Vii siNİf azərbaycan tariXİ


Səfəvilər dövlətinin inzibati quruluşu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə47/47
tarix21.03.2018
ölçüsü1,33 Mb.
#32735
1   ...   39   40   41   42   43   44   45   46   47

  

Səfəvilər dövlətinin inzibati quruluşu 

XVI əsrdə Səfəvilər dövləti  bəylərbəyililiklərə, onlar da 



mahallara,  mahallar  isə  şəhər    kəndlərə  bölünürdü.  XVI 

əsrin  birinci  yarısında  Azərbaycan  ərazisi  inzibati  cəhətdən 

üç bəylərbəyiliyə bölünürdü: 



1.

 

Şirvan bəylərbəyiliyi (mərkəzi Şamaxı şəhəri). 

2.

 

Qarabağ bəylərbəyiliyi (mərkəzi Gəncə şəhəri). 

3.

 

Təbriz bəylərbəyiliyi. 

Səfəvilər 

dövlətində 

mahalları 

bəylərbəyiliklər 

tərəfindən  təyin  edilmiş  naiblər,  kəndləri  kəntxudalar, 

şəhərləri  isə  kələntərlər  idarə  edirdilər.  Şəhərlərdə  asayişin 

qorunmasına darğa başçılıq edirdi və kələntərə tabe idi. 

 

Torpaq mülkiyyəti formaları. Vergi və mükəlləfiyyətlər 

XVI  əsrdə  Səfəvilər  dövründə  əvvəllər  olduğu  kimi  əsas  torpaq  mülkiyyət  formaları  (divani,    xassə,  vəqf

mülk  və.s)    qalırdı.  Bu  dövrdə  də  Səfəvi  dövlətində  torpaq  mülkiyyət  formalarında  elə  də  ciddi  dəyişiklik  baş 

vermədi. Sadəcə bu dövrdə tiyul torpaq mülkiyyəti meydana gəldi. Səfəvi şahları soyurqal əvəzinə dövlətə xidmət 

müqabilində  tiyul  verilirdi.  İlk  Səfəvi  şahları  mərkəzləşdirmə    siyasəti  yürüdərək  irsi  soyurqal  torpaq  sahibliyini  

məhdudlaşdırılmasına çalışır və torpaq mülkiyyətinin yeni forması olan - tiyul torpaqları paylayırdılar. Tiyul torpaq 

mülkiyyətinə aid xüsusiyyətlər bunlar idi: 

 



Torpaq sahibliyinin şərti forması idi. 

 



Yalnız şahın icazəsi ilə iris olaraq keçə bilərdi. 

Vergi sistemi də, demək olar ki, olduğu kimi qalırdı. Belə ki, kəndlilər torpaq sahibinə  otlaqlardan istifadə 

əvəzində çobanbəyi, bağlar üçün bağbaşı və.s vergilər verirdilər.  

 

XVI  əsr Azərbaycan mədəniyyəti 

XVI  əsrin  başlanğıcında  Azərbaycan  Səfəvi  dövlətinin  yaranması  ilə  əlaqədar  xalqın  mədəniyyəti  də  xeyli 

inkişaf etdi. Azərbaycan-türk hökmdarlarının elmə, təhsilə, mədəniyyətə qayğısı bu inkişafı təmin etdi. 

Səfəvilər  dövründə  də  məktəb  və mədrəsələrin  fəaliyyəti  təhsilin  inkişafını  təmin  edirdi.  Azərbaycanın  bir 

sıra şəhərlərində çoxlu mədrəsə-məktəb var idi. Təhsillə bərabər, elm inkişaf edirdi.  

Bu dövrdə astronomiya elminin inkişafına müəyyən maraq vardı. Elm və incəsənətə xüsusi qayğı göstərən I 

Şah  ismayıl  Marağa  rəsədxanasını  bərpa  etdirmiş,  riyaziyyatçı  və  astronom  Qiyasəddin  Mənsuru    Marağaya 

göndərmişdi. 

XVI  əsrdə  elmin  inkişafı  fəlsəfə  və  tarixin  öyrənilməsinə  geniş  imkanlar  açmışdı.    Məhəmməd  Füzuli  - 

əsərlərindəki  dərin  fəlsəfi  fikirlərə  görə  öz  dövründə  dünya  poeziyasının  zirvəsini  fəth  etdi.  Onun  fəlsəfi  fikirləri 



“Mətlə-ül-etiqad” (“Etiqadın mənşəyi”) əsərində öz əksini tapmışdır. 

XVI əsrin görkəmli Azərbaycan tarixçilərindən isə aşağıdakıları qeyd etmək olar: 



 



Həsən bəy Rumlu 

Şah I Təhmasibin sarayında qulluq etmiş, onun yürüşlərinin iştirakçısı olmuşdur. 

Onun "Əhsən ət-təvarix" ('Tarixlərin ən yaxşısı") əsərinin dövrümüzə qədər gəlib çatmış IX-X cildləri 

Azərbaycanın və qonşu ölkələrin XV-XVI əsrlər tarixinə həsr olunmuşdur. 



 

İsgəndər  bəy  Münsi

  -  gəncliyində  Səfəvi    sarayında  divan  katiblərindən  biri,  sonralar  Şah  I  Abbasın 

tarixçisi  olmuş  "Tarixi  aləm  arayi  Abbasi"  ("Abbasın  dünyanı  bəzəyən  tarixi")  əsərini  yazmışdır. 

Əsərdə Səfəvi dövləti və qonşu ölkələrin tarixi barədə maraqlı məlumatlar vermişdir. 

Səfəvilər dövlətinin yaranmasının böyük əhəmiyyəti var idi. Belə ki onların dövründə Azərbaycan dili dövlət 

dili  səviyyəsinədək  yüksəldildi.  Belə  ki,  Şah  I  İsmayılın  dövründə  Azərbaycan  dili  dövlət  dili  elan  edildi.  Səfəvi 

hökmdarlarının  müdrik  siyasəti  nəticəsində  bu  dövrdə  fars  dilində  yazmaq  ənənəsi  öz  yerini  Azərbaycan  dilinə 

verdi. Azərbaycan dilində də şeirlər yazılır, şeir məclisləri keçirilirdi.  XVI əsrdə Azərbaycan dilinin böyük Səfəvi 

imperatorluğunun dövlət dilinə çevrilməsi Azərbaycan dilinin daha da inkişafına səbəb oldu. 

 

Azərbaycan bəylərbəyilikləri 



XVI  əsrdə  Şah  İsmayılın  sarayında  ədəbi  məclis  fəaliyyət  göstərirdi.  Belə 

məclislərdə  dövrün  böyük  şairləri  toplaşırdı.  Şah  I  İsmayıl  «Xətai»  təxəllüsü  ilə 

Azərbaycan dilində şeirlər yazmış, divan bağlamışdı. Azərbaycan poeziyasında ilk dəfə 

olaraq  məhz  o,  şeirini  nikbin  misralarla  bitirmişdir.  Şah  İsmayıl  Xətai  «Qurani-



Kərim»in bilicisi olmaqla yanaşı, musiqi alətində ifa etməyi də bacarırdı. 

Səfəvilər  dövründə  Azərbaycanda  çoxsaylı  ictimai  binalar,  karvansaralar,  



hamamlar,  ovdanlar,  körpülər,  məqbərələr    məscidlər  tikilmişdir.    Ümumiyyətlə, 

XVI əsr    Səfəvilər dövrünün memarlıq abidələri bunlar idi: 

 



Ərdəbildə Şeyx Səfi məqbərəsi. 

 



Qusar Rayonunda Şeyx Cüneyd məqbərəsi. 

 



Bakının Şərq darvazaları. 

 



Naxçıvanda Əlincə çayı üzərində körpü. 

Bəhs  olunan  dövrdə  Azərbaycanda  kitabxanaçılıq  işi  də  tərəqqi  etmişdi.  XVI 



əsrdə Təbrizdə Şah İsmayıl tərəfindən böyük bir kitabxana açılmışdır.Görkəmli rəssam 

Kəmaləddin Behzad Şah I İsmayıl tərəfindən Təbrizdəki saray kitabxanasına rəis təyin 

edilmişdi.  Ölkədə  xəttatlıq  da  inkişaf  etmişdi.  Bu  dövrdə  kitab  nəşrinin  olmaması, 

əsərlərin xəttatlar vasitəsilə yazılması xəttatlıq sənətinin inkişafına səbəb olurdu. 

XVI əsrin əvvəlindən etibarən Təbriz şəhəri  bədii miniatür ustaları geniş şöhrət 

qazanmışdılar.  XVI  əsr  Təbriz  miniatür  məktəbinin  görkəmli  nümayəndələrindən  biri, 

bədii  müniatür  ustası  Sultan  Məhəmməd  olmuşdur.  Onun  miniatürləri  Sankt-

Peterbur, London, Leypsiq, Venetsiya muzeylərində mühafizə olunur və saxlanılır. 

XVI  əsrdə  Azərbaycan  musiqi  mədəniyyəti  də  inkişaf  etmişdir.  Bu  dövrün  ən 

məşhur xanəndəsi Hafiz Lələ idi. Onun Azərbaycan musiqisinin inkişafında xüsusi rol 

oynamışdır. Həmin dövrün görkəmli nümayəndəsi XV əsrin sonları və XVI əsrdə  Aşıq 



Qurbaninin  dildən-dilə  gəzən  dastanları  indi  də  aşıqlar  tərəfindən  yüksək 

qiymətləndirilir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

Məhəmməd Füzuli 

 

 

Aşıq Dirili Qurban 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



a) Kəmaləddin 

Behzad. Həzrəti 

Yusifin yoldan 

çıxarılması. Miniətür. 

1488-ci il. Qahirə 

Milli kitabxanası 

 

 

b) Sultan 

Məhəmmədin 

Nizaminin 

«Xəmsə»sinə çəkdiyi 

miniatür 

Sultan 

Səncər və 

qarı(London,Britani

ya muzeyi)

 

 

 



a) 

b) 


 

Şeyx Səfi xalçası. “Viktoriya və Albert” muzeyi (London) 

Təbriz  xalçaçılıq  məktəbinin  şah  əsəri  olan  Şeyx  Səfi  xalçası    1539-cu  ildə    I  Təhmasibin sifarişi  ilə Şeyx  Səfi  məscidi üçün 

toxunmuşdur. Şeyx Səfi xalçası hazırda Londonun Viktoriya və Albert Muzeyində saxlanılır.Eni 5,34 m, uzunluğu 10,51 m, sahəsi 

56,12 m² olan xalça dünya muzeylərində saxlanılan ən nadir xalq sənəti nümunələrindəndir. XIX əsrdə ingilislər tərəfindən pulla 

alınıb Böyük  Britaniyaya  aparılmışdır.   Xalçada   Zəngin  rəng  çalarları  vəhdət  təşkil  edir.  Xalının  mərkəzində  yerləşən  qönçə 

Günəşi, onun ətrafında dairə şəklində düzülmüş xırda güllər haləni, yaşıl, qırmızı, sarı rəngli 16 kiçik dairəvi qübbə isə Günəş 

şüalarını  əks  etdirir.  Xalçanın  ətrafdakı  saysız  hesabsız  əlvan  naxışlar  kainatdakı  ulduzların  rəmzidir.  Heydər  Əliyev 

Fondunun təşəbbüsü  ilə  xalçanın  təkrar  nüsxəsi  yaradılmışdır.  Hazırda  həmin  üzü  köçürülmüş  nüsxə Azərbaycan  Müasir 

İncəsənət Muzeyində nümayiş etdirilir. 

 

 

Azərbaycanın  ən görkəmli  memarlıq abidələrindən biri  olan və Ərdəbil şəhərinin simvolu hesab olunan Şeyx Səfi türbəsi daş 

kürsülük  üzərində  yüksələn  qülləvari  türbədir.  Türbənin gövdəsi və  günbəzin  üstü  firuzəyi  kaşı  çəkilmiş  qırmızı  kərpiclə  naxış 

şəklində örtülmüşdür. Fasadın qalan hissəsi məsciddən daha çox yaşayış binasını  xatırladır. Məqbərədə vaxtilə qiymətli  saxsı 

qablar  və  kitablar  saxlanılırmış.  Binanın  içərisi  kaşı  ilə  zəngin  bəzədilmişdir  (bu  əşyaların  əksəriyyəti  1828-ci  ildə  ruslar 

tərəfindən  qarət  edilərək  Dövlət  Ermitajına  aparılıb  və  indi  orada  sərgilənməkdədir).  İkinci  şəkildə  gördüyünüz  Şeyx  Şəsi 

türbəsinin  ətrafında  yaradılan  kompleks  Yaxın  Şərqdə  olan  ən  böyük  ziyarətgahlardandır.  Kompleks,  memarlıq  quruluşunun 

yüksək  bədii  xüsusiyyətləri  ilə  bərabər,  kaşıdan  düzəldilmiş  nəbati  ornamentlərinin  və  daxili  tərtibatının  zənginliyi  ilə  də 

müstəsna bir abidədir 

 

 

 

Qusar rayonunun Həzrə kəndindəki Şeyx 



Cüneyd türbəsi XVI 

əsrdə Azərbaycanda tikilən 

və Səfəvilərin yadigarı olan abidələrdən 

biridir. Şeyx Cüneyd Şah İsmayıl 

Xətainin babası idi. O, XV əsrdə Şirvana etdiyi 

hərbi yürüş zamanı Şirvanşahlar tərəfindən 

öldürülmüş və Həzrə kəndində dəfn 

edilmişdir. Səfəvilər Şirvanda hakimiyyəti ələ 

aldıqdan sonra, 1544-cü 

ildə Həzrə kəndindəki məzar üzərində türbə 

tikdirilmişdir. 

 

Şeyx Cüneyd məqbərəsi



 

Şeyx Səfi məqbərəsi 

 



 

 

 



XRONOLOGİYA 

 

XIII əsrin sonları 

Səfəvilərin Ərdəbil hakimliyinin yaranması 

1252-1334 

Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin İshaqın dövrü 



1447-1460 

Şeyx Cüneydin Ərdəbil hakimliyi dövrü  



XV əsrin ortaları 

Səfəvilərin daha fəal siyasət yeritməyə başlaması 



1460 

  Şeyx Cüneydin Şirvana və Dağıstana yürüşü. Samur çayı yaxınlığında döyüş. 

1460-1488 

  Şeyx Heydərin Ərdəbil hakimliyi dövrü. 

1483 

Şeyx Heydərin Şirvana və Dağıstana birinci yürüşü. 



1487 

Şeyx Heydərin Şirvana və Dağıstana ikinci yürüşü. 



1488 

Şeyx Heydərin Şirvana üçüncü yürüşü. Şahdağ döyüşü. 



1488-1494 

Şeyx Sultanəlinin Ərdəbil hakimliyi dövrü 



1494-1501 

Şahzadə İsmayılın Ərdəbil hakimliyi dövrü 



1499 

Şahzadə İsmayılın Lahicanı tərk edərək, Ərdəbilə gəlməsi 



1500 payızı 

Şahzadə  İsmayılın  Ərzincandan  Şirvana  yürüşü.  Qızılbaşların  heç  bir  müqavimətə  rast  gəlmədən 

Şamaxını tutması 

1500 

Cabanı döyüşü. 



1501  yazı 

Səfəvilərin Bakı qalasını  ələ keçirməsi 



1501 

Şərur döyüşü. Ağqoyunlu dövlətinin birinci qolun süqut etdi, Əlvənd Mirzə isə məğlub oldu 



1501  payızı 

Şahzadə İsmayılın Təbrizə daxil olaraq özünü şah elan etməsi. Mərkəzləşmiş Səfəvilər dövlətinin 

yaranması 

1501-1736 

Səfəvilər dövlətinin mövcud olması 



1501-1524 

Şah I İsmayılın hakimiyyəti 



1503 

Almaqulağı döyüşü., Murad Mirzə  məğlub oldu Ağqoyunlu dövlətinin ikinci qolu və  Ağqoyunlu 

dövləti süqut etdi 

1503 

Şah I İsmayılın İsfahan,  Qum və Kaşan şəhərlərini ələ keçirməsi 



1504 

Şah I İsmayılın Yəzdə və  Kirmanı ələ keçirməsi 



1506-1508 

Şah I İsmayılın Diyarbəkri, Hilatı, Bitlisi, Ərçişi və Bağdadla birlikdə İraqi Ərəbi ələ keçirməsi 



1510 

Şah İsmayılın Xorasana, Şeybani xanın üzərinə hücum etməsi.  Xorasan vilayətini ələ keçirdi 



1512 

Şah I İsmayılın Qaraman və Malatiyanı ələ keçirməsi 



1514 

Sultan Səlimin  Azərbaycana yürüş etməsi 



1514-1555 

I Səfəvi-Osmanlı müharibəsi dövrü 



1514  23 avqust 

Çaldıran döyüşü. 



1515 

 

Portuqaliya hərbi-dəniz qüvvələrinin Hörmüz (İran) körfəzini işğal etməsi 



1524-1576 

Şah I Təhmasibin hakimiyyəti. 



1534 

Osmanlı sultanı I Süleyman Qanuninin  Azərbaycana birinci yürüşü. 



1535 

Sultan I Süleymanın Azərbaycana ikinci yürüşü. 



1535-1538 

Şirvanşah Şahruxun hakimiyyəti. 



1538 

I Təhmasibin əmri ilə  qızılbaşların Şirvana yürüşü. Şirvanşahlar dövlətinin varlığına son qoyuldu, 

Şirvan ərazisi bəylərbəyiliyə çevrilərək Səfəvilər dövlətinin əyalətinə çevrildi, Əlqas Mirzə Şirvana 

ilk bəylərbəyi təyin edildi 



1548 

Sultan I Süleymanın Azərbaycana üçüncü yürüşü 



1551 

Səfəvi  qoşununun  Şəkiyə  yürüşü.    Şəki  vilayəti  Səfəvilərin  tabeliyinə  keçdi.  Azərbaycan 

torpaqlarının vahid dövlətdə birləşdirilməsi prosesi başa çatdı 

1554  

 

 



Şah I Təhmasibin osmanlılara qarşı müdafiədən fəal hücum əməliyyatlarına keçməsi. 

1554   

Sultan I Süleymanın Azərbaycana dördüncü  yürüşü 



1555 29-may 

I Səfəvi-Osmanlı müharibəsinin başa çatması. Amasiya sülhü 



XVI əsrə aid olan və Naxçıvanda yerləşən 

Əlincə körpüsü bir aşırımlı tağ şəkilli, su 

səthindən 5 m hündürlükdə, qabariti 2 m 

olan tarixi bir körpüdür. Həmin körpüdən 

Ərəfsə və Ləkətan kənd sakinləri bu gün 

də istifadə edirlər. Körpü tikilərkən 

dayaqların möhkəmliyinə xüsusi fikir 

verilmişdir. Ovulmanın qarşısını almaq 

məqsədilə körpü üçün çay vadisinin 

əsasən düz və dar keçidini seçmişlər. 

Körpünün bir dayağı hündür qayaya, 

digər dayağı sahildəki özülə birləşir. 

 

Şeyx Cüneyd məqbərəsi



 

Əlincə çayı üzərində körpü 

 



XV əsr  

Ərdəbildə  Şeyx  Səfi,  Qusar  Rayonunda  Şeyx  Cüneyd  məqbərəsinin,    Bakının  Şərq 

darvazalarının, Naxçıvanda Əlincə çayı üzərində körpünün inşa edilməsi

 

 



 

Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə