TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   10   11   12   13   14   15   16   17   ...   91

ilə rus məmləkətinə göndərib, böyük rus imperatoru Pavel Petroviçdən belə xahiş 
etdi ki, bu qədər ayrı dində olan düşmənlərin arasında aciz qalmışam. Mənim 
fikrim-zikrim hər zaman, hər saat bir tərəfdən və bir kəsdən ehtiyat etməkdir: 
“Əlahəzrətin yüksək rütbəli yaxın  əmirlərinə  mənim vəziyyətimin gedişi 
tamamilə məlumdur. Onlar Ağa Məhəmməd şahın mənə etdiyi zülmünə və onun 
törətdiyi fitnə və fəsadına şahiddirlər. 
Bütün dünya xalqlarının ümidgahı olan o padşahın dərgahında bizim 
xahişimiz budur ki, məzhəb və millətlərimizin birliyi xatirinə aciz və 
cəsarətsizlərə kömək olub üstümüzə kölgə salaraq bizə hamilik edəsiz. Dünyaları 
bəzəyən bayrağınızın hilalının nuru ilə zalımları  dəf edəsiniz”. Xalqların 
pənahgahı olan şahlıq sarayında keçmişdən tanınmış Gürcüstanın tavadlarından 
olan eşikağası, knyaz Kərsəvan bəy Çavçavadzeni saraya ərizənin ardınca 
göndərdi. Buna görə  də imperatorun mərhəmət dəryası dalğalandı, qeyrəti və 
şahlıq məhəbbəti hərəkətə  gəldi. Gürcüstan sərhədinin mühafizəsindən ötrü 
şəhərlərin asayişini və xalqın rahatlığını  bərpa etmək və düşmənlərin zülmünü 
dəf etmək üçün lazımi fəaliyyət göstərmək məqsədilə 1214 (1799)-cü ildə 
general-mayor Lazarevin başçılığı ilə beş min nəfərdən ibarət seçilmiş rus əsgəri 
Gürcüstana göndərildi.  Əhalinin işlərini idarə etmək və habelə ölkənin böyük 
dövlət  əhəmiyyəti olan işlərini qaydaya salmaq niyyətilə general-leytenant 
Knorrinki valinin yanında nazir və inspektor təyin etdi. Yüksək rütbəli məmurlar 
general Lazarev və general Qulyakov haman il Tiflis valisinin hüzuruna gəlib 
dedilər: “Siz şəhərdən çıxmayın və vətəni tərk etməyin. Biz yalnız rus qoşunu ilə 
düşmənin qarşısına gedərik, əgər Allah etməmiş məğlub olsaq, ondan sonra siz 
də qaçıb bir tərəfə gedərsiniz”. 
Gürcüstan  əhli bu sözü eşitdikdə bir az sakit oldu. Bundan sonra general 
Lazarev, general Qulyakovla birlikdə qoşun götürüb, Ümmə xanın qarşısına 
getdi. Suğraçu kəndinin altında... axşamçağı iki qaniçən qoşun üz-üzə  gəldi. 
Ləzgi  əhli rusların azlığını görərək, onların belə bir az qüvvə ilə müharibəyə 
girişmələrinə təəccüb etdi. 
Ləzgi döyüşçülərinin bəzi sərkərdələri “Axşamın xeyrindən sabahın  şəri 
yaxşıdır” deyib, səhərə  qədər möhlət verməyi məsləhət bildilər. Onlar belə 
güman edirdilər ki, ruslar davadan əl çəkib aman istəyəcəklər və qayıdıb 
gedəcəklər. Ümmə xan və başqa sərkərdələr dedilər: 
 
  
 
 
 
 
 
 47


- Allahdan başqa kim bilir ki, sabah ruzigar nə oyun oynayacaq. Yaxşı olar 
ki, dərhal döyüşə başlayaq və vuruşmanı  qızışdıraq, davamlı atlarımızı qanlı 
döyüş meydanına sürək və top-tüfənglərin gurultuları ilə dünya meydanına 
vəlvələ salaq, işıqlı günü düşmənin gözündə qaranlığa döndərək. 
Sonra Ümmə xan əmr etdi ki, ləzgi qoşununun bir hissəsi rusları üzük qaşı 
kimi mühasirəyə alsın və bir nəfərin də döyüş meydanından xilas olmasına yol 
verməyərək, rusları bir-bir əsir edib, onun yanına gətirsinlər. 
Dağıstan qoşunları öz sərkərdələrinin  əmrini böyük səy ilə yerinə yetirərək 
rus qoşunlarına yaxınlaşdıqda general Lazarev böyük cürət və  qəhrəmanlıqla 
əjdaha ağızlı toplardan atəş açılmasına əmr verdi. Cəsur rus əsgərləri birdən ura 
çəkərək ləzgilərin üzərinə hücum etdilər. 
N ə z m (sətri tərcümə): 
 
Bütün səhra və çəmən qan dəryasına döndü.  
Yer üzünə gecə kimi qaranlıq çökdü və 
göz çıraq kimi işıqlandı.  
Zamanın çərxi tərsinə döndü,  
Yerdən göyə ah-nalə yüksəldi.  
Topun səsindən, tüfəngin tüstüsündən,  
Dünya qaraldı, vəziyyət ağırlaşdı,  
Başlarına hey fitnə yağdı.  
Heç kəs heç kəsdən xəbər tuta bilmədi. 
 
Dağıstanlı  əsgərlər gördülər ki, top gülləsi alovlarından qarışmış aləm od 
dənizinə çevrilmiş, rus əsgərlərinin başları isə onların al-qanına boyanmışdır. 
Ləzgilər artıq davam gətirə bilməyib döyüş  və vuruşmadan  əl çəkdilər və 
qaçmağa başladılar. Beləliklə, müharibə qaçaqaçla əvəz olundu. Camaatın 
malına, dövlətinə olan zərər həddini keçdi. Qoşun və zabitlər içərisində ölənlərin 
sayı  ağlasığmaz dərəcədə idi. Yerdə qalan döyüşçülər çox çalışdıqdan sonra 
başqa qoşun hissələri ilə birləşib, başlarına gələn qəziyyəni onlara nəql etdilər. 
Onlar bu hadisəni eşitdikdə ürəkləri sıxılıb öz-özlərinə dedilər: 
 
  
 48


Ş e i r (sətri tərcümə): 
 
Bir yerdə namus və şöhrət naminə  
İntiqam qılıncını qınından çıxaraq,  
Bu vuraşda at çapaq,  
Mizraq, nizə, qılınc və ox oynadaq,  
Hamımız düşmən ovlayan atlılarla,  
Müharibə meydanını düşmənə təng tutaq.  
Əgər belə vaxtda kişilikdə ad qazanmasaq  
Başımıza qoyduğumuz papaq bizə haram olsun. 
 
General qalib gəlmiş qoşununu götürüb özünü sığınacağa yetirdi. Onların dağ 
kimi duran qoşunları qoçaqlıq və rəşadətlə zərbələr vurub gözəllərin saçları kimi 
düşməni pərakəndə və pərişan etdi. 
Ümmə xan və digər sərkərdələr hər vasitə ilə qoşunu ram etməyə çalışdılar. 
Bununla da onlar istəyirdilər vaxtdan istifadə edib, ya müharibənin sonunda ad 
qazansınlar və ya da əksinə rüsvay olsunlar, amma onların bu səyi nəticəsiz 
qaldı. 
Ruslardan aldıqları birinci zərbə bağırlarını elə çatlatmışdı ki, onların adlarını 
eşidən kimi vuruşa girişmədən qaçmağa üz qoydular. Elə ki gece oldu, ləzgilər 
durmadan Gəncəyədək qaçdılar, tərs yel kimi heç yerdə dayanmadılar. Bu beyt 
onların hallarına müvafiq olaraq deyilmişdi: 
 
N ə z m (sətri tərcümə): 
Sevinə-sevinə ov dalınca gəldim,  
Özüm isə axırda ovçu əlində əsir oldum. 
 
Ləzgilərin fikri oradan Qarabağa gəlmək, qışı burada qalıb bahar fəslində öz 
evlərinə  və yurdlarına qayıtmaq idi. Dağları qar tutduğundan öz vilayətlərinə 
getmək mümkün deyildi. Gəncə əhli bu işdən xəbərdar olub qılıncları qınından 
çıxararaq, onlarla əlbəyaxa oldular. O köməksiz dəstədən çoxlarını öldürüb, o 
biri ölənlərin yanına göndərdilər. Ləzgilər artıq heç yerdə dayanmayıb, sığınacaq 
sözünü deyə-deyə çarəsiz qalıb Cara qaçdılar və qışı orada keçirtdilər. 
Ümmə xan bu hadisədən sonra qəm-qüssədən xəstələnib vəfat etdi. Onu 
Carda dəfn elədilər. General Lazarev Tiflis əhlini Ümmə 
 
  
 49


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə