TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   4   5   6   7   8   9   10   11   ...   91

onunla vuruşmağa göndərdi. Vuruşma İsfahan ətrafında başlandı. Allahın 
qəzası ilə bu davada İskəndər xan öldürüldü, qoşunu da məğlub edildi. 
Fətəli xan İraq vilayətlərinin bir neçəsini istila etdi. Qardaşı İskəndər 
xanın ölüm xəbərini eşidən kimi Kərim xanın hirsindən qanı beyninə 
sıçradı.  İntiqam almaq və qan tökmək məqsədilə qüvvətli qolunu 
çırmalayıb saysız-hesabsız qoşun topladı. Azərbaycana gəlməmişdən 
qabaq Pənah xana bir dostluq məktubu yazıb, etibarlı adamlarından biri 
ilə göndərdi. O bu məktubda belə yazmışdı: “Pis adam olan Fətəli xan 
bizimlə qanlı, sizinlə  də qatı düşməndir, bizim qardaşımızı öldürüb, 
sizinlə isə bağladığı müqaviləni pozub, ona riayət etməyib, oğlunuzu 
götürüb aparmışdır, hər gün bir tərəfə  və  hərdən biri ilə vuruşmaya 
başlayır (həyat sizin üçün qisas almaqdan ibarətdir). Buna görə də ədavət 
qılıncını  qınından çıxarıb intiqam almağa  əzm etmişəm. Sizdən 
dostcasına xahiş edirəm ki, tezliklə ixtiyarınızda olan qoşunu götürüb 
mənim yanıma gələsiniz, bir yerdə onunla vuruşmağa hazır olasınız. Həm 
sizin oğlunuzu fəlakətdən qurtarım, həm də öz qardaşının intiqamını 
ondan alım”. Pənah xan oğlunu xilas etmək üçün fürsət axtarırdı  və 
Allahdan yeganə arzusu o idi ki, Fətəli xanı cəzalandırsın. Pənah xan bu 
xəbəri eşidən kimi cəld çoxlu atlı və piyada götürüb, Kərim xanın yanına 
gəldi. Kərim xan onu böyük hörmət və izzətlə qarşıladı. Onlar birlikdə 
Fətəli xanı  dəf etməyə yola düşdülər. Urmiya ətrafına yetişərkən Fətəli 
xanla qarşılaşdılar. Fətəli xan bir az vuruşduqdan sonra davam gətirə 
bilməyib qalaya qayıdaraq gizləndi. Bir neçə müddət sonra zəiflədiyini 
hiss etdi, çarəsiz qalıb, Kərim xana itaət etməyə başladı. 
Kərim xanın verdiyi vədə inanıb üzə  çıxdı  və itaətkarlıq göstərdi. 
Kərim xan özünü şah yox, vəkil adlandırırdı. Burada İbrahimxəlili öz 
yanına çağırıb ona xələt, qılınc, qızıl yəhərli bir at bağışladı, eyni 
zamanda ona Qarabağa getməyə və orada hökmranlıq etməyə əmr verdi. 
Kərim xan Pənah xandan bir neçə günlüyə birlikdə  səyahətə  və kef 
çəkməyə  Şiraza getmələrini xahiş etdi. Pənah xan isə onun bu xahişini 
qəbul etdi. Kərim xan Fətəli xanı da özü ilə götürüb Şiraza getdilər. 
Kərim xanın anası öz qardaşının qisasını  Fətəli xandan almağı 
oğlundan tələb edirdi, buna baxmayaraq, Kərim xan öz verdiyi vədi və 
bağladığı müqavilənaməni pozmaq istəmədi. Birlikdə getdikləri 
 28


zaman yolun yarısında Fətəli xanla İskəndər xanın vuruşduğu yerə 
yetişdilər. Kərim xan Fətəli xandan soruşdu: “Bu yer nə yerdir?” Kərim 
xan dalğınlıqla cavab verdi ki, bu həmin təhlükəli döyüş meydanıdır ki, 
burada  İskəndər xanın həyat günəşi qaranlıqlar içərisində söndü. Kərim 
xan Fətəli xanın bu cavabından elə qəzəbləndi ki, az qaldı ürəyi partlasın. 
Kərim xan o saat Fətəli xanın ölümünə  əmr verdi, cəsədini isə qardaşı 
İskəndər xanın yanında basdırdılar. Bir neçə gündən sonra Kərim xan və 
Pənah xan Şiraza çatdılar. Orada bir neçə gün qaldılar, Pənah xan Şirazda 
xəstələnib öz əcəli ilə  vəfat etdi, onun cənazəsini böyük hörmətlə 
Qarabağa gətirdilər. Ağdamda öz pulu ilə alınmış yerdə  dəfn etdilər... 
Bəziləri deyirlər ki, Pənah xan qəsdən özünü ölülüyə vurmuş idi. O öz 
yaxın adamlarına vəsiyyət etmişdi ki, öləndən sonra onun cənazəsini 
Qarabağa aparsınlar, bu məqsədlə  və hiylə ilə  Şirazdan çıxıb, yolda ata 
minib, Qarabağa getsin və burada öz hökmdarlığını davam etdirsin. 
Kərim xan Pənah xanın fikrini başa düşərək deyir: 
- Pənah xan mənim xeyirxah dostumdur. Buna görə  də  mən gərək 
onun cənazəsini tam hörmətlə Qarabağa göndərəm. 
Onun qarnını yarıb  ədviyyat ilə doldurduqdan sonra Qarabağa yola 
salır. 
 
QARABAĞDA VƏ BAŞQA YERLƏRDƏ 
İBRAHİMXƏLİL XANIN HÖKMDARLIĞI VƏ 
ONUNLA YAXIN YERLƏRDƏ OLAN XANLARIN 
ARASINDAKI HADİSƏLƏR 
 
1148 (1762)-ci ildə  Pənah xanın vəfatından sonra böyük oğlu 
İbrahimxəlil xan atasının yerində hakim oldu. O heç kəsə tabe olmurdu
əksinə  İraq, Azərbaycan hüdudları arasında olan Şəki,  Şirvan, Gəncə, 
Ərdəbil, Xoy, Marağa, İrəvan, Qaplanguha kimi vilayətlərin məlik, hakim 
və xanlıqlarından üstün idi. 
Çox vaxt göstərilən hakimlərin işdən götürülməsi və ya təyin edilməsi 
onun əmri ilə icra olunurdu. 
O, avar və Dağıstan hakimi Ümmə xanın bacısı Bikə ağaya evlənərək 
onunla qohum oldu. Dağıstan ölkəsindən ona kömək gəlirdi və 
 
 
 
 29


  
çox vaxt ləzgilərin qonşularını yanında qonaq sifətilə Qarabağ 
kəndlərinin hesabına saxlayırdı.  İbrahimxəlil xan Qaradağ vilayətini də 
həmin ləzgi qoşununun köməyi ilə  zəbt etdi. Araz kənarında bir çox 
binaları  və abadanlıqları olan və eyni zamanda Qaradağ vilayəti 
hakiminin əyləşdiyi yeri - Guruşt qalasını dibindən dağıdıb yerlə-yeksan 
etdi, oranın əhalisini başqa vilayətlərə köçürərək, pərən-pərən saldı. 
 
R ü b a i (sətri tərcümə): 
Guruşt haradır? Gözəllikdə səkkizinci cənnətdədir, 
Onunla mənim qəlbim həmişə sevinirdi. 
Bunda nə hikmət var ki, Adəm behiştdən,  
mən də Guruştdan qovuldum. 
 
İbrahimxəlil xan Guruşt hakimi Mustafa xanı tutub özü ilə gətirdi və 
Şuşa qalasında həbs etdi. Qaradağın bəzi mahallarını  hədiyyə  və  bəxşiş 
olaraq sərkərdələrinə bağışladı ki, onun gəlirindən və xeyrindən istifadə 
etsinlər. 
 
İBRAHİM XANIN NAXÇIVANA HÜCUMU 
 
O zamanlar Naxçıvan hakimi Kəlbəli xanla İbrahim xanın arasında 
ədavət törəmişdi. Buna görə  də  İbrahim xan Dağıstan ləzgilərindən 
kömək istədi və Dağıstan hakimi Ümmə xan öz qoşunu ilə İbrahim xanın 
köməyinə  gəldi.  İbrahim xan Qarabağın atlıları  və könüllüləri ilə (çəri) 
birlikdə  hərəkət etdi. Kəlbəli xana cəza vermək qərarına gəldi və onun 
olduğu Qarababaya yetişərək dayandı. Qoşuna kəndləri və əkin yerlərini 
dağıtmaq əmrini verdi. O, Qara-babanı mühasirəyə aldı. 
Kəlbəli xan da qabaqcadan İrəvan hakimindən kömək istəmişdi. O da 
ona bir qədər kürdlərdən və başqa ellərdən kömək göndərmişdi. 
Yuxarıda qeyd etdiyimiz yerdə  hər iki tərəfin qoşunu bir-birinə rast 
gəldi. Kəlbəli xan bir qədər geri çəkildikdən sonra Tiflis yolu ilə qaçmağa 
üz qoydu. Bunu görən Ümmə xan iti gedən atını onların dalınca çapdı. 
İbrahim xan isə Ümmə xanın Kəlbəli xanı təqib etməsinə mane oldu və 
onun təqibi nəticəsiz qaldı. 
  
 30


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə