Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə1/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
  1   2   3   4   5   6   7   8   9   ...   87


Sən İsa Məsihə iman
edirsənmi?
Böyüklərə katolik imanının əsasları
barədə
Katolik kilsəsi 
Bakı
Azərbaycan
2010
~ 1 ~
1


Orijinal mətn: 
«Веруеш ли Ты в Сына
Божия», 3-е изд., 
Гродно, Беларус, 
2007.
Müəllif: 
Tadeuş Kriştopik, 
Stanislav Kozlov
Tərcümə və redaksiya: Bakı “Fidiyə 
olunan Məsih” Roma 
Katolik prixodu 
Azərbaycan dilində kitabın 1-ci nəşri: 
Katolik Kilsəsi, Bakı, 
Azərbaycan, 2010.
BU KİTAB AZƏRBAYCAN RESPUBLİKASININ
DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN
İCAZƏSİ İLƏ (DK-232/R SAYLI MƏKTUB) ÇAP EDİLIB.
~ 2 ~
2


Giriş sözü
«Sən Allahın Oğluna iman edirsənmi?» (Yəh 9, 35) –
bu   sualı   İsa   Məsih   anadangəlmə   kor   olan   və   Allahın
mərhəməti   ilə   gözləri   açılan   bir   adama   verdi.   Müjdəçi
Yəhya bəhs edir: «İsa yolla gedərkən anadangəlmə kor
bir adam gördü. Şagirdləri Ondan soruşdu: «Rabbi, kim
günah   etdi   ki,   bu   adam   kor   doğuldu:   özü,   yoxsa
ata-anası?» İsa cavab verdi: «Nə özü günah etdi, nə də
ata-anası. Amma Allahın işləri onun həyatında görünsün
deyə belə oldu. Nə qədər ki gündüzdür, Məni Göndərənin
işlərini görməliyik. Tezliklə gecə gəlir, o zaman heç kim
işləyə   bilməz.   Dünyada   olduğum   müddətdə   dünyanın
nuru Mənəm». Bu sözləri deyəndən sonra yerə tüpürdü,
tüpürcəklə   palçıq   düzəltdi   və   palçığı   kor   adamın
gözlərinə   sürtdü.   Sonra   ona   dedi:   «Get,   Şiloah
hovuzunda yuyun». «Şiloah» «göndərilmiş» deməkdir. O
da   gedib   yuyundu   və   gözləri   açılmış   halda   qayıtdı.
Qonşuları   və   əvvəllər   onu   bir   dilənçi   kimi   tanıyanlar
deyirdilər: «Əvvəllər oturub dilənən adam bu deyilmi?»
Bəzisi   «odur»   dedi,   bəzisi   «xeyr,   amma   ona   oxşayır»
dedi.   Özü   isə   «mənəm»   dedi.   Ondan   «Elə   isə   gözlərin
necə   açıldı?»   deyə   soruşdular.   O   cavab   verdi:   «İsa
deyilən Adam palçıq düzəldib gözlərimə sürtdü və mənə
«Şiloah   hovuzuna   get,   yuyun»   dedi,   mən   də   gedib
yuyundum   və   gözlərim   açıldı»...   O   adamı   bayıra
atdıqlarını   İsa   eşitdi   və   onu   tapıb   dedi:   «Sən   Bəşər
Oğluna iman edirsənmi?» O soruşdu: «Ağa, O kimdir ki,
Ona iman edim?» İsa ona dedi: «İndi gördüyün və səninlə
~ 3 ~
3


danışan Adam Odur». O da «ya Rəbb, iman edirəm» dedi
və İsaya səcdə etdi» (Yəh 9,1; 11; 35-38).
Anadangəlmə kor olan adam ruhani cəhətdən də kor
idi, çünki Allah haqqında tam həqiqəti dərk etməmişdi.
Allah barədə onun təsəvvürü az idi və çox vaxt həqiqətə
uyğun   gəlmirdi:   o,   ətrafda   olanların   çoxunun   təsəvvür
etdiyi kimi Allahı təsəvvür edirdi. Lakin budur, o öz həyat
yolunda   İsaya   rast   gəldi.   İsa   bu   insanın   nəinki   fiziki
gözlərini,   həmçinin   qəlbinin   gözlərini   açdı,   çünki   kor
adam   Rəbbə   həqiqi   Allah   Oğlu   kimi   iman   etdi.  Gözləri
açılan   bu   adam
 
ailədə   məsihçi   tərbiyəsi   və   həyatında
Ümumdünya   Kilsəsinin  iştirakı   olmadığından   Allahı
tanımayan, lakin öz həyat yolunda İsaya rast gələn və
Ona həyatın mənasına gözlərini açmağa izn verən, hər
bir   “anadangəlmə   kor”   olan   insanın   ruhani   cəhətdən
gözlərinin açılmasının surətidir. 
~ 4 ~
4


I-ci HİSSƏ
Məsihçilərin imanı
~ 5 ~
5


~ 6 ~
6


«Ya Rəbb, iman edirəm!»  (Yəh 9, 38)
Yaşadığımız   dövr   dolğun   və   hərtərəfli   məlumat
dövrüdür. 
Allahı   tanımaq   istəyən   şəxs   bir   çox   təkliflərlə
rastlaşır: çoxsaylı protestant ayinləri Allah və xilas yolu
barədə öz anlayışlarını, şərq dinləri (induizm, buddizm və
s.) varlığın öz konsepsiyasını təklif edirlər. 
Hər   şeyi   eyni   zamanda   əldə   etmək   istəyən   şəxs
tezliklə   səmtini   itirir,   çünki   onda   müxtəlif   anlayışlar
qarışmağa başlayır və nəticədə o, Allahı tanımaq arzusunu
da   itirə   bilər.   Lakin   istənilən   xeyirxah   işdə   olduğu   kimi
Allah barədə həqiqətin axtarışında da düşüncə zəruridir:
yadda   saxlamaq   lazımdır   ki,   hər   bir   adam   ilk   növbədə
insan   və   yalnız   sonra   bunun   əsasında   imanlı   olmalıdır.
İnsan   olmaq   başqalarının   baxışlarını   və   faktları
qiymətləndirməkdə   sağlam   düşüncəli   və   sadə   olmaq,
yaşamaq   və   çalışmaq   sevincini   və   yaşamaq   arzusunu
qoruyub   saxlamaq   deməkdir.   İnsan   olmaq   cəmiyyətdən
təcrid olmamaq, cəmiyyətdə öz yerinə məxsus olmaq, öz
çağırışına uyğun olaraq adamlarla nemətlə bölüşmək və
başqalarından   aldığın   nemətlərdən   istifadə   etmək
deməkdir. İnsan olmaq qohumlar, qonşular və iş yoldaşları
ilə   təbii   insani   münasibətləri   saxlamaq   deməkdir.   İman
insanda   yaxşı   olan   bütün   cəhətləri   kamilləşdirir   və   onu
Yaradan Allaha tərəf istiqamətləndirir, onda Allahla əbədi
həyata   ümid   yaradır,   ona   həyatda   öz   çağırışını   yerinə
yetirməyə qüvvət verir. Bir sözlə, həyatı dərin, əbədiyyət
istiqamətli məna ilə doldurur. 
Allah   barədə   həqiqəti   öyrənmək   arzusu   olan   insan
ehtiyatlı   olmalıdır   və   müəyyən   mənfi   təsirlərə
düşməməlidir.   Bu,   məsələn,   hər   şeyi   qara   görən
~ 7 ~
7


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə