TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
  1   2   3   4   5   6   7   8   9   ...   91


 
 
 
QARABAĞNAMƏLƏR 
 
MİRZƏ YUSİF QARABAĞİ 
TARİXİ-ŞƏRİF 
 
MİR MEHDİ XƏZANİ 
KİTABİ-TARİXİ-QARABAĞ 
 
RZAQULU BƏY MİRZƏ CAMAL OĞLU 
PƏNAH XAN VƏ İBRAHİM XANIN 
QARABAĞDA HAKİMİYYƏTLƏP VƏ  
O ZAMANIN HADİSƏLƏRİ 
 
İKİNCİ KİTAB 
 
ŞƏRQ-QƏRB 
 
BAKl   2006 
 
5


Bu kitab "Qarabağnamələr. II kitab" (Bakı, Yazıçı, 1991) nəşri əsasında 
təkrar nəşrə hazırlanmışdır
 
 
 
 
 
 
Tərtib edəni:  
Nazim Axundov 
 
Elmi redaktoru:  
Akif Fərzəliyev 
 
 
 
 
947.54-dc22 
AZE 
Qarabağnamələr. II kitab. Bakı, "Şərq-Qərb", 2006, 288 səh. 
 
"Qarabağnamələr"in ikinci kitabında Azərbaycanın XIX əsr salnaməçi-
ləri Mirzə Yusif Qarabağinin, Mir Mehdi Xəzaninin və Rzaqulu bəy 
Mirzə Camal oğlunun Qarabağ haqqında tarixi, ədəbi-bədii, publisistik 
oçerkləri toplanmışdır. 
 
 
 
ISBN10         9952-34-069-9 
ISBN13 978-9952-34-069-3 
 
 
 
 
©  “ŞƏRQ-QƏRB”, 2006 
 
6


TƏRTİBÇİDƏN 
 
 
“Qarabağnamələr”in ikinci kitabına XIX əsrin 60-70-ci illərində 
Qarabağ tarixi haqqında yazılmış aşağıdakı salnamə və materiallar daxil 
edilmişdir: 
Mirzə Yusif Qarabağinin “Tarixi-Safi”, Mir Mehdi Xəzaninin “Kitabi-
tarixi-Qarabağ”, Rzaqulu bəy Mirzə Camal oğlunun “Pənah xan və 
İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanın hadisələri” 
əsərləri. 
Müəlliflərdən Mirzə Yusif Qarabaği “Tarixi-Safi”ni və Rzaqulu bəy 
Mirzə Camal oğlu “Pənah xan və  İbrahim xanım Qarabağda 
hakimiyyətləri və o zamanın hadisələri”ni fars dilində, Mir Mehdi Xəzani 
isə “Kitabi-tarixi-Qarabağ”i Azərbaycan dilində yazmışdır. Ana dilində 
yazılan “Qarabağnamə”lər tarixi, coğrafi, etnoqrafik, onomastik 
məlumatlarla yanaşı, XIX əsrin 40-cı illərindən başlayaraq dövrümüzə 
qədər zəngin dil materialı verən abidələrdir. 
“Qarabağnamələr”in ikinci kitabına daxil edilən əsərlərin əlyaz-maları 
aşağıdakı arxiv və fondlardan toplanılmışdır. 
Mirzə Yusif Qarabağinin “Tarixi-Safi” əsərinin farsca yazılmış yeganə 
nüsxəsi Gürcüstan SSR Elmlər Akademiyasının yanında akademik 
S.N.Canaşia adına Dövlət Muzeyi Əlyazmaları Fondunda 195 nömrəli 
şifrlə saxlanılır. 
Mir Mehdi Xəzaninin Azərbaycan dilində yazılmış “Kitabi-tarixi-
Qarabağ” əsərinin Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd 
Füzuli adına  Əlyazmaları  İnstitutunda saxlanılan beş  əlyazmasından B-
518 nömrəli nüsxə keyfiyyət etibarilə digər nüsxələrdən yaxşı olduğuna 
görə əsas götürülmüş, naqis olan iki vərəq başqa əlyazmadan alınmışdır. 
 
7


Rza qulu bəy Mirzə Camal oğlunun “Pənah xan və  İbrahim xanın 
Qarabağda hakimiyyətləri və o zamanın hadisələri”  əsərinin Qarabağ 
tarixi barədə farsca yazılmış 162 səhifəlik  əlyazması Azərbaycan Milli 
Elmlər Akademiyasının Məhəmməd Füzuli adına  Əlyazmaları 
İnstitutunda B-470 şifrlə mühafizə olunur. Müəllifin etiraf etdiyi kimi o, 
atası Mirzə Camalın “Qarabağ tarixi”ni xülasə etmişdir. Rzaqulu bəy 
atasının yazdığı tarixə bir neçə  dəyərli  əlavələr etdiyindən burada çap 
olunmasını məqsədəuyğun bildik. 
Bir küll halında “Qarabağnamələr” yalnız adi tarixi salnamələr 
deyildir. Bu əsərlərdə etnoqrafik materiallara, tarixi-memarlıq 
abidələrinin təsvirinə, Qarabağın bir çox maraqlı  şəxsiyyətlərinə, adət-
ənənələrinə dair zəngin faktlarla, vəqf mülkiyyətinin Qarabağda geniş 
vüsət tapmasına dair tutarlı sübutlarla rastlaşırıq. 
  
 
8


 
 
 
 
 
 
 
 
 
 
MİRZƏ YUSİF QARABAĞİ 
TARİXİ-SAFİ 
  
 
9


MİRZƏ YUSİF QARABAĞİ VƏ ONUN 
“TARİXİ-SAFİ” ƏSƏRİ
*
 
XIX esrin salnaməçilərindən olan Mirze Yusif Qarabağinin (1798-1864) 
Rusiya-İran münasibətlərinin (1800-1828) və Azərbaycan tarixinin müəyyən 
səhifələrini öyrənmək nöqteyi-nəzərindən qiymətli mənbələrdən birini təşkil 
eden “Tarixi-Safi” əsəri fars dilində yazılmışdır və heləlik bizə onun yeganə bir 
nüsxəsi məlumdur
1
. Mirzə Yusif Nersesov ədəbiyyatımızda hələ XX əsrin birinci 
rübündən bəlli olsa da
2
, onun “Tarixi-Safi” əsəri  əsrimizin otuzuncu illərində 
belə tarixçilərimizə  bəlli deyildi
3
. Bu əser haqqında bizə ilk məlumat verən 
Mirzə Yusif Qarabağinin tərcümeyi-halını tedqiq edən Əli Əjdər Səidzadədir. O 
zaman bu əsəri şəxsən görməmiş olan Ə.Ə.Səidzadə “Tarixi-Safi”nin bizə gəlib 
çatmadığı ehtimalında idi
4
. “SSRİ-də tarix elminin tarixinə dair oçerkləri”ə daxil 
olan Azərbaycan tarixşünashğına həsr olunmuş məqalədə isə bu əsərin ancaq adı 
çəkilir, yanlış olaraq, əsərin yazıhş tarixi XIX esrin birinci yarısına aid edilir
5

“Tarixi-Safi”nin mündəricəsi haqqında çox müxtəsər də olsa, ilk məlumata 
biz “XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı” adlı  məqaledə  və 
həmin məqale müəlliflərinin iştirakı ilə yazılmış “XIX əsrdə  və XX əsrin 
əvvəllərində Azərbaycanda tarix elminin inkişafı” adlı  əsərdə rast gəlirik
6

Yuxarıda adları  çəkilən her iki əsərdə müəlliflər Mirzə Yusifin müxtəsər 
tərcümeyi-halını verdikdən sonra “Tarixi-Safi”nin qısa məzmunundan danışırlar. 
“Tarixi-Safi” müəllifi Mirzə Yusif 1798-ci ildə Qarabağ mahalının Hadrut 
kəndində anadan olmuşdur. Onun atası Nerses Cənubi Azerbaycanın  Əhər 
şəhərindən idi. O, İran hökmdarlarının ermənilərə münasibətindən narazı qaldığı 
üçün Qarabağa köç-müşdü
7
. Mirzə Yusif öz əsərinin müqəddiməsində hələ uşaq 
ikən Qarabağdan “Qızıl- 
                                                 
* Məqalə  Əli Hüseynzadənin “XIX əsrin ikinci yarısında Azərbaycan tarixşünaslığı” (Bakı, 
1967) əsərindən götürülmüşdür (seh.88-102). 
1  
Gürcüstan SSR EA yanında akademik S.N.Canaşia adına Dövlət Muzeyi Əlyazmaları Fondu, 
inv.195; bu əlyazmanın fotosurəti Azərbaycan SSR EA TİEA, inv.2251. 
2  
S.Mümtaz. Azərbaycan ədəbiyyatı, sayı 2, Molla Pənah Vaqif, Bakı, 1925. 
3  
Q.İmanov. Вопросы историографии Азербайджана. Наука в АССР за 15 лет, Баку, 1936, 
səh. 163. 
      4
  А.А.Сеидзаде.  Мирза  Юсиф  Нерсесов  (Шушинский). “Известия  Азербайджанского 
Филиала Академии Наук СССР”, 1942, №9, səh. 10-11. 
5   
Очерки истории исторической науки в СССР, I cild, Мoskva, 1955, səh.643. 

  А.Н.Гулиев,  И.М.Гасанов.  Историческая  наука  в  Азербайджане  во  второй  половине 
XIX   в., Аzərbaycan SSR ЕА Tarix İnstitunun əsərləri, XIII cild, Ваkı,  1958, səh.236; Ə.N.Quliyev, 
İ.М.Нəsənov, 1.V.Striqunov. XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycanda 
Tarix elminin inkişafı, Bakı, 1960. 
7
  А.А.Сеид-заде. Мирза Юсиф Нерсесов (Шушинский). “Известия Азербайджанского 
Филиала Академии Наук СССР”, 1942, №9, səh.12. 
 10


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə