TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   2   3   4   5   6   7   8   9   ...   91

 Mən bu tarixin müəllifı kiçik bəndə Mirzə Yusif Qarabaği uşaqlıqdan 
Qarabağdan Qızılbaş vilayətinə gedərək orada sərdar Əmir xanın yanında 18 il 
qalıb, onların dilini mükəmməl surətdə öyrəndim
1*
. Bir müddət divanxanada 
yazı  işləri ilə  məşğul olub, öz vaxtımı tarix və qayda-qanunlar, səyahətlər 
haqqında kitab oxumağa sərf etdim. Hər tayfa və millət ilə əlaqəyə girib onların 
adət və ənənələri ilə tanış oldum. 
Hicri 1244 (1828)-cü ilində qüdrətli Rus dövləti iranlılar ilə ikinci dəfə sülh 
müqaviləsi bağladı. 
Mən İran vilayətindən öz vətənim olan Qarabağa gəldim. Calallı və kəramətli 
rus çarı birinci Nikolay Pavloviç çox mərhəmətli və xeyirxah olduğu üçün heç 
kəsin əqidə və inamına toxunmur, ölkə idarə etmek işi ilə əlaqəsi olmayıb, böyük 
Allahın  əmrinə aid olan din və  şəriət işlərinə qarışmırdı. O heç kəsin tərəfini 
saxlamır və heç kəsə ədavət bəsləmirdi. O bütün tayfaları və Adəm övladını bir 
qayda ilə yola verir və onlar ilə eyni cür rəftar edirdi. 
Mən bir neçə müddət qədim və  təzə müqəddəs ruhani kitablarını  (İncil, 
Tövrat, Zəbur) oxumaqla məşğul olub onlar ilə də lazımi qədər tanış oldum. Bir 
çox tarix kitablarında fərqlər, dolaşıqlar və  tərəfgirlik görüb yalan, uydurma 
sözlər eşitdiyim üçün bəzi dostlarımın xahişilə mübaliğə  və yalandan azad bir 
kitab yazmaq qəranına gəldim. Hər fənnə və elm sahəsinə baxdımsa o sahədə bir 
əsər və ya bir kitab yazıldığını gördüm. Buna görə  mən də Asiya xanları  və 
Qafqazda olan böyüklərin tarixini, habelə bu ölkələrin qüdrətli Rus dövləti 
ixtiyarına necə keçdiyini təsvir etməyə çalışdım. Bu müharibələrin bəzilerində 
özüm iştirak edib, bir çox hadisələri öz gözlərimlə görmüş, bəzilərini mötəbər 
adamlardan eşitmiş  və bir hissəsini də ermənicə  və qeyri kitablardan istifadə 
edib, həqiqəti meydana çıxarmağa cəhd etdim. 
İzah etdiyim hadisə silsiləsinin qırılmaması  və sözün gözəlliyinin itməməsi 
üçün keçmiş  şəxslərin  əhvalından da sonrakı tarixçilərin verdiyi məlumata 
müvafiq şəkildə bəhs etdim, hamı rəğbətlə oxusun deyə, bu tarixi xoş üslub və 
fars dilinin gözəl ibarələri ilə yazdım. 
 
 
 
 
 
 
 
 
                                                 
*
 
1
 
Əsər farscadan sərbəst tərcümə olunmuşdur. - N.A. 
 
 
 13


Adəm  əyyamından başlayaraq,  İsa Məsihinin peyğəmbərliyinə  qədər bir 
tarixi müxtəsər yazdım
1*
 ki, hər məsələni izah etmək asan olsun, dolaşıqlıq və 
təhriflər aradan qalxıb hamı ondan istifadə edə bilsin. Bununla belə maddi 
vəziyyətin çətinliyi üzündən məqsədə çatmaq yolu bağlı olub zəmanənin pisliyi 
ilə  bəxtimin kəmliyindən bu arzumu və dostların xahişini həyata keçirməkdə 
ləngidim. Çünki zəmanənin haqq adamların ziddinə olduğu ağıllı  şəxslərə 
bəllidir. 
Bir neçə vaxt istirahət etmədən bu fıkir ilə yaşadım. Nəhayət, zəmanənin 
zülmü aradan qalxdı, işlər düzəldi və qüdrət sahibləri üçün işləməyə imkan 
yarandı. 
1854 miladi, 1271 hicri ilində iradəli və  tədbir sahibi, böyük və kiçik işləri 
qaydaya salan, gözəl  əxlaq sahibi, lütfkar, nəcib nəsildən olan, yüksək calallı 
fərmandar, Kaspi dənizi ətrafının və Şimali Dağıstan qoşunlarının başçısı, şahlar 
şahının mərhəmət və iltifatına layiq olan general-leytenant knyaz Qriqori 
Orbelianinin icazəsi ilə onun hüzuruna gəlib yanında yazı  işləri üzrə  vəzifəyə 
daxil oldum və onun buyuruğuna görə həmin bu kitabı yazmağa başladım. 
Misilsiz vəzir, qılmc və  qələm sahibi olan, biliklər müəllimi cənab knyaz 
Dmitri Davidoviç Curcazinin tədbiri və köməkliyi ilə bu kitabı yazıb onun mədhi 
ilə qurtardım. 
Bu kiçik töhfəmi böyük utancaqlıqla qarışqanın Süleymana verdiyi bir töhfə 
kimi, o ədalət işığı ilə nurlanmış Q.Orbelianiyə təqdim etdim. 
 
 
 
 
 
 
 
 
 
  
                                                 
1
*
 
Əsərin əfsanəvi tarix xarakteri daşıyan və Qarabağa dəxli olmayan hissəsi ixtisar edilmişdir.
 
 
 14


GƏNCƏ VƏ GƏNCƏ XANLARININ 
ƏSİL-NƏSƏBLƏRİ HAQQINDA
1
 
İstər qədim dövrdə, istər monqolların istilası zamanında və istərsə də səlcuq 
və türkmən sultanlarının hakimiyyəti dövründə, Gəncədə həmişə böyük xanlar və 
bəylərbəyilər oturmuşlar. Amma Səfəvilər dövründə  Şah Abbas Gəncədə 
abadlığın binasını qoyduğu üçün orada çox vaxt Qacar Ziyadoğlunun xanları 
hökmranlıq edir və Qarabağın da ixtiyarı onların  əlində idi. Ziyadoğlu xanları 
həmişə  Səfəvi dövlətinə havadar və sadiq olmuşlar. Buna görə  də  fərman və 
yazılarda onları böyük əmirlər  əmiri, Gəncə  və Qarabağın bəylərbəyisi, Qacar 
Ziyadoğlunun müsahibi kimi adlandırırlar. Tiflis və  Gəncə  sərhədi olan 
Sığnaqdan Xudafərin-Araz körpüsünə kimi bütün ərazi həmin xanların 
ixtiyarında idi. Onlar bəzi vaxtlar hətta Tiflisdə  də hökmdarlıq etmişlər. Hicri 
1148 (1736)-ci ildə, İran şahı seçmək üçün Muğan səhrasında çağırılmış böyük 
qurultaya Nadir şahın  əmr və  fərmanı ilə  hər bir ölkədən camaat toplanmışdı. 
Gəncə xanları isə Nadir şah dövlətinin tərkibinə daxil olmağa razı deyildilər və 
hətta kütləni də təbliğ edirdilər ki, Səfəvi övladlarından başqa heç kimi şahlığa 
seç-məsinlər. 
Buna görə də qəzəbli və kinli Nadir şah səltənətə keçdikdən və müstəqil şah 
olduqdan sonra dərhal Gəncə xanlarını  məhv etmək qərarına gəldi və get-gedə 
onların səlahiyyətlərini  əlindən aldı, sonra Qazax və Borçalı ellərinin ixtiyarını 
da onlardan alıb Gürcüstan valisinə verdi.Nadir şah Qarabağ ellərindən ibarət 
olan Cavanşirlilər, Otuzikililər və  Kəbirlilərin Xorasana köçürülməsi haqqında 
əmr verdi. Qarabağın Xəmsə mahalındakı Çiləbörd, Xaçın, Talış, Vərəndə, 
Dizaq mahallarına ermənilərdən məliklər təyin etdi və onlara əmr verdi ki, heç 
vaxt heç kəsin  əmrinə tabe olmasınlar, özlərinin lazımi  şikayətlərini birbaşa 
padşaha yetirsinlər. Buna görə  də  Gəncə xanlarının səlahiyyətləri  əllərindən 
alındı və get-gedə onlar zəifləşdilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
1
 Söhbət Mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyindən gedir. 
 15


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə