

  • sistemin elementləri arasında və ya bütövlükdə sistemlə bu elementlər arasında münasibətlərin qurulması zamanı münaqişələrə yol verməmək və sairəyə əsaslanır.

Qeyd edilən prinsiplərə əsaslanmaqla sistemli təhlil aşağıdakı mərhələlər üzrə reallaşdırılmalıdır:

  • problemin qoyuluşu və onun iqtisadi təhlili;

  • mövcud sistemin struktiv təhlili;

  • sistemin ümumi məqsədi və səmərəlilik meyarlarının müəyyən­ləşdirilməsi;

  • məqsədin həyata keçirilməsi üçün resurslara tələbatın aşkar edilməsi;

  • proqnozlaşdırma və gələcək üçün mövcud şəraitin qiymətləndirilməsi;

  • kompleks inkişaf proqramının tərtib edilməsi;

  • məqsədə nail olunması üçün əlverişli sistemin qurulması.

İxtiyari sistemin öyrənilməsi zamanı onların qurulması və fəaliyyət prinsiplərinin, eləcə də bu sistemin ətraf mühitlə qarşılıqlı əlaqələrinin aşkar edilməsi problemi meydana çıxır.

Sistemin şərh edilməsi məsələsi ixtiyari elm sahəsində vacib və əhəmiyyətli məsələ hesab olunur.

Sistem - təbiət və ya insan cəmiyyəti tərəfindən müəyyən məqsədlərin yerinə yetirilməsi üçün qarşılıqlı əlaqə və təsirlərə malik elementlərdən təşkil edilmiş, müstəqil və sabit, mütəmadi inkişaf edən ətraf mühitlə qarşılıqlı əlaqələrdən asılı olaraq təkmilləşən strukturu özündə birləşdirir. Başqa sözlə - sistem dedikdə bir-birilə qarşılıqlı əlaqədə olan element və hissələrin nizamlı düzülüşü (yerləşdirilməsi) nəzərdə tutulur.

Cəmiyyətdə və təbiətdə baş verən bütün hadisə və proseslər səbəbsiz baş vermir, nizamsız, qeyri-qanuni fəaliyyət göstərmir, onlar bu və ya digər formada bir-birilə sıx əlaqədədir. Bu əlaqələr bütün dövrlərdə məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun olaraq öyrənilmişdir.

Əgər təbii sistem «təbiət tərəfindən qoyulan» məqsədləri dolğun ödəmirsə və ya ödəmək qabiliyyətinə malik deyilsə o, öz-özünə məhv edilir və güclü, yüksək həyat qabiliyyətli sistemlə əvəz olunur. Belə bir yanaşmadan cəmiyyətin inkişafı baxımından insanlar tərəfindən yaradılan süni sistemlərdə də istifadə olunur.

İxtiyari hər bir sistem onu xarici mühitdən ayıran konkret sərhədlərə malikdir. Əksər hallarda sistem və ətraf mühit arasındakı sərhəd o qədər də dəqiq olmadığından ətraf mühit anlayışına diqqətli yanaşma tələb olunur. Hər bir sistem üçün ətraf mühit bütövlükdə sistemə təsir edən obyektlərdən və eləcə də sistemin davranış tərzi nəticəsində xassələrini dəyişən obyektlərdən ibarətdir. Əlbəttə ki, ətraf mühit və ya sistem arasında dəqiq bölgünün aparılması hər şeydən əvvəl öz marağı naminə mövcud obyektlər məcmusuna istifadə predmeti kimi baxan individumun məqsədindən asılıdır. Sistemlər çoxluğu dəqiq sərhəddə malik olur. Lakin elə sistemlər də mövcuddur ki, onlar heç də dəqiq müəyyən edilmiş sərhəddə malik deyil. Bu mənada istehsal-iqtisadi sistemlər xüsusi ilə maraq doğurur. İstehsal, maliyyə, informasiya, sosial cəhətdən bu tip sistemlərin sərhədləri həm zaman, həm də məkanca bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Ümumilikdə götürdükdə iqtisadi sistem insan tərəfindən yaradılan, fiziki, olduqca mürəkkəb, ehtimallı, dinamik, dövri (tsiklik), qeyri- xətti, mükəmməl, açıq, öz-özünü tənzimləyən, öyrədən və təkmilləşən bir sistemdir. İctimai tələb və onun ödənilməsi imkanları arasındakı fərq iqtisadi sistemləri inkişaf etdirməyi tələb edən əsas hərəkətverici göstərici hesab olunur. Çünki, cəmiyyətin inkişafınının əsas məqsədi istehlak komponentlərini fasiləsiz olaraq genişləndirmək, onların bolluğunu təmin etmək və hər bir komponentin istehsalı üçün canlı və maddiləşmiş əməkdən, eləcə də təbii ehtiyatlardan maksimum istifadə etməkdir.

İqtisadiyyata xas olan əsas əlamətlərdən biri onun müxtəlif funksiyaları yerinə yetirən, külli miqdarda hissə və elementlərin birləşməsindən ibarət olan mürəkkəb dinamik sistem olmasıdır. Müəyyən bir məqsədə yönəldilən böyük iqtisadi sistemlərin alt sistemi kimi fəaliyyət göstərən lo­gistik sistem anlayışı bir sıra fərqli xüsusiyyətlərə malik olmaqla logistikada əsas anlayışlardan biridir. İqtisadi mexanizmin səmərəli fəaliyyətini təmin edə bilən müxtəlif sistemlər mövcuddur. Ümumi mənada məqsədi yalnız sintez, analiz və təkmilləşdirmədən ibarət olan logistik sistemləri aşkarlamaq və seçmək üçün «logistik sistem» məfhumunu aydınlaşdırmaq lazımdır.

«Logistik sistem» anlayışı ümumi sistem anlayışı ilə müqayisədə xüsusiyyət təşkil etdiyi üçün ilk öncə ümumi sistem anlayışının təyinatı və bu əsasda hansı sistemin logistik sinfə aid olduğu müəyyənləşdirilməlidir.

Ensiklopedik lüğətdə «sistem» anlayışı (yunan sözü olub bütöv, bir–birilə əlaqəli olan hissələrdən təşkil edilmiş, inteqrativ keyfiyyət deməkdir) - hissələrdən təşkil olunmuş, müəyyən bütövlük yaradan bir-birilə qarşılıqlı əlaqə münasibətdə olan elementlər çoxluğu kimi göstərilmişdir. Qeyd edilən bu təyinat sistem haqqında intuitiv təsəvvürlər yaradır. Başqa sözlə, sistemi bir mənalı anlamaq və onun haqqında mülahizələr irəli sürmək üçün təkcə onu təşkil edən elementlərin sayı və onların xarakterik xüsusiyyətləri kifayət etmir. Buna görə də sistemin elementlərinin sistem daxilində yerləşməsi ardıcıllığını, müxtəlif vəziyyətlərdə və anlarda bu elementlər arasında qarşılıqlı fəaliyyəti müəyyənləşdirən səbəb-nəticə asılılığını, elementlərin sabit inkişaf meyllərini və sistemin sərhədlərini də bilmək lazımdır. Odur ki, «sistem» anlayışının daha müfəssəl tərifini vermək üçün sistemin hansı xassələrə malik olmasını müəyyənləşdirmək lazımdır.

Logistik sistemlərin ən mühüm fərqləndirici əlamətlərinə isə:


        • axın proseslərinin varlığı;

        • sistemin müəyyən bütövlüyü;

        • müxtəlif mülkiyyət formalarının və təşkilati-hüquqi formaların mövcudluğu;

        • istehsal güclərinin müxtəlifliyi;

        • istehsalın təmərküzləşməsi səviyyəsi;

        • istifadə edilən texnoloji avadanlıqların və istehlak edilən material resurslarının müxtəlifliyi;

        • texniki vasitələrin və əmək resurslarının böyük ərazilərə toplanması;

        • nəqliyyat vasitələrinin yüksək mobilliyi və s. aid edilir.

Obyektin sistem hesab edilməsi üçün onun yuxarıda müəyyənləşdirilən xassələrinə uyğun olaraq logistik sistemlər də məhz bu xassələr kondeksindən xarakterizə edilməlidir.

Sistemin fərdiliyini və onun xarici mühitlə qarşılıqlı əlaqəsinin xarakterini müəyyənləşdirən mühüm meyar avtonom və bütövlük hesab edilir.



1.Avtonomluq - ətraf mühitin sistem üçün formalaşdırdığı şəraitdən və ona müsbət və ya mənfi mənada göstərdiyi təsirlərdən asılı olmayaraq sistemin fəaliyyət göstərə bilmək və kifayət qədər hərtərfli inkişaf etmək qabiliyyətidir. Sistemin təşkili zamanı avtonomluq prinsipi aşağıdakı:

  • sistemin mütəmadi inkişafı üçün onun malik olduğu stabilliyin qorunub saxlanması və bu imkanların genişləndirilməsi. Bu isə öz növbəsində sistemin etibarlılığını artırır;

  • sistemin nisbi mənada müstəqil olmasının təmin edilməsi və onun fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün şəraiti formalaşdıran operativ idarəetmə qərarlarının qəbul edilməsi;

  • ətraf mühitə münasibətdə aktivlik nümayiş etdirilməsi, eləcə də qoyulan məqsədlərə nail olunması üçün sistem daxili proseslərin intensivləşdirilməsi;

  • ətraf mühitin təsirlərinə çevik reaksiya vermək məqsədilə nisbi mənada sadə alt sistemlərdən mürəkkəb sistemlərin sintez edilməsi və s. üçün imkanlar yaradır.

Sistemin avtonomluğu onun bütövlüyü ilə bilavasitə həm əlaqəlidir və həm də onunla şərtləşir.

2.Bütövlük hissələrə bölünmə. Sistemin bütövlüyü dedikdə sistem qarşısında duran məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün onu təşkil edən elementlərin qarşılıqlı əlaqəsi və vəhdəti nəzərdə tutulur. Sistem məhz hər bir daxili hissənin-elementin bir-birilə qarşılıqlı əlaqəsinə əsaslanır. Daha doğrusu, sistemi o vaxt bütöv hesab etmək olar ki, sistemi təşkil edən hər bir element digər - qonşu elementə qarşı həssas olsun və bu və ya digər səbəbdən hissədə və bütünlüklə sistemdə baş verən hər hansı ixtiyari dəyişilik bu elementə də müvafiq təsir göstərsin və ya əksinə. Deməli, sistem bir–birilə qarşılıqlı təsirdə olan elementlər məcmusundan ibarətdir. Nəzərə almaq lazımdır ki, elementlər yalnız sistem daxilində mövcuddur. Sistemdən kənarda onların hər biri sistem yaratmaq qabiliyyətinə malik obyektlər kimi fəaliyyət göstərirlər. Daha doğrusu, müxtəlif keyfiyyətlərə malik sistemin elementləri birgəlik təşkil etməklə bərabər istənilən an sistemin tələbi və ya obyektin tədqiqi baxımından hissələrə bölünərək sistem daxilində «alt sistem», ondan kənarda isə «müstəqil sistem» yarada bilmək qabiliyyətinə malik olmalıdır. Əksər hallarda, o cümlədən iqtisadi fəaliyyətin təkmilləşdirilməsi və ya idarə etmənin operativliyini təmin etmək məqsədilə «alt sistem» və ya «müstəqil sistemlərə» aid edilən elementlər də ümumi sistemlə müqayisədə yenidən hissələrə bölünən ola bilər. Ümumi sistemdən ayrılan hər bir alt sistem özünün giriş və çıxış elementləri vasitəsilə başqa sistemlərlə əlaqədə olub, fəaliyyət göstərir. Bu baxımdan istehsal, tədarükat, nəqliyyat, anbar, ehtiyatlar, informasiya, bölüşdürmə və satış kimi elementlər bütöv şəkildə logistik sistemləri yaratdıqları üçün onlar arasında dialektik əlaqələr mövcuddur.

3. Əlaqələr. Sistemin elementlərini öyrənən və onlar arasında əlaqəni formalaşdıran zaman sistemin giriş və çıxışına aid edilən «məhsulları» mütləq müəyyənləşdirmək lazımdır. Sistemin girişi vasitəsilə xarici mühitdən sistemə təsir edilir, çıxışı vasitəsilə isə xarici mühitə təsir olunur. Sistemin element­lərindən xarici tə'sirləri xarakterizə edən kəmiyyət giriş dəyişənləri (vəziyyəti) və çıxışın vəziyyətini əks etdirən kəmiyyət isə çıxış kəmiyyəti adlanır. Məsələn, istehsal prosesini fasiləsiz davam etdirmək və istehlakçı tələbini ödəmək üçün logistik sistem giriş vasitəsilə müxtəlif məhsulgöndərənlərdən zəruri xammal, material və avadanlıqları tədarük edir, logistik servis xidmətindən istifadə etməklə onları istehsal yerlərinə çatdırır, çıxış vasitəsilə isə əmtəəlik məhsulları müxtəlif səviyyəli bölüşdürmə kanallarından istifadə etməklə satış bazarlarına yönəldir (xarici mühitə - satış bazarlarına təsir edir).

Buradan göründüyü kimi həm sistemin elementləri, həm də sistemlə xarici mühit arasında qarşılıqlı əlaqələr mövcuddur. Logistik sistemi yaradan elementlər arasında qeyd olunan bu əlaqələr bir tərəfdən «bazar-məhsul satışı, satış-bölüşdürmə, bölüşdürmə–istehsal»,ikinci tərəfdən «istehsal-ehtiyat, ehtiyat-anbar, anbar-nəqliyyat», üçüncü tərəfdən isə «nəqliyyat - tədarükat, tədarükat - istehsal, istehsal - tələbat, tələbat - bazar» sxemi üzrə bir-birini tamamlayan birləşmiş keyfiyyətə malikdir.



4. Təşkil. Logistik sistemin elementlərinin potensial imkanı real sistem daxilində bir-birilə qarşılıqlı əlaqə ya-ratmaq və təşkilati baxımdan göstərilən müəyyən təsirlər hesabına vahid məqsədə nail olmaq üçün birləşməkdən ibarətdir. Bu təsir elementlər arasında əlaqələri təkmilləşdirmək, sadələşdir­məklə yanaşı onların məqsədinin strukturunu da təşkil etməlidir.

Aydındır ki, logistik sistemin elementləri arasında ikinci xassədə qeyd olunan əlaqənin mövcudluğu hər bir elementin logistik sistemdə yeri və oynadığı roldan asılı olaraq müəyyən qaydada: ardıcıl və ya paralel təşkilini nəzərdə tutur. Bunun üçün birincisi, logistik sistem elə elementlərdən təşkil olunmalıdır ki, bu elementlər ümumi formada logistik sistem qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsini tam tə'min etsin. İkincisi isə, sistem yaradıcı elementlərin logistik sistemdə yeri dəqiq müəyyənləşdirilməlidir. Məsələn, logistik sistemi istehsal, anbar, nəqliyyat və ya servis xidmətsiz təsəvvür etmək qeyri - mümkündür. Lakin logistik sistem daxilində nümunə üçün sadalanan bu elementlərin hər hansı birinin olmamasının hansı iqtisadi nəticələr verəcəyini proqnozlaşdırmaq heç də çətin deyil. Eyni zamanda logistik sistemlər: tədarükat-nəqletmə-anbar (xammal və material)-ehtiyat - istehsal-anbar (hazır məhsul)-ehtiyat-satış-servis xidməti şəklində ardıcıl qaydada təşkil olun­ma­lıdırlar.



5.İnteqrativ keyfiyyət. Logistik sistem elə bir b ü t ö v ­-l ü k keyfiyyətinə malikdir ki, onu təşkil edən elementlərin heç biri sistemdən kənarda belə bir keyfiyyətə malik de­yil.«Məbləğin effektivliyi ayrı - ayrı elementlərin effektivlik məbləğindən çoxdur» prinsipi əsasında qurulan logistik sistemin sonuncu xassəsi zəruri məhsulları tələb olunan yerə minimum xərclərlə lazımi vaxtda çatdırmaq və dəyişən xarici mühitə tez uyğunlaşmaq vərdişlərini, qabiliyyətini xarakterizə edən ən mükəmməl keyfiyyətdir. Onu da nəzərə almaq lazımdır ki, logistik sistemlərdə birləşən material və informasiya axınlarının ayrı-ayrılıqda hər bir elementi qeyd edilən vəzifələrin yerinə yetirilməsini təmin edə bilmirlər. Başqa sözlə, logistik sistemlərin inteqrativ keyfiyyəti sistemə hazır məhsul istehsalı üçün zəruri xammal, materiallar və dəstləşdirici məmulatların alınması, alınmış komponentlərin xüsusi istehsal güclərindən keçməsi və onları hazır məhsul formasında ətraf mühitə - satış bazarına çıxarılması və bu zaman nəzərdə tutulan bazar mənfəətinin əldə edilməsi imkanlarını verir.

6. Mükəmməllik. Logistik sistemin qarşıya qoyduğu məqsədə çatmaq ehtimalını xarakterizə edir. Logistik sistemin mükəmməlliyi artdıqca, yüksəl­dikcə qarşıda duran vəzifə və funksiyaların daha dürüst və etibarlı icra edilməsi üçün əlverişli şərait yaranır. Doğrudan da, əgər konkret logistik sistem daxilində idarəedici orqan (ali logistik menecer) öz iş qabiliyyətini tez-tez itirirsə, belə bir şəraitdə nəinki optimal idarəetmə, hətta sistemi az-çox səmərəli tənzimləmək də mümkün olmur. Buna görə də logistik sistemləri xarakterizə edən xassələr arasında mükəmməllik xassəsi mühüm əhəmiyyətə malikdir. Onu da qeyd etmək lazımdır ki, bu xassə logistik sistemin bundan əvvəl sadalanan bütün xassələrində əks olunan xüsusiyyətləri nəzərə almaq şərti ilə sistemi təşkil edən elementlərin sayından, onların növündən və obyektlərin hansı prinsip üzrə qurulmasından daha çox asılıdır. Buna görə də bütövlükdə logistik sistemin mükəmməlliyini öyrənmək üçün əvvəlcə onu təş­kil edən müxtəlif təbiətli elementlərin (anbar, istehsal, nəqliyyat, informasiya, ehtiyatlar, məhsulların fiziki bölüşdürülməsi və s.) mükəmməlliyini nəzərdən keçirmək daha məqsədəuyğundur. Lakin burada mükəmməllik sistem daxilində hər bir elementin fəaliyyətinin təkcə imtinasız gedişi ehtimalını deyil, həm də elementin müəyyən funksiyanı icra etmək üçün hazırlıq dərəcəsi və ya sistemdəki mövqeyinin əsas meyarıdır.

7.Struktivlik. Bu xassə logistik sistemlərin qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi və məqsədlərə nail olunması üçün qarşılıqlı əlaqəyə malik idarəetmə obyekti və subyektindən ibarət müəyyən qaydada təşkil olunmuş strukturun mövcudluğunu nəzərdə tutur.

Logistik sistemin məqsədi transsaksiyon xərclərin yol verilən həddi daxilində istehsal (şəxsi) istehlakına maksimum mümkün dərəcədə hazır olan xammal, material və mə'mulatların tələb olunan yerə lazımi vaxtda və zəruri kəmiyyətdə çatdırmaqdan ibarətdir. Bu ali məqsədin yerinə yetirilməsi təbii ki, xammal və materialların tədarükatı kimi mühüm elementdən başlamış hazır məhsulların satış bazarlarında reallaşmasına qədər müxtəlif elementlər çoxluğundan (tədarükat-nəqliyyat - anbar,istehsal-anbar - məhsuların fiziki bölüşdürülməsi-nəqliyyat- informasiya - xidmət) ibarət olan logistik sistemin vahid bir struktur quruluşa malik olmasını tələb edir.



8. İerarxiyalıq. İerarxiya quruluşunun fərqləndirici cəhəti sistemin ardıcıl surətdə hissələrə (alt sistemlərə) bölünməsidir ki, burada da həmin hissələr arasında qarşılıqlı tabeçilik münasibətlərinin yaradılması nəzərdə tutulur. Bu halda idarəetmə sisteminə, alt sistemlərin fəaliyyətini vahid məqsədə doğru istiqamətləndirmək üçün mərkəzi idarəetmə orqanı-logistik konsolidasiya mərkəzlərinin yaradılması lazım gəlir. Mərkəzi idarəetmə orqanı bütün alt sistemlərin fəaliyyətini vahid məqsədə yönəldərək, onların hər birinin maraqlarını nəzərə alır, əməli fəaliyyətdə onlara daha çox üstünlük verir. Hər bir alt sistem müəyyən müstəqilliyə malikdir. Lakin alt sistemlərin sərbəst fəaliyyəti onlardakı müxtəlifliyi (entropiyanı) artırır. Alt sistemlər arasında heç bir əlaqə və asılılılıq olmadıqda, bütövlükdə sistemin müxtəlifliyi alt sistemlərin müxtəliflikləri hasilinə bərabər olur. Yuxarıda qeyd edildiyi kimi alt sistemlər arasında əlaqə mövcuddur. Özü də bu qarşılıqlı əlaqələr sıxlaşdıqca, sistemin müxtəlifliyi (qeyri-müəyyənliyi) azalır. Sistem daxilində aşağı ranqda yerləşən bir element yuxarı ranqda yerləşən idarəetmə orqanı tərəfindən idarə olunur. Daha doğrusu, ierarxiya əlaqələri idarə edənlərlə idarə olunanlar arasında tabeçilik münasibətini ifadə edir.

Logistik sistemin malik olduğu bu xassədən bir qayda olaraq xətti və ya funksional idarəetmənin həyata keçirilməsi zamanı geniş istifadə olunur.

Logistik sistemləri təşkil edən həlqələrin hər biri bir sıra spesifik xüsusiyyətlərə malikdir:


  • mülkiyyət və təşkilati-hüquqi formalardakı müxtəliflik;

  • xarakterlərində və fəaliyyət məqsədlərində mövcud olan müxtəliflik;

  • istifadə olunan texnoloji avadanlıqların güclərində, konsentrasiya olunma səviyyəsində, eləcə də istehlak edilən resursların nomenklaturasındakı müxtəliflik;

  • texniki vasitələrin və əmək resurslarının böyük ərazilərdə cəmləşməsi;

  • nəqliyyat vasitələrinin yüksək mobilliyi;

  • fəaliyyətin nəticələrinin çoxlu sayda xarici amillərdən asılı olması və s.

Nəzərə almaq lazımdır ki, logistik sistemlərin əksər elementləri: özlərinin təşkilati - funksional strukturları baxımından logistik idarəetmənin subyekt və obyektlərinin sintezidir.

Beləliklə, logistik sistemin fəaliyyət prinsipi :



  • uyğunluq (müvafiqlik)

  • rasionallıq;

  • dəqiq hesablama;

  • sistemli yanaşma;

  • əks əlaqədən ibarətdir.


.2. LOGİSTİK SİSTEMLƏRİN TƏSNİFATI
Müasir iqtisadi şəraitdə sənayecə inkişaf etmiş ölkələrin təcrübəsi sübut edir ki, mübadilə sferasında material axınlarının optimal təşkililə əlaqədar bir sıra problemlər mövcuddur. İlk növbədə belə problemlərə aşağıdakılar aid edilir:.

  • istehsalın həcmi, anbarlaşdırma və nəqletmə arasında optimal nisbətlərin yaradılması;

  • müxtəlif səbəblərdən istehsalda fasilələrin yaranması nəticəsində əmələ gələn itkilər hesabına firma və ya şirkətlərə dəyən iqtisadi ziyanların azaldılması;

  • xüsusi istehsal, anbarlaşdırma və nəqletmə sistemləri arasında inteqrativ əlaqələrin (kooperasiyanın) məqsədəuyğun səviyyəsinin əldə edilməsi;

  • istehsalla müqayisədə nisbi ahəngdarlığa malik olan idarəetmə xarakterli informasiya axınlarının təşkil edilməsi;

  • logistik dövrənin istənilən mərhələsində belə informasiyaların əldə olunması üçün əlverişli şəraitin yaradılması.

Sadalanan bu problemlərin həll edilməsi üçün logistika tətbiq prinsipləri ayrı - ayrı sahələrə nisbətən iqtisadi səmərə gətirə bilən ərazilərə və iqtisadi regionlara daha çox üstünlük verir. Başqa sözlə, bir elmi sahə kimi logistika ayrıca götürülmüş istehsal sahələrində material axınlarının optimal idarə edilməsi metodlarının axtarılıb tapıl-masından daha çox makrosəviyyədə logistik sistemlərin modelləşdirilməsi metodlarının işlənilməsinə istiqamətlənir.

Bu nöqteyi - nəzərdən logistikanın obyekti təşkilati-iqtisadi və texnoloji fəaliyyət; təşkilati-iqtisadi və nəqliyyat-texniki əməliyyatlar; istehsal-texniki; təşkilati-texniki; kommersiya-satış fəaliyyətlərini birləşdirə bilən mürəkkəb dinamik istehsal-kommersiya xarakterli kompleks sistemlər hesab olunur. Praktikada vasitəçilik missiyasını yerinə yetirən digər vasitəçilər-topdan satış ticarətinin həcmini konsiqnasiya üzrə artıran və konsiqnasiya xidmətlərinin sayına təsir göstərən distribyuterlərdən də intensiv istifadə olunur.

Bazar iqtisadiyyatı şəraitində məhsulların fiziki bölüşdürülməsi prosesində vasitəçilərin sayı artır, müxtəlif kateqoriyalı vasitəçilik fəaliyyətinin yeni forma və metodları meydana çıxır və onların material resurslarının dövriyyəsi prosesində iştirakı xaraktercə müxtəlif olur. Bütün bunlar isə heç də məhsul satışı siyasətinin, daha doğrusu mübadilə sferasının təşkili və idarə edilməsi prosesinin mürəkkəbliyini sadələşdirmir.

Odur ki, material resurslarının alqı-satqı prosesini həyata keçirən logistik sistemlər adı altında böyük mürəkkəb super sistemlərə aid edilən istehsal sistemlərində bu resursların dövriyyəsi prosesi başa düşülür. Bu növ logistik sistemlər müxtəlif regionlarda yerləşdirilmiş çoxlu sayda təsərrüfat subyekt­lərini əhatə edirlər. Məhz qeyd edilən bu xüsusiyyət logistik sistemlərin ilk xüsusiyyəti hesab olunur.

Beləliklə, logistik sistemlər iki kateqoriyaya: fəaliyyət miqyasına və logistik dövrədə istifadənin növlərinə görə təsnif edilir.

Logistik dövrədə istifadənin növlərinə görə üç mühüm logistik sistemləri fərqləndirirlər:

1.Birbaşa əlaqəli makrologistik sistem. Belə logistik sistemlərdə material axınları məhsul istehsalçılarından və ya məhsulgöndərənlərdən istehlakçılara heç bir aralıq vasitəçilərin iştirakı olmadan xətti qaydada hərəkət edir:
2
.
Eşalonlaşdırılmış makrologistik sistem. Makrologis­tikanın bu variantı bir qayda olaraq material axınlarının istehsalçı və ya məhsulgöndərənlərdən istehlakçılara hərəkəti yolunda özünün və ya başqasının adından və yaxud özünün və ya başqasının hesabına fəaliyyət göstərən, topdansatış vasitəçilik missiyasını həyata keçirən firmaların çoxluğu ilə xarakterizə olunur. Başqa sözlə bazar üçün nəzərdə tutulmuş məhsulları istehsalçılardan və ya məhsul­göndərənlərdən qəbul edən bu növ vasitəçi firmalar müxtəlif istehlakçıların ayrı- ayrı məhsullar üzrə çeşid tələbinin ödənilməsini öz öhdəsinə götürür və bu işi müvafiq qaydada həyata keçirir:

3
.
Çevik əlaqəli makrologistik sistemlər. İstehlakçıların anbar sahələrinin mövcud olub - olmamasından, hazır məhsulların hazırlanması tezliyindən, istehsalçı və məhsulgöndərənlər arasında uzunmüddətli təsərrüfat əlaqələrinin xarakterindən asılı olaraq material axınlarının hərəkət istiqamətləri həm birinci, həm də ikinci variantda qeyd edilmiş üsullarla tənzimlənir:

Belə sistemlərə nümunə kimi istehsal yerlərinin ehtiyat hissələri ilə təchizatını göstərmək olar. İstehsal yerlərinin nadir tələb olunan ehtiyat hissələri ilə təchizatı bilavasitə mərkəzi anbarlar hesabına ödənilirsə, istehlakçıların tez-tez istifadə etdikləri standart hissələrlə təchizatı isə vasitəçilərin anbarları hesabına həyata keçirilir.

İqtisadi ədəbiyyatlarda material axınlarının təyinatına və xarakterinə görə bir– birindən fərqli təsnifat əlamətinə malik digər bölgü kanallarından da istifadə edilir.

Logistik sistemlər iki böyük: makrologistik və mikrologistik qruplara bölünür. Mikrologistik sistemlər-məhsul istehsalı, təjhizat satış proseslərində material onunla əlaqədar digər axınların (maliyyə informasiya) idarə edilməsi optimallaşdırılmasını həyata keçirən biznesin təşkil formasıdır.

Mikrologistik sistemlər firmaların strateji məqsədləri baxımından qurulur və əsas operativ proseslərin optimallaşdırılmasını nəzərdə tutur. Bu nöqteyi-nəzərdən mikrolo­gistik sistemlər ayrıca götürülmüş bir müəssisənin fəaliyyət sferasını əhatə etməklə logistik sistemin ayrıca funksional elementi çərçivəsində lokal məsələlərin həllini tə'min edir. Buna uyğun olaraq mikrologistik sistemləri funksional tə-yinatına görə birinci (istehsal daxili və xarici) və ikinci (inteqrativ) səviyyələrə ayırırlar.

İstehsaldaxili mikrologistik sistemlər texnoloji dövr və ya mərhələlər çərçivəsində məhsul istehsalı zamanı material axınlarının idarə edilməsini optimallaşdırır. Hər bir təsərrüfat subyekti hazır məhsul istehsalı proqramına (istehsal cədvəllərinə) malikdirsə bu zaman istehsaldaxili mikrolo­gistik sistemin əsas vəzifəsi:



  • material resurslarından səmərəli istifadə etmək;

  • istehsal resurslarının zəruri səviyyədə ehtiyatını yaratmaq;

  • bitməmiş istehsalın həcmini azaltmaq;

  • firmanın dövriyyə kapitalının dövr sürətini artırmaq;

  • istehsal dövrünü qısaltmaq;

  • material resursları üzrə ehtiyatların səviyyəsinə nəzarət və ehtiyatları idarə etmək;

  • bitməmiş istehsal və hazır məhsulların istehsalçı firmaların anbar sisteminin tələbləri baxımından idarə etmək;

  • texnoloji (sənaye) nəqliyyatın işini optimallaşdır­maq­dan ibarətdir.

İstehsaldaxili logistik sistemlərin fəaliyyət mexanizmini sadələşdirən və ya optimallaşdıran zaman istehsal olunan məhsulların minimum maya dəyəri və hazır məhsulun tələb olunan keyfiyyətini tə'min etməklə istehsal dövrünün qısaldılması əsas meyar kimi götürülür. Mikrologistik istehsaldaxili sistemlər müəssisələrin istehsal (struktur) bölmələ-ri (sex, sahə və ya ayrıca iş yeri) səviyyəsinə qədər detallaşdırılır. Gələcəkdə istehsaldaxili logistik sistemlərə yalnız məhsul istehsal edən müəssisə səviyyəsində baxılacaq.

Mikrologistik sistemlər bazis logistik funksiyaları əhatə etmə dərəcəsindən və sintezin məqsədindən asılı olaraq istehsaldaxili, xarici və inteqrativ logistik sistemlər kimi də fəaliyyət göstərə bilirlər. Bunun üçün isə mikrologistik sistemdə idarəetmə firma səviyyəsində müvafiq qərarlar qəbul edən və sistemin bütün elementlərinin fəaliyyətini əlaqələndirən xüsusi logistik şö'bə və ya inteqral menecerlər tərəfindən həyata keçirilir.



Makrologistik sistemlər - təyinatı mənfəətin əldə edilməsi və ixtiyari korporativ məqsədə nail olunması olmayan ərazi və ya inzibati ərazi səviyyəsində sosial-iqtisadi, ekoloci, hərbi və digər məsələlərin həlli üçün yaradılan biznesin təşkili formasıdır.

. Ölkənin inzibati - ərazi böl­güsünə görə təsnif edilən logistik sistemlərin aşağıdakı növlərini fərqləndirirlər:



  • rayon və rayonlararası;

  • şəhər;

  • vilayət və ya diyar;

  • region və regionlararası;

  • respublika və respublikalararası.

Obyekt-funksional əlamət üzrə makrologistik sistemlər bir sahə və bir neçə sahəyə məxsus müəssisələr qrupu üçün, sahə, sahələrarası, ticarət, hərbi, institusional və s. ayrılır. Qərb ölkələrinin praktikasında qlobal makrologistik sistemlərdən geniş istifadə olunur. Bura bir qayda olaraq dövlət səviyyəsində formalaşan dövlət - transmilli sistemlər, bir neçə ölkəni əhatə edən dövlətlərarası sistemlər və bir sıra kontinental çərçivədə yaradılan transkontinental sistemlər aid edilir.

Makrologistik sistemlərin yaradılması forması və bu sistemlər qarşısında duran məqsəd və vəzifələr mikrologis­tik sistemlərin qurulması meyarları və məqsədindən əsaslı surətdə fərqlənir. Makrologistik sistemlərin qurulması və onların idarə edilməsi aşağıdakı vəzifələrin yerinə yetirilməsinə imkan verir:



  • məhsulların fiziki bölüşdürülməsinin ümumi konsepsiyasını hazırlamaq;

  • nəqliyyat növlərini seçmək, nəqliyyat vasitələri arasında qarşılıqlı fəaliyyətin xarakterini müəyyənləşdirmək, nəqletmə proseslərini texnoloji baxımdan təşkil etmək;

  • material axınlarının hərəkəti üçün optimal marşrutlar müəyyənləş­dirmək;

  • məhsulgöndərmə məntəqələrini və xammal, material və yarımfabrikat göndərənləri seçmək;

  • «dəqiq vaxtında» prinsipi üzrə məhsulgöndərmələri tə'min edən xidmət zonalarının sərhədlərini müəyyənləşdirmək;

  • mərkəzi və regional anbar şəbəkələrini layihələşdirmək və təşkil etmək;

  • verilmiş ərazilərdə ümumi istifadə tə'yinatlı anbar komplekslərini, yük terminallarını və dispetçer məntəqələrini yerləşdirmək;

  • sahələrarası material balanslarını formalaşdırmaq;

  • müəyyən qrup istehsalçı və istehlakçılara istiqamətlənmiş təchizat və satış formalarını müəyyənləşdirmək;

  • çoxçeşidli məhsul partiyaları üçün inzibati-ərazi bölüşdürmə sistemləri yaratmaq;

Sadalanan vəzifələrin yerinə yetirilməsi zamanı makrologistik sistemin ali məqsədi rəqabət şəraitində fəaliyyət göstərən firmalar üçün ümumi logistik xərclərin azaldılmasına, hazır məhsul satışı həcminin artırılmasına, çoxlu bazar seqmentlərinin əldə edilməsinə və satış bazarında mövqelərin möhkəmləndirilməsinə nail olmaqdan ibarətdir. Bu zaman istehlakçı sifarişlərinə vaxtında çevik reaksiya verməklə onun dolğun ödənilməsi, istehlakçıların keyfiyyətli məhsullarla təmin olunması işinin yaxşılaşdırılması və logistik servis xidmətinin səviyyəsinin yüksəldilməsi məsələləri ən mühüm müəyyənedici şərt hesab olunur.

Yaxın və uzaq xarici ədəbiyyatlarda qlobal logistik sistemlərə tez- tez transmilli korporasiyaların və sənaye - maliyyə qruplarının logistik sistemləri aid edilir. Logistik sistemlərin yuxarıda verilən təsnifat xarakteristikasına uyğun olaraq makrologistik sistemlər qlobal və mikrologistik sistemlər arasında aralıq mövqe tutur. Logistikanın nəzəri və praktiki məsələləri ilə məşğul olan alim və mütəxəssislər onları mezologistik sistemlərə aid edirlər.

Qeyd olunanları nəzərə alaraq hökumət institutları, təşkilatları, birlikləri, transmilli korporasiyalar (TMK) və sənaye maliyyə qruplarını (SMQ), eləcə də iki və daha artıq ölkənin ərazisində başqa strukturlar tərəfindən formalaşan makrologistik sistemləri qlobal logistik sistemlər adlandırmaq olar. Biznesin təşkili məqsədilə onların qlobal logistik sistemlərə mütləq mənada aid edilməsi müvafiq struktur (material resurslarının tədarükatı, hazır məhsul istehsalı, əmtəəlik məhsulların bölgüsü və ya satışı, eləcə də logistik menecment üzrə) bölmələrinin mövcudluğunu nəzərdə tutur.

Logistik nöqteyi-nəzərdən mühüm məqam məhz beynəlxalq bazarlarda maraqları toqquşan (və ya məhdudlaşan) qlobal və adi kompaniyalar arasındakı fərqdən ibarətdir. Qlobal kompaniyalar bütün dünya bazarlarının iqtisadi maraqlarını nəzərə almaq şərtilə yeni bazarların imkanlarından maksimum istifadə olunmasına şərait yaradan rəqabət strategiyası formalaşdırır və digər kompaniyaları da bu strateji mövqedən çıxış etməyə, ona həssas yanaşmağa məcbur edir. Qlobal xarakterə malik olmayan kompaniyalar isə yalnız və yalnız bu - mövcud strategiyanı həyata keçirməklə rəqabət sahəsində yaranan «tarazlığa» təsir göstərə bilirlər. Beynəlxalq bazarlarda qlobal kompaniyalarla müqayisədə iqtisadi üstünlüklərə malik olan kompaniyalar isə özlərinin strateji maraqlarından çıxış edərək ayrı-ayrı xüsusi strategiyalar arasında əlaqələrin yaranmasından daha çox qlobal xarakterli vahid strategiyaların işlənib hazırlanmasına səy göstərirlər.



6.3. «KANBAN» MİKROLOGİSTİK SİSTEMİ

Qlobal kompaniyalar üçün strategiyaların müvəffəq reallaşması seçilmiş bütün coğrafi rayonlarda əvvəlcədən müəyyənləşdirilmiş məqsədlərə nail olunmasına təminat yaradır. Bu kompaniyalar dünyanın müxtəlif nöqtələrində yerləşən xammal resurslarından istifadə edir, qlobal yanaşma və mövcud logistik texnologiyaların yeni bazarların şərtlərinə uyğunlaşması baxımından əsas ticarət bazalarının və bölüşdürmə mərkəzlərinin yerlərini müəyyənləşdirirlər.




  • və məh­sulgöndərənlərdə ilkin material resurslarının keyfiyyətinə total nəzarət;

yalnız etibarlı məhsulgöndərənlər və mə İstehsal yerlərinin zəruri həcmdə xammal, material və dəstləşdirici mə'mulatlarla «Dəqiq vaxtında» logistik konsepsiya əsasında tə'minatı «Toyota Motors» korporasiyası tərəfindən hazırlanmış və praktiki olaraq tətbiq edilən KANBAN «kart» mikrologistik sistemindən geniş istifadə edilməsini nəzərdə tutur. KANBAN sistemi mahiyyət etibarı ilə on il bundan əvvəl məhz bu korporasiya tərəfindən hazırlanan praktiki istehsalda tətbiq edilən «dartma» mikrolo­gistik sisteminə əsaslanır. Belə bir uzun müddət hər şeydən əvvəl KANBAN sisteminin özünün «Dəqiq vaxtında» konsepsiyasına uyğun gəlməyən logistik mühitdə işləyə bilməməsilə əlaqələndirilirdi. Lakin Amerika və Avropanın bu və ya digər dövlətləri ilkin mərhələdə KANBAN logistik sistemini bir texnoloji sxem kimi avtomatik şəkildə istehsala tətbiq edən zaman logistik mühiti xarakterizə edən aşağıdakı amilləri:

  • istehsalın rasional təşkili və balanslaşdırılması;

  • bütün mərhələlərdə istehsal proseslərinin hsul daşı-yanlarla əməkdaşlıq;

  • bütün işçi heyətinin peşəkar cavabdehlik məs'uliyyəti və yüksək əmək intizamı kimi elementləri nəzərə almadıqlarından müvəffəqiyyətsizliklərlə üzləşdilər.

«Toyota Motors» korporasiyası tərəfindən ilk dəfə - 1972-ci ildə Yaponiyanın Naqoya şəhərində yerləşən «Takaxama» zavodunda tətbiq edilən KANBAN mikrologistik sistemi çevik uyğunlaşa bilmək qabiliyyətinə malik və praktiki sığorta ehtiyatları tələb etməyən fasiləsiz istehsal axınlarının təşkili sistemini özündə birləşdirir. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, istehlakçı sifarişlərinin yerinə-yetirilməsi üçün zavodun bütün istehsal bölmələri, o cümlədən son yığım prosesi də aid edilməklə zəruri vaxta və lazımi kəmiyyətdə material və istehsal resursları ilə təchiz edilirlər. Bu zaman istehsalçı firmaların quruluş bölmələri ənənəvi iş prinsipi baxımından ciddi istehsal qrafiklərinə malik olmalı və öz işlərini verilən sifarişlər çərçivəsində hər bir növbəti istehsal-texnoloji dövrün və ya mərhələnin tələblərinə uyğunlaşdırmalıdırlar. Daha doğrusu, material resursları istehsal sahələrində texnoloji rejimin tələblərinə riayət etmək şərtilə istehsal ehtiyatı formasında saxlanılmadan bir- başa texnoloji prosesin tələb olunan mərhələsinə yönəldilir. Başqa sözlə, ilkin material resurslarının istehsalda olması vaxtı və ya hazır məhsulun istehsal vaxtı istehlakçı tələbinə çevik reaksiya verilməsi baxımından qısaldılır və istehsal yerlərində vaxt israfçılığına yol vermədən məhsullar fiziki bölüşdürülmək üçün malyeridilişi kanallarına operativ ötürülür.

Mövcud sistemin reallaşdırılması üçün əsas şərtlər aşağıdakılardan ibarətdir:



  • istehsalın balanslaşdırılması;

  • istehsal avadanlıqlarının rasional yerləşdirilməsi;

  • iş yerlərində məhsulun keyfiyyətinə avtonom nəzarət;

  • insan amilinin aktivləşməsi;

  • istehsal sahələri və ya yerlərində icra ediləcək işlərin normalaşdırılması.

Sistemin informasiya təminatı informasiya daşıyıcısı hesab olunan plastik kartlarda yerləşən xüsusi «kanban» kartları vasitəsilə həyata keçirilir. Bu sistemin tətbiq edildiyi ölkələrdə seçilən və istehsal sifarişləri kimi iki növ kartlardan istifadə edildir. Seçilən sifarişlər kartlarında hazır məhsulların tam hazırlanması üçün istifadə olunan, texnoloji rejimin hər bir növbəti mərhələsi üçün lazım olan və özündən əvvəlki mərhələdən alınacaq hissələrin sayı dəqiq göstərilir. İstehsal kartlarında isə hər bir növbəti mərhələdə hazırlanacaq hissələrin sayı göstərilir. Bu kartlar müəssisə daxilində dövr etməklə bərabər bu istehsalçı korporasiya ilə əməkdaşlıq edən kompaniyalar, eləcə də müəssisənin filialları arasında informasiya mübadiləsini təmin edir. Beləliklə, «kanban» kartları «dəqiq vaxtında» logistik konsepsiyanın reallaşdırılmasına imkan verməklə hazır məhsulların və bu məhsulların hazırlanması zamanı məsrəf edilmiş material resurslarının həcmi (nomenklaturası) haqqında məlumatlara malik olur.

Beləliklə, sistem daxilində istehsal-texnoloji sahələrin və işçi he'yətinin fasiləsiz fəaliyyətinə şərait yaradılır və hər birinə müəyyən sayda «kanban» sifariş kartları ayrılan hissələr üçün orta gündəlik tələbatın (orta gündəlik buraxılışın) həcmi müəyyən-ləşdirilməklə ehtiyatların minimum səviyyəsi tə'min edilir. Hazır məhsulun hazırlanmasına sərf olunan ilkin material resursları üzrə ehtiyatların səviyyəsini bərpa etmək üçün «kanban» sifariş kartları məhsulgöndərənlərə göndərilir. Bu zaman təchizatın vaxtı və material resurslarının proqnozlaşdırılan həcmi böyük olmadığından sifariş partiyasının həcmi də bir qayda olaraq kiçik olur.Bundan başqa, məhsulgöndərmə müddətində ehtiyatların minimum səviyyəsi təmin edilir.

KANBAN mikrologistik sisteminin mühüm elementlərindən biri o informasiya sistemi hesab olunur.O, özünə təkcə kartları deyil, eyni zamanda istehsal, nəqletmə və təchizat qrafiklərini, texnoloji kartları, informasiya işıq lövhələrini, tələbatı tənzimləyən sistemləri, məhsulların keyfiyyətinə total və seçmə yolu ilə nəzarət sistemlərini də birləşdirir.

Praktiki olaraq KANBAN sistemindən istifadə və onun modifikasiya olunmuş variantının tətbiqi buraxılan məhsulun keyfiyyətini yaxşılaşdırır, logistik dövrəni qısaldır və bu əsasda firmanın dövriyyə kapitalının dövr sürətini artırır, məhsulun maya dəyərini azaldır və sığorta ehtiyatlarının yaradılmasına imkan vermir. KANBAN logistik sisteminin dünya maşın bazarında öz məhsulları ilə tanınan iri maşınqayırma firmaları tərəfindən tətbiq edilməsi üzrə beynəlxalq təcrübənin təhlili bir daha təsdiq edir ki, bu sistem dövriyyə vəsaitlərinin dövr sürətinin artırılması və məhsulun keyfiyyətinin yaxşılaş-dırılması ilə bərabər istehsal ehtiyatlarının həcminin 50%, əmtəəlik ehtiyatların həcminin isə 8% azaldılmasına şərait yaradır.


6.4. LOGİSTİK SİSTEMLƏRİN FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Logistik sistemlərin fəaliyyətinin qiymətləndirilməsi logistika ilə istehsal xərcləri arasında qarşılıqlı əlaqəni nəzərdə tutan logistik idarəetmənin ümumi xərclər konsepsi-yasına əsaslanır. Logistik sistemin elementləri hesab olunan anbar təsərrüfatı və onun təşkili, ehtiyatların yaradılması və saxlanması, nəqliyyat vasitələri parkının təşkili və ya yükdaşımalarında onlardan istifadə olunması, məhsul istehsalının planlaşdırılması, istehsal üçün zəruri material resurslarının sifariş verilməsi və onların qəbuluna çəkilən xərclər bir-birindən asılıdır. Odur ki, logistik sistemin qarşısında duran ən ali məqsəd bütün logistik xərcləri minimumlaşdırmaqdan ibarətdir. Daha doğrusu, minimum xərclərlə logistik sistemin optimal fəaliyyətini təmin etməkdir. Deməli, əsas ağırlıq mərkəzinin tədavül sferasına düşməsinə baxmayaraq material resurslarının alış (satış) bazarından istehlakçılara çatdırılmasına qədər ayrı-ayrı logistik əməliyyatlara çəkilən xərclərin hər biri sistemli təhlil edilməli və son nəticədə lo-gistik sistemin ümumi xərclərinin azaldılması istiqamətləri müəyyənləşdirilməlidir. Lakin onu da nəzərdən qaçırmaq lazım deyil ki, ayrı-ayrı logistik əməliyyatların yerinə yetirilməsinə çəkilən xərclərin minimum­aş­dırılması material axınlarının təşkili zamanı bütün xərclərin artma­sına gətirib çıxara bilər. Buna görə də istər makro, istərsə də mikrosəviyyədə logistik konsepsiya bu və digər logistik əməliyyatların yerinə yeti­ril­mə­­sini təhlil edən zaman təkcə ayrı-ayrı əməliyyatlara deyil, bütünlüklə logistik sistemin özünə çəkilən xərclərin və onların səviyyəsinin nəzərə alınmasını tələb edir. Məhz kompleks logistik təhlil logistik sistemin elementləri arasında proporsiyaları və bu proporsiyaların iqtisadi effektivliyinin müəyyənləşdirilməsinə və axın­lar­ın optimal idarə edilməsi üzrə tədbirlər sisteminin hazırlan­masına imkan verir. Belə kompleks və sistemli təhlilin aparılması logistik sistemlərin fəaliyyəti üçün əlverişli iqtisadi şərait yaratmaqla onların effektivliyini yüksəldir. Yüksək iqtisadi effektivliyə malik olan bu tip sistemlərdə isə yeni logistik konsepsiyalar hazırlanır, müasir texnika və texnologiyanın geniş tətbiqi üçün yeni imkanlar yaranır.

, logistika bu sistem daxilində yerinə yetirilən əməliyyatlara çəkilən xərcləri minimumlaşdırmaqla bərabər istehlakçılara yüksək servis xidmətinin göstərilməsi və xarici bazarlarda rəqabətə tab gətirə bilən keyfiyyətli məhsul istehsalı üçün ümumi logistik strategiyanı müəyyənləşdirir.


6.5 LOGİSTİK SİSTEMLƏRİN FƏALİYYƏTİNDƏ DÖVLƏTİN PROTEKSİONİST SİYASƏTİ
Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən əksər dövlətlərdə əmtəə bazarı infrastrukturunun spesifik xüsusiyyəti bu bazarda qeyri - mərkəzləşdirmə prinsipinə əsaslanan ayrı-ayrı müstəqil təsərrüfat subyektlərinin fəaliyyətini dövlət idarəçiliyi ilə üzvü əlaqələndirməkdən ibarətdir. Bu yolla inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, məhz milli iqtisadiyyatın inkişaf etdirilməsi və dünya təsərrüfat sistemilə əlaqələrin genişləndirilməsi üçün bazar münasibətləri istehsal və məhsul mübadiləsi sferasının dövlət tərəfindən iqtisadi və hüquqi metodlarla tənzimlənməsini tələb edir. İqtisadi münasibətlərin tənzimlənməsinə dövlətin müdaxiləsi başlıca olaraq iki mühüm obyektiv zəruriyyətlə bağlıdır. Birincisi, logistik sistemin iştirakçılarının, o cümlədən istehsalçılar, məhsulgöndərənlər və vasitəçilərin əsas məqsədi logistik əməliyyatların yerinə yetirilməsi ilə bağlı bütün tələbləri tam və dolğun ödəmək, habelə keyfiyyətli və etibarlı xidmət göstərməkdən ibarət olduğundan onlar üçün əlverişli iqtisadi mühit formalaşdırmalıdır. İkincisi, dövlət idarəetmə orqanları logistik sistemin iştirakçıları arasında və eləcə də bu sistemin iştirakçıları ilə özü arasındakı iqtisadi münasibətlərdə «oyun qaydalarını» müəyyənləşdirməli və ümumi maraqların qorunmasını tə'min etməlidir.

İstehsal-texniki təyinatlı məhsullar bazarına və onun mühüm elementi olan topdan - vasitəçilik strukturlarına logistik xidmət göstərilən zaman dövlətin idarəetmə metodlarına:



  1. Uzunmüddətli, ortamüddətli və qısamüddətli pers-pektiv üçün dövlət proqnozlaşdırılması (strateji idarəetmə);

  2. Ümumlogistik sistemi və ya dövrəni iqtisadi və hüquqi metodlarla dolayı idarəetmə;

  3. İnfrastrukturun inkişaf etdirilməsinin elmi-metodiki tə'minatı və onun əlaqələndirilməsi (indikativ idarəetmə);

  4. Əmtəə bazarının və onun infrastrukturunun iqtisadi və təşkilati - hüquqi metodların köməyilə birbaşa idarə edilməsi aid olunur.

Dövlət idarəçiliyinin qeyd edilən bu metodlarından istifadə edilməsi o halda effektiv olur ki, onlar müşahidə (monitorinq) sisteminə və logistik vasitəçilərin fəaliyyətlərinin analitik qiymətləndirilməsinə əsaslansın. Belə sistem aşağıdakı tələbləri ödəməlidir:

 informasiyaların işlənməsi və ötürülməsini həyata keçirən müasir texniki vasitələrin imkanlarına uyğunlaşan olmalıdır;

 ilkin və ya təkrar informasiyaların yığılması (sahə və kabinet) və emal olunması proseslərinin diskret xarakterə malik olmasını nəzərə almalıdır;

 tədqiqatçıların bilavasitə iştirakı ilə müəyyənləşdirilən göstəricilər üzrə müşahidə aparılmalı və iqtisadi sahələr, habelə regionlar səviyyəsində həyata keçirilməlidir.

Təhlilin aparılması prosesində dövlət idarəçiliyinin ali - son məqsədi, idarəetmə sisteminin sosial - iqtisadi effektivliyi, idarəedici alt sistemlərin iqtisadi effektivliyi, logistik-vasitəçilik fəaliyyətin inkişaf meyllərini birbaşa və dolayı əks etdirən göstəricilər nəzərə alınmalıdır.

Logistik sistemlərin fəaliyyətinə monitorinq mexanizmindən istifadə etməklə dövlət müdaxiləsi:

a) məsləhət (logistik sistemin iştirakçıları üçün təsərrüfat fəaliyyətinin təşkili texnologiyasının indikativ qaydalarını müəyyənləşdirir, onu xarakterizə edən göstəricilərin uçot və təhlilini əlaqələndirir, infrastruktur subyektlərini elmi-metodiki vasitələrlə təmin edir);

b) dolayı idarəetmə (logistik sistemin ayrı-ayrı iştirakçılarını iqtisadi cəhətdən müdafiə edir və onlar üçün normal iqtisadi mühit formalaşdırır, əmtəə bazarının infrastrukturunu inkişaf etdirir, səmərəli innovasiya siyasəti həyata keçirir, informasiya axınlarının əlaqələndirir, logistik sistemlər daxilindən inteqrasiya proseslərini inkişaf etdirir və bu prosesləri hüquqi cəhətdən tənzimləyir);

c) təbii inhisarçı kimi infrastrukturun hər bir elementini (məsələn, dövlət tədarükatı) birbaşa idarəetmə metodları vasitəsilə həyata keçirilir.

Dövlət idarəetmə orqanları (yerli, regional və ya respublika) proqnoz qiymətləndirmə yolu ilə logistik sistemin və onun vasitəçilərinin fəaliyyətinə nəzarət edir. Nəzarət zamanı toplanan informasiyalar əsasında isə logistik sistemin inkişafına tə'sir göstərəcək məsləhət və informasiya xarakterli metodiki materiallar hazırlanır.

Bu materiallar adətən aşağıdakı:

 müxtəlif logistik sistemlər və vasitəçilərin xüsusiyyətləri, onların fəaliyyətini xarakterizə edən ilkin və yekun gös-təricilər haqqında informa­siyalar;

 logistik sistemin iştirakçılarının mütərəqqi təcrübəsi haqqında informa­siyalar;

 logistik sistem daxilində vasitəçilik fəaliyyətinin metod və formaları, onun səmərəliliyinin yüksəldilməsi üzrə məsləhətlər;

 ümumən logistik sistemin və vasitəçilərin fəaliyyətlərini yaxşılaşdırmaq məqsədi daşıyan müxtəlif səpkili tə'limatlar və metodiki tövsiyələrdən ibarətdir.

Beləliklə, məsləhət metodunun köməyilə logistik sistemlərin fəaliyyətinə dövlət müdaxiləsi hər şeydən əvvəl lo­gistik sistemin bütün iştirakçılarının fəaliyyətlərinin əlaqələndirilməsində, qabaqcıl təsərrüfatçılıq təcrübəsi haqqında informasiyalarla tə'minatın yaxşılaşdırılmasında, elm və texnikanın yeni nailiyyətlərinin logistik sistemlərə tətbiq edilməsində ifadə olunur.

Dolayı idarəetmə metodları isə əmtəə bazarının infrastrukturunun inkişafını, informasiya axınlarının əlaqələndirilməsini, innovasiya siyasətinin hazırlanmasını və onun səmərəliliyinə nail olunmasını, habelə logistik sistemlərdə inteqrasiya proseslərinin gücləndirilməsini nəzərdə tutur. Bu zaman yeni logistik sistemlərə xidmətin yaxşılaşdırılması üçün indikativ idarəetmə metodlarından da istifadə olunur. İstər məsləhət, istərsə də birbaşa və dolayı idarəetmə metodlarından istifadə zamanı dövlətin əsas məqsədi logistik sistemin bütün iştirakçılarının normal fəaliyyət göstərmələri üçün normativ-hüquqi baza yaratmaq və bu əsasda əlverişli iqtisadi mühit formalaşdırmaqdan ibarətdir. Daha doğrusu, əlverişli iqtisadi şəraitin yaradılması və onun inkişaf etdirilməsi dövlətin tənzimləmə vasitələri hesabına həyata keçirilir.

Bu nöqteyi - nəzərdən dövlət tənzimlənməsi əmtəə bazarının infrastruk­turunun formalaşması və inkişaf etdirilməsində, logistik sistemin bütün iştirak­çılarının selektiv maliyyə baxımından həvəsləndirilməsində regional idarəetmə orqanlarının aktiv iştirakını nəzərdə tutur. Aydındır ki, burada həvəsləndirmə yalnız və yalnız aşağıda müəyyən edilmiş öhdəlikləri:

 gəlirlərini ilk növbədə özlərinin maddi-texniki bazasının inkişafına yönəldən;

 yeni xidmət növlərinə malik olan və onu həyata keçirən;

 sosial sferanın maddi-texniki təminatı ilə tələb olunan səviyyədə məşğul olan;

 dövlət ehtiyacları və fövqəladə hallar üçün məhsul-göndərmələri yerinə yetirən logistik sistemin iştirakçılarına şamil olunur.

Dövlətin iqtisadi həvəsləndirmə vasitələrinə isə:

a) müəssisələrin optimal inkişafı və onların fəaliyyət spektrinin geniş­lənməsi üçün investisiya kimi istifadə olunan gəlirlərdən tutulan vergi dərəcə­lərinin səviyyəsini azaltmaq;

b) yeni növ logistik xidmətlərin göstərilməsi üçün müəssisələrə kreditlərin ayrılmasına köməklik göstərmək;

c) sosial sferaya mənsub olan təşkilatlara xidmət göstərən və dövlət ehtiyacları üçün məhsulgöndərmələri həyata keçirən müəssisələrə güzəşt­li kreditlərin verilməsini təmin etmək;

ç) məhsulların tədarükatı, daşınması və fövqəladə hallar üçün onların sı­ğorta ehtiyatının yaradılması kimi əməliyyatları yerinə yetirən zaman güzəştli kreditlər ayırmaq;

d) dövlət ehtiyacları üçün anbarlara gətirilən məhsulların daşınmasıyla əlaqədar nəqliyyat xərclərini hissə – hissə ödəmək;

e) material axınlarının rasional təşkilində aktiv iştirak edən müəssisələrin tədiyyə borclarını silmək;

ə) nəqliyyat terminallarının və regional tə'yinatlı anbar obyektlərinin inkişafı üçün nəzərdə tutulan yerli büdcə xərclərinə qənaət edən logistik sistemin iştirakçılarının tədiyyə borclarının əvvəlcədən razılaş­dırılmış şərtlər daxilində silinməsini həyata keçirmək.

Qeyd edildiyi kimi, dövlətin məsləhət və dolayı idarəetmə metodlarıyla yanaşı birbaşa idarəetmə - təbii inhisarın tənzimlənməsi metodundan da geniş istifadə olunur. Azərbaycanda bu idarəetmə metodu nəqliyyat terminalları tərəfindən dəmir yolu daşımaları və coğrafi baxımdan çətin hesab olunan rayonlara məhsuldaşımalarla əlaqədar xidmətin göstərilməsi zamanı tətbiq edilir. Təbii inhisarın dövlət tənzimlənməsi hər şeydən əvvəl göstərilən xidmətlərin qiymətlərini (tarifləri), bu qiymətlərin yol verilən maksimum həddinin müəyyənləş­dirilməsindən və eləcədə təbii inhisar obyektlərinin fəaliyyətinə nəzarətin həyata keçirilməsindən ibarətdir.

Əmtəə bazarı və onun infrastrukturunun birbaşa iqtisadi tənzimlənməsi metodlarına dövlət ehtiyacları üçün nəzərdə tutulan məhsulgöndərmələrin tə'min edilməsi mexanizmi də aid edilir. Bu zaman məqsədli proqramların yerinə yetirilməsi üçün dövlət sifarişləri paketinin formalaşması üzrə xarici, məsələn ABŞ-ın təcrübəsindən istifadə olunmalıdır. Qeyd etmək lazımdır ki, əksər ölkələrdə dövlət sifarişləri bazar sisteminin mühüm elementini təşkil edir və bir sıra seqmentlər üçün isə əhəmiyyətli dərəcədə bazar konyukturasını müəyyənləşdirir. Təkcə ABŞ-ın iqtisadiyyatında dövlət sifarişləri əmtəəlik məhsul­ların geniş nomenklaturasını əhatə etməklə bərabər ümummilli məhsulun 20% - ni təşkil edir. Bu baxımdan dünya təcrübəsi bir daha sübut edir ki, dövlətin tədarükat bazarı iqtisadi proseslərin dövlət tənzimlənməsinin kifayət qədər mühüm vasitəsi hesab olunur.

Müasir iqtisadi şəraitdə ölkəmizin bu sahədə mövcud olan iqtisadi təcrübəsini analitik qiymətləndirmiş olsaq görərik ki, dövlət ehtiyaclarının təmin edilməsi sistemi formalaşmaq ərəfəsindədir. Bu sahədə ən ciddi problem dövlət tədarükatı üçün büdcə vəsaitlərinin səmərəli xərclənməsinin tə'min edilməsi məsələsidir. Odur ki, dövlət idarəetmə aparatı tərəfindən müsabiqə yolu ilə ticarətin aparılması və tenderlərin keçirilməsinin təşkili məsələnin birbaşa həlli vasitəsi hesab olunur.

Azərbaycan Respublikasında material axınlarının idarə edilməsinin təşkili idarəetmə orqanları tərəfindən müəyyənləşdirilən vəzifələrin yerinə yetirilmə­sindən və funk­siyaların əlaqələndirilməsindən ibarətdir. Dövlət idarəetmə strukturlarının respublika, regional və yerli idarəetmə səviyyəsində vəzifələri:

a) material axınlarının hərəkəti ilə bağlı proseslərin və malötürücü şəbəkələrin inkişafı üçün dövlətin elmi-texniki siyasətinin hazırlanması və onun həyata keçirilməsi;

b) əmtəə bazarının infrastrukturunun formalaşması;

c) iqtisadi idarəetmə metodlarından istifadənin intensivliyinin artırılması;

ç) material axınlarının təşkili üzrə əmtəə bazarı subyektlərinin fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.

Sadalanan bu vəzifələrin həlli üçün respublika və yerli idarəetmə orqanları aşağıdakı əsas funksiyaları yerinə yetirməlidirlər:

 yaxın və uzaq xarici ölkələrlə, respublika daxilində ayrı - ayrı firma və şirkətlərlə səmərəli təsərrüfat əlaqələrinin qurulmasını təmin edən malötürücü (mal yeridilişi) şəbəkələrin inkişafı üzrə proqnozlar hazırlamaq;

 məhsul istehsalçıları və istehlakçıları arasında birbaşa təsərrüfat əlaqələrinin qurulması zamanı logistik sistemlərdə material axınlarının yeni forma, metod və texnologi-yasını müəyyənləşdirmək;

 material axınları prosesini və malötürücü şəbəkələrin fəaliyyətini təmin edən informasiya sistemlərini formalaşdırmaq;

 material axınlarının hərəkətinin tənzimlənməsinə xidmət edən iqtisadi normativlərin səmərəli tətbiqi üçün elmi cəhətdən əsaslan­dırılmış tövsiyə və təlimatlar hazırlamaq;

 optimal məhsuldaşımaları həyata keçirən nəqliyyat strukturlarını həvəsləndirmək üçün differensiallaşdırılmış nəqliyyat tarifləri hazırlamaq;

 nəqliyyat, anbar təsərrüfatı və malötürücü şəbəkələrin inkişafı sahə­sində investisiya siyasətinin aparılması üçün təkliflər paketi işləyib hazırlamaq;

 ölkə daxili və beynəlxalq yükdaşımalarının optimal nəqletmə marşrut­ları üzrə həyata keçirilməsi üçün tövsi-yələr hazırlamaq;

 material axınlarının təşkili üzrə əmtəə bazarı subyektlərinin fəaliyyətini əlaqələndirmək;

 logistik strukturlarda anbar əməliyyatlarını yerinə yetirən təşkilat­ların, nəqliyyat terminallarının və istehsal anbarlarının fəaliyyətinin əlaqələn­dirilməsini təmin edən tədbirlər sistemi işləyib hazırlamaq;

 material axınlarının təşkili və əlaqələndirilməsi üzrə logistik struk­turların inkişafı üçün təkliflər və metodiki tövsiyələr hazırlamaq;

 istehsal sahələrinə yeni formada logistik xidmətin göstərilməsi və ixtisaslaşmış vasitəçi təşkilatların inkişafı üçün metodiki tövsiyələr hazırlamaq;

 yuxarıda qeyd olunan hər bir funksiyanı analitik qiymətləndirmək, onların sistemli təhlilini aparmaq və hesabatlar tərtib etmək.

Material axınlarının dövlətin iqtisadi tənzimləmə prinsipləri baxımından təşkili proqram əsasında həyata keçirilməlidir. Respublika səviyyəsində tərtib olunan bu proqramlarda material axınlarının idarə edilməsinin məqsədi, on­ların aparılmasında dövlət təminatı üzrə iqtisadi, hüquqi və təşkilati sistemlər, eləcə də bu proqramların yerinə yetirilməsinə nəzarət metodları nəzərdə tutulmalıdır. Qeyd olunan məqsəd proqramlarının hazırlanması müxtəlif (proqnozlaş­dırma, birbaşa və dolayı idarəetmə) metodların köməyilə dövlətin material axınlarının hərəkəti prosesinə və əmtəə bazarı infrastrukturunun fəaliyyətinə müdaxilə dərəcəsinin müəyyənləşdirilməsinə imkan verir.


YOXLAMA SUALLAR:

  1. Sistem nədir?

  2. Logistik sistemlərin fərqləndirici əlamətləri hansılardır?

  3. Logistik sistemin təsnifatını necə başa düşmək olar?

  4. Sistemin hər bir xassəsinin xarakterik cəhətləri barədə nə deyə bilərsiz?

  5. «KANBAN» mikrologistik sistemi haqda nə deyə bilərsiniz?

  6. «KANBAN» mikrologistik sistemində kartların hərəkət sxemini izah edin

  7. Logistik sistemlərin fəaliyyətində dövlətin proteksionist siyasəti nədən ibarətdir?






Yüklə 345,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə