Безымянный indd



Yüklə 9,98 Kb.
Pdf görüntüsü
səhifə1/81
tarix30.12.2017
ölçüsü9,98 Kb.
#18718
  1   2   3   4   5   6   7   8   9   ...   81


Çəkisizliyin yükü 



Bakı - 2014 


Kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım 
Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili 
Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə çap olunub.
Şəkillər kitabın müəllifi nə məxsusdur
ISBN: 978-9952-488-53-1
2.6.1.2
036-4702060102
qrifl i nəşr
©  Miroslav Hermaşevski 2014


Məqsəd o vaxt yüksəkdir ki, sən özünü ona həsr 
edirsən,
Məqsəd o vaxt alçaq olur ki, sən onu yekəxanalıq 
mövzüsuna çevirirsən.
Antuan De Sent Ekzüperi
Ailəmə,
xüsusən də həyat yoldaşıma, övladlarıma
və nəvələrimə həsr edirəm.



GİRİŞ SÖZÜ

u kitabı bir neçə səbəbdən yazmışam, ilk növbədə isə bütün Pol-
şanın haqqında danışdığı və bütün dünyanın müşahidə etdiyi 1978-
ci ilin iyun ayında baş vermiş hadisələri xatırlamaq üçün. Onu da qeyd et-
mək lazımdır ki, bu işdə çoxları məni qabaqlayıb. Bu müstəsna hadisəni vəsf 
etmək istəyənlər bir-birləri ilə yarışıblar. Lakin bu nəşrlərin müəllifləri nə 
mənim tərcümeyi-halım, nə də mənim yaşadığım hisslər, emosiyalarla ta-
nış olmağa cəhd belə etməyiblər. Amma bu addımlar da gərəksiz idi. Çəki-
sizliklə mübarizə apardığım zaman, yer üzündə bir-birinin ardınca kosmik 
sürətlə kitabça və kitablar nəşr olunmuşdu. Qabaqcadan kosmonavt  surə-
ti yaradılmışdı. Kosmonavt qüsursuz, heç bir zəif cəhəti olmayan, seçdiyi 
məqsədə doğru yolda heç bir maneəyə baxmadan irəliləyən bir supermen 
olmalı idi. Rastlaşa biləcəyi bütün çətinliklərsə dövlət qayğısı sayəsində ara-
dan qaldırılırdı. Əslində bu, qismən doğru idi, dövlət qabiliyyətləri inkişaf 
etdirmək  üçün  şərait  yaratmasaydı,  bu  istiqaməti  maliyyələşdirməsəydı, 
yəqin ki, doğulduğum kiçik şəhərdə köməkçi və yaxud maşinist kimi iş-
ləyərdim, çünki parovozlar məndə həmişə rəğbət hissi oyadırdı.
Çoxları belə hesab edirdilər ki, kosmonavt uğursuzluq və çətinliklərlə 
qarşılaşmayan bəxtəvər bir qəhrəmandır. Bu, olduqca yanlış fikirdir. Həya-
tımız proqramlaşdırılmayıb. Öz taleyimizi necə istiqamətləndirməyimiz və 
növbəti məqsədlərə çatmaq üçün kifayət qədər səy göstərməyimiz yalnız 
bizdən asılıdır. Təcrübəmdən öyrənmişəm ki, hətta ən ağır anlar belə heç 
vaxt  şübhəyə səbəb olmamalıdır, bu kimi anlarda qalib gəlməyimizsə bizi 
gücləndirir.
Niyyətim kitabımda müharibədən sonrakı nəslin keçdiyi gərgin ömür 
yolunu göstərmək idi. Kiçik kənddən böyük dünyaya aparan yolu. Ar-
zusunda olduğum təyyarəçi peşəsinə doğru  yolum təhlükəli virajlarla 
dolu idi. İlk uğursuzluqlar tez bir zamanda çətinlikləri aradan qaldırmaq 
və özümü təkmilləşdirmək həvəsinə çevrilmişdi. Aydın şəkildə müəyyən 
etdiyim həyat məqsədim və inadkarlığım öz bəhrəsini vermişdi. Göyə uç-
manın ləzzətini duymuşam. Zaman keçdikcə isə uçuş həyatımın məqsə-
dinə, peşəmə, Vətənimə xidmətə çevrilib. Uşaqlıq xəyallarım gerçəkləşdi. 
Arzu etdiyim bir çox şeyə nail olmuşam və öz xəyallarımın hüdudunu 
keçmişəm.


8
Ümidvaram ki, yaşadığım qeyri-adi hisslərin təsvirində heç olmasa 
bir qisim suala cavab taparsınız. Həyat üçün böyük riskə baxmayaraq, 
insanlar niyə kosmosa uçmağa davam edirlər? Kosmosda olarkən insan 
nə düşünür? Çəkisizlik şəraitində nə hisslər keçirir? Orada necə yaşayır 
və işləyir?
Kitabımın köməyi ilə gənc oxucularımı öz gələcəklərinə cəsarətlə bax-
mağa ruhlandıra bilsəm, çox sevinərdim. Biz sülh şəraitində, nisbi rifah 
içində və tarixdə misli görünməmiş inkişaf etmiş sivilizasiya dövründə 
yaşayırıq. İslahatları  dayandırmaq olmaz. İnkişaf prosesində iştirak et-
mək lazımdır, çünki burada hər kəsin öz yeri var. Məhz ona görə də əsas 
odur ki, siz – gənc qız və oğlanlar şansınızı qaçırmayasınız.
Əlbəttə ki, həyatda əldə etdiklərim tək mənim məziyyətim, xidmətim 
deyil. Burada Anamın xatirəsini yad etmək istərdim, çünki o, bütün mə-
nalarda müstəsna insan idi. İndiki dövrdə onun kimi insan tapmaq müm-
kün  deyil.  Həyatda  bütün  gördüklərim,  hiss  etdiklərim  üçün,  anamın 
mənə göstərdiyi qayğı, bəslədiyi ana sevgisi, vətənpərvərlik hisslərinin 
aşılanması, məni inam ruhunda tərbiyə etdiyi üçün ona çox minnətda-
ram. Onunla daim fəxr edəcəyik və buna görə də mən Anama minnət-
daram. Eləcə də ailə üzvlərimə – qardaş və bacılarıma, mənə göstərdik-
ləri qayğı və köməyə, gözəl uşaqlıq illərində və yeniyetməlik dövründə 
dəstəklərinə görə öz təşəkkürümü bildirirəm.
Əlbəttə ki, mənə inam və etimadla yanaşan insanların köməyi olma-
dan, heç vaxt kosmonavt olmazdım. Belə insanlar arasında müəllimlə-
rimi,  həkimlərimi,  Vrotslavdakı  Aeroklubda  və  “Şahin  balaları”  adlı 
təyyarəçilik  məktəbində  çalışan  təyyarəçiləri,  hərbi  xidmət  keçdiyim 
alaylardan olan aviasiya təlimatçılarımı və komandirlərimi, kosmik tex-
nika sahəsində mütəxəssisləri və bu günə kimi dostluq elədiyim bütöv bir 
rus kosmonavt dəstəsini sadalaya bilərəm.
Həmçinin sabiq komandirlərimə və tabeliyimdə çalışmış əməkdaşla-
ra, təyyarəçi həmkarlarıma, bizim hava qoşunlarında xidmətimiz zamanı 
mənə və daha sonra isə kosmik missiyama göstərdikləri dəstəyə görə öz 
hörmət və ehtiramımı, təşəkkürümü bildirirəm. Onların sayəsində geniş 
bir məkanla qeyri-adi qovuşma hissini keçirmişəm.
Həyat yoldaşım, Emiliyaya, ilk növbədə həyatda üzləşdiyimiz əzab-
əziyyətləri,  qayğıları  mənimlə  bölüşməyə  razı  olduğuna,  mənə 
bəslədiyi sevgiyə, dostluğa, faydalı məsləhətlər verdiyinə və dəstək 
olduğuna  görə  öz  dərin  minnətdarlığımı  bildirirəm.  Mənə  ərə 
gedərkən hələ dərk etmirdi, anlamırdı ki, özümü haradasa uzaqlarda, 
ucalıqda, həyatımda mühüm yer tutan məşğuliyyətə – yəni təyyarəçiliyə 
həsr etdiyim zaman onu nə qədər əzab-əziyyət, yuxusuz gecələr və göz 
yaşları ilə dolu illərə düçar edirəm.
GİRİŞ SÖZÜ


Yüklə 9,98 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə