TəRTİBÇİDƏN


XANLARIN ƏSLİ VƏ TƏRƏQQİ DÖVRÜ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   2   3   4   5   6   7   8   9   ...   91

XANLARIN ƏSLİ VƏ TƏRƏQQİ DÖVRÜ 
HAQQINDA 
 
Qarabağ xanlarının  əsli Cavanşir oymağı  və Sarıcalı tayfasındandır. 
Bəzilərinin dediyinə görə, onların  əsli tatar elindəndir. Həmin elin əziz və 
hörmətli adamlarından biri vətəni tərk edib Gürcüstanda Lori qalasına getmişdi. 
Gəncə xanlarının tərəqqi dövründə həmin şəxs onların yanına gəlib vəzifə sahibi 
olmuşdu. Nəhayət, oradan da Qarabağa, Cavanşir elinə gəlmiş, burada evlənmiş, 
bir oğlu da olmuşdur. Oğlanın adını da Əli qoymuşdur. Bu oğlan san olduğu 
üçün onu Sarıca Əli çağırırdılar. Malı, dövləti çox olduğu üçün o, ətrafına çoxlu 
yoxsul və muzdur toplamışdı. Bu el Sarıca Əli adı ilə məşhurdur. 
Sarıca Əlidən sonra mal-dövlət onun oğlu İbrahim ağaya keçdi. İbrahim ağa 
isə mal və dövləti çox olduğuna görə  məşhurlaşdı.  İndi  də  Ağdam  şəhərində 
onun bağından nişanələr var. Arasbar isə İbrahim ağanın mal-qarası üçün otlaq 
yeri idi. 
İbrahim xanın Qalaq yaylağı da məşhur yerdir. Nadir şah Cavanşir elindən 
qoşun toplayarkən  İbrahimxəlilin böyük oğlu Fəzləli bəyi  öz yanına aparıb 
eşikağası təyin etdi. Fəzləli bəy vuruşma meydanında öldürüldükdən sonra Nadir 
şah onun kiçik qardaşı Pənahəlini öz yanına gətirib onu qardaşının əvəzində carçı 
təyin etdi. Pənahəli öz vəzifəsini bir müddət yerinə yetirdi. Lakin müəyyən 
zaman keçdikdən sonra Nadir şahın xidmətindən qaçıb Qarabağa getdi. Orda-
burda gizlicə yaşayıb özünü müdafiə etdi. Nadir şah Pənahəlinin tutulması  və 
onun yanına gətirilməsi haqqında Azərbaycan  əmirlərinə, bəylərbəyilərinə, 
Şirvan xanlarına və başqa  şəxslərə  təkidlə  fərmanlar göndərdisə  də, onun əmri 
yerinə yetirilmədi. 
Nəhayət, 1747-ci ildə Nadir şahın öldürülməsi xəbəri hər tərəfə yayıldı. 
Nadirin ölümündən sonra Pənahəli üzə çıxdı və Qarabağ elində başına bir dəstə 
toplayıb hakimiyyətdən dəm vurdu. 
Pənahəli bəy Qarabağın  ən böyük ellərindən olan Cavanşir, Otuz-iki və 
Kəbirli elləri ilə  bərabər sürgündən qayıtmış Gürcüstan ellərini də öz ətrafına 
toplamışdı  və bu ellərin hər biri ilə yaxşı  rəftar edirdi. Pənahəli bu ellərin 
içərisində olan adlı-sanlı cavanları öz başına toplayıb vilayətlər içərisində böyük 
qəhrəmanlıq göstərdi, qonşu hökmdarlarla çəkişmə və vuruşma başladı. Belə bir 
şəraitdə, yəni Nadir şah öldürüldükdən sonra Adil şah adı ilə məşhur olan qardaşı 
 19


oğlu  Əli Qulu xan onun yerində hökmran oldu. Əmiraslan xan isə onun 
tərəfindən Azərbaycan ölkəsinin sərdarı  təyin edildi. Əmiraslan Pənahəli bəyin 
əhvalatını  eşidib onu görmək arzusuna düşdü. Nəhayət, onlar bir-biri ilə 
görüşdülər. Bu görüş zamanı  Əmiraslan xan Pənahəliyə Adil şaha itaətkar 
olmağı təklif etdi. 
Pənahəli bəy dövrün hökmünə görə bu təklifi qəbul etdi. Əmiraslan işin nə 
yerdə olduğunu Adil şah həzrətlərinə xəbər verdi. Xələti, qılıncı və xanın yazılı 
hökmünü Pənah xana apardı. Pənah xan işə təzə başladığından möhkəm bir yerin 
(mərkəz) olması haqqında düşündü ki, baş verə biləcək hadisələrdən orada özünü 
qoruya bilsin. 
1162 (1748)-ci ildə Bayatda səngər və qala binası qoydu, orada bir divanxana 
hasarı tikdi. Bu zaman Qarabağ Xəmsə məlikləri bir yerdə Şirvanatda və başqa 
yerlərdə ixtiyar sahibi Hacı  Çələbiyə belə bir məktub yazdılar ki, Pənah xan 
Qarabağda hökmdar olmuşdur, qala və  səngər tikdirməyə başlamışdır. Özü də 
ağalıq iddiasındadır. Araqarışdıranlar Hacı  Çələbini Pənah xanla vuruşmağa 
təhrik etdilər və ona yazdılar ki, əgər bu işdə lazımi ölçü götürülməsə, bu adamın 
öhdəsindən gəlmək çətin olacaqdır. 
Hacı Çələbi onların yazdıqlarına əsasən Car və Balakəndən, Şir-vanatdan və 
başqa yerlərdən güclü qoşun toplayıb, Pənah xanı  əzmək və  məhv etmək 
niyyətilə yola düşdü. Pənah xan da öz adamlarını Bayat qalasında toplayıb 
müdafiəyə hazırlaşdı. Hacı Çələbi inadla davaya girişdisə də arzu və məqsədinə 
çatmadı və geri qayıtmağa məcbur oldu. 
Hacı  Çələbi geri qayıtdığı zaman yolda demişdi: “Pənah xan indiyə kimi 
sikkəsiz qızıl kimi idi, biz də  gəlib sikkə vurduq və geri qayıtdıq”. Bu söz 
camaatın arasında zərbi-məsəl oldu. Bundan sonra Pənah xan daha özünə 
möhkəm yer axtarmağa başladı. 1165 (1751)-ci ildə  Şahbulaqda dağın lap 
ətəyində Şahbulaq adlanan yerdə bir qala tikdirdi
1*
. Məscid, dörd yol ayrıcında 
hamam tikdirmək üçün plan tərtib edib bu yeri özü üçün sakit və rahat bir 
mərkəzə çevirdi. 
Bundan əlavə, Çiləbörd və Talış məlikləri ilə davaya və döyüşə başladı. Belə 
bir vəziyyətdə Qarabağ  məlikləri arasında özlərinə  rəhbər seçmək işində 
ziddiyyət və ixtilaflar yarandı. 
                                                 
*
 
1
 Müəllif səhv edir. Şahbulaq qalası 1749-cu ildə tikilmişdir. Bayat qalası isə 1748-ci ildə bina 
edilib. 
 
 20


Qarabağ məlikləri öz içərilərində bir nəfər rəhbər məlik seçmək istədilər. O 
hər bir səlahiyyətə malik olub hamı onun əmrinə tabe olmalı idi. Buna görə də 
məliklər arasında ziddiyyət yarandı. 
Məliklik iddiasında olan və özbaşınalıq edən Məlik  Şahnəzər Vərəndə 
mahalının məliki olan əmisi Məlik Həsəni öldürdü. 
Xəmsə  məlikləri bu həyəcanlı  xəbəri eşidən kimi öz qoşunlarını götürüb 
haqsızlıq edərək,  əmisini öldürmüş  Məlik Şahnəzəri cəza-landırmaq üçün onun 
üzərinə birgə hücuma keçdilər. 
Məlik Şahnəzər özünü müdafiə etmək üçün Çanaqçı kəndində qalaça tikdirib, 
ətrafına divar çəkdirmişdi. Ona görə də məliklər Çanaqçı kəndini tuta bilməyib, 
Vərəndə mahalını qarət etdilər. Onlar gələn il yenə  də qoşun və adamları ilə 
Çanaqçı  kəndinin üzərinə hücum çəkmək, buranı güclə  zəbt etmək və  Məlik 
Şahnəzəri tənbeh etmək niyyətilə geri qayıtdılar. 
Məlik  Şahnəzər o biri məliklərə nisbətən özünün zəif olduğunu və  işin pis 
nəticə verəcəyini hiss etdi. O, ümidsiz qalıb, Pənah xanın yanına gəldi və ona 
pənah gətirdiyini, itaət etdiyini bildirdi. Məliklərin şərindən qurtarmaq üçün ona 
kömək göstərməsini xahiş etdi. Pənah xana axıradək itaətkar və  sədaqətli 
olacağını bildirdi. 
 
PƏNAH XANIN YÜKSƏK DƏRƏCƏDƏ 
TƏRƏQQİSİ VƏ ONUN BİR NEÇƏ 
VİLAYƏT ÜZƏRİNDƏ SƏRDARLIĞI 
 
Nadir şahdan sonra İranda müstəqil şah yox idi. Ona görə də İranın müxtəlif 
vilayətlərində hər kəs yerindən qalxıb padşahlıq iddiasına düşür, qoşun düzəldib 
vuruşurdular. Yuxarıda da bu barədə yazılmışdı. 
Azad xan əfqan tayfaları ilə birlikdə  İranın bir hissəsini öz əlinə keçirtdi. 
Fars, Luristan, İran qoşunlarının köməyi ilə  Kərim xan başqa yerləri öz əlinə 
aldı. Astarabad və Mazandaran tərəfləri Məhəmməd-həsən xan Qacar zəbt etdi. 
Urmiya və  Əfşar vilayətlərinə  Fətəli xan sahib oldu. Bunlardan heç birisi bir-
birinə tabe olmurdular. Bu zaman Pənah xan da Qarabağ mahalında baş 
qaldırmışdı. Xəmsə  məliklərini sakitləşdirdi və  tərəddüd edənlərə  də lazımi 
tənbeh etdi. 
O, Qaradağ hakimlərindən Mehri, Güney mahallarını, Bərgüşada kimi 
Naxçıvan hakimindən Tatef və Sisyan mahallarını, Təbriz 
 21


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə