TəRTİBÇİDƏN


QARABAĞIN XƏMSƏ MAHALLARI VƏ XƏMSƏ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   2   3   4   5   6   7   8   9   ...   91

QARABAĞIN XƏMSƏ MAHALLARI VƏ XƏMSƏ 
MƏLİKLƏRİNİN ƏSİLLƏRİ HAQQINDA 
 
Qarabağ Taxtaqapısının beş mahalının  əhalisi tamamilə xaçpə-rəst 
olub, Xəmsə adı ilə məşhurdur. Bu mahallar aşağıdakılardır: 
Birinci, Dizaq mahalıdır ki, uzunu Əkərə çayı  və Kültəpədən 
başlayaraq, Maltəpəyə kimi, eni isə Araz çayından Xurat dağına kimidir. 
Bu mahalın torpağı çox məhsuldardır. Burada yaxşı pambıq, çəltik, ipək 
və taxıl yetişdirilir. Araz çayı boyunca bir neçə böyük şəhər var idi. 
Həmin  şəhərlər dağılmış  və indi onların ancaq xarabalıqları qalmışdır. 
Onların məlikləri keçmişdə Rumdan gəlmişdir. Bunlardan Məlik Yegan 
adlı bir şəxs Nadir şahın yanında böyük hörmətə  və ehtirama malik 
olmuşdur və onu babalıq şah adlandırmışdılar. 
Əhvalat belə olmuşdur: qış fəslində Nadir şahın ordusu Muğanda idi. 
Bir gün Nadir şah Məlik Yeganı öz yanına çağırıb imtahan üçün ondan 
göbələk istədi. O da baş üstə deyib şahın yanından getdi. Əyanlar və 
kəndxudalar ona dedilər ki, nə üçün şahın bu çətin tələbini qəbul etdin. 
Məgər ilin bu vaxtında göbələk tapılarmı? Məlik Yegan isə cavabında 
dedi: “Bu sizin işiniz deyil, necə cavab verəcəyimi özüm bilirəm”. 
Beləliklə o, bir neçə gündən sonra şahın qulluğuna gedib dedi: 
- Sizin əmrinizə görə  mən dağlara adam göndərdim, lakin göbə-lək 
bitən yerləri indi qar basdığından göbələk tapmaq mümkün olmamışdır. 
Nadir şah Məlik Yeganın belə itaətkar olduğunu görüb çox xoşu gəldi 
və dedi: “Babamsan, babam. Mən də bilirdim ki, bu mövsümdə göbələk 
olmaz, ancaq sizin nə dərəcədə ağıllı və itaətkar olmağınızı yoxlayırdım”. 
Həmin gündən sonra onu baba çağırmağa başladılar. 
Məlik Yegan Nadir şah dövründə Qarabağın başqa məliklərinə 
nisbətən vəzifə etibarilə böyük hörmətə malik olmuşdu. O bəzi vaxt-lar 
isə bütün mahallarm vəkilliyini də aparmışdır. Onun təmiz və doğruçu 
adam olması haqqında belə nağıl edirlər: bir gün Nadir şahm arvadı da öz 
iltifatım göstərmək üçün Məlik Yeganın arvadmı qonaq çağırır. Məlik 
Yeganm arvadı  şahm hərəmxanasma gəlir.  Şahın mət-bəxində hörmətli 
qonaqlar üçün hazırlanmış cürbəcür xörəklər Məlik 
 
  
 16


Yeganın arvadı üçün də hazırlanır. Xörək hazır olandan sonra onu 
yeməyə  dəvət edirlər. Məlik Yeganın arvadı isə bu təklifə cavab olaraq 
demişdi ki, bu gün pəhriz saxladığına görə yeyə bilməyəcək. Bu sözdən 
sonra onun etiqadlı  və dindar olması  şaha daha çox xoş  gəlmiş  və ona 
hədiyyə verilməsini əmr etmişdir. 
İkinci, Vərəndə mahalıdır ki, o, Kirs dağından başlayaraq  Əli-baba 
düzənliyinə  qədər uzanır. Eni Kirs dağından  Şuşakənd çayına və 
Xəlifəliyə  qədərdir. Bu ərazi çox gəlirli və  məhsuldardır. Burada buğda 
və başqa dənli bitkilər yaxşı yetişir. Adları qeyd olan yerlərin məlikləri 
Göycə və Zivə kəndlərindən gəlib Çanaqçı kəndində məskən salmışlar və 
get-gedə oranın adlı-sanlı adamları olmuşlar. Bu məliklər çox zaman 
Vərəndə mahalı  məlikliyinin işi ilə  də  məşğul olmuşlar. Onlar Məlik 
Şahnəzərlilər adı ilə  məşhurdurlar. Hərçənd məliklik üstündə onların 
övladları arasında çəkişmə və ziddiyyət vardı, amma onlardan hər birinin 
özü üçün çalışdığı aydın idi. Hətta Nadir şah onlardan Mirzəbəy adında 
bir məliki müqəssir bilib onu boğazından asdırmışdı. 
Bir müddət məlik mənsəbliyi başqalarının  əlində idi. Sonra isə yenə 
də  məliklik  Şahnəzərin övladına yetişdi. Məlik  Şahnəzər çox varlı  və 
dövlətli idi. Məlik  Şahnəzər Qarabağ xanlıqları dövründə onlara çox 
xidmət göstərmişdir. Buna görə də böyük hörmətə malik idi. Pənah xan 
da yenicə hökmranlığa başlamışdı və pula böyük ehtiyacı var idi. Məlik 
Şahnəzər bu vaxt Pənah xana yaxından kömək etmiş  və onun lazımi 
maddi ehtiyacını ödəmişdi. 
O həmişə öz oğlu Məlik Cəmşid ilə xanlara qulluq etmiş  və onların 
hörmətini qazanmışdı. 
Hətta Məlik  Şahnəzər işin və  vəziyyətin yaxşılaşması xatirinə  qızı 
Hürzad xanımı  Pənah xanın oğlu  İbrahim xana ərə verdi. Beləliklə  də, 
onların arasında yaxınlıq və qohumluq yarandı. Deyilənə görə, Pənah 
xanın hakimiyyətinin ilk günlərindən birində  Məlik  Şahnəzər onun 
yanına gedib demişdi ki, fikir çəkmə, yeddi il sənin qoşununu köhnə darı 
ilə saxlaram. 
Hazırda Məlik  Şahnəzərin övladları sağdırlar. Rusiya hakimiyyəti 
zamanında da onlar böyük hörmət sahibi idilər. 
Üçüncü, Xaçın mahalıdır, eni Qarqar çayından başlayıb Qabartıda 
qurtarır. Uzunu Qırxqız və Mıxtökən dağından Bayat meşəsinə 
 
  
 17


qədərdir. Bura da keyfiyytcə Vərəndədən yaxşı olmasa da buğda və sair 
məhsulları boldur.Bəzi yerlərində  çəltik də yetişdirilir. Bu yerlərin çoxu 
meşəlik və  cəngəllikdir- Deyilənə görə, Xaçında vaxtilə kiçik bir qala 
olmuş, adına Hetrak qalası demişlər.  İndi isə bu qala kiçik bir kənd 
halında qamaqdadır. Bu kəndin məlikləri qədimdə  Həsən Cəlalovların 
övladlarından olmuşlar. Onların hakimiyyəti bitdikdən sonra Pənah 
xanım dövründə Xndzristandan Məlik Mirzə xan adlı bir nəfər Pənah 
xana göstərdiyi xidmət və  sədaqətinə görə onun tərəfindən məlik təyin 
olunmuşdur. Bu məlikin övladları da məlik olmuş və bu vəzifədə xidmət 
göstərmişlər. Rusiyanın hakimliyi dövründə onların axırıncı məliki Məlik 
Qəhrəman idi. 
Dördüncü, Çiləbörd mahalıdır. Bu mahalın uzunluğu Qırxqızdan 
başlayıb Bərdə və Bayat meşəsinin kənarında qurtarır. Eni isə Xaçın və 
Qabartı çayından Tərtər çayına qədərdir. Burada toxumluq buğda və 
başqa taxıl məhsulu yaxşı yetişdirilir. Bunların məlikləri vaxtilə 
Məğavizdən gəlmişlər və burada məliklik etməyə başlamışlar. Bu 
məlikliyin  əhalisi cəsurluqda və  qəhrəmanlıqda məşhur olmuşdur. 
Buranın  ərazisinin böyük bir hissəsi meşəlikdən və keçilməz yerlərdən 
ibarətdir. Garmırx adlanan məşhur qala da buradadır. Bu qala olduqca 
möhkəmdir. Məliklər həmişə bu qalada yaşamış, igidlik və  rəşadət 
göstəmıişlər. Öz qəhrəmanlığı ilə  məşhur olan həmin məliklərdən biri 
Nəlik Allahqulu idi. Allahqulu Nadir şah dövründə onun xidmətində 
olub,  Abdulla paşa Köprülü oğlu sərəsgər ilə müharibədə böyük rəşadət 
göstərmişdir. Bu səbəbə görə də o, Nadir şahın əmrinə görə Məİik deyil, 
Sultan Allahqulu çağırılmış, böyük nüfuza malik olmuşdur. 
Beşinci, Talış mahalıdr. Bu mahalın uzunluğu Murov və Gülüstani-
İrəm dağından, Kürün kənarına qədər, eni isə  Tərtər çayından Gorana 
qədərdir. Buranın torpağı çox münbitdir. Burada taxıl və sair dənli 
məhsul yaxşı  əmələ  gəlir. Bunların məlikləri  əslən  şirvanlı olub, Talış 
kəndində  məskən salmışlar. Bunlar Bəylərovlar adı ilə  məşhurdurlar. 
Onların övladlarından bir neçəsi də məliklik vəzifəsini daşımışdır. 
Nəhayət, böyük məlik Usub Gülüstan qalasını  zəbt edərək orada 
yerləşmişdir! Onların övladları hazırda Rusiya hakimiyyəti dövründə də 
böyük nüfuza malikdirlər 
 
 18


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə