TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   2   3   4   5   6   7   8   9   10   ...   91

bütün səyimizi və gücümüzü sərf edib, onu cəzalandıraq və onu qəflət 
yuxusundan ayıldaq. 
Bu əzm və iradə ilə Gürcüstan valisi İrakli xanla əlaqəyə girmişdi. İrakli xan 
öz razılığını onlara xəbər verdi və dedi: 
- Bu barədə müzakirə etmək üçün Gürcüstan tərəfinə  gəlməlisiniz. Mən 
məsləhət görürəm ki, birlikdə Hacı  Çələbinin dəfinə  və  əleyhinə mübarizə 
aparaq. 
Yuxanda adları  çəkilən xanlar hazırlıq görərək qət etdikləri qərarın icrasına 
böyük səy ilə çalışırdılar. Buna görə də Gəncənin yuxarısında Qızılqaya deyilən 
yerdə çadır qurdular. 
Burada İrakli xan müzakirə üçün gələn dörd nəfəri - yəni Pənah xanı, Kazım 
xanı, Heydərqulu xanı və Şahverdi xanı rutub həbs etdirdi. O saat Şahverdi xanın 
nökərlərindən biri atına minib özünü Hacı Çələbiyə yetirdi. Bu vaxt Hacı Çələbi 
Mingəçevirin ayrıcında, Kürün kənarında dayanmışdı. Hacı nökəri görcək onun 
Kürdən keçirilməsini əmr etdi və soruşdu: “Oğlan, nə var?” Nökər cavab verdi: 
“Qoca baba, vali xanları tutdu”. Hacı Çələbi atlıya dedi: “Yenə qoca baban onları 
qurtarar”. Bundan sonra Hacı  Çələbi öz qoşun başçılarına və  əyanlarına  əmr 
verdi ki, bu barədə  məsləhətləşin və eyni zamanda dedi: “Hər nə  məsləhət 
görürsüz görün, Kürü keçməyi unutmayın”. Sonralar bu söz xalq içində bir məsəl 
kimi işlənirdi. O saat Hacı Çələbi qoşunu ilə Kürdən keçir, vali İrakli xan olan 
tərəfə üz qoyur. Vali İrakli xan bu xəbəri eşitdikdə çox qorxur. Çünki ondan 
qabaq da Hacı  Çələbinin zərbəsini yemişdi. Amma çarəsiz qalıb qoşunu Hacı 
Çələbinin qarşısına çıxardı.  Şeyx Nizami məzarının  ətrafında hər iki dəstə 
qarşılaşdı. Valinin qoşunu məğlub olub qaçmağa üz qoydusa da Hacı  Çələbi 
onlara qaçmaq üçün fürsət vermədi.  İrakli çadırları, ordunu və  hərbi sursatı 
Qızılqayada qoyub Tiflisə tərəf qaçdı. 
Hacı Çələbi gürcü qoşununu Sınıq körpüdən üç fərsəx uzağa kimi təqib etdi. 
Onlardan bir çoxlarını qətlə yetirdi. Hacı Çələbi Paydarda səngər qazıb, öz oğlu 
Ağakişini Tiflisin bu tərəfində yerləşən müsəlmanlar üçün başçı və hakim təyin 
etdi. Həbs olan xanlan da azad etdi və onları öz yerlərinə göndərdi, özü isə 
qayıdıb  Şirvana gəldi. Ağakişi bəy üç il o nahiyələrdə hökmranlıq etmişdir. 
Sonralar isə vali Gürcüstandan, Başıaçıq və Çərkəslərdən çoxlu adam toplayıb, 
güclü qoşunla Ağakişi bəyin üzərinə hücum etdi. Ağakişi bəy ona nisbətən 
gücsüz olduğundan onun qarşısmda davam gətirə bilməyib, qaçmağa 
 
  
 
 25


başladı. Valinin qoşununun qabaq hissəsi Tovuz çayında ona yetişdi, hər 
iki qoşun arasında vuruşma başlandı. 
Vuruşma nəticəsində bir neçə  nəfər adamlarından və qoşunundan 
öldürüldü, bəziləri də  əsir alındı. Özü isə sağ  və salamat Kür çayından 
keçib  Şəki vilayətinə  gəldi. Valinin qoşunu Xudafərin körpüsünə kimi 
getdi, qayıdan zaman Gəncə  və Qarabağ  əhalisinə çoxlu zərər vurdu və 
onları qarət etdi. 
 
URMİYA HAKİMİ FƏTƏLİ XAN ƏFŞARIN 
QARABAĞ ÜZƏRİNƏ HÜCUMU, MÜHARİBƏ VƏ 
SÜLH ETMƏSİ, İBRAHİMXƏLİL AĞANIN 
APARILMASI 
 
Urmiya hakimi Fətəli xan Əfşar Nadir şahın adlı-sanlı 
sərkərdələrindən biri olub, Azad xandan sonra Azərbaycanın bəzi 
vilayətlərini istila etmişdi. Bu vilayətlərdə  Pənah xandan başqa ona 
müqabil adam yox idi. Bir neçə  dəfə  Pənah xanın üzərinə hücum edib 
onunla müharibə etdi, amma məqsədə nail ola bilməyib, geri döndü. 
Axırıncı dəfə isə çoxlu qoşunla geniş düzənlik olan Ballıca çayı ilə Xoca 
Əlili çayının arasına gəldi və yolun kənarında səngər qurub burada 
dayandı. Hazırda da burada o səngər divarlarının xərabələri və nişanələri 
qalmaqdadır. Bu yer xalq arasında Fətəli xan səngəri adı ilə məşhurdur. 
Fətəli xan qış  fəslini burada keçirdi. O zaman Çiləbörd və Talış 
məlikləri - Məlik Hatəm və Məlik Usub da Fətəli xanın yanına gəlib onun 
qoşunu ilə birləşdilər və burda özləri üçün ayrıca səngər qurdular. Bu 
səngərlərin də nişanələri qalmışdır.  İran qoşunları altı ay burada qaldı, 
amma bir nəticə  əldə edilmədi. Nəhayət, məliklərin köməyi, ümumi 
əhalinin ittifaqı ilə  qətiyyətlə  və döyüşə hazır bir halda müharibə 
meydanına qədəm qoydular. Pənah xan da düşmən öldürməkdə, 
sədaqətdə, inadkarlıqda tərifə ehtiyacı olmayan bir dəstə qarabağlılarla 
qarşıya çıxdı, düşmənlə müharibə etməyə başladı. 
Hər iki tərəf mübarizəyə hazır olub vuruşa başladılar. Bu vuruşmada 
hər iki dəstə öz igidlik və rəşadətini göstərdi... 
Həmin gün güclü vuruşma oldu. Öldürməkdə,  əzməkdə, bir-birinin 
qol-qıçını qırmaqda heç kəs özünü müqəssir bilmirdi. Fətəli xan gördü ki, 
bu müharibədən bir nəticə çıxmayacaq və məqsədinə  
 26


nail olmayacaq. Bu qədər çalışmaq və səy hədər getdi. Çarəsiz qalıb başqa yol 
axtardı, hiylə düzəltdi, Pənah xanla barışmaq və dostluq yolunu seçdi. Pənah xan 
da  ədalətli bir sülhün olmasına razılıq verdi. Ağa körpüsündə bir-birilə 
görüşdülər. Dostluq, bir-birinə sadiq olmaq şərtilə möhkəm bir müqavilə 
bağladılar. Fətəli xan Pənah xana müraciətlə qeyd etdi ki, bundan sonra bizim 
aramızda ayın-seçkilik olmamalıdır, sizin oğlunuz İbrahimxəlil ağanın məhəbbəti 
də bizim qəlbimizdə yer tutmuşdur. Yaxşı olardı ki, gözəl xasiyyətə malik 
xanzadəni
1*
 bir neçə günə bizim yanımıza qonaq göndərəsən, onun barəsində 
lazımi məhəbbət və qonaqpərvərlik göstəriləcəkdir, belə bir mərhəmət bizim 
üçün başıucalıq olardı. Əlbəttə, görüş bitdikdən sonra yenə də böyük hörmət və 
ehtiramla oğlunuz siz dostumuzun xidmətinə göndərilər. Pənah xan onun 
qurduğu hiyləyə aldanıb, bir neçə  nəfər iş bilən adamları ilə  oğlu  İbrahimxəlil 
ağanı  Fətəli xanın qərargahına göndərdi. Fətəli xan da dövlət başçılarından bir 
neçə  nəfəri  İbrahimxəlili qarşılamaq üçün göndərdi və onu böyük ehtiramla öz 
qərargahına gətirdi. Bir neçə gündən sonra İbrahimxəlil ağa işin başqa  şəkildə 
olduğunu görüb, atasının yanına adam göndərdi və bildirdi: 
- Davranışından məlum olur ki, Fətəli xan məni özü ilə aparacaqdır. Ona 
görə də mənim kürən atımı göndər, ola bilsin ki, o atın köməyi ilə gərək özümü 
bu fəlakətdən qurtarım. 
Atasından sifariş  və at gəlincə  Fətəli xan köçmək  əmrini verdi və 
İbrahimxəlil ağanı da özü ilə götürüb geri qayıtdı. Bu dəhşətli xəbər Pənah xana 
çatanda işıqlı dünya onun gözünə qaranlıq göründü. Ciyərinin parası olan oğlunu 
xilas etmək üçün öz yaxın adamları ilə məsləhətləşdi və dedi: 
- Bu 
barədə kim bir tədbir görə bilər? Kimin açarı ilə  zəfər qapısı açıla 
bilər? 
Bu vaxt Kərim xan Zəndin qardaşı İskəndər xanın öldürülməsi xəbəri gəldi. 
Kərim xan qardaşının qanını almaq məqsədilə Azərbaycana gəlmək fikrinə 
düşdü və Pənah xanın da onun yanında olmasına çalışdı. Bu məsələnin təfsilatı 
belədir: Kərim xan Zənd yaxşı xasiyyətli bir əmir, güclü bir başçı idi. İraq, Fars 
və Rəşti öz möhkəm qolunun gücü ilə almışdı. Fətəli xan öz vilayətinə qayıtdığı 
vaxt Kərim xanla vuruşmağa başladı. Kərim xan öz qardaşı İskəndəri 
 
 
 
 
 
 
                                                 
*
 
1
 Xanzadə - Pənah xanın oğlu İbrahimxəlilə işarədir.  
 
 27


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə