TəRTİBÇİDƏN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/91
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18846
1   ...   5   6   7   8   9   10   11   12   ...   91

Bu zaman igidlikdə dünyada ad qazanan Zeylan və Qarapapaq 
kürdləri qaçağan atlarının cilovunu buraxıb və iti qılınclarını 
kəmərlərindən çıxarıb ləzgilərin üzərinə hücum etdilər. Ləzgilər artıq tab 
gətirə bilməyib, qaçmağa üz qoydular. İbrahim xan könüllü qoşunu (çəri) 
Qarababanın mühafizəsi üçün qoymuşdu. O, çarəsiz qalıb məlik və 
yüzbaşıların yanına adam göndərdi, onlara geri qayıtmaq  əmrini verdi. 
Burada Kəlbəli xanla dostluğun  əsasını qoydu. Beləliklə, dostluq və 
məhəbbət əlaqəsi bu gündən etibarən davam etdi. İbrahim xan qoşunu və 
çəriləri götürüb Qarabağa gəldi. 
 
İBRAHİM XANIN XOYA GETMƏSİ 
 
İbrahim xan Naxçıvanı  zəbt etdikdən sonra öz bacarığına daha da 
güvəndi. Ağa Məhəmməd xanın  İranda hökmranlıq etməyə başlamasına 
baxmayaraq, işi hələ də tərəqqi etməmişdi. Onun bu zaman Fars və Şiraz 
tərəflərdə olduğundan istifadə edərək  İbrahim xan Xoy vilayətini özünə 
tabe etmək fikrinə düşdü. O, 1203 (1788)-cü ildə  ləzgi, Car, avar və 
Qarabağın könüllülərini və Qaradağın qoşununu toplayıb Xoy tərəfə 
hərəkət etdi. 
Özünün çoxlu və güclü qoşunu ilə keçə-keçə Mərəndə varid oldu. Xoy 
hakimi Cəfərqulu xan da öz adamları ilə  İbrahim xanın qarşısını almaq 
üçün tələsik hərəkət etdi. Bəzi elmlərdə  şöhrəti olan və Molla Pənah 
təxəllüsü ilə bir alim İbrahim xanın yanında qulluq edirdi. Bu şəxs hesab, 
rəml və astronomiya elmlərini yaxşı bilirdi. O, İbrahim xanın qoşununun 
taleyini düşünərək demişdi: “Sabah biz Xoy şəhərinin ortasında 
olmalıyıq”. 
Müxtəsər, hər iki tərəfin qoşunu Mərənd sahəsində bir-birinə 
yetişdilər. Hər iki qoşun hissəsi bir-birinə yaxınlaşanda hər iki tərəfdən 
çarxçılar müharibə meydanına çıxdı. Xoy süvarilərinin bir çarxçısı  əldə 
siyirməqılınc ilə at çapıb o tərəfin bir çarxçısının boynunu vurdu. 
Qoşun bunu görcək daha artıq davam gətirə bilməyib qaçmağa üz 
qoydu. Güc və taqətdən düşüb ixtiyarlarını itirdi. Könüllü piyada dəstəsi 
isə öz yerində dayanıb durdu, silaha əl atmadan hamısı  əsir düşdü. 
Süvarilərin də çoxu tutulub tərk-silah edildi, qalanları isə bir daha 
müharibə meydanına qayıtmayıb evlərinə  və  səhraya üz qoydular. 
İbrahim xanın bütün hərbi ləvazimatı qarət edildi. Bir gün 
 
 31


əvvəl (sabah Xoy şəhərini tutub, özümüzü Xoy şəhərinin içində görərik) deyən 
Molla Pənahı da tutub, bir neçə əyan və əşrəflə Xoy şəhərinə apardılar. 
Tutulanlar içərisində olan İbrahim xanın  əmisi oğlu Fərzi bəy ona hirslənib 
dedi: 
- Bəs söyləyirdin ki, Xoyu tutub özümüzü şəhərin içərisində görəcəyiz
halbuki özümüz əsir düşüb buraya gətirildik. 
Əsirlər bir müddət burada qaldılar, bir az keçdikdən sonra İbrahim xan yenə 
tədarük görüb, Cəfərqulu xanın yanına gedib, sülhə girərək öz adamlarını xilas 
etdi. Molla Pənah bu səfərdə demişdi: 
 
F ə r d: 
Vaqifəm mən bu səfərdən ki, salamat qayıdam. 
Tövbə gör bir də qiyamət günü çıxsam Qələdən. 
 
İbrahim xan bir çox xanların və hökmdarların üzərində nüfuz və üstünlüyə 
malik olduğundan, bəzi vaxt əşrəf və  əyanları, xan və xanzadələrilə birlikdə 
əmanət sifətilə  Şuşa qalasında saxlayırdı. Gürcüstan valisi İrakli xan da başqa 
böyük xanlara nisbətən təmtərağa sahib olsa da əvvəllər  İbrahim xan ilə onun 
arasında möhkəm dostluq var idi və ölkəni idarə etmək işində qarşıya çıxan hər 
bir məsələni bir-biri ilə məsləhətləşib həll edərdilər. 
Eyni zamanda qohumluq münasibətinə görə avar hakimi Ümmə xan və 
Dağıstan  əmirləri də  İbrahim xana sadiq və dost idilər,  əgər aralarında bir 
narazılıq üz versəydi, dərhal  İbrahim xanın işarəsi ilə Dağıstan  əmirləri bütün 
qoşunlarıyla Gürcüstan üzərinə hücum edərək oranı çapıb dağıdırdılar, necə ki, 
1205 (1790)-ci ildə Gürcüstan valisi ilə İbrahim xanın arasında olan narazılıq üz 
vermişdi. 
Bu səbəbə görə Ümmə xan çoxlu qoşunla Gürcüstan tərəfinə gedib bacardığı 
qədər Gürcüstan torpağını qarət edərək Sığnaq və Gümüşxananı  zəbt etdi, 
camaatın çoxunu öldürdü. Bir qədərini əsir və bir qədərini də dustaq edib, təcili 
surətdə Axalsixə, Süleyman paşanın yanına getdi. Qışı orada keçirib, bahar 
fəslində geri qayıdaraq, yenə  də Gürcüstan torpağına daxil oldu. Ümmə xan 
yolun üstündə knyaz Abaşidzenin arvad-uşağı ilə yaşadığı möhkəm qalanı 
mühasirə edib zor ilə zəbt etdi. Oranın əhalisini qılıncdan keçirdərək, bəzilərini 
də  əsir etdi. Knyaz Abaşidzenin qızlarından Cavahir xanımı  İbrahim xan üçün 
göndərdi, bir qızına da Ummə xan özü evləndi. 
  
 32


AĞA MƏHƏMMƏD XAN QACARIN 
ŞUŞA QALASI ÜZƏRİNƏ HÜCUMU VƏ 
MƏQSƏDİNƏ NAİL OLMADAN GERİ 
QAYITMASI 
 
Ağa Məhəmməd xan Kərim xanın vəfatından sonra Şirazdan qaçıb öz elinə 
gəldi və özünü şah elan edib İraq vilayətinin bəzi yerlərini zəbt etdi, 1201 
(1785)-ci ildə Tehranda şahlıq taxtına oturdu və oranı ölkənin paytaxtı elan etdi, 
adını da Darülxülafə adlandırdı. O, Azərbaycana qoşun çəkib Araz çayının cənub 
tərəfini tutdu və Arazın bu tayına keçdi. Talış, Lənkəran və İrəvan vilayətlərini 
istila etməyə çalışdısa da lakin zəfər qapısını açmaq mümkün olmadı. Bu zaman 
Ağa Məhəmməd xan İbrahim xana hədiyyə olaraq xələt və qılınc göndərdi, onu 
özünə tabe etməyə çağırdı və ortada bəzi zahiri vədlər də verildi. Həmin ildə Ağa 
Məhəmməd xan yenə  də Azərbaycandan  İrana qayıdıb Fars və Kirmanda olan 
düşmənlərinə, ona zidd çıxanlara cəza verdi və o tərəflərdə baş vermiş iğtişaşları 
yatırtmaq işinə başladı. 
O vaxtlar bir sıra məsələlər üzrə İbrahim xanla onun arasında kin və ədavət 
yaranmışdı. Ağa Məhəmməd xan o tərəflərdə olan iğtişaşları sakit və aranı 
etdikdən sonra o vilayətlərin əhalisini özünə tabe etdi və yenə də 1209 (1795)-cu 
ildə Gürcüstan, Talış, Qarabağ və İrəvan vilayətlərini istila etmək fikrinə düşdü. 
Buna görə də çoxlu qoşun və hazırlıqla Azərbaycanı düşmən atlarının ayaqaltısı 
etdi. Öz qardaşı  Əliqulu xanı baş  sərkərdə təyin edərək başqa xanlarla birlikdə 
İrəvanı almaq üçün göndərdi. Özü isə  İraq, Fars, Xorasan və Azərbaycan 
qoşunlarını götürüb Nabatxan və Yurdşah adı ilə  məşhur olan Şuşa qalası 
ətrafında Çanaqçı  və  Şuşakənd həndəvərinə  gəlib, orada dayandı  və öz 
ordusunun  ətrafında səngərlər saldırdı  və (indi də onların yeri görünməkdədir) 
Şuşa qalasının mühasirəsinə başladı. 
Gürcüstan valisi İrakli xan, İrəvan hakimi Məhəmməd xan, Talış hakimi Mir 
Mustafa xan hamısı bir yerdə and içdilər ki, Ağa Məhəmməd xanın itaət 
haqqında etdiyi təklifı  qəbul etməyib, fürsət düşdükdə bir-birinə yardım 
göstərsinlər. Bundan sonra İbrahim xan əhalinin bir hissəsini Gürcüstan tərəfə 
göndərdi, bir hissəsi də şirvanlı Mustafa xanın yanına getdilər. Qarabağ elatının 
qalanları 
 
  
 33


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə